Goranboy rayon Xoylu kənd sakini Aqil İbrahimovun səlahiyyətli nümayəndəsi Natiq İsmayılov Moderator.az-a iki il öncə baş vermiş oğurluq faktının ört-basdır edilməsini şikayət edərək problemin ictimailəşdirilməsini xahiş edib.Məhz “Goranboy sakini Zakir Qaralovdan kömək istəyir”sərlövhəli yazıdan sonra Şəmkir rayon polis şöbəsinin əməliyyat üzrə 1-ci müavini polis polkovnik leytenantı İlqar Şabanov Natiq İsmayılovu şərlədib həbs etdirəcəyi ilə hədələyib.Goranboy sakini zərərşəkmiş Aqil İbrahimovun nümayəndəsinə rəis müavini İlqar Şabanov tərəfindən konkret şərtlər qoyulub. N.İsmayılovun sözlərinə görə, ona ”məlum cinayət işi üzrə yuxarı instansiyalara nə teleqram, nə də ki, şikayət ərizələri yazmamalı. Əks təqdirdə üzünə adam qoyub səni həbs etdirəcəm”™”™- deyə xəbərdarlıq eilib. Bu hədə-qorxu mesajı N.İsmayılova 9 iyun 2014-cü il tarixdə Şəmkir rayon polis şöbəsində çatdırılıb.
Hal-hazırda Gəncə şəhərində yaşayan N.İsmayılov Şabanovlar qardaşlarının hədəfində olduğundan şərlənib həbs ediləcəyində ehtiyatlanır. Sonda zərəçəkmişin səlahiyyətli nümayəndəsi Natiq İsmayılov mətubat vasitəsi ilə Daxili İşlər Naziri Ramil Usubov və Baş Prokuror Zakir Qaralov cənablarından rəis müavini polis polkovnik leytenantı İlqar Şabanov barəsində ölçü götürülməsini xahiş edir!