Ələkrəm Hümbətov:“Azərbaycan Türkü öz yanında bizi görmək istəmir”
Oxunub: 7805
26 Feb 2014 | 02:00
Ələkrəm Hümbətov:“Azərbaycan Türkü öz yanında bizi görmək istəmir”

Moderator.az Hollandiyada yaşayan keçmiş siyasi məhbus Ələkrəm Hümbətovla müsahibənin üçüncü-sonuncu hissəsini təqdim edir:

- Mövzudan yetərincə uzaqlaşmışıq. Milli azlıqların təşkilatlarına, cəmiyyətlərinə tədbirdə iştirak etmək üçün  dəvət göndərilmişdimi?

 - Bizdə olan məlumata görə göndərəcəkdilər. Sizə bir informasiya da vermək istəyirəm: Azərbaycan iqtidarının Brüsseldəki nümayəndəliyi tədbiri təşkil etmiş təşkilatla razılığa gəliblər ki, bu konfransa alternativ bir tədbiri mart ayında keçirsinlər. Tədbirdə müxtəlif azsaylı millətlərin nümayəndələri iştirak edəcək. Məqsəd dialoqu davam etdirməkdir. Demək, bizi qınayan iqtidar başladığımız işi davam etdirmək qərarına gəlib. Aprel-may ayında ikinci bir konfransın keçirilməsi nəzərdə tutulub. Bu konfransda isə millətlərarası dialoq olacaq. Deməli, biz dar çərçivdə etməyə cəhd etdiyimizə Azərbaycan iqtidarının reaksiyası belə olub. Bu tipli tədbirlər çoxalmalıdır, dialoqa şərait yaradılmalıdır. Biz bunu təşkil edə bilərik, amma maliyyə cəhətdən çətinliklərimiz var. Azərbaycan hökuməti üçün isə bu problem deyil. Avropada kilsə və tarixi abidələri, muzeyləri az qala təmir edib qurtarmaq üzrədirlər. Bəlkə indi də Azərbaycanda millətlərarası münasibətləri və cəmiyyətdəki problemləri "təmir etmək" fikrinə düşüblər? Belədirsə, mən bunu alqışlayıram! Bu tədbirlərdə iştirak etmək istəyirəm, arxamda məni qınayanlar, söyənlər gəlsinlər orada sözü üzümə desinlər. Üzbəüz oturaq və sakit-sakit danışaq, bir-birimizi dinləyək.

- Sizcə, iqtidar vəziyyətə uyğunlaşıb görüntü yaratmağa cəhd edir, yoxsa doğurdan da problemləri həll etməkdə qərarlıdır?

 - Fikrinizdə həqiqət var, mən razıyam. Azərbaycan iqtidarı görüntü yaradılmasına daha çox meyllidir. Görüntü yaratmaq, insanları aldatmaq, Avropa cəmiyyətini çaşdırmaq niyyəti güdülür. Amma bunun qarşısının alınmasının bir yolu var: orada iştirak etmək, danışmaq və faktları ortaya qoymaq.

 - Razılaşın ki, dediyiniz kimi Azərbaycanda  “titul“ xalq olan türklərin azsaylı xalqlarla heç vaxt tarixi problemi olmayıb. Təbii ki, süni şəkildə yaradılanları nəzərə almasaq”¦

 - Bəli, Azərbaycanda dediyimiz kimi türklər titul millətdir, böyük qardaşdır. Böyük qardaşın da öz vəzifələri var və o, nə qədər qayğıkeş olsa, kiçik qardaşlar onu bir o qədər sevər. Onun da dərd-sərlərinin həllində ürəkaçıqlığı və səmimiyyətlə iştirak edər. Mən istərdim, biz Azərbaycanımızda belə olaq.

 

 - Hədəfiniz ancaq Azərbaycan türkləridi. Çoxsaylı türklərlə  azsaylı talışların, ləzgilərin, avarların, udinlərin yaşam tərzində bu gün nə fərq var ki?

 - Azərbaycanın Avropa Şurasına daxil olduğu dövrlərdə Azərbaycanda 704  siyası məhbus daxil edlmiş siyahi vardı. Çoxları bilir ki, o siyahi bizim tərəfimizdən Avropa Şurasına verilib və sona qədər həmin məhbusların azad olunması prosesində biz talışlar iştirak etmişik. Mən həbsdə olanda orada olan siyasi dustaqlar arasında böyük əksəriyyət Azərbaycan türkləri idi. Aramızda ayrıseçkilik olmayıb. Və yaxud Emin Milli, Adnan Hacizadənin, indi "özünə yer tapa bilməyən" Eynulla Fətullayevin məhbəsdən azad olunması üçün mübarizə aparmışıq. Biz ayrıseçkilik salmamışıq. Bu gün Hilal Məmmədovla bərabər Sərdar Əlibəyli, Qurban Məmmədov, Əvəz Zeynallı və digərləri üçün də mübarizə aparırıq. Novruzəli Məmmədov həbs olunanda, mən Azərbaycanın özünü mütərəqqi adlandıran bütün insan və təşkilatlarının hamısına müraciət etdim, yalvardım, bu kişi yazıqdır, hökumətə də loyaldır, həbs səbəbini bilmirik, bunu araşdırın, azadlığa çıxmasında iştirak edin.

 - Son zamanlar bir çoxları kimi siz də Milli Şuranı hədəf almısınız...

-  Bəli, Milli Şura haqqında  danışdım. Mehdibəy Səfərov orada çıxış edəndə Musavat Partiyasının təmsilçisi, gənclər təşkilatının rəhbəri dedi ki, siz separatçısınız və ona qarşı digər təhqiramiz ifadələrə də yol verdi. Məgər Milli Şura ümumAzərbaycan mənafeyi üçün yaradılmamışdımı? Biz də orada iştirak etmək istəyirdik. Azərbaycan türkü öz yanında bizi görmək istəmir... Avropada neçə aksiya keçirmişiksə Azərbaycan türkləri bizdən uzaq durublar. Söhbət əsnasında vurğuladım, titul millət, böyük qardaş - öz fəaliyyət nümunəsi ilə kiçik qardaşlara örnək olmalıdır. Azərbaycan millətləri arasında münasibət pozulur və münaqişə dərinləşirsə bütün tərəflər günahkardır. Vəziyyətdən çıxış yolunun axtarılıb tapılması üçün isə dialoq qurulmalıdır.

 - Məncə Avropadakı azərbaycanlıların, konkret olaraq türklərin sizə soyuq münasibəti milli mənsubiyyətinizlə bağlı deyil...

 - Bu məsələyə söhbətimizin əvvəlində toxunmuşdum. İqtidarın təbliğat maşınının təsiri altında ictimai fikir elə formalaşıb ki, Azərbaycan millətləri arasında və ümumən cəmiyyətdə dostluq, qardaşlıq, qarşılıqlı hörmət məhv olunaraq, düşmənçiliyə, qarşıdurmaya, nifrətə köklənib.  İqtidar və müxalifəti bir kənara qoyaq, özümüz fikirləşək və bizi birləşdirən ortaq dəyərlərimizə sığınaraq, bir-birimizə ürəyimizi və qollarımızı açaq. Dəyərlərimizi itirməyək. Axı əl uzadırsansa və əlini geri itələyirlərsə neyləmək olar? Vaxtilə yardım etdiklərimiz belə bu gün bizə arxa çevirir, salam vermir. Başqasını günahlandırmaq asandır, amma gərək bir də düşünməyi bacaraq ki, sənin günahin nədir? Təsəvvür edin, Azərbaycan səfiri tədbirin təşkilatçısına deyib ki, mən 45 nəfər göndərib, orda sizi darmadağın etdirəcəm. Nəticə nə oldu? Bu, Azərbaycana baş ucalığı gətirdimi? Onların əvəzinə savadlı və konstruktiv baxışlara, geniş dünya görüşünə malik, müxtəlif millətlərin nümayəndələrini, Qarabağın azərbaycanlı hissəsinin nümayəndələrini niyə göndərmirdi Azərbaycan iqtidarı? Dünya arenasında azərbaycanlılardan “vəhşi” obrazı yaratmaqda məqsədləri nədir? 

 - Tədbirdə Qarabağ məsələsi daha çox müzakirə edildi, yoxsa azsaylı millətlərin problemi?

 - Mənim çıxışımda əsas məqsəd  ümumzaqafqaziya evinin  yaradılması ilə bağlı idi. Sərhədləri ləğv edək. İnsanların bu ərazidə sülh, əminaman, xoşbəxt yaşayışını təmin edək. Çıxışımda Qarabağ problemi də, talışların problemi də öz əksini tapmaqla yanaşı, ana xətt ümumAzərbaycan problemləri idi. Azərbaycanda demokratiya və siyasi durumla bağlı məsələləri də qabartdım. Mən çıxışımda belə bir söz dedim ki, dövlət idarəçiliyinin hər hansı bir forması bir cavanın tökülə biləcək bir damla qanına dəymir...

 - Tədbirdə səkkiz nəfərlik nümayəndə heyəti ilə iştirak etmisiniz. Kimlər idi onlar?

 - Mən, övladlarım, Azərbaycan, Rusiya, Belarusdan gələn talış qonaqlarımız, Avropadakı talış dostlar.

 - Başqa azsaylı xalqlardan kimlər vardı tədbirdə?

 - Avarlar dəvət olunmuşdu, ləzgilər vardı. Nümayəndə heyətləri ilə görüşdüm və sohbət etdik. Mən ünsiyyət saxladıqlarımı deyirəm, ümumi siyahıdən xəbərim yox idi. Ermənistan isə yüksək səviyyədə təmsil olunmuşdu. Ermənistan səfiri, Ermənistandan və Qarabağdan ermənilər gəlmişdi və Avropa erməniləri də iştirak edirdi. Elə onlar qədər də azərbaycanlı gəlmişdi.

 - Siz Qarabağ probleminin həllini necə görürsünüz?

 - Dialoqun qurulması, qarşılıqlı ittihamların dialoq vasitəsi ilə aradan qaldırılması, qarşılıqlı inamın yaradılması, etibarın qurulmasıyla problemlərin ikitərəfli səviyyədə həllinə cəhd edilməsi.

 - Qarabağ Azərbaycanın tərkibində qalaraq?

 - Təbii ki, Qarabağ Azərbaycanın tərkibində qalmalıdır. Ancaq erməni əhaliyə nifrəti təbliğ edərək Qarabağı özümüzdən itələyib uzaqlaşdırmadan...  

 - Doğrudanmı siz sonuna qədər bu qənaətdəsiniz ki, milli münaqişə yaratmağa çalışanlar milliyətcə türklərdir?

- Bizim talış siyasi elitasında belə bir fikir formalaşıb və möhkəmlənib ki, Azərbaycan türkü çox mehriban, qayğıkeş bir insandır! Azərbaycanda pantürkizmi yaradan və yayan, azsaylı millətlərlə türk millətinin arasında nifaq salmaq istəyən və bunda maraqlı olanlar Azərbaycanda yaşayan azsaylı millətlərin içindən çıxıb və bu gün özünü türk adlandıran, əslini-kökünü danan haramzadələrdir. Araşdırsanız, Azərbaycanda ən böyük pantürkistlər milli mənsubiyyətinə görə türk deyil. Siyasətdə, ictimai həyatda böyük-kiçik təsirə malik olan bütün xadimlərin kim olduğunu biz yaxşı bilirik və bu gün deyil, çoxdan bilirik! Onu da görürük ki, onların bu separat fəaliyyəti Azərbaycan türkü üçün çox böyük başağrılara səbəb olacaq. Azərbaycan türkü özü ayılmalıdır. Onu idarə etmək istəyənlərə diqqətlə baxmalıdır və anlamalıdır ki, ona zərbəni kimlər vurur və məqsəd nədən ibarətdir?!

Gedən prosseslərin hərəkətverici qüvvəsi mütləq olaraq türklərdən ibarət deyil,  hətta öz içimizdən də alət edilənlər çoxdur. Bu yaxınlarda özünü Azərbaycan türkü adlandıran bir nəfər mənə elə böyük bir başağrısı yaratdı ki! Məndə nifrət yaratmaq üçün başladılar deməyə ki, türklər belədir, filandır. Amma mən onun İran talışı olduğunu araşdırıb, öyrəndim. Mən baş verən hər bir hadisəyə açıq gözlə baxmağa çalışıram. 

 

Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı