Qamət Süleymanovdan şok açıqlamalar
Müsahibə
Oxunub: 4775
09 Feb 2014 | 10:52
Qamət Süleymanovdan şok açıqlamalar
“Eyni variant Azərbaycanda yaransa, təkfir və cihad camaatı gəlib burda da hakimiyyətə qarşı döyüşəcək” 
“Əbu Bəkr" açıq olsaydı, Suriyaya bu qədər gedən olmazdı” 


2008-ci il terrorundan sonra bağlanmış “Əbu Bəkr” məscidinin imam-camaatı Hacı Qamət Süleymanov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Q.Süleymanov gündəmin aktual hadisələri və Suriyada döyüşən azərbaycanlılar haqda danışıb. Moderator.az həmin müsahibəni təqdim edir:

- Qamət bəy, “Əbu Bəkr” məscidi açılıbmı, ibadət üçün ora gedirsinizmi?

- Bismillahi-rəhmanir-rahim. Bilirsiniz ki, məscid 2008-ci il 17 avqust terrorundan sonra bağlanıb. Məsciddə ibadətə məhdudiyyət davam edir. Düzdür, istintaq bitib. Ancaq məscidin icma üzvləri yığışır, namaz qılır, 5-10 nəfər toplaşırıq. Əvvəlki kimi insan izdihamı olmur.

- Məscidin açılması üçün ölkə rəhbərliyinə, QMİ-yə müraciət etmək fikriniz varmı?

- Bir neçə dəfə aidiyyəti qurumlara müraciət etmişik, məhkəməyə vermişik. Ancaq indiyədək bu məsələ belə qalıb. Məscidin fəaliyyətinə məhdudiyyət qoyulması bu gün Suriyaya gedənlərin sayına, onların radikallaşmasına səbəb olub.

- Suriyada Əsəd tərəfdə də, ona qarşı da döyüşənlər də var. Bunlardan hansı cihaddır?

- Heç biri. Suriyada hadisələr dinc nümayişlərlə başlamışdı. Vəziyyətin bu həddə çatmasında Əsədin də günahı var. İndi o vaxtkı müxalifət deyil. Müxtəlif qruplar, bölünmələr var. Hər qrup bir yerə tabedir. Suriyada baş verənlər ölkənin daxili işidir. Əhali özünün bu məsləyə baxmağı kifayət edir. Nə Əsəd tərəfdən, nə ona qarşı kənardan gələn qüvvələrin döyüşməsi düzgün deyil. Suriyada tək azərbaycanlılar döyüşmür. Bu, artıq dünyanın probleminə çevrilib və hər yerdən o ölkədə silahlılar var. Hətta Amerikanın problemidir. Əsəd tərəfdən döyüşənlər əsasən rus muzdlu döyüşçülərdir. İran da etiraf edib ki, Əsədə kömək edir. Orada şiə məzhəbinə mənsublar var. Həmçinin, ermənilər döyüşür. Çünki Suriyaya borcludurlar. Qarabağda müharibə vaxtı suriyalılar döyüşüblər. İndi borclarını ödəyirlər. Elə Əsədə qarşı döyüşənlərin də vəziyyəti yaxşı deyil. Azərbaycandan ora gedənlər sağlam qrupa düşmürlər. Hamısı radikal kimi tanınan qruplarda döyüşürlər.

- Əgər bunların elədiyi cihad deyilsə, bəs cihad necə olmalıdır?

“Həyəcan təbili 2008-ci ilin avqustunda çalınmalı idi”


- Valideynə hörmət etmək də cihaddır. Bir gün cihad üçün döyüşməyə gedənə peyğəmbər deyir ki, cihadı ata-anaya et, onlara bax, hörmətini saxla. Bu da cihaddır. Cihadın bir növü isə döyüşməkdir. Onun şərtləri ağırdır. Şəriətin tələb etdiyi cihad var. Əgər düşmən torpağa girirsə, torpağını müdafiə etmək üçün müdafiə cihadı var. Suriyada isə cihad deyil. Sadəcə, zülmkar hakimə qarşı çıxıb o zalımı xalq devirmək istəyib. Necə ki, Tunis, İraq, Liviyada. Həmin tərtib Suriyada da gedirdi. Amma o ölkələr kimi olmadı, Suriyada başqa cürə alındı. Elə bildilər ki Tunis, Misir kimi olacaq. Gördülər ki, hadisələr başqa cür cərəyan etməyə başladı. Əgər Suriyada baş verənlərə müdafiə cihadı adı altında don geyindirmək istəsək, bu yenə də ölkənin əhalisinə aiddir. Kənar şəxslərə şamil etmək olmaz.

- Deyilir ki, “Vətəni sevmək imandandır”. Vətən uğrunda ölən şəhiddir, yoxsa din uğrunda ölən?

- Səhih məlumat olmasa da, belə fikir var. Vətəni sevmək olar. Bu fikir şəriətə müxalif deyil. Ancaq dünya şəhidi var, bir də axirət şəhidi. Məsələn, dənizdə batan insanı şəriət şəhid sayır. Dünyaya uşaq gətirərkən ölən ananı, yanan adamı, vətəndən kənarda öləni şəhid sayır.

“Suriyada döyüşmək cihad deyil və onlar gəlib Qarabağda döyüşməyəcəklər”


Şəhidliyin ən uca mərtəbəsi isə Allahın adını yüksək tutmaq üçün döyüş meydanında ölməkdir. Kimsə vətən uğrunda ölürsə onlara şəhid demək olar. Ailəsini, malını qorumaq üçün şəhid olur. Ancaq Suriyada kənarda gedənlərin ölməsi şəhidliyi şübhə altına alır. Şəhadət üçün Suriyaya getmək düzgün deyil.

- Mən bu sualı ona görə verdim ki, bu gün Suriyada din uğrunda döyüşdüyünü deyənlər, sabah Qarabağda vətən üçün vuruşacaqlar ya yox?

- Burda vacib məsələ var. Bizdə təkfir camaatı var. Onlar özlərindən başqa hamını kafir sayırlar. Bir də cihad camaatı var. Onlar harada müharibə varsa, gedib döyüşürlər. Amma sağlam fikirli adamlar da var. Onlar bu qruplara aid deyillər. Onlar Suriyada uşaqların, anaların ölümünü görüb, dözməyib köməyə gedirlər. Ora döyüşməyə gedənlərin qayıtmaq fikri yoxdur. Çünki ölməyə gedirlər. Ola bilsin ki, məhz o qruplara aid olmayanlar və kömək məqsədilə gedənlər Azərbaycana qayıtsınlar. Onlar Qarabağda döyüşəcəklər. Ancaq təkfir və cihad camaatı Qarabağda döyüşməyəcək. Onlar Suriyaya İslam dövləti qurmaq məqsədi ilə gedirlər.

Qarabağda isə döyüşməyi cihad saymırlar. Bundan əvvəl də İslam dövləti qurmaq üçün Çeçenistana, İraqa, Liviyaya, Tunisə, Əfqanıstana gedənlər olub. Amma alınmadı. Əslində hadisələr başlananda Suriyada islam dövləti qurmaq fikirləri yox idi. Sonra xarici qüvvələr axmağa başladı və vəziyyət bu yerə çatdı.

“Bazarlarda sələfilərin siyahısını tutur, dükanlarını bağlayırlar ki...”


- Necə bilirsiz, ölkələr şəriət, yoxsa dünyəvi qanunlarla idarə olunmalıdır?  

- Əvvəla deyim ki, Suriyada qarışıqlıqdır. Əsədi devirsələr də, onlar bir-biri ilə döyüşəcəklər. Orada müharibə bitməyəcək. Suala gəlincə, hər kəs öz arzuladığı kimi dövlət istəyir. Bir sənətçidən soruşsan, o, dövləti istədiyi kimi görəcək. Mən də şəriət qanunlarının tətbiqini istərdim. Amma bizdə mümkün deyil. Camaat buna hazır olmalıdır. Görün neçə ölkədə müharibələr oldu, şəriət ölkəsi qurulmadı. Ona görə də Suriyaya gedənlər başa düşməlidir ki, bu,  mümkün olan iş deyil.

- Bəs, adını çəkdiyiniz təkfir, cihad camaatları necə meydana çıxdı, harada, nə vaxt təşkilatlandı?

- Hər şey Sumqayıtda məcidləri bağlamaqdan başladı. Bu fikirli adamlar çoxaldılar. Sonra “Əbu Bəkr” bağlandı. O fikrə düşənlərin sayını daha da artırdı. Maarifləndirməyə ehtiyac yarandığı üçün dağılan camaatdan istifadə edən qüvvələr var. “Əbu Bəkr” açıq olsaydı, Suriyaya bu qədər gedən olmazdı. Dövlət bu işdə maarifləndirmə işləri görməli idi, bağlanan məscidlər açılmalı, yeni məscidlər inşa edilməli idi. Məscidlərə sağlam imamlar, axundlar qoyulmalı idi. Camaata dini düzgün başa salan adamlar təyin edilməli idi. Bunlar olmadığından bu cür problemlər üzə çıxdı. İndi internet, facebook var. Suriyaya getmək çətin deyil. Türkiyə sərhədlərindən müəyyən açıq yerlər var, keçib gedirlər. Ora gedənlərin hansısa təşkilatçısı olmur. Ola bilsin müəyyən adamlar onları Suriyada qarşılasın. Bunun üçün da facebook-da yazışırlar, getmək istəyən gedir.

- Bəs gedənlərin qarşısını necə almaq olar? Məsələn, deputatlardan Cavanşir Paşazadə “Sədərək” və “Binə” bazarlarını bağlamağı, Zahid Oruc cinayət işi açmağı, Adil Əliyev vətəndaşlıqdan çıxarmağı təklif edir... 

- Bu məsələləri qaldırmaq gecdir. Artıq problem var, Suriyaya gedənlər qayıtmasa, belə bu fikir olacaq. Ölkənin içərisində bu fikirdə adamlar var. Suriyaya gedənlərlə onların sayı bitmir. Ancaq hansısa dükanı bağlamaq məntiqə uyğun deyil. Əksinə, onların sayının artımına təsir edəcək. Yaxşı olar ki, hər kim nədən danışırsa, onun mütəxəssisi olsun. Cinayət işi açılması problemin qabağını almayacaq. Əslində həyəcan təbili 2008-ci ilin avqustunda çalınmalı idi. Elə bilirdilər “Əbu Bəkr”i bağlamaqla problem həll olundu. İndi bazarlarda dükanı bağlamaq çıxış yolu deyil. Belə çıxır ki, bağla dükanı, get Suriyaya. Adam işləyib, ailəsinə pul qazanırsa niyə imkan verilməsin? Artıq bazarlardan qardaşlar mənə zəng edib deyirlər ki, sələfiləri siyahıya alırlar. Soruşurlar ki, sələfisən, götürüb adını qeyd edirlər. Bunu da yəqin təhlükəsizlik orqanları edirlər. Xoşagəlməz haldır. İnsan çörək pulu qazanır, çörəyinə göz dikir. Bu addım o deməkdir ki, dükanı bağla, get Suriyaya. Bu cür alınmayacaq. Yaxud Sərhəd Xidməti onların ölkədən çıxışına qadağa qoya bilməz. Çox vaxt saqqalını qırxıb gedirlər ki, tanınmasınlar. Türkiyəyə gəzmək adı ilə gedir, ordan sərhədi keçib Suriyaya çıxır.

- Sizcə, Azərbaycanda Suriya variantı yaransa, orada döyüşən azərbaycanlılar gəlib hakimiyyətə qarşı döyüşlərdə iştirak edəcəklər?

- Əgər elə bir vəziyyət yaransa, bəli, onlar gəlib hakimiyyətə qarşı silahlı qruplaşmalarda iştirak edəcəklər. Yenə deyirəm ki, əgər belə vəziyyət olsa. Ancaq bizdə elə mühit yoxdur və yaxın gələcəkdə də görmürəm. Amma o cür fikirli adamlar var. Bu fikrin qabağına maarifləndirmə ilə çıxmaq lazımdır. Çünki müəyyən qədər təhlükədir.

- Azərbaycanda şiə icma rəhbərləri var. Bəlkə onlarla görüşüb məzhəblər arası gərginliyi yatırmağı müzakirə edəsiniz?

- Azərbaycanda heç bir məzhəblərarası gərginlik yoxdur. Əgər olsa, bu təhlükəni görsək, yığışıb danışarıq. Hələlik belə bir gərginlik görmürəm.

- Adətən deyirlər ki, sələfilər çox qapalıdır, cəmiyyətə açılmır, adi insanlarla ünsiyyət qurmur. Bəlkə problemin kökü həm də bundadır?

- Bax, mən müsahibə verirəm, danışıram. Ola bilsin ki, kənardan elə görünür. Siz jurnalistsiniz, həmkarlarınızla, söhbətiniz tutan adamlarla oturursunuz. Sələfilər də söhbəti alınan adamla oturub-durur. Elə qələmə verməzdim ki, tamamilə cəmiyyətdən özlərini təcrid ediblər. Onlara kiminlə oturmaq rahatdır o adamlarla ünsiyyət qururlar. Dərslərimizdə də, çıxışımda da deyirəm ki, camaatla təmasda olsun. Camaatla təmasda olmayanda cürbəcür sözlər danışırlar, şayiələr yayırlar. Təmasda olanda insanların münasibəti dəyişir. Düzdür, təkfir camaatı özlərindən başqa heç kimlə ünsiyyət yaratmır.
Onların Azərbaycanda müəyyən qədər sayı var. Ancaq çox deyillər, dağınıq və qrup şəklindədirlər. Onları da aldadırlar. Hədislərlə, ayələrlə aldadırlar. Radikal qruplarda heç vaxt alim olmayıb. Kim bir az ərəbcə bilirsə, bir-iki kitab oxuyursa, ona istinad edirlər. Eləsi var heç üzdə görünmür, internetlə təbliğ edir.

- Qamət bəy, sələfilər Azərbaycanda onların sıxışdırıldığını deyirlər. Bu ölkədə tək sələfilər, yoxsa bütün dindarlar sıxışdırılır ?

- Əvvəl sıxışdırırdılar, saqqalını qırxırdılar. İndi belə hallar olmur. İndi də dükan-bazarı bağlamaqla sıxışdırırlar. Gərək bunu eləməsinlər. Məscidlərin, bazarların bağlanması dövlətin zərərinədir. Biz özümüz radikallığa qarşı çoxdan mübarizə aparırıq. Deyəcəyim budur ki, biz sələfiyik, radikalizmə qarşıyıq, onların əleyhinəyik. Terror qrupları ilə bizi eyni tutmağa razı deyilik, terrora qarşıyıq.







Oxşar xəbərlər
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
GÜNLÜK
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI