İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
Cəmiyyət
Oxunub: 2145
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
İstehsal ilə məşğul olan KOB subyektlərinin inkişafına dəstək məqsədilə bu ilin mart ayında daha bir dəstək mexanizminin tətbiqinə başlanılıb.
 
Azərbaycan Texniki Universitetində (AzTU) sahibkarların istifadəsinə verilmiş KOB Model Müəssisəsinin işi, biznes üçün faydası barədə Moderator.az-ın suallarını Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) şöbə müdiri Elməddin Hacıyev cavablandırıb:
 
- Model müəssisə nədir?
 
- Model müəssisə - kiçik və orta sənaye müəssisələrinin səmərəli və rəqabətqabiliyyətli olmasına imkan verəcək qənaətli idarəetmə üsullarına əsaslanan tədris və təcrübə mərkəzidir. Model müəssisənin məqsədi yalnız müəssisələrdə səmərəli və qənaətli istehsalın təşviqi deyil, həm də mümkün qədər çox kiçik və orta biznes subyektlərini təlim və layihələrin həyata keçirilməsi sahəsində məsləhət dəstəyi ilə təmin etməklə qənaətli transformasiya prosesinin genişləndirilməsidir. Bu istiqamətdə model müəssisə tədris-təcrübə mərkəzi kimi fəaliyyət göstərir. Model müəssisənin imkanlarından faydalanan KOB subyektlərinin mühəndisləri və texniki heyəti qənaət üsullarını təcrübə əsnasında öyrənir və bu metodları öz şirkətlərində tətbiq edirlər. Bu isə həm işçilərin, həm də şirkətin məhsuldarlıq və rəqabətqabiliyyətlilik üzrə bacarıqlarını artırır.
 
Bu ilin mart ayında Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyətə başlamış KOB Model Müəssisə də eyni məqsədlə yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış KOB Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. “Görmə, eşitmə və icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən model müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da nəzəri biliklərin təcrübədə sınaqdan keçirilməsinə, müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, istehsal prosesində resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir.
 
- Model müəssisələrin digər mərkəzlərdən fərqi nədir?
 
- Model müəssisənin biznesin səmərəliliyini və rəqabətqabiliyyətini artırmaq üçün formalaşdırılmış digər mərkəzlərdən əsas fərqi onların tətbiqi təcrübə əsasında öyrənmə üsullarından istifadə etməsidir. Burada nəzəriyyə və praktiki tədris proqramının birləşdirilməsi nəticəsində bilik və səriştə qazanılmasının qalıcı olması hədəflənir. Model müəssisədə tədris olunan nəzəri və praktiki təlimlər şirkət nümayəndələrinə öyrəndiklərini real iş mühitində tətbiq etmək imkanı verir.
 
- Model müəssisənin təlim və proqramlarından sahibkarlar hansı faydanı əldə edirlər?
 
- Model müəssisədə tədris olunan təlim proqramı bir neçə moduldan ibarət olmaqla, qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması və s. mövzuları əhatə edir. KOB Model Müəssisənin təlimçiləri tərəfindən “Kaizen”, “Six Sigma”, “5S”, “ΚΡΙ-ΚΑΙ” və s. kimi strategiya və modellərə dair mövzular tədris olunur və tətbiqi sınaqdan keçirilir. 
 
Aydın təsəvvürün formalaşması üçün KOB Model Müəssisəsində tədris olunan bir sıra mövzular üzərində dayanmaq istərdim. Məsələn, mərkəzdə “5S” strategiyası tədris olunur. Bu strategiya iş yerinin səmərəliliyini artıran və tullantıların aradan qaldırılmasına kömək edən istehsal alətidir. “5S”ə daxil olan hər bir element müəssisədə işin gecikməsi və ya planlaşdırılmamış vaxt itkisi səbəbindən məhsuldarlığın azalmasının qarşısını alır.
 
Mərkəzdə sahibkarlara “Six Sigma” da tədris olunur. Bu, prosesin dəyişkənliyini azaltmaq və şirkət tərəfindən təqdim olunan məhsul və ya xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyan metodoloji yanaşma və davamlı təkmilləşdirmə strategiyasıdır. Bu strategiyanın tətbiqinin dünyanın bir çox şirkətində keyfiyyətin yaxşılaşdırılması, xərclərin azaldılması və müştəri məmnuniyyətinin artırılmasında effektivliyi sübut edilib.
 
Ya da “Kaizen” sistemini götürək. Bu sistemin mahiyyəti istehsalat sektorunda xətaları azaltmaq, itkiləri aradan qaldırmaq, məhsuldarlığı artırmaq, işçiləri məqsədli olmağa və hesabat verməyə həvəsləndirmək, yenilikləri tətbiq etməkdir.
 
KOB Model Müəssisədə təlim və praktiki tətbiq vasitəsilə istehsal müəssisələrinə yalın istehsal və onun alətlərinin öyrədilməsi ilə yalın istehsal mədəniyyətinin əsası da qoyulur. Bununla da bütün işçilərə problem həll etmə mədəniyyəti aşılanır, məhsul və xidmətlərin formalaşdırılması prosesində itkilər aradan qaldırılır, təklif olunan dəyər azaldılmaqla şirkətin gəlirliliyi artır. Yalın istehsal vasitələrindən biri olan “Poka-yoke” texnikası da model müəssisədə tədris olunan üsullardandır. Bu üsulun tətbiqi müəssisədə səhvlərin qarşısını əvvəlcədən almağa, beləliklə də qüsurlu məhsulların miqdarının azalmasına və müştəri məmnuniyyətinin yüksəlməsinə imkan verir.
 
Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmiş şirkət nümayəndələrinə sonrakı mərhələlərdə də model müəssisənin heyəti və təlimçiləri tərəfindən dəstək davam etdirilir.
 
- Təlimçilər kimlərdir?
 
- Model müəssisədə təlim və məsləhət xidmətləri bu proses üçün cəlb olunmuş xüsusi komanda tərəfindən həyata keçirilir. Ancaq qarşıdakı dövrdə prosesə AzTU-nun akademik heyəti, iş dünyasının təcrübəli ekspertlərinin cəlb olunması da nəzərdə tutulur.
 
Praktiki təlimlər model müəssisənin təlim zallarında və istehsal sahəsində keçirilir. Əlavə təlim və məsləhət xidmətləri isə müəssisələrin öz sahələrində təşkil olunur.
 
- İndiyədək nə qədər sahibkar KOB Model Müəssisənin imkanlarından faydalanıb?
 
- Fəaliyyətə başladığı gündən indiyədək sənaye sahəsində fəaliyyət göstərən 20 sahibkar və ya onların əməkdaşları model müəssisənin imkanlarından faydalanıblar.
 
- KOB Model Müəssisənin fəaliyyətindən gözlənilən nəticələr nələrdir?
 
- Qeyd etdiyimiz kimi model müəssisə digər konsultasiya modellərdən və nəzəri təlimlərdən fərqli olaraq tərkibində praktiki öyrənmə prosesini ehtiva edir. Məşhur filosof Konfutsinin dediyi kimi, “Mənə desən, unudaram, mənə öyrətsən, xatırlayaram, məni işə cəlb etsən, öyrənərəm” sözlərinə uyğun olaraq, model müəssisə də bütünləşmiş tətbiqi tədris metodologiyasını dəstəkləyir.
 
İştirakçı şirkət nümayəndələri öyrəndiklərini dərhal sonra müəssisədə tətbiq edirlər. Onlar model fabrik mentorlarının nəzarəti altında öz bizneslərində yalın istehsal alətləri və ya əməliyyat səmərəliliyi alətlərini tətbiq etməklə səriştəli şəxslərə çevrilirlər. Praktiki öyrənmə prinsiplərinə əsaslanan KOB Model Müəssisə insanların təcrübi öyrənmə səriştələrini davamlı edərək uzunmüddətli perspektivdə onların bacarıqlarını və nailiyyətlərini artırmasını hədəfləyir.
 
- Model müəssisənin xidmətləri ödənişlidirmi?
 
- KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər, o cümlədən təlim, məsləhət xidmətləri ödənişsizdir. Qeyd etdiyimiz kimi KOB Model Müəssisə sahibkarlara dəstək məqsədilə yaradıldığı üçün biznes subyektlərindən heç bir ödəniş tələb olunmur.
 
- KOB Model Müəssisəsinin imkanlarından kimlər istifadə edə bilər və bunun üçün hara müraciət etmək lazımdır?
 
- Model müəssisənin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri istehsalat ilə məşğul olmalı, istehsalatda və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək və tətbiq etmək istəyində olmalıdırlar.
 
KOB Model Müəssisənin imkanlarından faydalanmaq istəyən sahibkarlar KOBİA-ya, eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət etməlidir. KOBİA-ya daxil olan müraciətlər müvafiq bazaya əlavə edilir və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildə təlimlərə cəlb olunurlar.
 
Model müəssisə tərəfindən keçirilən təlimlərdə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər.

Oxşar xəbərlər
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
11:08, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 12:12
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
18 May 2024 | 12:22
Bisavad insan siyasətə sürüklənəndə belə olur
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:45
Rəşad Dağlının qızı əməliyyat olundu
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 12:12
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
18 May 2024 | 12:22
Bisavad insan siyasətə sürüklənəndə belə olur
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:45
Rəşad Dağlının qızı əməliyyat olundu