ÖZÜ Ã–ZÜNÜ TƏFSİR EDƏN "QURAN"
Oxunub: 8082
17 Jul 2014 | 14:16
ÖZÜ Ã–ZÜNÜ TƏFSİR EDƏN
Ramazan ayı münasibəti ilə iman gətirmək istəyən din qardaşlarımıza bu qısa təfsirin kömək etməsini Böyük Yaradandan təmənna edirik!


Qurandakı işarələrin aşkarlanması

Qurandakı işarələrin gizlin mənasının aşkarlanmasının çoxlu üsul və metodları təşkil olunub. İslam tarixində bunlardan ən populyar olanı “əbcəd üsulu” və hürufilikdir. Bu üsullar sonda bidətə gətirib çıxardığından, onlardan imtina edilib. “Əbcəd üsulu” antik dövrün böyük filosofi Pifaqorun dünyanı idrak üsuluna uyğun ərəblərin yaratdığı bir üsuldur. Pifaqora görə, hər bir rəqəm gizli mənaya malik bir işarədir və hər şeyin rəqəmsal ifadəsi ilə onun mənasını aşkarlamaq olar. Əbcəd üsulu bundan bir az fərqli olaraq hər bir səsi bir ədədlə işarələyir, sonra sözlərin rəqəmsal cəmini tapır, daha sonra həmin rəqəmlərin bir-birinə münasibətinə görə Qurandakı sözün kosmosda nəyə işarə etdiyini iddia edirlər. 
Bu üsulu biz müasir dövrdə Riçard Monteqyunun “unversal qramatika” üsulundan da görürük. Onun üsuluna görə,əvvəlcə  qramatik təhlil üçün cümlədəki nitq üzvləri dil kateqoriyaları- ilə  əvəzlənir, sonra ümumi dil kateqoriyalari rəqəmlərlə əvəzlənir. Sonra cümlələri təşkil edən sözlərin rəqəmsal ifadəsi ilə riyazi metod dilçiliyə tətbiq olunur. Müəllifi erkən öldüyündən, üsul yarımçıq qalmış və buna görə də dilçilikdə geniş rəgbət qazanmamışdır.
İkinci üsul “hürufilər” tərəfindən tətbiq olunub. Hürufilər rəqəmlərin əvəzinə hər bir hərfin bir işarə olduğunu qəbul edib, sonra sözü təşkil edən hərflərin mənalarndan sözün gizli mənasını aşkarlamağa cəhd edib. Buradan da, sonda bidət hesab edilən “mən Allaham” qənaətinə varıblar. Bu üsul da Qurandakı işarələrin dialektik aşkarlanması ilə bağlı olduğundan, ayələrin ehkamlıq xüsusiyyəti ilə bir araya sığmır.

Quranın ən böyük hikmətlərindən biri

Bizim təklif etdiyimiz üsul, ehkamin ehkamla təfsirinə əsaslandığından həm ayənin ehkam xüsusiyyətini saxlayır, həm də işarənin mənasını aşkarlamağa imkan verir. Üsulumuzun metodu işarəetmənin Qurandakı üsuluna uyğundur. 
Bəs Quranda mənaya işarəetmə necə həyata keçirilib? Yəni işarəetmənin neçə növündən istifadə edilib? 
Biz Quranda qramatik kateqoriyalara (Quran qramatik kateqoriyalarla aşkar ifadə edilir) uğun olaraq bir-birindən fərqli beş cür işarəetmə olduğunu ayırd edirik.
Birincisi, simvolla işarə. 
Bura nöqtə aiddir. Quran özü bəyan edir ki, onun tam mətninin mənası (tekstoloji işarə) “bismillahirəhmanirəhim” cümləsində (sintaqmatik işarə), onun mənası “bismillah” sözündə (leksikoloji), “bismillah” sözünün mənası başlanğıc “b”səsində (fonoloji işarə), onun da mənası “b” hərfinin altındakı nöqtədədir (simvolik işarə). Bu, o deməkdir ki, əgər Qurani Kərim göndərilməsəydi, bir nöqtəni dəqiq  şərh etmək imkanı olsaydı, onda biz bir nöqtənin bütün mənasından, Quran ayələri ilə tanış olmadan belə, onun bütün mənasını aşkarlaya bilərdik. Bu, Quranın ən böyük hikmətlərindən biridir. Həqiqətən də Quranın bütün surələrinin aşkar və gizli mənalarını nöqtənin şərhindən aşkarlamaq olar. Bununla bağlı, yenə Quranda aydın ayələr mövcuddur.
İkincisi, fonemlə işarə. 
Quranda bəzi surələrin birinci ayəsi tək-tək hərflərlə ifadə edilmişdir. Məsələn, Bəqərə surəsinin birinci ayəsi “İ,L,M” hərf işarələri ilə ifadə olunur. Belə hərflər nöqtədən fərqli olaraq bütün Quranı yox, onun surələrinin bir qisminin, yəni hissənin  mənasını özündə saxlayır.
Üçüncüsü, leksemlə işarə. 
Sözlə işarə 3 cürdür. Dünyəvi sözün forması ilə işarə. Belə işarələr insanın öz gündəlik  işlətdiyi, təcrübədən aşkarladığı və mənasını bildiyi sözlərlə işarə edilir. Bu zaman həmin sözün mənası konkret sözün mənasından fərqlənir. Məsələn, Quranda “Allah istədiyinə “ol” dedikdə olur” ayəsindəki “ol” (ərəbcə KUN) sözü işarəedici sözdür, hansı ki, istənilən xalqın dilində “ol” sözü var, amma heç bir xalqın dilində  “ol” deməklə nəsə olmur. Buradan aydın olur ki, Quranda forması bizə aydın olan “Kun” sözünün mənası gizlin mənadır. 
İkincisi, metafizik sözlər. Belə sözlər o sözlərdir ki, onlar o dünyanı - axirət aləminin təsvirində təkcə söz kimi işlədilir və heç bir xalqın dilində təcrübəyə işarə etmir. Bu zaman həmin sözün nə forması, nə mənası bizə tanış olmur. Və Belə sözlərdən sonra hökmən ayədə “siz nə bilirsiniz ki, o nədir” deyə ritorik sual verilir. Məsələn,  Hütamə - günahkarların atıldığı kosmosda olmayan od, Haviyyə - axirətdə xüsusi məskən, hansı ki, bizim məkan anlayışımızla təsəvvür oluna bilməz və.s.
Sözlə işarə həm də sözün çoxmənalılığı ilə ifadə edlir, hansı ki, sözün bir mənası aydın ayənin mənası, digər mənası aydınlaşdıran ayənin mənasından aşkarlanması tələb olunan mənadır.Nümunə ki, Belə sözlərdən ikisini, “bismillah” və “siratəl-müstəqim” sözlərini təvil yəni izah   edək.

“Bismillah”ın mənası

Bütün islam alimləri “Bismillah” sözünün “Allahın adı ilə başlayıram” mənasını verməsində həmfikirdirlər. Yəni ayə aydın ayələrdəndir. Bəs onda bir ayə nə üçün Quranın bir surəsi(Tövbə) istisna olunmaqla bütün surələrində ilk ayə kimi göndərilir?(Bu yalnız bismillah ayəsinə aiddir).
Qurani Kərimdə Allahın adı ilə bağlı bir çox aydın ayələr vardır, hansı ki, ixlas surəsində bir necə adi, kimi, digər ayələrdə bütün islam aləminin qəbul etdiyi 99 adı vardır. Allahin adi bizim başa düşdüyümüz ismi ad deyil.Allahin adlari onun sifətlərinin adidir. Buradan aydın olur ki, 99 ad Allahın xüsusi adları  və bundan başqa Yaradanın ümumi adlari da vardir.. Xüsusi adlar Allahın bir qüdrətinin adlandırılmasından meydana çıxır. Ümumi adlar ya bəzi qürup sifətlərdən ya da bütün sifətlərdən alinir.Buradan da  daha bir necə ümumi ad əldə edirik.Məs.İlahi kimi.İlahi adi Allahin (Allah qrup sifətinin adidir) bütün qüdrətlərin vəhdətini ifadə edir. İndi sual doğur. Bütün surələrdəki “Bismillah” aydın ayədir? Yəni burada Allahın ümumi adından başlandığını bildirir, yoxsa hər bir surənin əvvəlində gələn “bismillah” ayəsi söz işarəsi olub, həmin surənin Allahın xüsusi adları ilə başlandığını bildirir?Əgər ümumi adirsa hansi ümumi addir.Nisbi ümumi ad yoxsa mütləq ümumi ad.?
Əgər Quran surələrinə baxsaq görərik ki, Quranda 114 surə vardır. Allahın xüsusi adları isə 99-dir. Bütün Quranda “bismillahirəhmanirəhim” ayəsi 113 dəfə təkrarlanır(Bu ayənin təkrarlanmadığı surənin əslində başqa bir surənin hissəsi olması ilə bağlı şəxsi qənaət etmək olar, amma qənaət günah olduğundan bunu  Quranla təsdiq etməyincə, din alimlərinin izahı ilə kifayətlənirik). Buradan aydın olur ki, 99 surədəki “bismilahrəhmanirəhim” ayəsi Allahın xüsusi adı ilə başlandığını, yerdə qalan ayələrdə ümumi adı ilə başlandığını bildirir. Ümumi adla başlanan surələrdə Allahın ümumi qüdrəti ilə görülən işlərdən və ya bir necə qüdrəti nin adi ilə  xüsusi ayələrlə başlayan surələr Allahın bir qüdrəti ilə görülən işlərdən danışır.
İkinci məsələ bununla bağlıdır: “İşarə bismillah” Allahın surəni başlatmasına, yoxsa insanın bir işi başlatması zamanı zikrinin zəruriliyinə işarə edir?
“Bismilahirəhmanirəhim” ayəsini şərh edən islam alimləri bunu “insanın hər hansı bir işi başlayanda zikr etməsinin (təkrarlanmasının) vacibliyi kimi şərh edir. Amma “bismilahirəhmanirəhim”in hər bir surədə təkrarlanması və surələrin hər birinin mətnindən Allahın xüsusi adı ilə bağlı ayrıca qüdrətdən söhbət getdiyini nəzərə alsaq, bu sözün Allahın özünə aid olduğu aşkar olur. Yəni Allah bir surədə özünün fellərindən qüdrətlərindən biri ilə Yaratdıqlarını şərh edərkən məhz özünün o adı ilə-feli ilə Yaratmağa başladığını bildirir.

Allahın felindən insanda olan fəaliyyətlər var

Quranda aydın ayələrdə Allah öz nəfəsindən Adəmə (ilk insana) pufləmiş və Adəm (insan) yaranmışdır. (Antik fəlsəfədə də ruh nəfəs kimi  dərk olunmuşdur və metafizikada pnevmotologiya-nəfəs haqqinda elmin yaranmasina səbəbolmuşdur.Haşiyə cixim ki mən metafizikanin hər bir bölməsi ilə bagli o cümlərdən pnevmotologiya ilə bagli kitab yazib capa hazirlamişam)Bu göstərir ki, Allahın felindən insanda olan fəaliyyətlər var. O fəaliyyətlər ki, insana Allahın öz iradəsi ilə püfləməsi ilə keçib, o cür fəaliyyətlərdə insanın səhvi və ya özbaşınalığı günah yaratmır. Məsələn, idrak etmək, alimlik (Allahın Alim adı) - elm öyrənmə, Yaradan adı ilə uzlaşan insan yaradıcılığı və s. İnsanın bir şeyi düzgün dərk etməməsi və ya alimin səhv elmi mühakimə irəli sürməsi, yaxud da rəssamın əsəri pis çəkməsi dində gunah yaratmır. O fellər ki Yaradılışdan insana verilməyib, amma insan həmin feli icra edir (insana verilən fellər ona verilməmiş fellər haqqında özündə məlumat saxlayır, digər tərəfdən Quranda onlar aydın ayələrlə Allahın xüsusi adları ilə insanlara bəyan edilib), oradakı hər bir səhv günah kimi təzahür edir. Məsələn, mühakimə  Allahın fellərindən biridir, hansı ki, insana verilməyib. Bu Quranda Davud Peyğəmbərlə bağlı şərh olunan hadisəni ifadə edən aydın ayədə bəyan edilib. Beləliklə, insan düz mühakimə etmədikdə (bəşər Allah kimi ədalətli mühakimə edə bilməz, cünki bəşər aşkar əməllərə görə, Allah həm aşkar, həm də gizli əməllərə görə mühakimə edir) günaha batır. 
O cümlədən cəza vermək. Bu gün Yaxın Şərqdə Allah adı ilə din naminə insanlara cəza verənlər ən böyük gunaha batır. Çünki Cəzavermə yalnız Allaha xas feldir və insana Allah tərəfindən verilməmiş əməldir. Buradan da günahın mənası aydınlaşır.

“Siratəl müstəqim”in mənası

Quranda gizli mənaya malik sözlərdən biri də “siratəl müstəqim” - mənası bizim dilimizdə “düz yol” olan sözü götürək. Bu söz də çoxmənalı sözdür. Bütün islam alimləri bu fikirdə həmfikirdirlər ki, “siratəl müstəqim” insanın əxlaq yolu - din yoludur. Hansı ki, Quranda insanların bu yolla getməsi təqdir olunur. Amma Quranın aydınlaşdıran ayələrindən məlum olur ki, “siratəl müstəqim”in gizli mənası vardır. Belə ki, Vələd surəsinin 10-cu ayəsində buyrulur: “Ona (peyğəmbərə) iki yolu (maddi və mənəvi) göstərmədikmi”. Bu ayədəki maddi yol Maddi aləmin nizamlanması yoludur, hansı ki, Quranda əksər ayələr bu yolla bağlı mənaları ifadə edir. Bura Kainatın, Yerin, insanın yaranması və idarə olunması və s. aiddir. Mənəvi yol - insanın getməli olduğu din yolu-əxlaq yoldur, hansı ki, ruhun yaradılması və insanla bağlı bütün ayələr bu yolu izah edir. Bu iki yol “bissmillahın” başlanğıc hərfinin altındakı nöqtədən ayrılır. Belə ki, nöqtə maddi və xəyali nöqtəyə çevrilir, hansı ki, yaranış maddi nöqtənin, idrak xəyali nöqtənin getdiyi yolla müəyyən olunub.
Bu iki yol bir-birindən fərqli yoldur. Maddi yol yaranma anında başa çatan və buna görə də təkmilləşmə tələb olunmayan, təkrarlanan yoldur. Bu yolla yaradılanlar məkanda və zamanda təkrarlanmaqla mövcud olur. Bu yolda olanların Allaha itaəti Qurani Kərimdə “zikr” sözü ilə ifadə olunub. Məsələn, Quran ayələrində bitkilərin, dağların zikr halında olduğu söylənilir. Zikr halında olmaq, Allahın Nizamına uyğun mövcud olmağı göstərir. Bu gün bəzi islam təriqətlərində dini ayinlərdə zikr ritualları vardır. Zikr təkrarlanmanı, amma sükunətdə təkrarlanmanı bildirdiyindən, hərəkətliklə ifadə olunan zikr Qurandakı maddi yolla gedənlərin itaəti ilə uyğun deyil, hansı ki, insan yalnız maddi varlıq deyil və bitki, ya dağ kimi zikr edə bilməz. Yalnız namazda tam hərəkətsiz halda zikr etmək və yoqa vəziyyətində zikr Quranda göstərilən zikrə uyğundur. Bu vəziyyətlərdə insan sanki cismə çevrilir və öz cəsədi ilə zikr edir. İnsanın aktiv hərəkətlə zikr etmələri, onların meyitlərinin özlərində hərəkət etməsindən ibarətdir, hansı ki, insan ölməklə meyit bir cisim olaraq zikr halına keçir. Meyitdən isə ibadət tələb olunmur, hansı ki, diri insan ibadətlə Allaha iman gətirdiyi kimi, meyit bir cisim kimi zikrlə Allaha iman gətirir.

İlahi andlar...

Dördüncüsü, sintaqmatik işarə. 
Belə işarə ayrı-ayrı cümlələrlə edilir. Qurani Kərimdə bir çox mətləblər aydınlaşdırılarkən Allah-tala and içir.
And - deyilən sözün düzlüyünü and içilənin əhəmiyyətliyi ilə uzlaşdırmaqdan, müqayisədən və ya əvəzləmədən ibarət təsdiq üsuludur. Buradan aydın olur ki, ilahi andlar Quranın mənasının anlanılmasında xüsusi əhəmiyyətliliyə malikdir. Bu andlar cümlə işarələri olub, Quran mətnindəki gizli mənaları aşkarlamağa imkan verir. Məsələn, “And olsun Zülmətə və Nura”. Bu ayə yoxdan var etməni izah edən aydınlaşdırıcı ayədir, hansı ki, özü konkret işarə edən cümlə kimi çıxış edir. Quranda sintaqmatik işarələr ya konkret surədəki işarələri, ya da ondan əvvəlki işarələri aydınlaşdırır. Ona görə də bu andların Quranın mənasının qavranmasında müstəsna rolu olduğu unudulmamalıdır. 
Beşinci, tematik işarə:
Bu işarə Quran surələrinin ümumi mətni ilə verilir.Hər bir temanin özünə məxsus remasi vardir.Quranda tema ilə remanin vəhdəti gizlidir.Bu nə deməkdir.Quranda iki cür surə vardir.Bir mətndən ibarət surə.Belə surənin temasi ilə remasi vəhdətdədir.Məsələn.İxlas surəsi.İkinci qrup surələr cox temali surələrdir.Burada rema artiq dagilmiş vəziyyətdə oldugundan tema ilə remanin vəhdəti alinmir.Belə surələrdə remani aşkarlamaq ücün temalarin kicik remalarindan(hissəvi mənalardan)surənin remasi sintez olunmalidir.Məs.Bəqərə.Bəqərə alti temadan ibarət bir surədir.Əgər siz bu surəni necə var qəbul etsəz onda hec bir məna aşkarlaya bilmərsiz və ya ən azinda alti bir biri ilə əlaqəsi olmayan məna anlayarsiz.Amma hər bir surənin bir remasi oldugunu qəbul etsək onda surənin reamasini aşkarlamaq ücün həmin surənin bütün remalarinin məcmusundan sintez olunmalidir..
Altinci, hermenevtik işarə. 
Belə işarə Quranın bütün mətni ilə edilir.Hermenevtik işarə bir temanin   remasinin başqa  temadan və ya bir  temadan başqa remanin  aşkarlanmasini özündə ifadə edir..Buradan göründüyü kimi, Quranın bütün temasinin remasi bir nöqtədə olduğu kimi, Quranın tam mətni özü bir işarə kimi başqa temanin remasina işarə edir.. Bu mühakiməni necə anlamaq olar? Quranın tam mətni bir işarə kimi nəyə işarə edir və əgər Qurandakı işarələr aydınlaşdırıcı ayələrlə şərh olunursa, onda Quranın tam mətni - aydın və aydınlaşdırıcı ayələrin vəhdəti nəyə işarə etdiyini necə təyin edə bilərik? Buradan aydın olur ki, Quranın tam mətni Qurandan xaricdəki mənaya, yəni gerçəkliklər aləminə Qalaktikaya Yaradılmışlara işarə edir. Onda Quranda bu işarənin nədən ibarət olduğunu necə bilmək olar? 
Bu məsələni də Quarni Kərim özü təfsir edir. Biz bunu Vaqiyə surəsinin 75- ci ayəsindən anlayırıq. Həmin ayədə deyilir: “And olsun ulduzların yerlərinə batma və düşmə zamanına və And olsun ”“Quranın hissələrinin nazil olma vaxtlarına”. Beləliklə, Quranın tam mətninin özündə nəya işarə etdiyi Quranın nazil olma vaxtları ilə müəyyən oluna bilər.
Bu ayənin gizlin mənası nəhəng bir kəşfi gizlədir. Bu gün alimlər teleskop və müxtəlif alətlərlə ulduzların yerini, onların hərəkət trayektoriyasını (batma və düşmələrini) hesablayıb, bunu nəhəng elmi nəaliyət kimi təqdim edirlər. Quranda bütün ulduzların yeri və hərəkəti haqqında məlumat, ayədən göründüyü kimi, ayələrin göndərilmə vaxtları ilə işarə edilib. Quran 23 ilə, müxtəlif aylarda, müxtəlif həftələrdə, müxtəlif günlərdə və günün müxtəlif cağlarında göndərilib. Buradan da hər bir Quran ayəsinin nazil olunma vaxtının özündə bir ulduzun “batma və düşmə vaxtını özündə bildirdiyi aydın olur”. Quranın bu günədək açılmamış və bizim tərəfimizdən aşkarlanmış bu hikməti doğrudan da insan ağlını dondurur. Ayələrin göndərilmə nizamı digər tərəfdən dünyanı təşkil edən şeylərin hər birinin qurulma nizamına işarə edir.

Quranın açılmamış ən nəhəng mənalarından biri

Bütün bunlar Yaradılış aləmdəki nişanələrlə Quran işarələrinin, Qurandakı nişanələrlə Yaradılış aləminin işarələrinin qarşılıqlı olaraq bir-birini təyin etdiyini göstərir. Bu da bu günə kimi Quranın açılmamış ən nəhəng mənalarından biridir. Sual oluna bilər, bəs nə üçün bu sirlər bu günə kimi böyük islam alimlərinin diqqətindən qaçıb. Bunun səbəbi həm də bizi Allahın bizim bilməməzi istədiyi bir çox mənalardan vaxtında xəbər tutmağımızın qarşısını alıb.
Quranda işarələrin dəqiq aydınlaşdırılmasına mane olan məsələ bu gün əlimizdə olan Quranın ayələrinin  göndərilmə ardıcıllığı ilə tərtib olunmamasıdır. Məhz buna görə aydınlaşdıran ayələrlə işarələr arasında elə məsafələr yaranıb ki, həmin ayələrin hansı işarəni izah etdiyini müəyyən etmək və ya işarəni hansı surədəki ayə ilə izah etmək olar məsələsi çətinlik yaradır. Bu həm də Quranın tam mətninin nəyə işarə etdiyini, yəni Yaradılışın hansı ardıcıllıqla hansı mərhələrdən keçməklə və necə baş verdiyini bilməyə imkan vermir.
Quran surələrinin ardıcıllığı özündə həmin surələrin Allahın hansı adı ilə başlandığını bilməklə həm də, Yaradılışın feli ardıcıllığını da anlamış oluruq.
Ayələrin nazil olma vaxtının hələ nə qədər sirrə işarə etdiyini  sonraki təvilimizdə geniş izah edəcəyik.Fikrimizi Quranın özü ilə əsaslandıraq. Quranda bəzi işarə edən sözlərin mənası elə həmin surədəki aydınlaşan ayələrlə, bəzi işarələri aydinlaşdiran ayələr növbəti surədə verilmişdir. Məsələn, Müttəfuqun surəsinin 7-ci ayəsində mənası və forması işarə olan söz elə həmin surənin 9-cu ayəsində aydınlaşdırıcı ayə ilə aşkarlanır. Həmin ayədə bəyan edilir: “(7)Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri “Siccindədir”. (8) və sən nə bilirsən Siccin nədir?  (9) (Siccin) nömrələnmiş bir kitabdır”. Buradan aydın olur ki, Siccin sanki bir ilahi “cinayət prosessual məcəlləsidir”, hansı ki, əməllə cəzanın nisbəti həmin dəftərdə müxtəlif nömrəli maddələr kimi qeyd edilmişdir.
Bu baxımdan, Quranda işarələrin aşkarlanması üçün Quranın hər bir ayəsi göndərilmə vaxtına uyğun tərtib olunmalıdır . Və ya Quranın tam mətninin nəyə işarə etdiyini bilmək üçün, həmin ayələrin göndərilmə vaxtlarını dəqiqləşdirmək lazımdır. 
Qeyd edim ki, “bismillahirəhmanirəhim” ayəsinin birinci hərfinin altındakı nöqtənin mənasına görə, Quranın tam mətni özündə Yaradılışın tamlığına işarə edir, hansı ki, yaradılışın mərhələləri Quranda ayrı-ayrı surələr şəklində hissə-hissə verilmişdir. Quranın özü isə yaradılışa paralel yaradılmışdır(yalnız göndərilməsi yaradılışın zamanlanmasına uyğun olmuşdur). 
Bu qisa girişdən sonra ,Quranin özü özünün təfsiri ilə bagli  həm burdaki söz acdimiz mətləblərdən həm də təmamilə yeni məsələrdən yaratdigimiz yeni elmin mətiqi və medodu əsasinda “Quranin kondisioloji təvili” adi altinda  silsilə yazilar veriləcək. 
 
Sərdar CƏLALOÄžLU
Oxşar xəbərlər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17 May 2024 | 17:39
Ramin Əliyev saxlanıldı
17 May 2024 | 17:35
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
17 May 2024 | 17:31
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17 May 2024 | 17:28
Koreyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub - FOTOLAR
17 May 2024 | 17:26
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:22
Ayda 376 manata mənzil almaq istəyənlərin nəzərinə: Seçim turunun vaxtı açıqlandı
17 May 2024 | 17:21
Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” - MÜSAHİBƏ
17 May 2024 | 17:19
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
17 May 2024 | 17:15
Nüvə doktrinasını dəyişmək İrana nə verəcək? - VİDEO
17 May 2024 | 17:10
Həmid Həmidovla “Danışaq?” layihəsi: Peyvəndlər, cəfəng diaqnozlar, təhlükəli xəstəliklər - VİDEO
17 May 2024 | 17:06
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17 May 2024 | 17:03
Arterial hipertoniyanın müalicəsi necə aparılır? - Həkim AÇIQLADI - FOTO
17 May 2024 | 16:58
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
17 May 2024 | 16:56
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
GÜNLÜK
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 11:05
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
17 May 2024 | 10:59
Bu şəxslərə birdəfəlik müavinət verilib
17 May 2024 | 11:29
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
17 May 2024 | 11:11
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
17 May 2024 | 11:25
Aleksandr Lukaşenko Füzuliyə getdi
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:19
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
17 May 2024 | 11:38
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
17 May 2024 | 11:22
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
AYLIQ
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 11:05
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
17 May 2024 | 10:59
Bu şəxslərə birdəfəlik müavinət verilib
17 May 2024 | 11:29
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
17 May 2024 | 11:11
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
17 May 2024 | 11:25
Aleksandr Lukaşenko Füzuliyə getdi
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:19
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
17 May 2024 | 11:38
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
17 May 2024 | 11:22
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO