“Hakimiyyət İnsanovu əfv ərizəsi alıb buraxmaq istəyir”
Cəmiyyət
Oxunub: 5223
28 Feb 2014 | 10:42
“Hakimiyyət İnsanovu  əfv ərizəsi alıb buraxmaq istəyir”
Bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses yekunlaşdı. Qərar verilən anadək işi izləyənlərin böyük əksəriyyət 2005-ci ildə həbs olunan sabiq nazirin azad ediləcəyini düşünürdü. Belə düşünməyə əsas verən isə işə Avropa Məhkəməsinin yenidən baxılmasına qərar verməsi idi. Bu məhkəmə instansiyası Ə.İnsanovun ədalətsiz məhkəmə hökm və qərarları ilə həbsə alınmasını tanımış, işə yenidən və ədalətlə baxılmasına qərar vermişdi. İşə baxıldı və Ə.İnsanov azadlığa çıxmadı. Bu gün sabiq nazirin həbsindən 9 il 9 ay ötür. Bu cəzanın başa çatmasına isə 1 il 3 ay qalıb.  Onun barəsində verilən qərar Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icrasının hansı səviyyədə olmasını göstərir.  
Yaranmış vəziyyətlə bağlı Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, tanınmış hüquqşünas İntiqam Əliyevin fikirlərini öyrəndik.   
İ.Əliyev dedi ki, ölkəmizin 2000-ci ildə ratifikasiya etdiyi Avropa Konvensiyanın 46-cı maddəsinə görə, üzv dövlətlər “Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarlarını icra etmək” öhdəliyini daşıyırlar: “Amma bu başdan onu qeyd edim ki, Avropa Məhkəməsinin nə ədliyyə polisi var, nə də top-tüfəngi. Məhkəmənin qərarının icra edilməyəcəyi təqdirdə təqsirkar dövlətə qarşı hansı məcburetmə tədbirlərinin, sanksiyaların tətbiq ediləcəyi barədə Avropa Şurasının sənədlərində demək olar ki, heç nə deyilmir. Buna ehtiyac olmayıb. Azərbaycan, Rusiya, Ermənistan və onlara oxşar ölkələr Avropa Şurasına daxil olmasından sonra vəziyyət pisliyə doğru əhəmiyyətli şəkildə dəyişib.

- Niyə?

Qərarların icrası dövlətlərdən pozuntunun qurbanları ilə bağlı fərdi xarakterli tədbirlərlə (kompensasiya ödənişi, işə bərpa, azadlığa buraxılma və s.) yanaşı, həm də ümumi xarakterli öhdəliklər (gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısını alan qanunvericilikdə, onun tətbiqi praktikasında institusional dəyişikliklərin həyata keçirilməsi) də qoyur. Məhkəmənin qərarlarının icrasına nəzarəti Avropa Şurasının Nazirlər Kabineti həyata keçirir. Onun arsenalında bunun üçün yetərli qədər səmərəli mexanizmlər var: monitorinqlər, hesabatlar, dinləmələr və s.
Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarları ilə bağlı dövlətdaxili səviyyədə işlərə yenidən baxılmasına və iş üzrə icraatın təzələnməsinə dair üzv dövlətlərə 19 yanvar 2000-ci il tarixli R (2000) 2 saylı Tövsiyələr qəbul edib. Həmin sənədə uyğun olaraq getdikcə daha çox dövlətlər Strasburq Məhkəməsinin qərarı əsasında milli səviyyədə işlərə yenidən baxılması və iş üzrə icraatın təzələnməsi imkanını müəyyən edən xüsusi qanunvericilik aktları qəbul edirlər. 

- Azərbaycanda belə aktlar qəbul edilib?

- Azərbaycan Hökuməti də həmin Tövsiyələrə uyğun olaraq Azərbaycan 2004-cü ilin iyununda mülki və cinayət prosessual və digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər edib. Belə ki, Mülki Prosessual Məcəlləyə (431-1-ci maddə) və Cinayət Prosessual Məcəlləsinə (455-ci maddəsi) əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər. Bu əsaslardan biri də Avropa Məhkəməsinin ölkə məhkəmələri tərəfindən işlərə baxılarkən Konvensiyanın müddəalarını pozduğunu müəyyən etdiyi hallardır.  Həmin normalara görə, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə Ali Məhkəmənin Plenumu hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə əlavə kassasiya qaydasında məhkəmə aktlarına baxır. Plenum çıxarılmış qərarın və (və ya) kasasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadını tam və ya qismən ləğv edə və işin apelyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərir. Məhkəməyə müraciət etmək hüququnun pozuntusu tanındıqda isə Plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını ləğv edə, işi baxılması üçün həmin məhkəmələrə qaytara bilər.

- Azərbaycan öhdəlikləri icra edirmi?

- Azərbaycan bu öhdəliyi real icra etməmək üçün “min oyundan” çıxır. Azərbaycan faktiki olaraq Strasburq Məhkəməsinin qurban kimi tanıdığı şəxslərə kompensasiya verməklə işini bitmiş sayır. Həmin qərarların icrasından doğan digər öhdəliklərini ”“ gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısını alan qanunvericilikdə, onun tətbiqi praktikasında institusional dəyişikliklərlə bağlı hissədə icra etməkdən kateqorik imtina edir.
Məsələn, Avropa Məhkəməsi Sərdar Cəlaloğlunun işi ilə bağ¬lı dəfələrlə bəyan etdiyi prinsipi bir daha təkrarladı: pis rəf¬tarla bağlı daxil olan şikayətləri araşdırmaq dövlətin öhdə¬liyidir. Bu öhdəliyi pozduğuna görə Azərbaycan cəzalandırıldı. Bu qərardan sonra dövlətin öz hüquq sistemində, onun tətbiqi prak¬tika¬sında hansı zəruri addımlar atması barədə çoxları kimi məndə də məlumat yoxdur. Amma bu sahədə vəziyyət pis olaraq qalır. Pis rəftarla bağlı halların sayı azalmayıb. Əminlik üçün təkcə elə yerli və beynəlxalq təşkilatların hesabatlarına nəzər sal¬maq yetərlidir. Bundan başqa, bu gün də məhkəmələrə pis rəftarla bağlı verilən şika¬yətlərin mütləq əksəriyyəti, S.Cəlaloğlunun işində olduğu kimi, eyni arqumentlərlə rədd edilir.

- Vəziyyəti dəyişmək üçün hansı addımlar atılmalıdır? 

Dövlət bu sahədə institusional dəyişiklər aparmasa, kifayət qədər böyük miqyas almış işgəncə faktlarının sayı azalmayacaq. Bu cür tədbirlərə - müstəqil ekspertiza qurumlarının yaradılması, vəkilin tutulan andan müştərisi ilə hər hansı icazə olmadan görüşmək imkanının təmin edilməsi, tutmanı həyata keçirən qurumların (vəzifəli şəxslərin) dəqiq dairə¬sinin, saxlama yerlərinin statusunun müəyyənləşdirilməsi, işgəncəyə yol verən şəxslər barəsində şi¬ka¬yətlərin səmərəli araşdırılması mexanizmlərinin yaradılması və s. daxildir. Hökumət bunları eləmirsə, deməli, qərarlar tam icra olunmayıb.
Və ya başqa bir nümunə: Avropa Məhkəməsi birləşmək hüququnun pozuntusu ilə bağlı Azərbaycana qarşı 5 qərar verib (Evsiz və məzlum bakılıların işi, Jurnalist Araşdır¬maları İctimai Birliyinin işi, İnsan və Mühit İctimai Birliyinin işi və Azərbaycan Hüquqşünasları Forumunun işi): onlardan 4-ü qeydiyyat və 1-i qeydiyyatın ləğvi ilə bağlı olub. Əslində, məhkəmənin bir qərarı normal ölkə üçün yetərli olardı ki, öz qüsurlu qanunvericiliyinə və ya praktikasına əl gəzdirsin. Amma bizdə nə baş verir: birləşmək hüququnu reallaşdırmaq istəyən vətəndaşlara Ədliyyə Nazirliyi qanunsuz olaraq rədd cavabı verir, təsis sənədlərində çatışmazlıq olması əsası ilə sənədlərin təkrar-təkrar dəfələrlə geri qaytarılması kimi anormal praktika hələ də qalmaqdadır. Bu gün Bakıda, Naxçıvanda, Gəncədə, Lənkəranda və digər ra¬yon¬larda fəaliyyət göstərən onlarla təşkilat var ki, illərlədir qeydiyyata nail ola bilmirlər; onların da təsis sənədlərini Ədliy¬yə Nazirliyi hər dəfə yeni “çatışmazlıq” aşkar etməklə geri qay¬tarır. Sonra da, dövlətin günahı üzündən qeydiyyatsız fəaliyyət göstərən təşkilatın fəallarını cəzalandırmaq istəyəndə, bu faktdan ona qarşı istifadə edir. Anar Məmmədli ilə bağlı haldakı kimi. 

- Ədalətsiz məhkəmə hökmləri, qərarları verən hakimlərə qarşı sanksiyaların tətbiqi nə dərəcədə realdır?

Bu gün Avropa Məhkəməsinin qərarlarında vətəndaşların ədalətli məhkəmə araşdırması hüququnu pozan hakimlərin adları çəkilir ki, onlar Məhkəmə-Hüquq Şurasının üzvləridir və vətəndaşın haqqını pozduğuna görə hakimlərin intizam məsuliyyətinə cəlb olunması barədə qərarlar qəbul edirlər. Həmin hakimlərin arasında Hakimlərin Seçki Komitəsinin üzvləri var ki, imtahanlarda hakimliyə namizədlərə Avropa Məhkəməsinin işgəncələr, birləşmək, ədalətli məhkəmə araşdırması və s. hüquq və azadlıqları ilə bağlı suallar verirlər. O dövrdə Ali Məhkəmənin sədri olan, “demokratiyanı beşiyində boğmaq lazımdır” deyən, bu gün isə Konstitusiya Məhkəməsində əyləşib ümumi yurisdiksiyalı məhkəmələrin qərarlarının Konstitusiyaya və Avropa Konvensiyasına uyğunluğunu yoxlayan Südabə Həsənova da onların arasındadır. Bu özbaşınalıqları edən dövlət qurumuna ”“ Ədliyyə Nazirliyinə rəhbərlik edən şəxs həm də hakim korpusunu formalaşdıran, hakimləri cəzalandıran, onları vəzifədə irəli çəkən Məhkəmə-Hüquq Şurasının rəhbəridir... 

- Avropa Məhkəməsinin qərarlarından sonra atılan addımlar adekvatdır?

- Həmin qərarların normal icrası o deməkdir ki, hökumət seçki komissiyalarının tərkibini dəyişməlidir, onlara və seçki şikayətlərinə baxan məhkəmələrə müstəqillik verməlidir, seçkiləri saxtalaşdırmaqda adları çəkilən vəzifəli şəxsləri cəzalandırmalıdır, həbsə atmalıdır. İfadə azadlığı, azad seçki hüququ, ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı AM-in qərarlarının icrası sahəsində durum da dəyişmir. 2005-ci ilin parlament seçkiləri ilə bağlı AM Azərbaycana qarşı 20-ə yaxın şikayəti təmin etdi. Həmin işlərdə seçicilərə, seçki komissiyalarının üzvlərinə basqılardan tutmuş onların pulla ələ alınmasına qədər, karuseldən tutmuş hakimiyyət qurumlarının seçki prosesinə müdaxiləsinə qədər, dairə seçki komissiyasından Ali Məhkəməyə qədər bütün komissiya və məhkəmələrdə seçki şikayətləri üzrə araşdırmanın səmərəli aparılmamasından şikayət olunurdu. Həmin şikayətlərin əksəriyyətinə Strasburq Məhkəməsi mahiyyət üzrə baxıb pozuntunu tanıdı, bir hissəsində isə hökumət özü pozuntuları tanıdı (İsa Qəmbər, Mirmahmud Fəttayev, Fuad Mustafayev, Yaqub Məmmədov və başqalarının işində). Hökumət şikayətçilərə 7-10 min avro kompensasiyaları ödədi, bununla bitmiş saydı, 2009-un bələdiyyə, 2010-un parlament, 2013-cü ilin prezident seçkiləri daha geniş miqyaslı saxtakarlıqlarla müşayiət olundu. İndi Avropa Məhkəməsi 2010-un parlament seçkiləri ilə bağlı (təəssüf ki, bələdiyyə və prezident seçkilərində pozuntularla bağlı şikayətlərə həmin məhkəmə baxmır) 60-dan çox şikayətlə bağlı kommunikasiya gedir. Bu, çox böyük rəqəmdir. Əgər hətta bunun yarısı təmin olunsa, bu, o anlama gəlir ki, ölkədə seçki olmayıb. 
Hökumət vəziyyəti dəyişmək istəmir. Qeyd etdiyim dəyişiklikləri etsə, oturduğu budağı baltalamış olacaq. Onu buna vadar edə biləcək nə ölkədaxili güclü siyasi partiyalar, müstəqil media, vəkillik, məhkəmə və s. yoxdur, hakimiyyət onları sıradan çıxarıb. Xarici təsir mexanizmlərinin Avropa Şurası, BMT, ATƏT və s. qurumlar da daxil olmaqla Azərbaycana oxşar ölkələrə qarşı işləmədiyi isə çoxdan bəllidir.

- Əli İnsanovla işində Avropa Məhkəməsinin qərarı düzgün icra edildi? 

- Bu işə yuxarıda qeyd etdiyim problemlərin kontekstində nəzər yetirmək gərək. Digər siyasi işlərdə olduğu kimi, hakimiyyətin Avropa Məhkəməsinin qərarını icra etməyəcəyi gözlənilirdi. İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, beynəlxalq təşkilatların təzyiqləri Azərbaycana qarşı keçərli deyil. Azərbaycan hakimiyyəti Avropa Birliyinin, digər beynəlxalq təşkilatların İlqar Məmmədovu, Tofiq Yaqublunu və digər siyasi məhbusların dərhal azadlığa buraxılması barədə qətnaməsini ölkədə iğtişaş yaratmaq istəyən qüvvələrə dəstək kimi qiymətləndirdiyi kimi Avropa Məhkəməsinin qərarlarını Azərbaycan siyasi təzyiq vasitəsi sayır, bundan qıcıqlanır. Çünki öyrəşib ki, məhkəmələrə göstərişi o versin. Əli İnsanovla bağlı məhkəmədə baş verənlər də həmin o siyasətin tərkib hissəsidir. Hakimiyyət Ə.İnsanovu Avropa Məhkəməsinin qərarı əsasında yox, əfv ərizəsi alıb buraxmaq istəyir. Həm “dikbaş” sabiq səhiyyə nazirini sındırmaq istəyir, həm topluma təkrar-təkrar mesaj verir ki, mən Avropa Şurasını, onun Nazirlər Komitəsini və ya sizlərin güvəndiyiniz Avropa Məhkəməsini hərləmirəm. Bu işlə bağlı məhkəmə zalında baş verən özbaşınalıqlar, əslində, həmin qurumlara, topluma, sabiq səhiyyə nazirinin özünə mesaj idi. Amma Ə.İnsanov da möhkəm dayanıb. Hər iki tərəf üçün asan olmayacaq. Azərbaycan hakimiyyəti böyük qardaşı Rusiya hökuməti kimi Avropa Məhkəməsinin qərarlarını icra etməkdən imtina edən ölkələrə aid edilir və onunla bağlı müzakirələr son dövrlərdə daha intensivləşib. 
Yeri gəlmişkən, bu yaxınlarda Avropa Şurası Nazirlər Komitəsində ifadə azadlığı və 2005-ci ilin parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinin qərarlarının icrası durumu ilə bağlı məsələ müzakirə olunacaq. 

E.MƏMMƏDƏLİYEV
Oxşar xəbərlər
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ