Qarabağ uğrunda savaş Naxçıvandan başlayır
Oxunub: 2195
14 Jun 2014 | 09:04
Qarabağ uğrunda savaş Naxçıvandan başlayır

Son vaxtlar Naxçıvanda Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ordusu arasında qanlı döyüşlərin getməsi ilə bağlı ziddiyyətli xəbərlər yayılır. Bir sıra media qurumları yerli mənbələrdən aldıqları məlumatlara istinadən Naxçıvan cəbhəsində vəziyyətin gərgin olduğunu bildirirlər. Xüsusən də hakimiyyətə yaxın bəzi saytlar israrla muxtar respublikada davamlı olaraq döyüşlərin getdiyini, ordumuzun  ermənilərin  hücumlarının qarşısını aldığını yazırlar.


Müdafiə Nazirliyi isə bu israrlara rəğmən Naxçıvan cəbhəsində vəziyyətin nəzarətdə olması haqda  quru bəyanat yaymaqla kifayətlənib. Nədənsə hakim partiyanın təmsilçiləri və Naxçıvandan olan deputatlar isə iqtidara yaxın saytların Naxçıvan cəbhəsində vəziyyətin gərgin olmasına dair tirajladıqları informasiyanı təkzib etmək yolunu tuturlar.  Onların bu məsələ ilə bağlı açıqlamaları isə bir çaşqınlıq içərisində olduqlarını göstərir.
Bəs əslində Naxçıvanda nələr baş verir, doğrudan da muxtar respublikada döyüşlər gedir?

Yerli mənbələrdən aldığımız məlumatlara görə, son vaxtlar cəbhə xəttində bir hərəkətlilik müşahidə olunur, vaxtaşırı atəş səsləri eşidilir. Azərbaycan ordusu özünün xüsusi bölmələrini ön xəttə yerləşdirir.

Naxçıvan cəbhəsində baş verən hadisələr və bundan sonra ola biləcək olaylar barədə danışan məlumatlı ekspertlər hesab edir ki, Ermənistanın bu istiqamətdən Azərbaycana hər hansı təhlükə yaratması o qədər də real deyil. Çünki Naxçıvan cəbhəsində Azərbaycan ordusu çox yüksək səviyyədə hərbi texnika, döyüş ləvazimatları, döyüş vertolyotları, uzaq mənzilli raketlər, müdafiə sistemləri ilə təchiz olunub. Üstəlik, bu yaxınlarda  Naxçıvanda 15 min nəfərlik kontingenti olan Əlahiddə Qoşun Bölmələri yaradılıb. Bu qoşun bölmələri çox yüksək səviyyədə döyüş qabiliyyətinə malikdir və hər cür müasir silahlarla təchiz edilib.


 Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı şəxsi heyətinin və Əlahiddə Qoşun Bölmələrinin düşmənin hər cür hücumuna cavab verməyə və lazım olarsa geniş miqyaslı hərbi əməliyyatlar aparmağa hazır olduğu bildirilir.

Azərbaycan ordusunun Naxçıvandakı bölmələri vaxtaşırı Türkiyə ordusu ilə birgə hərbi təlimlər keçirir və hərbçilərimizin döyüş qabiliyyətinin, peşəkarlığının artırılması, uğurlu geniş miqyaslı hərbi əməliyyatlar həyata keçirə bilməsi üçün Türkiyə ordusunun təcrübəsindən və türk zabitlərinin  praktik təlimlərindən istifadə olunur.


Bundan başqa “Yeni Müsavat”ın bir müddət öncə yazdığı kimi Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın yaratdığı,  şərti olaraq “Turan ordusu” adlanan hərbi birliyin Naxçıvanda bölmələrinin olduğu iddia edilir. “Turan ordusu”nun NATO-nun bilgisi və razılığı çərçivəsində Rusiyanın bölgə  üçün törədə biləcəyi hər hansı təhlükələrə qarşı yaradıldığı və bu hərbi birliyin yüksək səviyyəli döyüş qabiliyyətinə malik hərbçilərdən ibarət formalaşdırıldığı bildirilir. Qeyd etmişdik ki, “Turan ordusu”nun tərkibində ayrı-ayrı xüsusi bölmələr var və onlar istənilən şəraitdə istənilən əməliyyatı həyata keçirməyə qadirdir.

Həmin bölmələrin bir qrupunun Naxçıvanda yerləşdirildiyinə və istənilən an əməliyyatlara başlamağa hazır olduğuna dair məlumatlar gəlməkdədir.


Bundan başqa, Naxçıvana hər hansı hücum olarsa Türkiyənin vəziyyətə müdaxiləsini nəzərdə tutan 1921-ci ildə imzalanan Qars müqaviləsi hələ də qüvvədədir və Türkiyə muxtar respublikaya istənilən müdaxilə zamanı buna qarşı hərbi əməliyyatlar keçirmək hüququnu özündə saxlayır. Bu baxımdan, savaşın hətta Naxçıvandan başlaması Azərbaycan üçün mühümdür; müharibə variantından məhz bu cür də etmək lazımdır. Əks halda Türkiyəyə müharibəyə qatılmaq, ya da ən azından, erməniləri ciddi təhdid altına almaq bəhanəsi tapılmayacaq. Burada qeyd etməyi mühüm sayırıq ki, hələ Elçibəy iqtidarı dönəmində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında məxfi bir plan işlənmişdi. Həmin planın işlənməsində iştirak edən Elçibəy hökumətinin rəhbərlərindən biri “Yeni Müsavat”a deyib ki, burada əsas məqsəd Türkiyəni hərbi əməliyyatlara qoşulmağa sövq edəcək şəraitin və beynəlxalq aləmin nəzdindəki bəhanənin yaradılması idi. 

Naxçıvan Ermənistanın hərbi təcavüzünə qarşı başladılacaq hərbi revanş üçün ən münasib məntəqədir. Ermənistanı Türkiyənin təəhhüdündə olan bir ərazidə savaşa çəkməklə yanaşı, burada məqsəd həm də həm də İranda və Türkiyədə yaşayan çoxmilyonlu etnik azərbaycanlılar olan dəhlizdə ermənilərin əzilməsini təmin etməkdir. İndi görünən budur ki, Türkiyənin və Azərbaycanın hərbi strateqləri yenidən bu planın üzərinə qayıdıblar.


“Yeni Müsavat” erməni mətbuatını da həssaslıqla izləməkdədir. Oradan da görünür ki, düşmən ölkənin mediası Naxçıvanda baş verən, Azərbaycan rəsmiləri tərəfindən də ciddi-cəhdlə gizlədilən gəlişmələrdən narahatdır. Naxçıvan cəbhəsi yeganə nöqtədir ki, ermənilər onun açılmaması üçün hər şeyə hazırdırlar. 1991-93-cü illərdə oradan savaş cəbhəsinin açılmaması üçün Ermənistan hər cür ağlasığmaz hərəkətlərə, gizli anlaşmalara baş vurmuşdular.
***
Hələ bir müddət əvvəl yazmışdıq ki, istər Ermənistanın öz istəyi, istərsə də Rusiyanın təhriki ilə Qarabağ cəbhəsində Azərbaycana qarşı təxribatlarının qarşısını almağın ən yaxşı yolu Naxçıvan cəbhəsində düşmənin sıxışdırılması və geniş miqyaslı əməliyyatların keçirilməsi ola bilər.


Naxçıvandan gələn xəbərlərə əsaslansaq, demək olar ki, artıq bu məqam yetişib. Düşmənin təxribatları, Azərbaycanın, cəbhənin digər istiqamətləri ilə müqayisədə, daha güclü olduğu və möhkəm müdafiə imkanlarına malik Naxçıvan cəbhəsində böyük Qarabağ savaşına başlamağa imkan verir. Gələn məlumatlar və ekspertlərin hesablamaları göstərir ki, Azərbaycan Naxçıvan cəbhəsində ciddi savaş hazırlıqları içərisindədir. Fikirlər əsasən belədir ki, Azərbaycan ordusu Naxçıvandan torpaqlarımızı işğal altında saxlayan və vaxtaşırı cəbhənin ən müxtəlif istiqamətlərində təxribatlar törədən Ermənistana ciddi hərbi zərbələr vura, hətta onu kompromislərə vadar edə bilər. 

Bu barədə danışarkən ordumuzun gücünə arxayınçılıq ifadə edən ekspertlər deyir ki, Naxçıvan istiqaməti  ilə yanaşı cəbhənin digər istiqamətlərində də Azərbaycan canlı qüvvələrinin və hərbi texnikasının sayını artırmalı, ordunu bir nömrəli döyüş vəziyyətinə gətirməlidir.

Ekspertlər hesab edirlər ki, Azərbaycan düşmənin Naxçıvan cəbhəsindəki təxribatlarından istifadə edərək bu istiqamətdə uğurlu əməliyyatlar keçirə bilsə, bu həm də Qarabağın işğaldan azad edilməsi prosesində atılacaq addımların başlanğıcı ola bilər. Naxçıvan istiqamətində böyük savaşın hər an başlaya biləcəyi isə istisna olunmur.
Mövzunu diqqətdə saxlayacağıq.
Musavat.com
Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı