Şuşanın Xankəndinə birləşmiş bu kəndinin sakinləri haraya köçürüləcək?..-FOTOLAR
Araşdırma
Oxunub: 5466
10 Feb 2022 | 19:58
Şuşanın Xankəndinə birləşmiş bu kəndinin sakinləri haraya köçürüləcək?..-FOTOLAR
“Malıbəylilər bir nəfər kimi öz torpaqlarına, özü də Şuşa şəhərinə, yaxud başqa kəndə yox, məhz Xankəndi şəhərinə bitişik olan doğma Malıbəyli kəndinə qayıtmaq istəyirlər...”
 
"44 günlük savaşdan sonra  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 maddəsi ilə axtarışda olan Araik Arutyunyanın kriminal xuntası Şuşa və Hadrutdan köçmüş ermənilərin bir hissəsini məhz bu kənddə yerləşdirmək niyyətindədir..."
 
30 il öncə - 1992-ci ilin bu günlərində Şuşa rayonunun Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndləri  Rusiyanın 366-cı alayının dəstəyi ilə  işğalçı Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfərdən çox dinc sakin həlak olub.
Hazırda Malıbəyli camaatının əksəriyyəti Bakının Sabunçu rayonunda salınmış “Ramana-450” qəsəbəsində onlar üçün tikilmiş yeni evlərdə yaşayır. 
Bəs bu gün hələlik ermənilərin qanunsuz məskunlaşdığı Malıbəyli kəndinin gerçək durumu necədir?..
 
Son 30 ilə yaxın işğal müddətində Xankəndində tikintilər çoxaldığında şəhərdən cəmi 2,5 kilometr məsafədə yerləşmiş Malıbəyli kəndi demək olar ki, şəhərə bitişmiş və separatçı-terorçu rejim tərəfindən“Stepanakertin Açapnyak rayonu” adlanmağa başlanmışdır. İşğal dövründə  kənddəki əksər yaşayış evləri və inzibati tikililər, o cümlədən XVIII əsrə aid iki məscid yandırılıb dağıdılmışdır.
Moderator.az-ın  araşdırmalarından bəlli olur ki,  44 günlük savaşdan sonra  Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 8 maddəsi ilə axtarışda olan Araik Arutyunyanın kriminal xuntası Şuşa və Hadrutdan köçmüş ermənilərin bir hissəsini məhz Şuşa rayonunun Malıbəyli kəndində yerləşdirmək niyyətindədir. Araikin aparatının ümumi informasiya şöbəsinin məlumatına görə, layihəyə əsasən  iki, üç və dörd otaqlı 240 mənzildən ibarət 15 dördmərtəbəli binanın 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır. Artıq tikinti işlərinə başlanılıb.  2021-ci il oktyabrın 22-də Araik Arutyunyan  Malıbəyli ərazisinə gələrək tikinti işləri ilə tanış olub.... 
Bəs görəsən, Malıbəyli sakinlərinin gələcək taleyi necə olacaq? Ermənilər Xankəndində qalacağı təqdirdə malıbəylilər yenidən onlarla demək olar ki, eyni yaşayış məntəqəsində yanaşı yaşamağa razılıq verəcəklərmi?..
 
Malıbəylinin tanınmış sakinlərindən biri, 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli, eləcə də Yuxarı və Aşağı Quşçular kəndləri sakinlərinin erməni terrorçularının mühasirəsindən çıxarılmasında böyük rolu olmuş keçmiş könüllü tabor komandiri, ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov Moderator.az-a ötən ilki açıqlamalarının birində kənd camaatının Şuşa şəhərinə yox, məhz öz kəndlərinə -Malıbəyliyə qayıtmaq niyyətində olduğunu bildirmişdi.
“Bildiyiniz kimi, bu saat Malıbəyli camaatı Bakının Sabunçu rayonunda salınmış “Ramana-450” qəsəbəsində onlar üçün tikilmiş yeni evlərdə yaşayır. Onu da deyim ki, bəlkə də Malıbəyli Qarabağda işğal olunmuş yeganə kənddir ki, sakinləri Azərbaycanın onlarla rayonuna səpələnməyib, hamısı kompakt olaraq bir yerdə yaşayır. Buna 1992-ci ilin fevralında dörd tərəfdən mühasirədə qalmış kənddən döyüşə-döyüşə çıxmağa məcbur olarkən ağsaqqallarla birlikdə könüllü tabor komandiri kimi mənim də səylərim nəticəsində nail olduq. Yaşadığımız qəsəbədə də Malıbəyli sakinləri normal həyat üçün dövlət tərəfindən hər şeylə təmin olunub. Və çoxları evinin yanında oğluna da, qızına da ev tikib... Lakin bütün bunlara rəğmən  malıbəylilər bir nəfər kimi öz torpaqlarına, özü də Şuşa şəhərinə, yaxud başqa kəndə yox, məhz Xankəndi şəhərinə bitişik olan doğma Malıbəyli kəndinə qayıtmaq istəyirlər. Yəni mən də daxil olmaqla kənd camaatı  daimi sakin kimi Şuşa şəhərinə qayıtmaq istəmir, çünki, Şuşa da bizim üçün doğma, canımız, ürəyimiz olsa da,  hamımız öz kəndimizə, dədə-babalarımızın uzun əsrlər yaşadığı yurdumuza dönmək istəyindəyik... Amma təəssüf ki, hazırda doğma kəndimiz, sizin də yazdığınız kimi, hələ də separatçı erməni rejiminin nəzarətindədir və oraya Hadrutdan köçən erməniləri yerləşdirmək istəyirlər. Və əldə etdiyimiz son məlumatlara görə, artıq Daşaltı kəndindən çıxmış ermənilərin də hamısı Malıbəyliyə köçürülüb və hazırda  orada yaşayır... Bunlara mane olmaq üçün isə əlimizdən bir iş gəlmir...” – deyə kəşfiyyatçı polkovnik bildirib.
 
Moderator.az-a bu dəfəki qısa açıqlamasında isə keçmiş tabor komandiri “Artıq çox danışmağa lüzum yoxdur" -söyləyərək "Ötən dəfə kəndimizin gələcəyi barədəki söylədiyim fikirlərin üzərində dayanıram. Və yadınızdadırsa, sizə digər açıqlamamda Xankəndində, eləcə də Malıbəylidə, Kərkicahanda və s. 30 ildən çoxdur  qanunsuz məskunlaşmış  ermənilərə xəbərdarlıq etmişdim ki, yurdlarımızı tərk etsinlər, biz, nə yolla olursa-olsun, öz kənd və şəhərlərimizə, o cümlədən Malıbəyliyə qayıdacağıq"-  bildirib.
 
"İnşallah, dövlətimizin, Ali Baş Komandanımız başda olmaqla ordumuzun tezliklə düşmənin bu təxribatlarının da qarşısını alacağına və doğma kəndimizə qayıdışımıza şərait yaradacağına ümid edirik” - deyə Azay Kərimov ümidlərini ifadə edib.
 
Qeyd edək ki,  hələlik müvafiq qurumlardan Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejim tör-töküntülərinin nəzarətində qalan digər yaşayış məntəqələrimiz kimi, Şuşa rayonunun faktiki olaraq Xankəndinə birləşmiş Malıbəyli kənd sakinlərinin də gələcək taleyi haqda heç bir rəsmi açıqlama yoxdur...
 
Zəruri arayış:
 
Malıbəyli — Azərbaycan Respublikasının Şuşa rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənddir. Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Malıbəyli Xankəndindən avtomobil yolu ilə cəmi 2,5 kilometr məsafədə yerləşirdi, Şuşadan 18, Ağdamdan isə 51 kilometr aralı idi. Kəndin dörd bir tərəfi erməni kəndləri ilə əhatələnmişdi.
 
1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
 
Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir. 1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında  Yelizavetpol quberniyasının Şuşa qəzasına aid edilən kəndin əhalisi 1.060 nəfər təşkil edir, onların əksəriyyəti tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1921-ci ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən kənddə 942 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi. 1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət olub.
Kənd Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb.
 
23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir.
 
29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində 16 nəfər dinc sakin qətlə yetirilmişdir.
 
17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
 
25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.
 
1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkdi... 
 
Nəhayət, 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfər dinc sakin həlak olub.
 
1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan HHQ-nə məxsus “Su-25” təyyarəsi vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub.
 
Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra Şuşa rayonunun Malıbəyli kəndi müvəqqəti olaraq Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində qalıb...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 15:42
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
26 Apr 2024 | 15:38
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Apr 2024 | 15:35
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”