“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
Oxunub: 2834
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
Yeniyetmələr arasında mini futbol çempionatının may ayının 2-də keçirilən son oyununda “Yasamal” uşaq futbol klubuna 3-1 hesabı ilə qalib gələn “Crystal FC” uşaq futbol klubu çempionatın qalibi zirvəsinə yüksəlib Yarışın kubokunu qazanan komanda üzvləri münsiflər heyəti tərəfindən qızıl medallarla təltif olunublar. 
 
Moderator.az-ın məlumatına görə, bu parlaq qələbə bir daha onu göstərir ki, ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, cəmiyyətimiz üçün layiqli vətəndaş kimi böyümələri daim diqqət mərkəzindədir. Bu mənada uşaq futbolunun inkişafı uşaqlarda idman vərdişlərinin, sağlam həyat tərzinin və komanda ruhunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 2023-cü ilin yanvar ayında “Crystal FC” uşaq futbol klubunun yaradılması da məhz bu zərurətdən irəli gəlmişdir. 
 
Minnətdarlıqla qeyd etmək olar ki, “Crystal FC” uşaq futbol klubu öz iştirakçılarının fiziki hazırlığını gücləndirməklə yanaşı, onlarda əzmkarlıq, nizam-intizam, komanda ruhu kimi mühüm keyfiyyətləri də inkişaf etdirir. Məhz bu yanaşmanın sayəsində klub gənclər futbolunun inkişafına öz dəyərli töhfəsini verməklə istər qardaş Türkiyə dövlətində, istərsə də respublika yarışlarında bir sıra gözəçarpan nəticələr əldə edə bilmişdir. 
 
Yarandığı qısa müddət ərzində bir sıra uğurlara imza atan klubun baş məşqçisi, Azərbaycanın əməkdar  məşqçisi Şahin Şahhüseyni ilə söhbətimiz də bu nailiyyətlərin səbəbləri və “Crystal FC” uşaq futbol klubunun qarşısında duran vəzifələrlə bağlı oldu. 
 
 
 
- Şahin müəllim, “Crystal FC” uşaq futbol klubunun yaradılması hansı zərurətdən irəli gəlmişdir?
 
- Klubun yaranma ideyası  “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyevdən gəlib və  gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinin, zərərli vərdişlərdən uzaq durması və gənc nəslin vətənpərvər və vətənə sevgi ruhunda tərbiyə olunmasına köməklik göstərilməsi məqsədi daşıyıb. Əlavə olaraq qeyd edim ki, daha bir məqsədimiz də gənc futbolçuların yetişdirilməsinə, Azərbaycan futbolunun inkişafına öz töhfəmizi verməkdir.
 
- Belə bir fransız məsəli var ki, ilk addım həmişə çətin olur. Klubu yaradarkən hansı çətinliklərlə üzləşdiniz?
 
- Məlumat üçün bildirmək istəyirəm ki, istənilən komanda formalaşarkən onun əsaslı bazası olur. “Crystal FC” yaradılarkən demək olar ki, sıfırdan başlamışdı. Qısa zaman kəsiyində idman bacarığı olan uşaqları toplaya bildik və  nəzərə çarpan nailiyyətlərə imza atmağı bacardıq.
 
- Futbol klubuna hansı yaş qruplarını cəlb eləmisiniz?
 
- Hal –hazırda klubumuza 2008-2009 cu il təvəllüdlü yeniyətmələr cəlb olunub. Və onlarla mütəmadi olaraq məşqlər keçirilir. Klub olaraq daha çox yeniyetmələrlə işləməyi qarşıya məqsəd qoymuşuq. 
 
- Klub yaranandan bu günə kimi  hansı nəticələri göstərib?
 
- 2023-cü ilin may ayında Şamaxıda keçirilən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirdə komandamız finala vəsiqə qazanmışdı və yalnız penalti seriyalarına Şamaxı komandasına məğlub olaraq 2-ci yeri tutmuşdu. May ayının 28-də yenə də Şamaxıda Müstəqillik Gününə həsr edilmiş turnirdə iştirak eləmişik və komandamız rəqiblərinə heç bir şans verməyərək turnirin qalibi olmuşdur. İyun ayında qardaş Türkiyə Respublikasının Antalya şəhərində keçirilən turnirdə iştirak edən komandamız 2-ci yer tutaraq gümüş medal qazanmışdı. 2023-cü ilin iyulun sonlarında Lənkəranda Vətən Müharibəsi Şəhid Rəşid Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə iştirak elədik  və 1-ci yeri tutaraq qızıl medal qazandıq. Təqdimat mərasimində  Şəhidin atası Rəşad Məmmədov kuboku komandamıza təqdim elədi. Sentyabr ayında isə komandamız İstanbul şəhərində keçirilən turnirin qalibi olmuşdur. Ötən ilin dekabr ayında mini futbol çempionatında iştirak edən “Crystal FC” çempionatın bitməsinə bir tur qalmış birinci yerin qazanılmasını təmin etmişdir. Bu yarışda 13 oyun keçirən komandamız, onların 11-də qələbə qazanmış, 1 oyunu heç-heçə ilə başa vurmuş, yalnız birində məğlub olmuşdur.
 
 
 
- Komandanın üzvləri haqqında nə deyə bilərsiniz? 
 
- Komandamızın maraqlı sloqanı var  “Bir komanda, bir həyəcan!”  Bu şüar hər bir uşağın oyununda özünü göstərir. Onların hər biri unikal istedada malikdir və daim təkmilləşməyə çalışır. 
 
Burada komandanın kapitanı Yusif Vəlizadənin, Məhəmməd Cəfərlinin, Həsən Əlizadənin, Nihad Şahhüseyninin, Nuran Mahmudovun və başqalarının adlarını çəkmək olar. Biz fəxr edirik ki, gənc futbolçularımız meydanda mükəmməl oyun nümayiş etdirməklə yanaşı, komandaya rəqabət, rəqiblərə hörmət və kollektiv ruh aşılayır.
 
Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıb, müxtəlif mükafatlar qazanıblar. Komandamız nəinki qələbələrə can atır, həm də hər bir futbolçunun fərdi, idmançı kimi yetişməsinə böyük önəm verir.
 
- Şahin müəllim, yaxın gələcəkdə idman klubunun planları və keçiriləcək futbol tədbirləri haqqında nə deyə bilərsiniz?
 
- İlk növbədə klub aşağı yaş qrupunda olan yeniyetmə və uşaqların klubumuza cəlb olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsini davam etdirəcəyik. Bununla yanaşı, həm mini futbol, həm də respublika səviyyəli yarışlarda iştirak etməyi planlaşdırırıq.
 
- Şahin müəllim, futbol klubunun yaradlmasının təşəbbüskarı və sizə dəstək olan insanlar haqqında nə deyə bilərsiniz?
 
- Crystal Futbol Klubunun yaradılmasında əsas təşəbbüskar və ideya müəllifi olan “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Futbol klubumuzun maddi texniki bazasının möhkəmlənməsində, təminat məsələlərinin həll olunmasında Pərviz müəllimin böyük zəhməti olmuşdur. Biz  hər zaman onun dəstəyini və qayğısını yaxından hiss edirik. O, hər zaman stadiona gələrək oyunlarımızı, iştirak etdiyimiz turnir  və çempionatları yaxından izləyir. Bu isə, yeniyetmə futbolçularımızın   yaxşı oyun nümayiş etdirməsinə əlavə stimul verir. 
 
 
- Komanda olaraq yaxın zamanlarda yerli çempionatlarda və xarici ölkələrdə keçiriləcək turnirlərdə iştirakınız nəzərdə tutulurmu ?
 
- Azərbaycan futbol məktəbi ilə yanaşı xarici ölkələrin futbol məktəblərinin nümayəndələri ilə keçirilən birgə təlim- məşq toplanışları və yoldaşlıq görüşləri futbolçularımızın hərtərəfli inkişafında əvəzolunmaz təcrübə deməkdir. İtaliyanın Yuventus komandası tərəfindən  iyun ayının ortalarında turnirdə iştirak etmək üçün bu yaxınlarda dəvət almışıq. Antalyada may ayının 16-da başlanan beynəlxalq turnirə dəvətliyik. Burada  dünyanın mötəbər komandaları iştirak edəcəklər. İyun ayının sonunda isə İstanbul turnirinə də dəvət almışıq. İnanıram ki, futbolçularımız bu turnirlərdə layiqli nəticələr göstərəcəklər.
 
- Müsahibə üçün təşəkkürümüzü bildiririk.
 
- Buyurun.
        
 
 
Oxşar xəbərlər
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 09:23
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
18 May 2024 | 08:49
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
18 May 2024 | 10:20
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
18 May 2024 | 08:58
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 09:23
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
18 May 2024 | 08:49
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
18 May 2024 | 10:20
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
18 May 2024 | 08:58
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası