Rusiya sonunu düşünmədən Krımın müdafiəsinə hazırlaşır...
Ekskluziv
4469
04 Apr 2023 | 17:34

Rusiya sonunu düşünmədən Krımın müdafiəsinə hazırlaşır...

"Rusiyalılar başqa yerlərdə də müdafiə istehkamları inşa edib, lakin Krımdakılar miqyasına görə heyrət doğurur..."
 
"Bunların hamısı kompleks şəkildə onu sübut edir ki, rusiyalılar qanunsuz ilhaq edilmiş Krım uğrunda döyüşün labüdlüyünü anlayır..."
 
İşğal altında olan Krımda rusiyalılar fəal şəkildə müdafiə təşkil edərək, yarımadanı güman edilən döyüş əməliyyatları zonasında ən çox möhkəmləndirilmiş ərazilərə çevirib.
 
Moderator.az xəbər verir ki, bunu Amerikanın "Maxar Technologies" şirkətinin peyk şəkilləri sübut edir. Bunu "The Washington Post" qəzeti təhlil edib.
 
Nəşr yazır ki, Krımda müdafiə qurğuları Ukrayna ordusunun mümkün əkshücumu barədə xəbərlərdən cəmi bir neçə həftə sonra peyda olub. Peyk şəkilləri sübut edir ki, onların bəzilərini rusiyalılar bir-neçə günə inşa edib.
 
Xəndək qazılması üçün Rusiya hətta donmuş torpaqda saatda 800 km-dək sürətlə işləyən sovet tezyeriyən PDM-3 maşınlarından istifadə edir.
 
Rusiyalılar həmçinin internetdə elan yerləşdirərək işçi qüvvəsi axtarır. Məsələn, səngərlərin ağacdan və betondan düzəldilməsi işinə görə inçaatçılara gündə 90 dollar vəd edilir, - qəzet yazır.
 
Jurnalistlər deyir ki, bir neçə həffə işləyəndən sonra Ukraynaya keçidin yaxınlığında yerləşən balaca Medvedevka şəhəri ətrafındakı ərazi uzunluğu bir neçə km olan mürəkkəb xəndəklər şəbəkəsi ilə əhatə edilib. Gedişlər bucaq altında kəsilib ki, hərbçilər geniş atəş diapazonuna malik olsun.
 
Yaxınlıqda digər istehkamlar, o cümlədən dərin xəndəklər yerləşir, burada tanklar və ağır nəqliyyat vasitələrini saxlamaq mümkündür. Krımda belə müdafiə qurğuları onlarcadır, nəşr yazır.
 
Qəzet Armyansk, Novoivanovka və Maslovo məntəqələrindən yanvar və fevral ayları üçün peyk şəkillərini dərc edib.
 
Müdafiə üçün rusiyalılar həmçinin "tank tələləri" və "əjdaha dişləri"ndən istifadə edir.
 
Bundan başqa, Vitino şəhəri yaxınlığında 32 km sahil xətti boyunca kilometrlərlə istehkamlar quraşdırılıb. 31 mart tarixi üçün peyk fotoları göstərir ki, bu rayonda yedəkli artilleriya peyda olub.
 
Şəkillərdən görünür ki, bir çox müdafiə qurğuları su tutarları boyunca tikilib, "bu da Ukraynanın potensial yerüstü hücumuna əlavə maneə yaradır", jurnalistlər qeyd edir.
 
"Baxmayaraq ki, rusiyalılar başqa yerlərdə də müdafiə istehkamları inşa edib, Krımdakılar miqyasına görə heyrət doğurur.
 
Məsələn, bir neçə ay ərzində Rusiya qoşunları Xerson vilayətində həlledici nöqtələr boyunca, həmçinin Melitopol yaxınlığında "quru yol körpüsü" adlanan yerdən keçən istehkamlar qurub", - qəzet yazır.
 
Ukrayna kəşfiyyatının məlumatına görə, rusiyalılar yarımadanın xüsusilə şimalını möhkəmləndirir.
 
"İnfrastruktur döyüş hazırlığında saxlanılır, buraya Krımda yerləşən güclü quru və aviasiya komponenti, təxminən 90 ədəd döyüş təyyarələri, 60 ədəd helikopterlər aiddir.
 
Fortifikasiya qurğularının, müdafiə xəttinin təchiz edilməsi üzrə tədbirləri həyata keçirən müdafiə qruplaşması yaradılıb", - bu barədə Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski məlumat verib.
 
"Bunların hamısı kompleks şəkildə onu sübut edir ki, rusiyalılar Krım uğrunda döyüşün və qanunsuz ilhaq edilmiş yarımadanın gələcəkdə itirilməsinin labüdlüyünü anlayır", - daxili işlər nazirinin müşaviri Anton Geraşşenko deyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər