“Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlının sabiq təhsil naziri Firudin Cəlilovun prezident təqaüdi ilə təmin edilməsi ilə bağlı ölkə başçısına ünvanladığı müraciət tanınmış siyasilər və millət vəkilləri tərəfindən də dəstələnməkdədir. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fəzail Ağamalı bu təklifi təqdir etdiyini və alqışladığını vurğuladı:
“Firudin Cəlilov Azərbaycanın
tanınan aydınlarından biridir. Onun Azərbaycan xalqı qarşısında əhəmiyyətli
xidmətləri var. Bu xidmətlər bu gün də davam etməkdədir. Xüsusilə də onun son
dövrlər Azərbaycanın tarixi ilə bağlı orijinal fikirlkəri özündə ehtiva edən
kitabları cəmiyyətə təqdim olunub. Onun prezident təqaüdi ilə təmin edilməsi məni
ancaq sevindirərdi. Mən çox arzulayardım ki, F.Cəlilov cənab prezidentimizin təqaüdinə
layiq görülsün”.
Seymur Əliyev