Atası öləndən sonra Azərbaycandan getdi, bacısı ilə bütün əlaqələrini kəsdi, ermənilərin təklifini rədd etdi...
Oxunub: 3808
26 Jan 2022 | 18:45
Atası öləndən sonra Azərbaycandan getdi, bacısı ilə bütün əlaqələrini kəsdi, ermənilərin təklifini rədd etdi...
Moderator.az Kulis.az-a istinadla məşhur cazmen, pianoçu, Xalq artisti Əzizə Mustafazadə haqqında maraqlı faktları təqdim edir.
 
Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə tanınmış cazmen, 39 yaşında dünyasını dəyişən, Xalq artisti Vaqif Mustafazadənin ikinci evliliyindən dünyaya gəlib.
 
***
 
Vaqif Mustafazadənin birinci evliliyi ləzgi qızı Nərminə adlı xanımla olub. Vaqif bu evliliyi hamıdan gizlədirmiş. Bu nikahdan Lalə adlı qızı dünyaya gələn bəstəkar xanımı ilə yollarını bir müddət sonra ayırır. Vaqifin ikinci həyat yoldaşı gürcü qızı Eliza olur. Onlar Tiflisdə tanış olmuşdular. Vaqif də Elza ilə birlikdə Azərbaycan qayıdır. Həmin ərəfədə Eliza artıq qızı Əzizəyə hamilə qalır. Bakıya gələndən sonra onlar ailə qurur.
 
 
Valideynləri qızlarının musiqiyə qarşı həssaslığını Əzizə hələ səkkiz aylıq ikən hiss edirlər. Əzizə, anası Eliza xanımın ona danışdığı bir əhvalatı belə nəql edir:
 
"Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir "Vaqif, bir zəhmət Rasta keç. Rastı çal". O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs edən biri kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, "Bax, bax gör o neyləyir!? Yenə Şuru çal!" Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam."
 
***
 
Əzizə yeniyetməlik və gənclik illərində incəsənətin bütün növlərinə qarşı maraq göstərir. Xüsusilə rəssamlıq, rəqs və ifaçılıq sahəsinə. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxır. Sonralar o bədahət-improvizasiya sənətində xüsusi bacarıq nümayiş etdirir, klassik piano təhsilinə, İohann Sebastyan Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərir.
 
 
1979-cu il dekabrın 16-da Əzizənin 10 yaşının tamam olmasına 3 gün qalmış atası 39 yaşında ürək tutmasından vəfat edir.
 
***
 
Atasını çox sevən Əzizənin bu böyük itkini qarşılaya bilməsi üçün anası öz müğənnilik karyerasını buraxır və qızının yüksək istedadının inkişafına da köməkçi olur.
 
***
 
17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynayır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçür.
 
 
Onun ilk albomu 1991-ci ildə "Aziza Mustafa Zadeh" adı ilə çıxır. "Always" adlı ikinci albomu ona yüksək alman musiqi mükafatı sayılan "Səs -Akademiyası Mükafat"ını və "Soninin Exo Mükafatı"nı qazandırır. O, bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə Contrasts II albomunu çıxardır. Uzun fasilədən sonra, 1 iyul, 2020-ci ildə "Generations" albomunu təqdim edir.
 
***
 
27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülür.
 
***
 
Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert verir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirir. Həmin konsertdə "Shamans"-ın çox möhtəşəm bir ifasını nümayiş etdirmişdir.
 
 
Əzizənin 5-ci albomunun adı, "Jazziza" ("Cazziza"), atasının uşaq ikən ona verdiyi ləqəbidir. Onun atasına ithaf etdiyi çoxlu musiqiləri var.
 
***
 
Əzizənin ögey bacısı Lalə də məşhur musiqiçidir. O, Fransada çox əsilli-nəcabətli, imkanlı bir fransız ailəsinə ərə gedib. Mikayıl adlı oğlu var. Əzizə bacısı ilə uşaqlıq illərində bir neçə dəfə görüşsə də, sonralar onunla heç bir münasibəti olmayıb. O, bu haqda müsahibələrinin birində deyir:
 
“Onu çox axtarmağıma baxmayaraq, cəhdlərim boşa çıxıb. Lalə ilə bağlı heç bir məlumatım yoxdur. Amma əminəm ki, onun hər işi qaydasındadır. Allahdan bacıma işlərinin hər zaman qaydasında olmasını arzulayıram”.
 
***
 
Ancaq Əzizənin atasının bibisi qızı, Vaqif Mustafazadə adına ev muzeyinin direktoru Afaq xanım müsahibələrinin birində deyir ki, hər iki bacının münasibətlərinin olmamasında, anaları günahkardır.
 
 
Əzizə Mustafazadə iki dəfə ailə qurub. Onun birinci həyat yoldaşı ingilis olub. Ailə qurandan sonra Əzizə həyat yoldaşı ilə birgə Londonda yaşayır. Ancaq bir müddət sonra onlar boşanırlar. Əzizə Almaniyaya gedir. Bu evlilikdən Əzizənin övladı olmur.
 
***
 
Sonralar Əzizənin birinci həyat yoldaşı Bakıya gəlir. Vaqif Mustafazadənin ev muzeyi ilə tanış olub, onun məzarını ziyarət edir.
 
***
 
2010-cü ildə Bakıda olanda Əzizə ikinci dəfə kasıb ailədən olan milliyətcə ləzgi oğlanı sevir. Və ikinci dəfə ona ərə gedir. O, özünə ikinci dəfə toy məclisi qurmur. Ancaq, deyilənlərə görə, anası Elza xanım qəti şəkildə bu evliliyə qarşı çıxır. O, qızının daha imkanlı və varlı adamla ailə qurmasını istəyirmiş. Bu evlilikdən Əzizənin bir oğlu olur. O, oğlunun adını Ramizxan qoyur.
 
 
Deyilənlərə görə, Əzizənin Azərbaycanı tərk etməsinin əsas səbəblərindən biri atasının ölümü ilə bağlıdır. Belə ki, vaxtı ilə Vaqif Mustafazadənin yaradıcılığı birmənalı qarşılanmayıb. Hətta onu qəbul etməyənlər də çoxluq təşkil edib. Bu barədə suallara Əzizə müsahibələrinin birində belə münasibət bildirir:
 
"Əsl qəhrəman döyüşdə həlak olur. Mənim atamın taleyi qəribə idi. O, xalqına xidmət üçün yaranmışdı. Amma vaxtilə Azərbaycanda bəzi adamlar olub ki, atama əziyyət verib. O vaxtlar həyat daha çətin idi. Bəzən bir parça kağız sənin həyatını həll edə bilərdi. O vaxtlar ölkənin sərhəddini keçmək çox çətin idi. Məsələn, bir dəfə atamı Finlandiyaya uçarkən təyyarədən geri qaytardılar. Qayıtdı gəldi və onu infarkt vurdu. Sağalması isə möcüzə idi. Adlar çəkə bilmərəm. Həyat bumenranqdır. Etdiyin pislik və yaxşılıq sənə qayıdır. Atamın bütün düşmənləri çoxdan ölüblər. Onun qiymətini gec də olsa, xalq verir. Necə deyərlər, “heç olmamasındansa, gec olması məsləhətdir”. Dahi Vaqifi hər zaman xalqı sevirdi. Nə etməli ki, taleyi onunla bir az sərt davrandı. Amma qismən də olsa o layiq olduğu yeri tutub. Qəlbi əsil sənətlə döyünən yenilikçi insanları çox zaman vaxtında dəyərləndirib qəbul etmək istəmirlər. Atamın səhnədə dünyasını dəyişməsi də təsadüfi deyil. Tarix boyu qeyri-adi istedadı olan yaradıcılara birmənalı münasibət göstərməyiblər. Ailəmin qarşılaşdığı anlaşılmazlığa gəlincə, onu deyə bilərəm ki, çətin olsa da, biz mübarizə aparmağı bacardıq”.
 
 
Deyilənlərə görə, Əzizə Mustafazadə Ermənistanda konsert vermək üçün ora dəvət olunsa da, o bu təklifdən imtina edib və deyib ki, ölkədən kənarda yaşamağıma baxmayaraq, haqsızlıq və ədalətsizlikdən xəbərdaram: "Bu mövzunu hər zaman diqqət mərkəzində saxlayıram. Təsadüfi deyil ki, “Always” albomum hazırlanan ərəfədə Xocalı ilə bağlı kompozisiyanı lentə aldım. Sözlə ifadə edə bilmədiyim həyəcanımı və yaşadığım ağrını musiqi dili ilə hətta xəritədə Azərbaycanın yerini tapa bilməyən insanlara çatdırdım. Bu əsəri digər millətlərdən olan musiqiçilərlə birgə hazırladıq. Onlar Azərbaycan dilini bilməsələr də, məhz bu əsər vasitəsi ilə hadisələrin dərinliyinə vardılar. Xocalı dünya musiqisevərləri tərəfindən birmənalı qarşılanmadı. Bu kompozisiya ilə Azərbaycan həqiqətlərini az da olsa, dünya ictimaiyyətinin diqqət mərkəzində saxlaya bilmişəmsə, bu mənə böyük qürur verir”.
 
***
 
Hazırda ailəsi ilə Almaniyada yaşayan Əzizə Mustafazadə bütün gününü övladı ilə keçirir.
Oxşar xəbərlər
17:25, Bu gün
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
17:20, Bu gün
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
17:15, Bu gün
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
17:10, Bu gün
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
17:07, Bu gün
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
17:05, Bu gün
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
17:03, Bu gün
COP29-un rəsmi saytı istifadəyə verildi
17:00, Bu gün
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
16:56, Bu gün
İyunda ardıcıl beş gün iş olmayacaq
16:52, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
16:50, Bu gün
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:40, Bu gün
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
GÜNLÜK
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”