Əli Məsimli: “Qərbin dişsizliyi davam etsə Rusiya bundan şirniklənəcək”
Müsahibə
Oxunub: 15365
26 Mar 2014 | 10:26
 Əli Məsimli: “Qərbin dişsizliyi davam etsə Rusiya bundan şirniklənəcək”
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Krım böhranından sonra Rusiyaya qarşı sanksiyalar paketini işə salmağa hazırlaşan ABŞ və 28 Avropa ölkəsinin tərəddüdlü addımları, eyni zamanda bu konfliktin hansı tərəfin qələbəsiylə sonuclanacağıyla bağlı Moderator.az-ın bir sıra suallarını cavablandırıb

 -Ukrayna ətrafında cərəyan edən hadisələrin təhlükəsini 10 ballaıq şkala ilə neçə bal qiymətləndirərdiniz?
     
 - Ukrayna ətrafında cərəyan edən hadisələrdən doğan vəziyyət əslində ilk baxışda göründüyündən çox mürəkkəb və təhlükəlidir.Bunu 10 ballıq sistem üzrə 8 balla qiymətləndirmək olar. Çünki  Krımın anneksiyası dünya düzənini dəyişdi. Yeni dünya düzəni formalaşır,  amma bu, ötən əsrdə  İkinci dünya müharibəsinə gətirib çıxaran hadisələrin xeyli dərəcədə oxşarıdır. Belə ki,tarix kitablarında 1929-cu il böhranının  1933-cü ildə başa çatdığı yazılsa da, əslində belə olmayıb. Məhz 1933-cü ildən sonra da həmin böhrandan çıxa bilməyin optimal yolu tapılmadığından müharibə variantına şərait yaradıldı və İkinci  Dünya Müharibəsi başladı. İndi də 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından tam çıxışın optimal yolu tapılmır. Həmin dövrün tarixi hardasa 80 faiz təkrar olunur. Ona görə də vəziyyət çox təhlükəlidi. 
Krımın anneksiyası bütün dünyadakı mövcud geosiyasi balansı darmadağın edə bilər. Hazırda müharibənin qarşısını alan çəkindirici faktor-ağıl, sağlam düşüncə, humanizm yox, qarşı-qarşıya duran tərəflərin hər birinin dünyanı azı 15 dəfə dağıtmaq üçün yetərli sayda atom silahına sahib olmasıdır. Ona görə də müharibə variantı arxa plana itələnib və iqtisadi sanksiyalardan istifadə  olunur.

-Deyəsən ABŞ və 28 Avropa ölkəsi Rusiyanı diz çökdürəcək iqtisadi sanksiya məsələsində dil tapa bilmədilər. 

- Avropa Parlamenti Rusiyaya qarşı sanskiyaların birinci mərhələsinə razılıq versə də və Krımdakı fəaliyyətindən geri çəkilməsə daha şiddətli sanksiyalarla üzləşəcəyi haqda Kremli xəbərdar edib.Amma konkret sanksiyalardan söhbət gedəndə belə  sanksiyaların tətbiqində Amerika tərəfi prezidentin timsalında bir nəfərin, Avropa İttifaqı isə 28 nəfərin razılığını tələb etdiyindən, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Avropa Birliyi tərəfindən sinxronlaşdırılmış şəkildə təkrarlanması ehtimalı azdı. Onun yalnız bir hissəsi Avropa Birliyi tərəfindən həyata keçirilə bilər.Bunun səbəbləri çoxdu. Həmin səbəblər içərisində İkinci dünya müharibəsinin başa çatmasından 70 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, hələ də avropalıların Rusiya xofu və bir də Rusiyadan qaz asılılığı (Avropanın enerji daşıyıcılarına olan tələbatının üçdə biri Rusiya hesabına reallaşır) daha ciddi rol oynayır. ABŞ Avropanı ən yaxşı halda bir ildən sonar qazla təchizatına töhfə verə bilər.Ona görə də Avropa Birliyi sanksiya məsələsində ləng hərəkət edir, bəzi Avropa ölkələri isə ümumiyyətlə tərəddüd edir. 

-Həmin sanksiyaların hansı təsiri ola bilər?
 
- Hadisələr göstərir ki, Ukraynadakı böhran və Rusiyanın Krımı işğal etməsi ABŞ-Rusiya münasibətlərinin köklü şəkildə təzədən qiymətləndirilməsinə aparır. Hələlik tətbiq olunan sanksiyalar daha çox diplomatik manevr xarakterlidir. Belə sanksiyalar daha çox çəkindirici xarakter daşıyır.Ukraynadakı vəziyyət ətrafında Qərbin mövqeyi ABŞ prezidenti Barak Obamanın Avropaya gözlənilən səfərı zamanı aydınlaşacaq.Digər tərəfdən əgər ABŞ-la Rusiya heç olmasa müəyyən məqamlar üzrə razılığa gələ bilməsələr, sanksiyalarla yanaşı həm də Rusiyanın daha geniş şəkildə təcridi prosesi başlaya bilər”¦.    

 -İndi tətbiq edilən sanksiyalardan  yaxın zamanlarda hansı nəticələri gözləmək olar?
 
- Ukrayna ətrafında yaranmış böhran nəticəsində dünyada yaranmış vəziyyətin məntiqindən doğan çoxsaylı səbəblər üzündən yaxın zamanlarda Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar gözlənilən nəticələri verməyəcək. Yəni bütün bu təzyiq və sanksiyalara baxmayaraq, həmin sanksiyalar Rusiyanı Krımdan çıxması üçün yetərli olmayacaq və ya Rusiya iqtisadiyyatına nəticələri bir neçə ildən sonra görünəcək dağıdıcı zərbə vuracaq, amma Krım məsələsində gözlənilən effekti verməyəcək.İrana tətbiq edilən sanksiyaların təcrübəsi göstərir ki, enerjidaşıyıcıları ilə zəngin olan ölkəni sanksiyalar vasitəsilə ağır duruma salmaq olsa da, qısa zaman kəsiyində tam çökdürmək mümkün olmur və bu proses çox zaman aparır. Bu sanksiyalar həm də seynot vəziyyətinə doğru gedən Rusiyanın postsovet ölkələrinə təzyiqini artıra da bilər.

 - Bəs həmin sanksiyaların  orta müddətli nəticələri necə görürsünüz?

 - ABŞ Rusiya təhlükəsinin bundan sonrakı fəsadlarını görür və qarşısını almağa çalışacaq. Çox güman ki, əvvəlcə sanksiyalar çəkindirici komplekslə məhdudlaşacaq. Soyuq müharibənin yeniləşmiş variantda təzahürləri özünü göstərməyə başlayacaq.Rusiya bundan nəticə çıxarmasa, onda sanksiyalar onun davranışlarına adekvat şəkildə gücləndiriləcək. Rusiya iqtisadiyyatı enerjidaşıyıcılarının ixracından və dünya bazarında satışından çox asılı vəziyyətdədir. Başqa sahədən ona iri məbləğlı pul daxil ola bilmə mənbəyi yoxdu.Qərbin təzyiqləri nəticəsində bu sahədə müəyyən problemlər yaransa, Rusiya iqtisadiyyatının qalxınması üçün zəruri olan  islahatları həyata keçirə  və texnoloji cəhətdən geriliyini aradan qaldıra bilməyəcək. Digər tərəfdən, bayaq dediyimiz kimi, Avropanın enerjidaşıyıcılarına olan tələbatının üçdə birini Rusiya ödəyir. Ona görə də Qərb Rusiyanın neft-qaz ixracından asılılığını zəiflətmək istiqamətindəki səylərini artıracaq.Qərbin sanksiyalarından Rusiya iqtisadiyyatı ziyan çəksə də, onadan qat-qat çox artıq “aqressor” damğası vurulmuş Rusiya reputasiyası ziyan çəkəcək. Böyük səkkizliyin yolu Rusiya üçün bağlanır. Rusiya üçün Ukrayna və deməli həm də MDB yoxa çıxır.Qərblə Rusiya arasında ticarət-iqtisadi əlaqələr zəifləyəcək. Rusiyanın əlverişli şərtlərlə dünya maliyyə bazarına çıxışı çətinləşəcək. Bu da Rusiyaya sərmayə qoyuluşunu mədudlaşdıracaq.Viza problemi ciddi nəticələr verməyə başlayacaq. Rusiyadan kapital axını güçlənəcək.Belə vəziyyətdə Rusiya  valyuta ehtiyatlarının daha çox hissəsini  sosial gərginlyin azaldılmasına və  rublun kursunun nisbi sabit saxlanılmasına sərf etməli olacaq.Bir müddətdən sonar eyforiyadan ayılanlar, həm elita, həm də əhali arasında daxili narazılıq artacaq.

-Həmin sanksiyalar başqa ölkələrin iqtisadiyyatına necə təsir göstərəcək?
 
-Əvvala, sanksiyalar tətbiq olunan ölkə ilə yanaşı onu tətbiq edən ölkələrin şirkətlərinin də fəaliyyətinə təsir göstərəcək.İkincisi, Rusiyaya tətbiq olunan  sanksiyalar onun  Gömrük İttifaqına üzrə müttəfiqləri olan Belarus, Qazaxıstan və Ermənistan üçün də müəyyən  iqtisadi və bəlkə də sosial xarakterli problemlər yarada bilər.Üçüncüsü, bu sanksiyalar dolayı yolla da olsa, Rusiya ilə daha çox ticarət-iqtisadi əlaqələri olan ölkələrə təsir edəcək.Dördüncüsü, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri artdıqca, keçmiş SSRİ respublikalarından gedib Rusiyada işləyən və evlərinə- ailəsinə pul göndərən şəxslərin qazancına mənfi təsir göstərə blər.

- Sizin proqnozunuz necədir, bu savaşdan Rusiya, yoxsa Qərb qalib çıxacaq və biz bu savaşın qalibini və məğlubunu nə vaxt görə biləcəyik?

- Bu qarşıdurmanın ən ciddi nəticələri iki mənbədən qaynaqlanacaq: birincisi üzunmüddətli sanksiyalardan, ikincisi həmin sanksiyaların səmərəlilik dərəcəsi və proqnözlaşdırılması mümkün olmayan  nəticələrindən. Bu baxımdan hadisələrin gedişini birmənalı qiymətləndirmək çox çətindir və yalnız optimist, pessimist və orta variantda proqnozlaşdırmaq olar:
    Pessimist proqnoza görə demək olar ki,  sanksiyalar yaxın illərdə Rusiyanı durdurmaqdan ötrü yetərli olmayacaq. Ona görə də bu savaşın tarix üçün qısamüddətli taktiki  qələbəsi Rusiyanın tərəfində olacaq. Əgər Qərb “dişsizliyini”  davam etdirsə, Rusiya bundan şirnikləşib, Ukraynada törətdiyini digər postsovet ölkələrində də müxtəlif formalarda sınaqdan keçirəcək. Bu savaşın pirr qələbəsi Rusiya tərəfində olduğundan, qısamüddətli dövrün qalıbi  Rusiya olacaq..
 
Optimist varianta görə, ABŞ Krımın anneksiyasını Rusiyanın dünya düzəninin “qırmızı xəttını” keçdiyini fikirdə, sözdə və işdə ciddi qəbul edib, təzyiqləri gücləndirəcək və Rusiyanın  bir dövlət kimi çökməsini sürətləndirəcək.
         
Orta variantlı proqnoza görə isə böyük ehtimalla  yaxın illərdə  şahmatdakı  PAT vəziyyəti yaranacaq: Amerika Rusiyanım imperiya ambisiyalarının reallaşdırılmasına imkan verməyəcək, Rusiya da postsovet ölkələrinin Avropa və Avroatlantik strukturlarına inteqrasiyasın ləngidəcək. Amma Rusiya buna yalnız orta müddətli bir dövrdə nail ola biləcək.ABŞ Rusiyanın Ukraynada işğal planlarını genişləndirməyə imkan verməcəyək.Bunun müqabilində də  Qərb Rusiyaya qarşı onu diz çökdürə biləcək həlledici addımlara getməyəcək. Həm də Rusiya iqtisadiyyatı zəif, əhalisinin xeyli hissəsi yoxsul, amma bunun müqabilində on doqquzuncu əsrin təfəkkürü ilə imperiya funksiyalarını yerinə yetirən bir ölkə kimi hələ bir müddət də qalmaqda davam edəcək”¦.

-Sizcə bu mövzu ətrafında hansı sual açıq qaldı?

-İmperiyalar təkcə “parçala- hökm sür”  prinsipi ilə yox, bundan da  daha çox  “motiv-uğur!  prinsipi əsasında yaranır, inkişaf edir, motiv bitəndən sonra isə dağılır gedir.Həm də tarixdə hələ heç bir imperiya dağılandan sonra özünü bərpa edə bilməyib, bilmir və bundan sonra da bilməyəcək.Həm də üç əsrdir ki, Rusiyanın yanında olan heç bir ölkə, xalq heç orta səviyyəli belə inkişaf səviyyəsinə nail ola bilməyib.Ona görə də hazırda Rusiyanın tutduğu yol onun qonşuları üçün çox təhlükəli, özü üçün isə zəifləmiş iqtisadiyyat, yoxsul əhali, geri qalmış texnologiya, kapital axını, daxili gərginlik və kataklizmdən başqa heç nə vəd etmir. Ona görə də son nəticədə bu işğal Rusiyanın özü üçün pis sonluqla nəticələnəcək. Bu baxımdan,yeganə açıq qalan sual  budur: Rus imperiyasının süqutu nə vaxt baş verəcək və onun  faciələrinin miqyası və dərəcəsi, eləcə də qonşu ölkələrə təsiri  necə olacaq? Bax, mötəbər analtik qurumlar  bu sual ətrafında dərin tədqiqatlar aparmalı və Amerika isə həmin hadisəyə indidən hazırlaşıb postsovet məkanı ölkələri üçün “Marşall Planı”na bənzər bir plan ( əgər 1991-ci ildə SSRİ dağılan zaman belə bir plan həyata keçirilsəydi,QARABAÄž probleminin həlli indiyədək uzanmaz, ədalətlə həll olunardı, Rusiya nə 2008-ci ildə Gürcüstan böhranı, nə də 2014-cü ildə Ukrayna böhranı yarada bilərdi) hazırlamağa və həyata keçirməyə başlamalıdı”¦.
Oxşar xəbərlər
23:17, Bu gün
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
23:06, Bu gün
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
22:59, Bu gün
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
22:51, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
22:47, Bu gün
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
22:45, Bu gün
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
22:34, Bu gün
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
22:18, Bu gün
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
22:15, Bu gün
Hacıqabul sakinini gürzə sancıb
22:12, Bu gün
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
21:40, Bu gün
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
21:38, Bu gün
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
21:37, Bu gün
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
21:32, Bu gün
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
21:13, Bu gün
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
21:06, Bu gün
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
20:54, Bu gün
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
GÜNLÜK
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib