Moderator.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov dünən Naxçıvan şəhərinin Atatürk küçəsindəki 5 nömrəli yaşayış binasının əsaslı şəkildə yenidən qurulması ilə bağlı təşkil edilən tədbirdə iştirak edib. Tədbirdə diqqət çəkən ən maraqlı olay V.Talıbovla sadə vətəndaşların görüşü zamanı müşahidə edilib.
Şəkildən də göründüyü
kimi, binanın qadın sakinlərindən biri ilə üz-üzə dayanan V.Talıbov dayandığı səkidən
aşağı düşmür və vətəndaşla sanki tribunadaymış kimi danışır. Bundan daha
maraqlısı isə görüş zamanı digər iştirakçıların meydançadakı ağ zolaq boyu
düzülməsi və kimsənin bu zolaqdan bir santimetr də olsun qabağa çıxmamasıdır.
Hansı ki, normalda bu cür nizam və disiplin yalnız orduda tətbiq edilir. Məhz hərbi
hissələrdə (cəbhə xəttindəki birliklər istisna olmaqla) sıra meydanına çəkilən bu
cür zolaqlarda əsgərlərə müəyyən nizamla hərəkət etmək, sıra düzülüşü pozmadan əmrləri
icra etmək öyrədilir. Görünən odur ki, V.Talıbov bugünə qədər yalnız ordu həyatı
üçün xas olan disiplini artıq mülki həyatda da tətbiq etməyə qərar verib. Hər halda məlum foto başqa cür düşünməyə əsas
vermir.
Məlumat üçün qeyd edək
ki, təqdim etdiyimiz foto azertag.az saytından götürülüb. (//azertag.az/xeber/810510)