“Yeni, müasir çağırışlarda gənclərin rolu”
Oxunub: 934
12 Jan 2022 | 18:17
“Yeni, müasir çağırışlarda gənclərin rolu”
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı partiyanın bir qrup gənc fəallarının iştirakı ilə bu mövzuda tədbir keçirib
 
Yanvarın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın bir qrup gənc fəallarının iştirakı ilə “Yeni, müasir çağırışlarda gənclərin rolu” mövzusunda tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə gələcəyimiz olan gənclərə diqqət və qayğının dövlət siyasətinin əsasında dayandığını bildirib: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, gənclərimiz dövlət maraqlarını hər şeydən üstün tutmalı, milli ruhda tərbiyə olunmalıdırlar. Hər iki çağırışın özündə ehtiva etdiyi məqamlar bugünkü reallıqlarımıza söykənir, Azərbaycanımızın daha da güclənməsinə, qüdrətlənməsinə xidmət edir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz birliyimizi, həmrəylimizi, torpaq, Vətən sevgimizi bir daha nümayiş etdirdi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi son 18 ilin uğurları sırasında gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini, daim torpaqlarımızı işğaldan azad etmək əzmində olduqlarını nümayiş etdirmələrini xüsusi vuğulamalıyıq. Azərbaycan gəncliyi müasir düşüncəyə malik, bilikli, savadlı gənclərdir.”
 
Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün böyük əksəriyyətini gənclər təşkil etdiyini xüsusi vurğulayan Vüqar Rəhimzadə qeyd edib ki, gənclərimiz dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən, ulu öndər Heydər Əliyevin yaradıcısı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasında təmsil olunmaqdan qürur duyurlar. Partiyada gənclərə öz potensial imkanlarını ortaya qoymaq üçün zəruri olan bütün imkanlar yaradılıb.
 
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar səsləndirilir: “Ölkəmizin ictimai-
 
siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü, o cümlədən gənclər bu çağırışları yüksək dəyərləndirir, onların həyata keçirilməsində fəal iştirak edirlər. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar, yeni çağırışlar göz önündədir. Gənclərimiz müasir dövrün imkanlarından səmərəli istifadə etməklə bu çağırışların ən yüksək səviyyədə gerçəkləşməsinə dəstək olacaqlar.”
 
“Gənclərimiz daim tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qorumalı və öyrənməlidirlər” söyləyən Vüqar Rəhimzadə bildirib ki, dövdət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənclərə çağırışlarının mahiyyətində də məhz bu məsələlər dayanır. Heydər Əliyev Fondunun tariximizin, milli-mənəvi dəyərlərimizin təbliği sahəsində fəaliyyəti təqdir edilir. Son bir ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa və qurulucuq işlərində də mədəni və dini abidələrimizin bərpasına xüsusi diqqətin göstərilməsi Azərbaycan dövlətinin bu sahəyə diqqətinin bariz nümunəsidir. Bu işlərdə də Heydər Əliyev Fondunun fəaliyyəti göz önündədir. Gənclərimiz hər bir çağırışı öz fəaliyyətlərinin əsas prinsipi kimi qəbul etməlidirlər.
 
Vüqar Rəhimzadə bu reallığı da xüsusi qeyd edib ki, informasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə hər bir hədəfə zamanında çatmağa stimul verir. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam da ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
 
YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, 6 saylı Bakı “ASAN xidmət” Mərkəzinin rəhbəri Fərid Sadıxlı bildirib ki, istər siyasi partiyaların fəaliyyətində, istərsə də dövlət idarəçiliyinin strukturlarında gənclərin üzərinə düşən pay artır: “44 günlük İkinci Qarabağ müharibəsi sadəcə Azərbaycan və Ermənistan arasında olan müharibə deyildi. Bu, regional, hətta daha geniş aspektdən baxsaq, beynəlxalq səviyyəli bir müharibə idi. Həmin müharibədə bizim Zəfərimiz nəinki Azərbaycanın,
 
hətta bütün Türk-İslam dünyasının tarixində yeni səhifə açdı. Sadəcə tarixə nəzər salsaq belə böyük Zəfəri yalnız Çanaqqala döyüşündə görə bilərik. Bu müharibə təkcə Qarabağ uğrunda getmirdi. Bu geosiyasi müharibə idi.”
 
F.Sadıxlı BMT-də Azərbaycana edilən başqılardan danışaraq yada saldı ki, bunlar bizə məlum olan təzyiqlərin az bir qismidir: “Bu basqılar sırf Azərbaycanın üzərində idi. Dünya tarixində hələ indiyə qədər heç bir ölkə başçısı bizim Prezident kimi dünya mediasının qarşısında soyuqqanlılığı, praqmatikliyi, səliscəsinə qarşı tərəfi susdurması ilə diqqət mərkəzinə gəlməyib. Biz bir şeyi də başa düşməliyik ki, artıq XXI əsrdə və daha sonralar yazılı medianın, qəzetlərin, eləcə də televiziyanın digər ənənəvi mediaların rolu get-gedə azalacaq. Artıq rəqəmsal dövrə keçmişik. Bu dövrdə məlumat, informasıya anındaca “Tvitter”, “Youtube”, “Tik-Tok” və digər platformalar üzərindən yayılır. Bu mübarizədə artıq gənclərin fəal olmağı çox vacibdir. Bizim üzərimizə düşən işlərdən ən başlıcası odur ki, dəyişən dünyaya çevikliklə adaptasiya olunaq. Çünki dünya hər gün dəyişir. Siz on il bundan əvvəl təsəvvür belə edə bilməzdiniz ki, bizim iPhone kimi mobil vasitələrimiz olacaq və mesajları, məlumatları bir-birimizə cəmi bir saniyəyə ötürə biləcəyik. Azərbaycandan rahatlıqla Amerikada və ya dünyanın hər hansı digər nöqtəsində baş verənləri izləyə biləcəyik. İnformasiyalar, videogörüntülər işıq sürəti ilə sosial şəbəkələr vasitəsi ilə bütün dünyaya yayılır. Yəni, bu, artıq yeni dövrdür.”
 
“Ölkə başçısı İlham Əliyevin gənclərə diqqət və qayğısı, bizə göstərdiyi etimad müqayisə olunmazdır» söyləyən F.Sadıxlı qeyd edib ki, “ASAN” Könüllülərin Hərəkatı 15 nəfərlə başlayan zaman cənab Prezidentin hər mərkəzdə ilk növbədə könüllülərlə görüşünü bu gün hər bir gənc yaxşı xatırlayır: “ Dövlət Gömrük Komitəsi, Miqrasiya Xidməti və digər özəl təsisatlarda olan könüllülük məhz cənab Prezidentin zamanında göstərdiyi dəstəyin bugünkü nəticəsidir. Hazırda bizim üzərimizə düşən iş ondan ibarətdir ki, bu dəstəkdən yararlanaraq
 
YAP-ın fəaliyyətinə, ümumiyyətlə, Azərbaycan dövlətinin maraqlarına xidmət edərək XXI əsrin qaydalarına uyğun olaraq öz fəaliyyətimizi tənzimləyək. Bu gün qeyri-mərkəzləşdirilmiş informasiyada artıq gənclərimizin rolu fərqlidir. Əgər əvvəllər hər şey mərkəzləşdirilmiş qaydada idisə, indi elə deyil. Gənclərimiz daim peşəkarlıqlarını artırmalıdırlar.”
 
YAP Xətai rayon təşkilatı Neapol küçəsi 8A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Camalxan Xanbutov müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək gəncləri bu imkanlardan maksimum bəhrənməyə, müxtəlif dilləri öyrənməyə çağırışlar edib. Bildirib ki, doğrudan da həyat yerində durmur, yeni tələblər qarşıya qoyulur. Gənclik hər bir ölkənin inkişafında böyük rola malikdir. Onların müasir düşüncələri daim zamanın, dövrün tələblərinə uyğun təkmilləşməlidir.
 
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının gənc fəallarından Səbinə Qafarova və Nicat Namazov gənclərin inkişafı üçün ölkəmizdə yaradılan münbit şəraitdən bəhs ediblər. Bildiriblər ki, Azərbaycan gəncləri belə qüdrətli, zəngin, dünyada söz sahibliyinə malik, ən əsası qalib ölkənin vətəndaşları olmaları ilə fəxr etməlidirlər. Bu nailiyyətləri bizə qazandıran ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti və son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Azərbaycan gəncləri möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərirlər.
 
Vətən müharibəsi qazisi Şirxan Hümmətov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi gənclərin vətənpərvərliyinin təqdimatında mühüm rol oynadı. Gənclərimiz torpaq, Vətən sevgisini silaha sarılaraq tarixi Zəfərə imza atmaqla təsdiqlədilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız bu Qələbə azərbaycanlıların öz torpağına, tarixinə necə möhkəm tellərlə bağlılığını nümayiş etdirdi.
 
Qazi Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsindən də bəhs edərək bildirib ki, dünyaya səs salan Şuşa əməliyyatı, qalibiyyəti çoxəsrlik tariximizin şanlı səhifələrindəndir. Gələcək nəsil bu səhifələri daim vərəqləməli, 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımızın azad edilməsində fədakarlıq göstərən, qanından, canından keçən qəhrəmanlarımızı tanımalı, onların həyat yolunu vətənpərvərlik məktəbi kimi dəyərləndirərək daim öyrənməlidirlər. Bu işdə valideynlərin də üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi qeyd edən Şirxan Hümmətov gənclərimizi yeni çağırışlara öz töhfələrini verməyə səsləyib.
 
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tədbirdə çıxış edərək bu il nəinki ölkəmizin, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 30 illiyinin qeyd ediləcəyini diqqətə çatdırıb. Bildirib ki, bu dövr Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illəri əhatə edir: “Yeni Azərbaycan Partiyasının mövcudluğu, fəaliyyəti və bu günə gəlib çatması dövlət müstəqilliyimiz, onun qorunub saxlanılması və indiki inkişafı ilə bağlıdır. Müstəqilliyimizin qorunması, daha da inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin atdığı addımlar, yaratdığı möhkəm təməl bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha sürətli inkişafına imkanlar yaradır. Möhtərəm Prezidentimizin daim vurğuladığı kimi, gənclərimiz böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.”
 
Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiya ilə bağlı fikirlərini bir daha gənclərin diqqətinə çatdıran Bəxtiyar İslamov bildirib: “Cənab Prezident qeyd edir ki, Yeni Azərbaycan Partiyasına üzv olmaq böyük məsuliyyətdir. YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində ümumxalq partiyasına çevrildi. Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın tərəqqisi naminə çalışır. Ötən illərdə partiya Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə
 
yorulmadan fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramın, siyasətin məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasından, möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən ibarət olub. Ötən 30 ilə nəzər saldıqda əminliklə demək olar ki, partiya öz proqram məqsədlərinə uyğun uğurlu fəaliyyət göstərib. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna daxil olaraq, böhran və xaos mərhələsini arxada qoydu. 2003-cü ildə Ulu Öndərin çağırışına səs verən Azərbaycan xalqının Heydər Əliyev ideyalarını, onun əsasını qoyduğu ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevə etimad göstərməsinin nə qədər doğru seçim olduğu bu gün inkişaf edən, qalib, Zəfər qazanmış Azərbaycan dövlətinin timsalında öz təsdiqini tapdı. Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən işlər, YAP-ın qələbələr partiyası olduğunu hər zaman təsdiqləməsi partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərir.”
 
YAP Gənclər Birliyinin sədri gənclərimizin qarşısında böyük çağırışlar dayandığını önə çəkərək bildirib ki, onlar bunları yüksək səviyyədə cavablandırmaq üçün hərtərəfli formalaşmalı, birliklərini, peşəkarlıqlarını daim artırmalıdırlar: «Hər yeni dövr qarşıya yeni tələblər qoyur. Gənclərimiz malik olduqları potensial imkanlardan maksimum bəhrələnməlidirlər.»
 
Bəxtiyar İslamov belə tədbirlərin gənclərin inkişafında, baxışlarına, düşüncələrinə yeni əlavələrin edilməsində böyük rolu olduğunu vurğulayıb.
 
 
Oxşar xəbərlər
22:39, Bu gün
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
22:38, Bu gün
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
22:36, Bu gün
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
22:34, Bu gün
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
22:25, Bu gün
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
22:20, Bu gün
Tanınmış jurnalistə vəzifə verildi
22:00, Bu gün
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
21:59, Bu gün
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
21:56, Bu gün
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
21:34, Bu gün
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
21:31, Bu gün
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
21:29, Bu gün
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
21:24, Bu gün
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
21:22, Bu gün
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
21:22, Bu gün
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
21:16, Bu gün
Kim Çen In lideri kədər içindədir...
21:14, Bu gün
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
21:07, Bu gün
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
20:56, Bu gün
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
20:55, Bu gün
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
20:03, Bu gün
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
GÜNLÜK
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR