Ekskluziv
4290
03 Apr 2023 | 12:17

"Polşa NATO-nun nüvə çəkindirməsi strategiyasında daha fəal iştirak etmək niyyətindədir..."

"Nüvə silahı ilə mübadilə" nə deməkdir?.."
 
Polşa Putinin nüvə təhdidinə NATO üslubunda cavab verib
 
Polşa Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək niyyəti fonunda nüvə çəkindirməsində daha fəal iştirak etməyə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yatsek Severa Almaniyanın "Deutsche Welle" agentliyinə müsahibəsində bəyan edib.
 
"Polşa potensial olaraq NATO-nun nüvə çəkindirməsi strategiyasında özünün iştirakı və əməkdaşlığını genişləndirməyə və öz üzərinə məsuliyyəti götürməyə hazırdır. Lakin nüvə silahının yerləşdirilməsi nəsə başqa bir şeydir", - Yatsek Severa deyib.
 
Ona verilən "Polşa özünü daha təhlükəsiz hiss etməsi üçün öz ərazisində nüvə silahına malik olmasını istəyərdimi?" sualına o, belə cavab verib: "Söhbət hisslərdən deyil, hesablamalardan gedir".
 
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə elan edib ki, NATO ölkələri olan Polşa, Litva və Latviya ilə həmsərhəd olan
Belarusda nüvə silahını yerləşdirmək istəyir. 
 
Belarusda iyulun 1-dək xüsusi saxlanc yerinin tikintisi başa çatacaq, "İsgəndər" ekipajının hazırlığı isə bu gün, aprelin 3-də başlamalıdır.
 
"ABŞ və Almaniya kimi NATO ölkələri Putinin təşəbbüsünə sakit yanaşıb. ABŞ-ın nüvə silahı bir çox onilliklər ərzində bir neçə Avropa ölkələrində, o cümlədən Almaniyada saxlanılır. Amerikanın 20-dək nüvə bombası Reynland-Pfalts torpağındakı Byuhel aviabazasında var. 
 
Oradaca bu silahdan təcili hallarda tətbiq edilməsi üçün "Tornado" qırıcı-bombardmançı təyyarələr yerləşdirilib. NATO dilində buna "nüvə silahı ilə mübadilə" deyilir və nüvə silahına malik olmayan NATO ölkələri ilə taktiki nüvə silahından birgə istifadə edilməsi deməkdir", - "Deutsche Welle" izah edib.
 
Polşa indiyədək bu məsələ ilə bağlı yalnız müşavirələrdə, məsələn, ciddi məxfilik şəraitində keçirilən NATO-nun nüvə planlaşdırılması Qrupunun iclaslarında iştirak edib. 
 
Yatsek Severa Polşanın Alyansın nüvə çəkindirməsi üzrə proqramına əmək edərək hansı addımlar atacağını konkretləşdirməyib. Bu zaman o, qeyd edib ki, "nüvə mübadiləsi"nə həm də "xüsusi silah" daşıyan təyyarələr də daxildir", - alman jurnalistləri deyib.
 
Polşa prezidenti Anjey Duda hələ ötən ilin oktyabrında anladıb ki, o,
Polşanın NATO-nun nüvə çəkindirməsində daha fəal iştirakında "prinsipial olaraq maraqlıdır".
 
"Biz ABŞ-ın aparıcı siyasətçiləri ilə belə imkanı nəzərdən keçirməsi ilə bağlı söhbət aparmışıq. Mövzu açıq qalır", - o zaman o, bu barədə "Gazeta Polska" nəşrinə danışıb.
 
O zaman o, həmçinin bəyan edib ki, ən optimal variant kimi Polşa ərazisində nüvə silahının yerləşdirilməsini hesab edir.
 
"ABŞ-ın Avropada nüvə silahının yerləşdirilməsi barədə rəsmi məlumat yoxdur. Lakin deyilənə görə, Almaniyadan başqa, bu silah həmçinin Niderland, Belçika, İtaliya və Türkiyədə saxlanılır.
 
Ekspertlərin dəyərləndirməsinə görə, bu ölkədə təxminən 100-dək atom bombası var. Onlar 50 kilotonadək partlayış gücünə malikdir, bu da 1945-ci ildə ilk dəfə Xirosima şəhərini tamamilə dağıtmış Amerikanın ilk atom bombasından təxminən 13 dəfə çoxdur.
 
NATO-nun iki Avropa ölkəsi Böyük Britaniya və Fransa özünün nüvə silahına malikdir", - "Deutsche Welle" dəqiqləşdirib.
Link kopyalandı!
Son xəbərlər