Axundun ayağı altında dəfn olunan kişinin ayaqları altına düzülən çiçəklər - FOTO
Oxunub: 1616
25 Jan 2022 | 15:30
Axundun ayağı altında dəfn olunan kişinin ayaqları altına düzülən çiçəklər - FOTO

Paytaxtımızın Mərdəkan qəsəbəsində məşhur bir ünvan var - Pir Həsən ziyarətgahı. Əzəmətli, insan ruhunu dincəldən, çoxsaylı insanların şəfa üçün müraciət etdiyi məkandır.

Bu günlərdə Pir Həsən ziyarətgahını yenidən aktual edən hadisə baş verdi. Dövlət başçısının sərəncamına əsasən, Bakının mərkəzində, İstiqlaliyyət küçəsi boyunca yerləşən gözəl məkanda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldıldı. Məlumatlı insanlar bilirlər ki, Hacı öz vəsiyyətinə əsasən, Pir Həsən ziyarətgahında dəfn edilib, dövrünün çox mükəmməl din alimi Axund Abu Turabın məzarının yaxınlığında. Hacı Zeynalabdin Abu Turabın necə mükəmməl bir insan, həm də öncəgörən olduğunu ömrünün son illərində “tifaqının dağıldığı” zaman bir daha dərindən dərk edib və “məni Əbi Turabın ayağı altında dəfn edərsiniz”, vəsiyyətini edib.

Hacı Zeynalabdin Tağıyevin doğum günü ərəfəsində onun uyuduğu məkana yollandıq. Bu yerdə qeyd edək ki, Hacının doğum tarixi ilə bağlı müxtəlif məlumatlar var. Onun 1823-cü ilin 25 yanvarında anadan olduğunu təxmin edənlər də var. Ancaq həm uyuduğu məkanda, həm də mərkəzdəki abidəsi üzərində doğum tarixi kimi 1838-ci il yazılıb. Ancaq vəfatı ilə bağlı ziddiyyətlər yoxdur, 1924-cü ilin 1 sentyabrı.

43306311-5bf3-404d-ae02-3ba859c6fba2.jpg (164 KB)

Bu da həmin məkan. Hacı Zeynalabdin Tağıyevin əzəmətli büstünü uzaqdan görürük. Möhtəşəmdir. Ziyarət edirik. Bizdən sonra yaxınlaşan uşaqlı-böyüklü ziyarətçilər də qərənfillər düzür büstün qarşısına. Sonra da şəhərin mərkəzindəki heykəlindən, hətta “təsbeh əhvalatı”ndan bəhs edirlər. Hacıya xalqın sevgisinin nə qədər böyük olduğunu ilk andan hiss edirik.

d88137e4-c7ba-4fb0-a300-f6a0e438775c.jpg (263 KB)

Pir Həsən ziyarət kompleksində qızğın iş gedir. Parkda səliqə-səhman işləri aparan əslən Tərtərdən olan Talıb Əliyev deyir burada işləməkdən zövq alır və bu məkanda işləməyi savab hesab edir. Hacının xidmətlərindən də xəbərdardır: “Çox gözəl, xeyirxah insan olub rəhmətlik. O qədər insana əl tutub ki...” Əlavə edir ki, ötən yay Hacının nəvə-nəticələri buraya ziyarətə gəlibmişlər: “Mən də burdaydım. Gəlib ziyarət etdilər”. Deyir ziyarətçilərin sayı-hesabı olmur: “Hətta türklər də gəlib çəkiliş apardılar, getdilər”. Məlum olur ki, Hacının doğum gününə hazırlıq görürlər. Parkın müxtəlif yerlərində yıxılmış, bir yerə toplanmış əzəmətli sütunları göstərib “vaxtilə bu sütunlar dağılıb, amma abidə kimi qoruyub-saxlayıblar indiyədək”, deyir.

494e75d9-8740-42dc-98dd-2281ec702258.jpg (142 KB)

2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pir Həsən məbədi əsaslı şəkildə təmir olunmuş, burada abadlıq işləri aparılmışdır. 2007-ci il dekabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Pir Həsən ziyarətgahının açılışında iştirak etmiş, onun yeni görkəmi ilə tanış olmuş və xatirə kitabında ürək sözlərini yazmışlar.

Həmsöhbətimiz olan zəhmətkeş insan məmnunluqla o günləri xatırlayər. Deyir ki, cənab Prezident və Mehriban xanım hər zaman diqqət göstərirlər bu ziyarətgaha.

Burada iki türbə var. Bunlardan biri üzərində qədim günbəz olan Pir Həsənə məxsusdur. Tarixi mənbələrə görə, əsli-nəcabəti imamlara gedib çıxan Pir Həsən XVII əsrdə yaşayıb. Türbənin əsas fasadında portaldakı qapı yerinin üstündə ikisətirlik ərəbcə kitabə yerləşdirilib: “Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbas (Allah onun hökmranlığını əbədiləşdirsin) vaxtında Dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il” (1612-1613).

Hacı Zeynalabdin Tağıyevin abidəsi ilə üzbəüz məkanda digər türbə tikilib. Çox əzəmətlidir. İçəri daxil oluruq. Türbənin mərkəzində tanınmış din xadimi Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun digər tərəfində isə Hacı Zeynalabdin Tağıyev və qızı Sara xanım Tağıyevanın məzarlarıdır. Əbu Turabın məzarının digər tərəfində daha bir qəbir var: repressiya qurbanı olmuş Zeynal bəy Səlimxanov dəfn edilib burada. Əzəmətli baş daşları qoyulmuş müqəddəs məzarları ziyarət edirik, böyük Tağıyevin xidmətlərini xatırlayaraq, onun səfalət içərisində dünyasını dəyişən övladına – Sara xanımın, ümumiyyətlə, Tağıyevlər soyunun faciəli taleyinə acıyaraq...

Ziyarət etdiyimiz zaman körpə uşaqlı bir ailə gəlir. Bir neçə dəfə axundun məzarının başına dolanır, dua oxuyur. “Uşaq qorxub, gecələr yatmır. Biz də niyyət edib, gəlmişik. Ziyarət etdik. 7 dəfə dövrə vurduq”, deyir atası. Şəfa diləyirik. Bu ziyarətdən sonra aşağı, çildağa tərəf enirlər. 

Dövrünün böyük filosofu, ilahiyatçısı sayılan, Əmircan kəndində tikdirdiyi Rus-Tatar məktəbində dərs deyən Axund Hacı Turab 1908-ci ildə vəfat edib. Ona böyük hörmət və ehtiram nümunəsi kimi, Bakı milyonçusu Murtuza Muxtarov məzarı üzərində türbə tikdirib.

7f8b80e3-0167-4ef2-8ea5-02dcb680f68f.jpg (190 KB)

Buranın əməkdaşlarından olan Mərdəkan sakini Məmmədrəhim Mirzəyevlə də söhbətləşirik. Deyir ki, buraya gələnlər şəfa tapırlar. Pirhəsən ağanın məzarı olan ünvanda kim istəyirsə, çıldağ edir.

Pirin bir tərəfi namazgahdır. Bir hissəsində qadınlar, digər hissəsində kişilər namaz qılır. Amma pandemiyaya görə fasilə verilib ibadət mərasimlərinə. Digər tərəfdə isə 7-ci İmam Museyi-Kazımın qızı xanım Xədicənin məzarıdır.

Ziyarətgahın digər hissəsində mərasim evi, dini dükan və qurbangah yerləşir. Ora da pandemiya səbəbindən qapalıdır, müvəqqəti olaraq. Rəhbərliyin tapşırığı ilə təmir-bərpaişləri aparılır ərazidə. Məmmədrəfi qardaş deyir ki, ayda bir və ya iki dəfə belə bərpa işləri həyata keçirilir. “2005-2006-cı illərdə cənab Prezidentin və Birinci xanımın təşəbbüsü ilə bura əsaslı şəkildə bərpa olunub. 2019-cu ilin Ramazan ayında Mehriban xanım Əliyeva bizim iftar süfrəsində iştirak edib”, deyir müsahibim.

046bf520-1fab-4284-b60f-2576ef682ce9.jpg (191 KB)

Məqbərə içərisində qərarlaşan Pir Həsənin məzarını da ziyarət edirik, ruhuna dua oxuyuruq. Əzəmətli “Qurani-Kərim”i öpüb, gözümüz üstünə qoyuruq. Çildağla məşğul olan xanım danışır ki, hər gün olmasa da, şənbə-bazar günləri buraya axın olur: “Kimi ziyarətə gəlir, kimi qorxusunu çıxartmağa”. Deyir ki, bura gələnlərin yaş fərqi olmur: “İnsan hər yaşda qorxa bilər. Heç kim deyə bilməz ki, mən qorxmuram. Adi telefonla danışan adam həyacanlana, ya qorxa bilər. Amma qurban olum Allaha, hər şey bizlik deyil. Bəzən iki dəfə çıldağa gələn adam deyir tam yaxşıyam. Biz təbabət yolu ilə həmin şəxslərin qorxuluğunu götürürük. Təbabət yolu ilə, nöqtələr işlənilir, 40 oynaq nöqtə var ki, onu işləyirik”.

Qapıda isə yeni ziyarətçilər var, odur ki, çox ləngimədən çıxırıq, xəstələrə şəfa arzulayaraq, müqəddəs ruhlara dua oxuyaraq. Həyatı boyunca həyat mənbəyi olan su çəkən, məktəb tikən, qızlarımız üçün ilk dəfə seminariya yaradan, oğullarımızı xaricə təhsil almağa göndərən, dilimizə, dinimizə sahib çıxan, mediamıza belə, görünməmiş dəstək verən böyük Zeynalabdin Tağıyevin məhz belə bir məkanda uyumasının həm də rəmzi mənası var. Məhz belə yer şəfa ocağı ola bilərdi...

f0e22967-b77f-4a0f-9532-4476ea422109.jpg (253 KB)

Geri dönərkən növbəti dəfə İçəri şəhər metrostansiyasının qarşısındakı məkanda qoyulmuş abidəni ziyarət edirik. Abidə qarşısında əklil, güllər...Bir-birinin ardınca yaxınlaşıb ziyarət edən, şəkil çəkdirən insanlar... “Postament yoxdur, gülü hara qoyacağıq”, sualı da eşidilmir. “Xalq adamı”, “Millət atası” statusunu sağlığında qazanmış kişinin ayaqları altına düzülür tər çiçəklər, həm də gözəl görünür bu mənzərə...

Belə bir hörməti, rəğbəti, el məhəbbətini qazanan Kişinin doğum günüdür bu gün – 25 yanvarda. Ruhu şad, məkanı cənnət olsun, zəhməti hədər getmədi, uğrunda malından, canından keçdiyi məmləkəti, dövləti yenidən bayrağını ucalara qaldırdı və ona da sahib çıxdı...Dövlət və millət öz dəyərl(li)ərinə sahiblənəndə daha gözəl, daha möhtəşəm olur!

 

e454c297-e811-483d-ad36-85c3a3d9192f.jpg (224 KB)

Elşad Paşasoy,

Musavat.com

Oxşar xəbərlər
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 09:31
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
07 May 2024 | 08:59
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 09:31
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
07 May 2024 | 08:59
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR