Sudandakı toqquşmada ölənlərin sayı 860-ı keçib
Dünya
3501
22 May 2023 | 11:43

Sudandakı toqquşmada ölənlərin sayı 860-ı keçib

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş vermiş toqquşmalar nəticəsində ölənlərin sayı 863 nəfərə çatıb.

Bu barədə yerli “Əl-Hədah” telekanalı məlumat yayıb.

Bildirilib ki, hərbi əməliyyatlar nəticəsində indiyədək 3531 nəfər yaralanıb.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər