Moderator.az xəbər verir ki, dünən axşam İlham Mirzəyevin "Etibar edin" verilişində maraqlı məqam baş verib. Bir xanım efirə zəng edərək nəvəsinin içinə cin girdiyini və buna əlacın necə mümkün olduğunu soruşub. İlham Mirzəyev bu sualdan əsəbləşib və öz proqramlarında cin və cin çıxartma haqqında danışanları təhqir edib. Onları axmaq, bambılı, səviyyəsiz adlandırıb. İlham Mirzəyev ad çəkməsə də onun ANS-in "Adam içində" proqramını və bu proqramın aparıcısı Elgiz Əkbəri nəzərdə tutduğu aydındır. Çünki son zamanlar cinçıxartma səhnəsi məhz bu proqramda nümayiş olunub. İlham Mirzəyev onu da bəyan edib ki, ümumiyyətlə cin deyilən şey yoxdur. Halbuki "Qurani-Kərim"də cinlə bağlı ayələr mövcuddur. Bu məqam isə İlham Mirzəyevin "Qurani Kərim"ə etibar etmədiyi qənaətini formalaşdırır.