Nazirimiz İrəvanın Teatr meydanındakı mitinqə qatıldı və Sarkisyana zəng etdi...
Oxunub: 4258
03 Aug 2022 | 14:58
Nazirimiz İrəvanın Teatr meydanındakı mitinqə qatıldı və Sarkisyana zəng etdi...
“Əslən Dağlıq Qarabağdan olan, Dadamyan soyadlı nazir məni görən kimi özünü itirib qışqırmağa başladı...”
 
“Mehmanxanada bizi Ermənistanın xüsusi xidmət orqanlarının nümayəndələri qarşıladı və bildirdilər ki...”
 
34 il öncə bu günlərdə “Ermənistan” adlanan Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın tədricən sıxışdırılıb köçürülməsi prosesi artıq başlanmışdı. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən bu prosesin qarşısının alınması üçün müəyyən cəhdlər göstərilirdi. Ermənistan SSR rəhbərliyi də ilk baxışdan həmin istiqamətdə işlər görür, Azərbaycan rəhbərləri ilə əlaqə saxlayır, oraya ezam olunmuş azərbaycanlı məmurların əhali ilə görüşlərini təşkil etməyə çalışırdı.  Bəs  o dövrkü Ermənistan rəhbərləri doğrudanmı Azərbaycan türklərinin o torpaqları tərk etməsinin qarşısını almaq istəyirdi?..
O illərdə  Azərbaycan SSR-in ədliyyə naziri işləmiş Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabında  müəllifin özünün bəhs edilən  1988-ci ilin yay-payız aylarında Ermənistana heyət rəhbəri kimi ezam olunduğu günlərdə şahid olduğu faktlardan bəhs edilir. Həmin kitabdan Moderator.az oxucuları üçün təqdim edəcəyimiz bir neçə maraqlı epizodda təsvir edilmiş hadisələr və onlara müəllif tərəfindən bu gün verilən şərhlərdə Ermənistan və həmçinin Qarabağdakı ermənilərlə hazırkı münasibətlər üçün də aktual olan bir sıra suallara cavab tapmaq mümkündür.
 
 
“1988-ci il avqust ayının əvvəllərində Ermənistandan Azərbaycana gələn qaçqınların qarşısını almaq məqsədilə Azərbaycan SSR Rabitə nazirinin birinci müavini Ömər Hüseynov, Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin(KPMK) məsul işçisi Robert Vəlibəyov və mən Ermənistana ezam olunduq”.
 
Müəllif Moderator.az əməkdaşıyla  söhbətində əlavə olaraq qeyd edir ki, Azərbaycan KP MK-nın 1-ci katibi olan Əbdürrəhman Vəzirov göndərilmiş heyətin qarşısına azərbaycanlılarla görüşməklə yanaşı, Azərbaycana qarşı nələr danışıldığını öyrənmək üçün o günlər  İrəvanın Teatr meydanında gedən mitinqlərdə də gizli şəkildə iştirak etməyi tapşırıbmış...
 
Beləliklə, epizodun davamında Əlisaab Orucov yazır:
 
“...İrəvanın Teatr meydanında mitinqlər gedirdi. R.Vəlibəyova mitinqdə iştirak etməyimizi məsləhət gördüm. O, cavabında: “Mitinqə getməyimizin sənə ziyanı dəyə bilər”- dedi. Səbəbini də belə izah etdi ki, o, ermənicə sərbəst danışa bilir. Odur ki, ermənilər ondan bir söz soruşsalar, cavab verə biləcək. Mən isə erməni dilini bilmədiyimə görə cavab verə bilməyəcəyəm. Dedim ki, oldu, orada ehtiyatla davranarıq ki, heç kim bizdən şübhələnməsin...
 
Nəhayət, biz Teatr meydanına getdik və mitinqdəki çıxışları dinlədik.  Çıxışlar əsasən Dağlıq Qarabağın iqtisadi vəziyyəti ilə əlaqəli idi. Bir müddət sonra R.Vəlibəyov pıçıltı ilə: “Deyəsən, ermənilər kənar adam olmağımızı başa düşdülər”- dedi. Bundan sonra o, təxminən 5-6 metr aralıda dayanıb bizə baxa-baxa, öz aralarında söhbət edən iki nəfərə diqqətimi cəlb etdi. Onlar bir az sonra bizə tərəf gəlməyə başladılar... Təəccüb etdim ki, mitinqdə olan minlərlə insan arasında onlar bizim yad olduğumuzu necə bildilər.  Az sonra mitinqdə olan ermənilərin qalstuksuz olduğuna, yalnız bizim ikimizin qalstuk taxdığımıza diqqət etdim.  Üzərimizə gələn ermənilər bizə çatmamış mitinqi tərk edib birbaşa qaldığımız mehmanxanaya qayıtdıq...
 
İrəvanda olduğumuz günlərdə Ermənistan Nazirlər Soveti sədrinin müavini, əslən Dağlıq Qarabağdan olan Movsesyanla(sonradan o, Ermənistan KP MK-nın 1-ci katibi oldu) azərbaycanlılar yaşayan rayon və kəndlərə gedib onların vəziyyəti ilə tanış olmağı davam etdirməli idik. Səhər saat 9 radələrində Movsesyanın mehmanxanaya göndərdiyi sürücüsü şəhərdə mitinqlər keçirildiyinə görə kəndlərə gedə bilməyəcəyimizi bildirdi. Düzü, sürücünün sözünə inanmadım... Amma mehmanxanadan bir xeyli uzaqlaşandan sonra İrəvanın mərkəzi küçələrində mitinqlərin keçirilməsinin şahidi olduq. Yolun piyadalar hərəkət edən hissəsi ilə xeyli gedib mitinqçiləri müşayiət etdik. Onu da deyim ki, bu dəfə heç birimiz qalstuk taxmamışdıq və hətta seçilməmək üçün əynimizə ağ köynək geyinmişdik... 
 
Axşamtərəfi mehmanxanaya döndük. Orada bizi Ermənistanın xüsusi xidmət orqanlarının nümayəndələri qarşıladı. Onlardan biri xahiş etdi ki, mehmanxananın qarşısında olan maşına əyləşək. Nə baş verdiyini soruşdum. Cavab verdi ki, bir dəstə silahlı adam həyatınıza sui-qəsd etmək istəyir. Odur ki, Ermənistan rəhbərliyinin tapşırığı ilə İrəvanı təcili tərk etməlisiniz... İrəvan aeroportunda bizi Bakıya aparmaq üçün ayrılmış təyyarənin gözlədiyini dedilər... Mehmanxananı tərk edib avtomaşına oturduq, hara getdiyimizi soruşanda birbaşa aeroporta gedəcəyimizi bildirdilər. Onlara izah etdim ki, İrəvanı tərk etməzdən əvvəl həm Ermənistan hökumətinin, həm də Azərbaycanın rəhbəri ilə danışmalıyam. Respublika rəhbərlərinin razılığı  və icazəsi olmadan Ermənistanı tərk edə bilmərik. Rəhbərlərlə əlaqə saxlamaqdan ötrü Ernənistanın Ədliyyə Nazirliyinə getməyi təklif etdim. Gördüm ki, onlar etiraz edib maşınları aeroporta sürmək fikrindən daşınmırlar. Xeyli söhbətdən sonra mənimlə razılaşdılar... 
 
Nazirlik İrəvanın mərkəzində yerləşirdi. Havanın qaralmasına baxmayaraq nazirliyin qarşısında çox sayda insanın toplaşdığını görüb maşınları birbaşa nazirliyin həyətinə sürdülər. Hər üçümüz arxa  qapıdan qalxıb nazirin otağına daxil olduq. Əslən Dağlıq Qarabağdan olan, Dadamyan soyadlı nazir məni görən kimi özünü itirib qışqırmağa başladı: “Xahiş edirəm kabineti tərk edin. Sizin burada olduğunuzu bilib binanı yandıra bilərlər”... Mən ondan “VÇ” adlanan hökumət telefonunun kitabçasını istədim. O, əlinə bir neçə telefon kitabçası götürüb çaşqın halda mənə baxdı. Əlindən kitabçaları alıb lazım olan nömrəni tapdım və zəng edib Ermənistan Nazirlər Sovetinin sədri F.Sarkisyanla danışdım.  O dedi ki, bağışlayın, vəziyyət belə alındı – təcili olaraq İrəvanı tərk etməlisiniz. Bu haqda Ə. Vəzirovla danışıb razılaşmışıq. Odur ki, təcili aeroporta getməyimizi və oradan da Bakıya uçmağımızı xahiş etdi. Orada bizə ayrılan təyyarənin olduğunu bildirdi. Bakıya, Vəzirova zəng edib onunla danışdım. O, bizim hələ də İrəvanda olduğumuzu biləndə bərk əsəbiləşdi. Narahat olduğunu deyib təcili İrəvanı tərk etməyimizi tapşırdı... 
 
Bu danışıqlardan sonra bizi müşayiət edən əməkdaşlarla hava limanına gəldik. Bizi tez təyyarəyə apardılar. Təxminən 10 dəqiqə sonra məlum oldu ki, uçacağımız təyyarə nasazdır. Bizi yenidən aeroportun gözləmə otağına qaytardılar.  Aeroportun rəhbərliyi bizə gecəni aeroportda keçirib səhərə olan birinci reyslə məni, sonrakı Bakı reysi ilə isə qalan iki nəfəri də yola salacağını dedi. Bu təklifə etirazımı bildirib üçümüzün də eyni reyslə uçacağımızı söylədim...
Bu dəfə Nazirlər Sovetinin sədri F.Sarkisyanın evinə zəng edib vəziyyəti ona danışdım və bildirdim ki, hər üçümüz gecələmək üçün qaldığımız mehmanxanaya qayıdırıq, təyyarə olana qədər orada gözləyərik. F.Sarkisyana  mehmanxanaya qayıtmaq istədiyimizi deyən kimi buna etiraz edərək Bakıya uçuşumuzu başqa təyyarə ilə iki saat ərzində təşkil edəcəyini bildirdi. O, aeroportdan mehmanxanaya qayıtmamağımızı xahiş etdi. Sarkisyan aeroportun rəisi ilə telefonla danışıb göstəriş verdi ki, təcili olaraq Leninakandan(hazırda Gümrü-S.L.) İrəvana təyyarə gətizdirib bizi Bakıya yola salsın.
 
Bundan sonra o, telefonda mənə aeroporta gəlib, bizi özü Bakıya yola salacağını bildirdi. Yarım saatdan sonra o, aeroporta gəldi. Aeroportun rəisi ilə xeyli söhbət etdi. Sonra mənə bizi Bakıya aparmağa gələn təyyarənin Leninakandan havaya qalxdığını söylədi və həmin təyyarənin  bir neçə dəqiqə sonra İrəvan aeroportuna enəcəyini dedi. Həqiqətən bir neçə dəqiqədən sonra Leninakandan uçan təyyarə İrəvan aeroportuna endi. Biz həmin təyyarə ilə uçub, səhər saat 6 radələrində Bakı aeroportunda olduq...
 
Vəziyyət elə gətirdi ki, bir neçə gündən sonra Cəlilabad rayon partiya komitəsinin keçmiş I katibi İbrahim Qurbanov və Respublika Quşçuluq Birliyinin keçmiş rəisi Mehdi Məmmədovla yenidən İrəvana gedəsi olduq”.
 
Sabiq ədliyyə naziri Əlisaab Orucovun digər Ermənistan səfəri haqqında növbəti yazılarımızda bəhs edəcəyik.
 
Hələlik isə ondan müəllifi olduğu kitabdan təqdim etdiyimiz sözügedən epizodla bağlı bir neçə suala cavabını da oxuculara tədqim edirik:
 
-Əlisaab müəllim, sizcə,  Ermənistanın o vaxtkı rəhbərləri sizlərlə görüşlərdə, fikir mübadiləsində nə qədər səmimi idilər. Onlar  doğrudanmı Azərbaycan türklərinin o torpaqları tərk etməsinin qarşısını almaq istəyirdi? 
 
-Xeyr. İnanmıram ki, Ermənistan rəhbərləri bizimlə davranış söhbətlərində səmimi idilər... Onlar, sadəcə, süni qonaqpərvərlik və nəzakət jestləri ilə öz əsl niyyətlərini pərdələməyə çalışırdılar. Kitabda da göstərdiyim faktlardan görünür ki, erməni məmurlar Azərbaycandan gəlmiş nümayəndə heyətinin Ermənistandakı soydaşlarımızla görüşlərinin qarşısını müxtəlif bəhanələrlə almağa cəhd göstərirdilər...
 
-Sizləri İrəvandan təcili yola salmaqla erməni rəhbərlər yalnız sizin təhlükəsizliyinizi düşünürdülər. Yoxsa onlar əslində Azərbaycana qarşı mübarizə aparan, Qarabağda ərazi bütövlüyümüzə qəsd etməyə hazırlaşan qüvvələrlə əlbir idilər? 
 
-Zənnimcə, onlar bu məsələdə də səmimi deyildilər. Sadəcə, öncə dediyim kimi, Ermənistan rəhbərləri də bizim azərbaycanlı əhali ilə görüşərək onların Azərbaycana köçünün qarşısını almağa cəhd göstərməyimizdə maraqlı deyildi. Buna görə də onlar mümkün qədər tez şəkildə bizim İrəvandan çıxıb getməyimizə çalışırdılar. “Sizə qarşı sui-qəsd hazırlanıb” variantı da buradan qaynaqlanırdı...  Ermənistanın o vaxtkı baş naziri F.Sarkisyanın da bizim guya bizə qəsd olunacağı ilə bağlı təhlükəsizliyimiz baxımından Bakıya mümkün qədər tez yola salınmağımızı təşkil etməsi, özünün şəxsən aeroporta gəlməsi də onun barəmizdə qayğılanması, yaxud məmur kimi vəzifəsinin icrası məsuliyyəti ilə bağlı deyildi. Əslində bu, Ermənistan rəhbərliyinin də Azərbaycana qarşı etiraz mitinqlərini təşkil edən separatçı, işğalçı niyyətli ünsürlərlə eyni mövqedən çıxış edərək orada yaşayan soydaşlarımız kimi, bizlərin də bir azərbaycanlı məmur olaraq ölkədən çıxarılması məqsədindən, əslində həmin çirkin niyyətli ünsürlərin və onları Moskvadan, Parisdən və s. dəstəkləyənlərin qarşısındakı məsuliyyətlərindən irəli gəlirdi. Sanki bununla demək istəyirdilər ki, gedin və bir daha Ermənistana qayıtmayın... Lakin bütün bu təhlükə və hədələrə rəğmən biz son imkanadək üzərimizə düşən vəzifələri icra etməyə soydaşlarımızın Qərbi Azərbaycandan qovulmasının qarşısını almağa çalışırdıq...
 
(Davamı var)
 
Sultan Laçın
 
 
Oxşar xəbərlər
20:34, Bu gün
Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu oldu - YENİLƏNİB
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var