"Ermənilərlə bir-birimizə hədsiz nifrət aşılanması Rusiya və korrupsiyaya sərfəlidir..."
Ekskluziv
Oxunub: 20271
08 Mar 2023 | 14:55
“Məsələ də çox sadədir: Rusiya imperiyası, qismən də digər qlobal güclər əsrlərdir ki, milli və şəxsi hisslərimizdən, nəfsimizdən, pul, vəzifə, hakimiyyət hərisliyimizdən, yaltaqlığımızdan, məddahlığımızdan, qorxaqlığımızdan və s. yararlanaraq ermənilərlə bizi vuruşdurur və özümüzün ayıq başla təkbətək, üzbəüz əyləşərək barışıq, sülh yaratmağımıza qətiyyən imkan vermir...”
 
“Bu gün bir azərbaycanlının “mən ermənilərə nifrət edirəm” və ya əksinə, erməninin “mən azərbaycanlılara, türklərə nifrət edirəm” söyləməsi Moskvadakı, eləcə də İrəvan və Bakıdakı imperiya rezidentləri və “çekistləri”ni, həmçinin onların korrupsioner ortaqlarımı, əlaltılarını, eləcə də silah-sursat baronlarını çox sevindirir...”
 
“Bir çox soydaşlarımız, xüsusən də erməni işğalı və terrorundan daha çox zərbələr almış şəhid, qazi aillələri, qaçqın və köçkünlər  təəccüblənə və hətta bizə qeyzlənə, düşmən güclərə, Kremlə, “5-ci kalon”a işləməkdə suçlaya bilərlər ki, hansı əsasla biz hayklara, ermənilərə nifrətimizi azaltmalı, durdurmalıyıq... Bu, təslimçilik aşılanması deyilmi?..”
 
-FİKİR SAVAŞI...-
 
Martın 1-də Xocalıda separatçı-terrorçu rejim məmurları olsalar da, Azərbaycan Respublikasının Qarabağda yaşayan erməni vətəndaşları sayılan hayklarla Azərbaycan Milli Məclisinin üzvü Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətimizin görüşməsi Avropada da, ABŞ-da da, öz ictimaiyyətimizin, həmçinin Qarabağdakı haykların bir hissəsində zahirən də olsa,  gələcək sülhə ümid bəsləməsinə şərait yaratmışdı ki, cəmi 4 gün sonra martın 5-də Turşsu-Xəlfəli-Xankəndi yolunda, Dükanlar kəndi yaxınlığında iki Azərbaycan əsgərinin həlak olması və 3 erməni separatçı “polisi”nin ölməsi ilə nəticələmiş məlum təxribat hadisəsi baş verdi...
 
*** ***
 
Xocalıdakı görüşün təşkilatçısı və iştirakçısı kim idi? Moskvanın Qarabağdakı faktiki canişini – Rusiyanın Azərbaycan torpağına heç bir hüquqi əsas olmadan yeridilmiş “sülhməramlı” kontingentinin komandanı, general Andrey Volkov... Bəs 5 mart təxribatı  kimlərin nəzarət etməli, kənardan silah-sursat daşınmasına icazə verməməli olduğu ərazidə baş verdi? Yenə də Rusiyanın “sülhməramlı” kontingenti... Əcəba, həmin kontingenti torpağımıza yollayan və onları idarə edən Kreml rəhbərliyi Qarabağda, ümumiyyətlə, ermənilərlə azərbaycanlılar, Ermənistanla Azərbaycan arasında barışığın, sülhün yaranmasına razı olarmı?..  Əlbəttə, yox. Çünki bu barışıq, sülh yaranarsa, artıq Azərbaycan torpağında Rusiya qoşunlarına ehtiyac olmayacaq. Türkiyə ilə də barışıq olacağı halda heç Ermənistanda da... 
 
*** ***
 
Artıq bir neçə əsrdir ki,  insanın, insan toplumunun, ayrıca xalqların, kütlələrin, yaxud sosial təbəqə və zümrələrin hiss və duyğularının, xüsusən qeyrət və nifrət hisslərinin müəyyən mənada idarə olunması və yönləndirilməsi elmi, təəssüf ki, yüksək inkişaf səviyyəsinə çatıb. Həmin elmdən I və II Cahan savaşlarının törədilməsində, 1915-ci il qondarma “erməni soyqırımı”nın “törədilməsi və təbliğində və beynəlxalq təbliğində, Rusiyadakı 1917-ci ilin Oktyabr inqilabında, SSRİ-nin dağılmasında və s. yetərincə istifadə olunub... 
 
***  
 
İnsanın, bütövlükdə toplumun, xalqın qeyrət və nifrət potensiallarının yönləndirilməsindən daha çox hansısa imperiyanı, yaxud hakimiyyəti qorumaq, saxlamaq və ya əksinə, çökdürmək, yıxmaq məqsədi ilə də istifadə olunur.  Nəticədə eramızdan əvvəl Romada, Afinada adi amfiteatr arenalarında təşkil olunan qladiator savaşları son 2-3 əsrdə artıq qlobal arenalarda təşkil olunmağa başlanıb. Buna misal olaraq əsasən 1905-1906, 1918-1920-ci və 1987-1988-ci i illərdən  bəri körüklənən XX əsrin əvvəlində erməni-müsəlman, son 30 ildə isə Ermənistan-Azərbaycan qarşıdurmasını göstərmək olar... Eləcə də Osmanlı dövlətinin parçalanması və qədim  Fələstin və İsrail ərazilərinin Britaniya imperiyasının nəzarətinə keçməsindən sonra əsasən 1940-cı illərin sonlarından başladılan İsrail-Fələstin qarşıdurmasını da buna misal çəkmək olar...
 
*** ***
 
Azərbaycanlı və erməni qarşıdurması Rusiya imperiyası tərəfindən öncə Azərbaycan xanlıqlarını(xüsusən Qarabağ və İrəvan) işğal və ram etmək, sonra isə ümumiyyətlə Azərbaycanı təzyiq və nəzarətdə saxlamaq üçün qızışdırılıb. Eyni məqsədlə Rusiya, eləcə də Fransa və bəzi digər Qərb dövlətlərinin Anadolu türkləri ilə də hayklar arasında nifrət toxumu səpilsə də, Osmanlı dövlətinin qəti tədbirləri nəticəsində orada sonsuz “qladiator savaşı” törətmək planı baş tutmayıb. Bununla belə, 1915-ci il qondarma “erməni soyqırımı” məsələsi artıq ikinci yüzillikdir ki, yalnız Rusiya və Fransa deyil, digər qlobal güclərin əlində də Türkiyəyə qarşı bir təzyiq vasitəsi olaraq qalmaqdadır...
 
*** ***
 
Azərbaycan-Ermənistan, azərbaycanlı-erməni “qladiator savaşı” isə, təəssüf ki, ikinci əsrdir ki, davam edir... Nə qədər acı olsa da, bu, bir gerçəkdir ki, Kreml XX əsrin əvvəlindən bəri öz  geo-siyasi, iqtisadi və s. məqsəd və faydaları üçün Azərbaycan xalqı ilə erməni toplumunu sözün əsl mənasında vuruşdurur... Buna nəhəng bir qladiator savaşı da demək olar...
 
*** ***
 
Bu gün ermənilərlə son 35 illik ideooloji, siyasi və silahlı, hərbi qarşıdurmadan sonra Azərbaycan xalqının əksər hissəsində, xüsusən də ermənilər tərəfindən yurd-yuvasından qovulmuş, doğmaları, əzizləri, şəhid edilmiş əsir götürülmüş, işgəncələrə məruz qalmış soydaşlarımızda hayklara qarşı kəskin nifrət mövcuddur... Və təbii ki, eyni nifrət erməni toplumu tərəfindən, özü də daha kəskin, daha məkrli şəkildə Azərbaycan xalqına qarşı yönəlib... Bu 30-35 il ərzində Azərbaycan torpaqlarında Qarabağda, Şərqi Zəngəzurda yaşamış və sonradan məskunlaşdırılmış, doğulmuş hayklarda, xüsusən gənclərə türklərə, Azərbaycan xalqına nifrətlə yanaşı, “Böyük Ermənistan” xəstəliyinin tərkib hissəsi olaraq guya bu torpaqların onların “qədim, tarixi vətəni olması” ideyası aşılanıb... Bu gün də qoşunlarını o torpaqların bir hissəsinə yerləşdirmiş Kreml Güney Qafqazdan əlınin üzülməməsi üçün məhz həmin nifrət və ideyaya əsaslanır...
 
*** ***
 
Bütün bu deyilənləri nəzərə alıb dərindən düşünəndə belə bir nəticəyə gəlinir ki, nə qədər qəribə səslənsə də, ermənilərlə bir-birimizə qarşılıqlı nifrət və onun daha da güclənməsi Rusiyaya imperiyasına, onun Azərbaycan və Ermənistandakı “KQB”-“QRU”-“FSB”-“PKK” -korrupsiya şəbəkəsinə xidmət edən korrupsioner, şantajçı rezident, agent və tulalarına, eləcə də bu qarşıdurmadan, Qarabağ məsələsindən öz məqsədləri, planları üçün yararlanan digər qlobal güclərə sərf edir...
 
*** 
Bu gün bir azərbaycanlının “mən ermənilərə nifrət edirəm” və ya əksinə, erməninin “mən azərbaycanlılara, türklərə nifrət edirəm” söyləməsi Moskvadakı, eləcə də İrəvan və Bakıdakı imperiya rezidentləri və “çekistləri”ni, həmçinin onların korrupsioner ortaqlarımı, əlaltılarını, eləcə də silah-sursat baronlarını çox sevindirir... Hətta deyərdim ki, İranla, farslarla da ziddiyyətlərin kəskinləşib savaş həddinə çatması da onlara sərfəlidir.... Çünki belə nifrət və ziddiyyətlər münaqişələri davam etdirir və nəticədə Kremldəkilər öz planlarını həyata keçirir, İrəvan və Bakıdakılar isə öz hakimiyyət, vəzifə, var-dövlət maraqlarını...
 
*** ***
 
Bir çox soydaşlarımız, xüsusən də erməni işğalı və terrorundan daha çox zərbələr almış şəhid, qazi aillələri, qaçqın və köçkünlər  təəccüblənə və hətta bizə qeyzlənə, düşmən güclərə, Kremlə, “5-ci kalon”a işləməkdə suçlaya bilərlər ki, hansı əsasla biz hayklara, ermənilərə nifrətimizi azaltmalı, durdurmalıyıq... Bu, təslimçilik aşılanması deyilmi?..
 
***
 
Əvvəla, bilmək lazımdır ki, tarixdə bizimlə ermənilərin qarşıdurmasından daha genişmiqyaslı və dəhşətli savaşlar olub. Məsələn, II Cahan savaşında sovet-rus dövləti ilə Almaniya arasındakı müharibədə hər iki tərəfdən 10 milyonlarla insan məhv edilib. Bununla belə, cəmi bir neçə onillikdən sonra Rusiya-Almaniya münasibətləri normal məcraya düşüb və bu gün də belə davam edir... Yəni sonsuzadək qarşılıqlı düşmənçilik heç bir tərəfə fayda verə bilməz...
 
İkincisi də məsələyə yalnız keçmiş və bu günün yox, gələcəyin  prizmasından yanaşmaq gərəkdir. Tutaq ki, biz bu gün Qarabağda qalan ermənilərə qarşı yenidən genişmiqyaslı savaş başladıb onlardan qırdığımızı qırıb qalanını da Ermənistana qovduq. Lap Zəngəzuru da aldıq və Naxçıvana yolu da açdıq. Yenə də doğmaları, yaxınları bizim tərəfimizdən öldürülmüş, şikəst edilmiş həmin  hayların özləri, övladlarının ürəyində, Azərbaycana, türkə qarşı hədsiz nifrət və qisas hissi qalacaqmı? Təbii ki, qalacaq. Və sabah özlərində güc tapan kimi yenə bizlərə qarşı siyasi və hərbi mübarizələrini davam etdirəcəklər... Onu da düşünmək gərəkdir ki, gələcəkdə Azərbaycanın, eləcə də qardaş Türkiyənin daim güclü olacağına heç bir zəmanət yoxdur. Hər bir ölkənin, xalqın yüksəliş və tənəzzül dövrləri olur. Və 1988-1990-cı illərə bənzər belə bir məqam yetişən kimi Ermənistandakı haylar yenidən üzərimizə gələcək, torpaqlarımızı işğal edəcək, nəvə-nəticələrimizi qətlə yetirəcək, didərgin salacaq və s... Bir müddət keçəndən sonra isə biz yenidən güclənib hayları torpaqlarımızdan qovacaq, məğlub edəcəyik. Və beləcə bu savaş sonsuzadək, dünya durduqca davam edəcək... Yəni bizim yaşadıqlarımızı gələcək nəsillərimiz də yaşamaq məcburiyyətində qalacaq...
 
*** 
 
Heç kəs demir ki, hayların XX əsrin əvvəllərindən bəri Bakıda, Qubada, Şamaxıda, Zəngəzurda, Qarabağda, Xocalıda, həmçinin Güney Azərbaycanda və s. bizlərə qarşı etdiklərini unudaq. Fəqət öncə onu  unutmayaq ki, əsrlər boyu haykları öncə Osmanlı, Anadolu, daha sonra Azərbaycan türklərinə və ümumiyyətlə, Azərbaycan xalqına qarşı qızışdıran, qısqırdan Rusiya imperiyası başda olmaqla bir sıra dövlət və qlobal güclər olub. Və sözsüz ki, əsasən Rusiya... 
 
*** ***
 
XVIII əsrin sonu -XIX əsrin əvvəllərindən bəri Azərbaycan torpaqlarına haykları kütləvi şəkildə köçürərək onların Qarabağı, Bakını, Gəncəni, Sumqayıtı özlərinə “Vətən” bilməsini kim təşkil edib? İrəvan xanlığını kim işğal edib və 1918-ci ildə İrəvanın “Ermənistan”a paytaxt olmasına şərait yaradıb? 1923-cü ildə  Dağlıq Qarabağ Myxtar Vilayəti gecpartalayan “minası”nı kim yerləşdirib Azərbaycana? XX əsrin əvvəllərindən 1988-ci ilədək həmin “mina”nı partladaarq milyonlarla soydaşımızın Qərbi Azərbaycandan deportasiya olunmasına, didərgin düşməsinə kim rəvac verib?  Sumqayıtda, Bakıda “erməni talan və qırğınları”nı hansı ölkənin xüsusi xidmət orqanları və kəşfiyyatı təşkil edib? Sovet dövründə müttəfiq respublikalar arasında inzibati sərhədlər çəkilərkən digərlərində olduğu kimi, Azərbaycan və Ermənistan arasında da neçə-neçə anklav, “mübahisəli” ərazini məhz bu günkü ziddiyyətləri daha da artırmaq üçün kim yaradıb? Hətta keçmiş DQMV-nin içərisində də anklavlar qondarıblar; məsələn, Füzuli rayonunun Yuxarı Veysəlli kəndini anklav kimi Xocavənd(keçm. Martuni) rayonunun tərkibinə salıblar?.. 
 
*** ***
 
Və nəhayət, korrupsiya, hakimiyyət, vəzifə, kürsü, “sistemə keçmək” sevdasını, yaltaqlığı, məddahlığı bu rəzilliklərdən ötrü anasının əmcəyini kəsməyə hazır olan öncədən yetişdirilmiş və ya sonradan ələ alınmış, şantaj olunmuş azərbaycanlılar(?) vasitəsilə içimizə, genimizə kim yeridib? Cavab birdir... Çar Rusiyası, ardınca da rus-sovet və bugünkü Rusiya imperiyası...  Hazırda ölkədə kökü kəsilmək bilməyən və xalqın sosial durumunun normallaşmasına imkan verməyən rüşvət, korrupsiya, məmur özbaşınalığı şəbəkəsinin bünövrəsini kim qoyub? Cavab eynidir...
 
*** ***
Amma onu da unutmayaq: nə qədər ki, Rusiya Qafqazdan əlini çəkməyib, Qərb də, ABŞ da, Avropa da regiona təsir gücünü saxlamaq üçün erməni-azərbaycanlı münaqişəsinin həllinə imkan verməyəcək... 
 
*** ***
 
Bütün dediklərimiz və deyə bilmədiklərimizdən belə çıxır ki, bizlər də, ermənilər də bir xalq, toplum olaraq öz potensial nifrətimizi biri-birimizə qarşı yox, bizləri qladiator kimi savaşdıran qlobal güclərə dövlətlərə, oncə, təbii ki, Rusiyadakı hazırkiı imperiya, Putin rejiminə və həmçinin onun ölkələrimizdəki agentura, korrupsiya şəbəkələrinə qarşı yönəltməli, bir-birimizlə sülhün, barışığın yollarını aramalı və bu sonsuz döyüş arenasından, qəfəsindən çıxmağa çalışmalıyıq...
 
Məsələ də çox sadədir: Rusiya imperiyası, qismən də digər qlobal güclər əsrlərdir ki, milli və şəxsi hisslərimizdən, nəfsimizdən, pul, vəzifə, hakimiyyət hərisliyimizdən, yaltaqlığımızdan, məddahlığımızdan, qorxaqlığımızdan və s. yararlanaraq ermənilərlə bizi vuruşdurur və özümüzün ayıq başla təkbətək, üzbəüz əyləşərək barışıq, sülh yaratmağımıza qətiyyən imkan vermir... Son iki ildə Qarabağdakı təmas xəttində və Ermənistanla sərhəddə təşkil olunan təxribatlar, o cümlədən 5 mart qanlı təxribatı da məhz Kremlin maraqlarına xidmət edir...
 
Bəs çıxış yolu nədir?.. Bu “KQB”-“FSB”-“QRU”-“PKK” ssenarisini durdurmaq mümkündürmü?..
 
Bu haqda növbəti yazılarımızda...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat