“Azərbaycan SSR...” - 28 aprel 1920 “inqilabı” öncəsinə bənzər situasiya yaranıb, amma...”
Oxunub: 6445
02 Apr 2022 | 16:07
“Azərbaycan SSR...” - 28 aprel 1920 “inqilabı” öncəsinə bənzər situasiya yaranıb, amma...”
"Nə Azərbaycan dövləti, ordusu o zamankıdır, nə də Türkiyə həmin Türkiyədir..."
 
“Onların içərisindən müstəqillik tərəfdarı olan “milli kalon”a ultimatum verəcək yeni Əliheydər Qarayevlər, Həmid Sultanovlar, Ağamalıolular və Musabəyovlar meydana çıxa bilər...”
 
“1920-ci ilin mart-aprelində də ermənilər vasitəsilə Qarabağda, o cümlədən Fərrux dağı, Əsgəran ətrafında başımızı qatmışdılar...”
 
-FİKİR SAVAŞI...-
 
Bütövlükdə bəşəriyyət və Azərbaycan tarixinin həlledici günlərini yaşayırıq... Gözlənilməz və əndrəbadi olaylara şahidlik edirik...
 
*** 
Xüsusən 1990-cı illərdən bəri ABŞ və müttəfiqlərinin İraq, Əfqanıstan, Suriya, Liviya və s. ölkələrə əsassız müdaxilə və oralardakı soyqırımları kimi,  1988-1994-cü illərdən bəri Ermənistana Qarabağ torpaqlarımızı işğal etdirən, 2008-ci ildə Gürcüstana soxulan Rusiyanın bu dəfə də  Ukraynaya namərd təcavüzü və bir xalqa qarşı açıq qətliamı dünya nizamını, “beynəlxalq hüquq” adlanan anlayışı tamamilə alt-üst etməkdədir... 
*** 
Son bir aydan çox dövrdə Ukraynadakı tam ədalətsiz savaşda bütün müharibə,  beynəlxalq hüquq, adi insanlıq, əxlaq və mənəviyyat normalarını tapdayan Kreml rəhbərliyi əsl neofaşizm və neobolşevizm təzahürləri nümayiş etdirməkdədir... 
*** 
Olayların gedişi, təhlil və araşdırmalar göstərir ki, nəinki Ukrayna və Şərqi Avropanın qonşu ölkələrini, bütün keçmiş SSRİ məkanını, bütövlükdə planeti, bəşəriyyəti Hitler faşizmindən də, Lenin-Stalin bolşevizmindən də daha amansız və qəddar, əxlaqsız və mənəviyyatsız bir Putinizm kabusu təhdid etməkdədir... Bu mənada Rusiyanın hərbi, kəşfiyyat və siyasi dayaqlarının daha güclü olduğu keçmiş müttəfiq respublikalarını daha böyük təhlükə gözləyir...
 
*** *** 
 
Demək olar ki, hətta Baltikyanı dövlər də daxil olmaqla postsovet respublikalarında 1917-1922-ci illərdəki bolşevik Rusiyasının təcavüz və işğalı ərəfəsinə bənzər bir situaisya yaranıb... Konkret Azərbaycanda isə 28 aprel 1920-ci il öncəsi kimi...
 
*** ***
 
Rəsmi və ya qeyri-rəsmi kimlərsə bu sətirlərin müəllifini  “əhalidə yersiz təşviş, panika yaratmağa cəhd”də günahlandıra bilər. Amma atalar deyib ki, “şər” deməsən, xeyir gəlməz... Və bu səpkili yazılar yazmaqda məqsədimiz hər bir vətəndaşı ayıq-sayıq və ehtiyatlı olmağa çağırmaqdır...
 
*** ***
 
Bəs  mövcud geopolitik və hərbi-siyasi  durum 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulması ərəfəsinə hansı cəhətlərdən bənzəyir?.. Düzdür, bu suala doğru cavab vermək üçün
mükəmməl tarixçi və siyasətçi araşdırmasına ehtiyac duyulur. Amma hər halda vətəndaş və yazar olaraq bizim də bu mövzuda fikirlərimizi ifadə etmək haqqımız və hüququmuz var...
 
*** ***
 
Əvvəla, Putin başda olmaqla Rusiya dövlətinin, onun ordusunun üstünlüyünü, gücünü qəbul etməyən bütün dünya xalqlarına, xüsusən də ətrafdakı postsovet qonşularına dişlərini qıcamış və artıq   2008-ci(Gürcüstan)  və 2014-cü illərdən bəri Ukraynaya qarşı növbəti daha qəddar, namərd və qəti addım atmış və ən azı keçmiş Sovet İttifaqı sərhədlərində imperiyanı bərpa etmək istəyi açıq-aydın görünən  Kreml rəhbərliyi, Dumanın neobolşevik düşüncəli deputatları  göz qabağındadır...
 
*** *** 
 
İkincisi, sakinlərinin  böyük əksəriyyəti slavyan mənşəli və xristian ukrayın, xeylisi də rus millətindən ibarət olan Ukraynanın namərd və məkrli işğalı, dinc uşaq, qadın, qocaların belə, açıq-aşkar qətliamı sübut edir ki, şəxsən Rusiya rəhbəri Putin milliyyətindən, dinindən asılı olmayaraq Rusiya dövlətindən daha çox, özünün diqtəsini, köləliyini qəbul etməyən hər kəsi irqçi, nasist, terrorçu siyahısına yazır və belə insanların qeyd-şərtsiz məhvi üçün əmr və göstərişlər verir... Bu baxımdan Azərbaycan xalqının da böyük əksəriyyətinin Rusiyanın “böyük qardaşlığı”nı deyil, Türkiyəni gerçək qardaşlığını qəbul və təbliğ etməsi, xüsusən də Qarabağdakı Rusiya hərbi birləşməsinə münasibəti Kreml diktatorunu cin atına mindirir. Putinin bu qəzəbi də özünü ötən illər əsasən Jirinovski, bu günlər isə Delyaqin, Şerin kimilərin dili ilə biruzə verməkdədir...
 
***
 
Üçüncüsü, 1920-ci ilin əvvəllərində, xüsusən  fevral-mart-aprel aylarında da bu ilki kimi bir çox keçmiş sovet respublikalarında, o cümlədən Ukrayna və Azərbaycanda da müstəqillik tərəfdarlarıyla bolşeviklər, yəni Rusiyaya birləşmək ideoloqları arasında güclü həm siyasi, həm də bəzən hərbi qarşıdurmalar, o cümlədən əsasən Rusiya və Ukrayna ərazilərində ağqvardiyaçılarla qırmızı qvardiyaçılar arasında  vətəndaş müharibəsi baş verirdi... Və məhz 1920-ci ilin əvvəllərindən postsovet məkanının əksər hissəsində qırmızılar, yəni bolşeviklər cəbhələrdə üstünlük təşkil etməyə başlayırdılar...  
 
*** ***
 
Bu günlər olduğu kimi, 1920-ci ilin əvvəllərində də nəinki bolşeviklərin, ağqvardiyaçı Denikinlərin də Azərbaycan dövlətinə qarşı müxtəlif səpkili hədə və ultimatumları səslənir, ölkəmizin daxili və xarici siyasətinə müdaxilələrə cəhdlər edilirdi. Məsələn, həmin il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin ağqvardiyaçı  Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi. Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətləndirərək rədd etmişdi...
 
*** ***
 
Və bu günümüz üçün ən maraqlı paralel 1920-ci ilin məhz mart ayının sonlarından Qarabağdakı erməni separatçı-terrorçu qüvvələrin fəallaşması, daha doğrusu Moskvadan gələn mesajlarla fəallaşdırılması nəticəsində Xalq Cümhuriyyəti hökumətinin öz yenicə formalaşan ordusunun əsas hissəsini həmin torpaqlarımızın azad edilməsi üçün göndərməsi və əsas döyüşlərin Ağdam, Əsgəran və Xocalı yaxınlığında getməsi faktıdır. Maraqlıdır ki,   Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimovun komandanlığıyla Milli Ordu hissələrinin martın 29-da Əsgəran üzərinə ilk hücumunda indiki Xocalı rayonuna aid Pirlər(“Xramort”) kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirilib və qüvvələr Xanabad kəndinə xeyli yaxınlaşıblar... Diqqət edirsizsə, düz 102 il sonra təxminən eyni günlərdə, yəni 2022-ci il martın 26-27-28-də Azərbaycan ordusu yenidən Daşbaşı yüksəkliyi və Fərrux kəndini azad edib, Pirlər və Xanabad kəndlərini isə azad etməyə yaxınlaşıblar... 
 
1920-ci ilin mart-aprelindəki növbəti əməliyyatlar nəticəsində Əsgəran və Xocalı azad olunsa da,  təəssüf ki, aprelin 27-28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Milli Ordumuzun o vaxt kiçik bir qəsəbə olan, amma ermənilərlə yanaşı,  hələ XIX əsrin əvvəlindən çar Rusiyası ordu hissələri də yerləşən Xankəndini də azad etmək planları yarımçıq qaldı və sovet dövründə Əsgəranla bərabər, ətraf yüksəkliklər, o cümlədən Fərrux kəndi və eyniadlı dağ, həmçinin Daşbaşı yüksəkliyi ermənilərin nəzarətinə verildi...
 
*** ***
 
Beləliklə aydın olur ki, XX əsrin əvvəlində olduğu kimi, 1988-1994-cü il I Qarabağ müharibəsində, 2020-ci ilin 44 günlük savaşında və indi də Xankəndi, Xocalı, Əsgəran istiqaməti, o cümlədən Fərrux dağı Rusiyanın imperialist, şovinist rəhbərliyi üçün Azərbaycan qarşısında qoyulan “qırmızı xətt” olaraq qalır... Çünki XIX əsrin əvvəllərindən Qarabağ torpaqlarımıza səpdikləri hay toxumunun əsası bu ərazilərdə cücərib və onlardan törənən  separatizmin kökünün kəsilməsindən qorxur...
 
*** ***
 
Belə çıxır ki, 1920-ci ildə olduğu kimi, bu gün də Rusiya rəhbərliyinin yenidən Qarabağda  Xankəndi, Xocalı ətrafında başımızı qatıb yeni “müttəfiqlik bəyannaməsi”nin bəzi maddələri “əsasında” Bakıda müəyyən süni problemlər, etirazlar yaratmaqla şimal sərhədimizdən Azərbaycana təcavüz etməsi ehtimalı var?..
 
***
Yaxşı ki, vəziyyət 1920-ci ilin mart-aprelindən Azərbaycanın xeyrinə olmaqla xeyli dərəcədə fərqlidir. 
 
Əvvəla, o dövrdə dövlətimiz cəmi bir il 9 ay idi ki, müstəqillik qazanmış, Milli Ordumuzun formalaşması isə ondan da qısa müddətdə keçmişdi. Halbuki, bugünkü Azərbaycan dövləti artıq 30 ildən çoxdur ki, ən azı hüquqi müstəqilliyini bərpa edib və bir çox neqativ hallara rəğmən digər güc strukturları kimi, ordumuz da artıq son 6 ildə dünya orduları sırasında sözünü deyən və 44 günlük savaşda torpaqlarımızın əksər hissəsini azad edən orduya çevrilib... 
 
İkincisi, bir sıra problem və çatışmazlıqlar olsa da, iqtisadiyyatmız da 1920-ci ilin əvvəllərindəki iqtisadiyyatımızdan dəfələrlə güclü və sabitdir...   
 
Üçüncüsü, Rusiyanın Azərbaycanda, onun hakimiyyətində yetərincə agentura şəbəkəsi və “5-ci kalon”u olsa da, XX əsrin əvvəllərindən fərqli olaraq həmin qüvvələr yoxsul xalq kütlələrini cəlb edə biləcək heç bir ideoloji, inqilabi əsaslara malik deyil...
 
Dördüncüsü, 1920-ci illərdə həm hərbi-siyasi, həm də iqtisadi baxımdan xeyli zəif və  bolşevik Rusiyasının dəstəyinə belə ehtiyaclı durumda olan qardaş Türkiyə bu gün artıq regional və beynəlxalq siyasətdə öz sözünü deyən, II Qarabağ savaşında ən azı mənəvi-siyasi və texniki dəstəyi ilə Azərbaycanın arxasında durmuş və artıq Putin Rusiyasından nəinki asılı olan, bir sıra hallarda ona öz şərtlərini diqtə edə bilən bir dövlətə çevrilib.  Bundan əlavə,  havada qalan Moskva bəyannaməsi qarşılığında artıq hər iki ölkənin parlamentləri və dövlət başçıları tərəfindən təsdiqlənərək hüquqi qüvvəyə minmiş Şuşa  Bəyannaməsi var... Odur ki, Rusiyanın işğalçı siyasətindən törənəcək hadisələrin əleyhimizə çevriləcəyi təqdirdə rəsmi Ankaranın yenə də arxamızda və yanımızda olmağa kifayət qədər gücü və hərbi-siyasi rıçaqları var...
 
Beşincisi, Cümhuriyyət dövründən fərqli olaraq Azərbaycanın beynəlxalq siyasi-diplomatik dəstəyi də xeyli güclüdür. Bunu 2020-ci ilin 44 günlük müzəffər savaşı zamanı baş verənlər də sübut etdi. Yəni Türkiyədən əlavə, dost Pakistan, eləcə də İsrail və Böyük Britaniyanın da dəstəyi özünü göstərdi. Hesab etmək olar ki, bundan sonra düşəcəyimiz çətin durumlarda da adları çəkilən ölkələr, eləcə də ABŞ da, ola bilsin, Polşa, Almaniya və Yaponiya da ən azı, öz maraqları xatirinə birbaşa hərbi qüvvələri ilə olmasa belə, kəşfiyyat və texniki dəstəkləri, həmçinin iqtisadi və maliyyə rıçaqlarıyla yanımızda olarlar... 
 
*** ***
 
Bəs 1920-ci ilin 28 aprel “inqilabi” öncəsinə bənzər hansı amillər Azərbaycanın əleyhinədir? 
 
*** ***
 
Əvvəla, hazırkı Rusiyada heç bir birləşdirici ideoloji əsasları olmasa da, bəlkə də, Lenin-bolşevik Rusiyasından daha azğın, amansız, qatı şovinist, irqçi, nasist, işğalçı xislətli və ən qorxulusu,  on illərlə ölkənin sərvətlərini talayaraq hədsiz harınlamış bir putinist hakimiyyət mövcuddur. Yəni Lenin partiyası kimi bunlar da sanksiyalar altında əzilən Rusiya iqtisadiyyatının bərbad durumuna, xalqın əksər hissəsinin yoxsulluq səviyyəsində olmasına rəğmən öz ambisiyalarını həyata keçirmək üçün ölkədə milyonların acından ölməsi müqabilində belə, keçmiş sovet respublikaları və Şərqi Avropayla bağlı işğalçı iddialarını həyata keçirməyə hazırdır. Unutmayaq ki, 1920-ci ilin I Dünya savaşından imperiya olaraq çökmüş,  iqtisadi və siyasi baxımdan çox bərbad durumda çıxmış, xalqını aclıq, yoluxucu xəstəliklər bürümüş bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəldi və qarşısına qoyduğu məqsədə çatdı... Yəni bu gün Rusiyanın Qərbin sanksiyaları və Ukraynadakı müharibə xərcləri altında əzilməsinə arxayın qalıb boş dayanmaq olmaz... 
 
İkincisi, ötən yazılarımızda da vurğuladığımız kimi, başında “KQB” polkovnikinin durduğu Rusiyadakı “KQB”-“FSB” korrupsiya şəbəkəsinin əksər postsovet respublikalarında, o cümlədən Azərbaycanda da aktiv “filialı” və həmin şəbəkənin siyasi, hərbi,mədəni, elmi və s. sahələrdə dəstəkləyib bəslədiyi Moskvanın “5-ci kalon”u hələ də aktivdir... Ramiz Mehdiyevin, Nəcməddin Sadıkovun və s. vəzifələrdən çıxarılması və təzyiqlər altındakı kimi görünməsi bizləri aldatmasın... Azərbaycanda nicatını Rusiyada görən korrupsionerlər şəbəkəsinin, eləcə də orduda Tərtər qətliam və işgəncələrini törətmiş və Putin rejiminin çökəcəyi halda özlərini hansı sonluq gözlədiyini bilən qrupların və s. xeyli siyasi, iqtisadi, hərbi, parlament və s. dayaqları var... Və Putinin Ukraynada başı əməlli-başlı əzilmədiyi və ya digər yollarla hakimiyyətdən kənarlaşdırılmayacağı halda həmin dayaqlar içərisindən müstəqillik tərəfdarı olan  “milli kalon”a ultimatum verəcək yeni Əliheydər Qarayevlər, Həmid Sultanovlar, Ağamalıolular və Musabəyovlar meydana çıxa bilər... 
 
Üçüncüsü, 44 günlük savaşın nəticələrinə görə Qarabağa soxulmasına izn verdiyimiz Rusiya “sülhməramlı” hərbi kontingentinin torpaqlarımızdakı varlığı indiki durumda bizim üçün daha böyük təhlükələr yaradır... Həmin hərbi kontingentinin davranışlarının timsalında  Rusiya Müdafiə Nazirliyinin, ordusunun və bütövlükdə Putin rejiminin  Azərbaycana gerçək münasibəti də aşkardır... Bu, özünü xüsusən son günlər bütün rəsmi və qeyri-rəsmi xahiş və tələblərə rəğmən Rusiya MN-in “Dağlıq Qarabağ” və “Furux” “xəta”larına düzəliş etməməsində də göstərir...
 
*** ***
 
Ona da şübhə yoxdur ki, imkanı, gücü çatmasa belə, Ukrayna kimi böyük ərazili ölkənin işğalı kimi Putin və onu dəstəkləyən şovinist, imperialist əqidəlilərin ən azı, ürəyindən Azərbaycanı, xüsusən Leninin də 1918-1920-ci illərdə “nəyin bahasına olursa-olsun, işğal etməyi” qarşısına məqsəd qoyduğu neft Bakısını ələ keçirmək,  həm də Qərbə təzyiq üçün Ermənistan və  Qarabağdakı hayların dəstəyi ilə Tərtər və Tovuz istiqamətlərindən hücuma keçib Gəncə-Qazax dəhlizini, Bakı-Ceyhan kəmərini və s. kommunikasiyaları nəzarətə götürmək keçə bilər. Bəlkə də hazır planları çoxdan var...  
 
*** ***
 
Artıq işğal mesajları da həm Moskvadakı Jirinovski davamçılarının sərsəm saydığımız təhdid nitqləri vasitəsilə, həm də yerli xəyanətkarlar tərəfindən Bakı ərazilərinə “Z” rəmzlərinin həkk olunmasıyla da gəlir...
 
***  ***
 
Spiker Sahibə Qafarovanın texniki səhv kimi təqdim edilən “Azərbaycan SSR” xətası da istənilən halda Moskvadakı Putinistlər və yerli “5-ci kalon”çular tərəfindən bir mesaj kimi qəbul olundu...
 
*** ***
 
Əlbəttə, bu mövzunu daha çox genişləndirmək, müsbət və ya mənfi amilləri daha da çoxaltmaq olar... 
Amma Azərbaycanın müstəqil(!) dövlətinin yaxın gələcəyin gözlənilən təhlükələrindən sığortalanması üçün 3 əsas amilə dayanmasının vacibliyi şübhəsizdir:
 
-Allaha, Haqqa güvənmək və bütün fəaliyyətində buna uyğun davranmaq...
 
- Xalqa, harınlamış korrupsioner “elita”nın bəyənmədiyi yoxsul kütləyə arxalanmaq... Ən azı, 44 günlük savaşdakı qələbənin məhz yoxsul təbəqənin on minlərlə şəhid və qazi oğullarının hesabına əldə edildiyini heç kəs dana bilməz... Odur ki, milli(!), müstəqil(!) dövlətin başında duranlar oliqarxların korrupsiya və özbaşınalıqları hesabına xalqla dövlət arasında qırılmaqda olan, uçurum təhlükəsi yarada, "belə müstəqil yaşamaqdansa, Sovet hökuməti qayıdaydı" arzularını oyada və 2022-ci ilin yanvarındakı Qazaxıstan üsyanları ssenarisinə rəvac verərək Rusiya işğalına şərait yarada biləcək bağları təcili bərkitməlidir... 
 
- Türkiyə və Pakistan kimi qardaş və dost ölkələrə dayanmaq. Və  təhlükənin  reallaşmaq ehtimalı artıq güclü olduğu məqamda Şuşa Bəyannaməsinə əsaslanaraq Türkiyə qoşunlarını Azərbaycana dəvət etmək. Bunun hərbi-siyasi baxımdan bizim ən optimal və yeganə qarantımız olacağına şübhə yoxdur...
 
*** 
 
Bütün hallarda sonda həm Ukraynada, həm də Azərbaycanda məhz biz arzu etdiyimiz yox, Allahın məsləhət bilib təqdir etdiyi baş verəcək. Rusiya və Ukraynada bu günə kimi baş verənlər də Allahın təqdir etdikləridir. İnsan, bəndə olaraq bizim isə borcumuz düşdüyümüz situasiyanın ağırlığına, mürəkkəbliyinə, çıxılmazlığına rəğmən daim haqqın yanında olmaq, ədalətlini, məzlumu dəstəkləmək, haqqı söyləmək və müdafiə etməkdir... Bir sözlə, hər birimiz şəhidliyə belə, hazır olmalıyıq...
 
Sultan Laçın
  
 
Oxşar xəbərlər
21:47, Bu gün
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
21:44, Bu gün
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
21:42, Bu gün
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb