Si Tszinpin böyük Çin qurur... - Çiçəklənən totalitarizm dövründə ölkəni nə gözləyir? - Təhlil
Oxunub: 5721
26 Dec 2021 | 09:33
Si Tszinpin böyük Çin qurur... - Çiçəklənən totalitarizm dövründə ölkəni nə gözləyir? - Təhlil

 

Çin artıq sülhsevər pandanın dərisi altında əjdaha buynuzlarını gizlədə bilmir

 

Hamının kasıb yaşadığı nəhəng bir kəndi xatırladan və bütün dünyaya saxta fabrik malları satmaqla əhalisini dolandıran Çinin həmin günləri artıq geridə qalıb. Bu gün Çində əsl kiberkonfutsianlıq hökm sürür: yaşlı çinlilər supermarketlərdə “facepay”lə pul ödəyir, nəvələri yerli smartfonlarla sinxronlaşdırılmış Çin elektrik avtomobillərində onlara baş çəkməyə gedirlər və bir milyard əhali arasında koronavirus daşıyıcılarını üzə çıxarmaq üçün xüsusi proqramlardan istifadə olunur. Çin iqtisadiyyatının sürətli inkişafı və dünyaya təsirinin artması həm Avropanı, həm də ABŞ-ı qorxudur, axı dünyanın yaşadığı standartların və qaydaların ÇXR, daha doğrusu, onun artıq növbəti 100 illik proqramı olan Kommunist Partiyası tərəfindən müəyyən edilməyə başlayacağı tarix uzaqda deyil. XXI əsrin aparıcı dövləti hansı parlaq gələcək arzulayır və böyük Çin dövrünün gəlişi ilə dünyanı hansı dəyişikliklər gözləyir?

 

Moderator.az mövzuyla bağlı araşdırmanı oxucularına təqdim edir.

 

Əsrdən əsrə

 

“Si Tszinpin Çin tarixini girov saxlayır”, “O, bütün ömrü boyu Çini idarə etmək istəyir”, “Çin lideri özünü Mao Tszedunla eyniləşdirdi” - 2021-ci ilin noyabrında dünya mediası bu kimi başlıqlarla dolu idi. Sanki nəşrlər Çinin yaxınlaşan “tszinpinləşdirilməsini” kimin daha yaxşı təsvir edəcəyini tapmaq üçün yarışa çıxmışdılar.

 

Mediada ajiotaja noyabrın 8-dən 11-dək Pekində keçirilmiş 19-cu çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 6-cı plenumu (beş illik siyasi dövr ərzində ÇKP-nın qurultaydan qurultaya mövzusu) səbəb olub. Qeyd edək ki, Çində Mərkəzi Komitənin yeddi plenumu keçirilir, onların hər biri müəyyən bir mövzuya həsr olunur. Bu plenum həqiqətən xüsusidir. Birincisi, o, Çin Kommunist Partiyasının yüzilliyinə təsadüf etdi (ÇKP-nin ilk qurultayı, qeyri-rəsmi də olsa, 1921-ci ildə Şanxayda keçirilmişdi). İkincisi, qurultay zamanı tarixi qətnamə qəbul edildi. Adına baxmayaraq, onun çox hissəsi tarixə deyil, Çinin Si Tszinpin və onun “yeni əsrdə Çin spesifikasına malik sosializm ideyaları”nı yaşadacaq gələcəyə həsr olunub.

 

Ölkədə tarixi qətnamələr əvvəllər cəmi iki dəfə təsdiqlənib. 1945-ci ildə, hələ ÇXR yaranmazdan əvvəl, böyük rəhbər Mao Tszedunun özü tərəfindən tarixi bir qətnamə qəbul edildi. Bununla o, partiya yaranandan bəri kommunistlərin mübarizəsini yekunlaşdıraraq, irəliyə doğru hərəkətə zərər verən və əngəl törədən, eyni zamanda rəqiblərindən qurtulan və hakimiyyəti öz əllərində cəmləyən əksinqilabçıları tənqid etdi.

Mao Tszedun

 

Den Syaopin

 

1981-ci il qətnaməsi ÇXR tarixində bəlkə də ikinci ən məşhur şəxs - "Çin yenidənqurması"nın memarı Den Syaopin tərəfindən təsdiqləndi. Təkcə ölkənin bütün qurumlarını deyil, həm də milyonlarla sadə insanın həyatına son qoyan dağıdıcı mədəni inqilabdan sonra çinlilər universitetlərə qayıdır və kommersiya işini mənimsəməyə başlayır. Həmin il Sovet İttifaqi Kommunst Partiyasının 20-ci qurultayı ilə müqayisə edilən 11-ci çağırışın 3-cü plenumu keçirildi, ancaq şəxsiyyətə pərəstişkarlığa son qoymaq əvəzinə Den Syaopin “60/30” düsturunu təklif etdi. Yəni Maonun etdiklərinin 60 faizi düzgün, 30 faizi isə lazımsız idi. Bunu qəbul etmək və irəliyə doğru hərəkət etmək vacib idi.

 

Yeni bir Maonun ortaya çıxmaması, əvəzolunmaz və qeyri-məhdud hakimiyyəti müşayiət edən həddən artıq canfəşanlıqların qarşısını almaq üçün Den Syaopin dövründə Çini kollektiv şəkildə idarə etmək qərara alındı. Sədr hər biri beş il olmaqla iki dəfədən artıq vəzifə tuta bilməzdi, artıq ikinci müddətin əvvəlindən onun varisi seçilirdi. Amma görünür, Den Syaopin dövründə qəbul edilmiş kollektiv idarəetmə konsepsiyası indiki rəhbərliyin ürəyincə deyil.

 

Artıq bir neçə ildir ki, Si "partiyanın nüvəsi" adlandırılır və 2018-ci ildə respublikanın sədri üçün qoyulmuş müddətlərin sayı ilə bağlı məhdudiyyət ÇXR konstitusiyasından çıxarıldı.

 

Üçüncü tarixi qətnamədə tarix azdır, lakin çox maraqlı detallar var. Məsələn, Mao Tszedun və Si Tszinpinin nailiyyətlərini "sıçrayış", lakin Den Syaopin və digər liderlərin siyasətini isə sadəcə "addım" adlandırırdılar. Bundan əlavə, qətnaməyə verilən şərhlərdə Si Tszinpin praktiki olaraq Mao Tszedunla eyniləşdirilir və onu "sükançı" adlandırırlar. Sinin hələ də ölkənin qurucusu ilə bərabər səviyyədə dayanmaması həm də onu göstərir ki, dövlət başçısının “əmtəə nişanı” - “Si Tszinpinin yeni dövrdə Çin spesifikasına malik sosializm ideyaları” hələ də aforistik "Mao Tszedunun İdeyaları"na qədər endirilməyib. Çin formalizminin incəliklərini bilməyənlər üçün "ideyaların" uzunluğu xırda görünə bilər, lakin bu, vacib bir simvolizmdir: nə qədər qısa olsa, bir o qədər vacibdir. Üstəlik, indiyədək yalnız ÇXR tarixində məxsusi “ideyalar” yalnız Mao, Den və Siyə aid edilir. Lakin hazırkı liderin sələfləri Tszyan Tszemin və Hu Tszintaoya bunu aid etmirlər, onların ideyaları sadəcə olaraq “üçüncü hakimiyyətin” və “inkişafın elmi konsepsiyası” kimi tanınır.

 

Partiyanın mərkəzdənqaçma qüvvəsi

 

40 il əvvəl Çin yeni inkişaf dövrünə qədəm qoydu və 2021-ci ilin noyabrına - yeni tarixi qətnamə ortaya çıxana qədər Den Syaopinin trayektoriyasını izlədi. Əsrin dönüşü təkcə islahat və açıqlıq tortundan daha böyük parça qoparmağa can atan çinli iş adamları üçün təlatümlü deyildi. Siyasi dairələrdə də ehtiraslar qızışırdı. Kliklər, klanlar, regional qruplaşmalar - ÇXR-in bütün tarixi boyu siyasi elita ya “praqmatiklər” və “radikallar”, ya da “islahatçılar” və “mühafizəkarlar”a, 1990-cı illərdən isə “şanxaylılara” (inkişaf etmiş cənub-şərq əyalətlərindən gələn mühacirlər) və “komsomolçulara” (komsomolun sosial yüksəlişi ilə hakimiyyətə “gələnlər”) bölünürdü. “Şahzadələr” deyilənlər də var idi - yüksək partiya məmurlarının övladları. Bunlardan biri də Si Tszinpin idi. Onun inqilabçı atası Si Çjunsün Mədəni İnqilab zamanı əziyyət çəkmiş, sonra hakimiyyətə qayıdaraq iqtisadi islahatların təşəbbüskarlarından və Çin Xalq Respublikasının təməlini qoyanlardan biri olmuşdu.

Si Tszinpin Myanmadakı Şvedaqon paqodasına səfəri zamanı zəngi vurur

 

Siyasi xəritələrin bu cür rəngarəngliyi ona gətirib çıxardı ki, məmurları ölkəni idarə etməkdən daha çox siyasi mübarizə maraqlandırırdı. ÇXR dəfələrlə faciələrə səbəb olan korrupsiya və qohumbazlıq çirkabında batır, varlılar və kasıblar arasında uçurum genişlənir, iqtisadi artımın peyki sayilan ekoloji problemlər isə getdikcə daha çox gözə çarpırdı.

 

Yeni tarixi qətnamədə bu dövr qısaca olaraq belə ifadə olunub: “Bir vaxtlar partiyanın idarə olunmasında qeyri-ciddilik, boşluq və zəiflik mövcud idi ki, bu da partiya daxilində korrupsiya və digər neqativ halların geniş vüsət almasına və siyasi ekosistemdə ciddi problemlərə səbəb olmuşdu. Üstəlik, partiya ilə xalq kütlələri arasında münasibətlər korlanmış, partiyanın yaradıcı qüvvəsi, birləşdirici qüvvəsi və döyüş qabiliyyəti zəifləmişdi. Partiya dövlət idarəçiliyində ciddi sınaqlar qarşısındaydı”. Tarixi qətnamədən oxucu əsas şeyi öyrənəcək: Si Tszinpin partiyanı təmizlədi, təsir qruplarının kaleydoskopunu ayırd elədiı və Çin xalqını ümumbəşəri rifaha aparana qədər heç yerə getməyəcək.

 

Çin 3.0

 

1980-ci illərin əvvəllərində Çin nəyin bahasına olursa-olsun böyüməli idi. “Pişiyin hansı rəngdə olmasının əhəmiyyəti yoxdur, əsas odur ki, siçanları tutur” - bu sözlər o dövrün ən məşhur ifadəsiydi. Den Syaopinin göstərişlərinə görə, Çin rəhbərliyinin əsas vəzifəsi yeni imkanlar vaqonuna ilk növbədə atlanmağı bacaranları, sonra isə yerdə qalanları zənginləşdirmək idi. Məqsədlər müvafiq alətləri nəzərdə tuturdu: genişmiqyaslı özəlləşdirmə, urbanizasiya, sənayeləşmə, infrastruktur tikintisinə böyük investisiyalar, tariflərin və ticarət maneələrinin azaldılması, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq. Hətta orduda da biznes qaydaları tətbiq olunmağa başladı. Çin zənginləşdi, lakin inkişaf balansı düzgün getmədi. Toplanan resurslar ədalətsiz şəkildə bölüşdürülürdü.

 

İndi yeni iqtisadi modelə görə ölkədə ümumbəşəri tərəqqiyə nail olmaq lazımdır və bu vəzifə yeni metodlar tələb edir. Çinin xarici aləmdən daha az asılı olması vacibdir. Əgər əvvəllər ixrac iqtisadi modelin hərəkətverici qüvvəsi idisə, bu gün ölkə ikili dövriyyəyə (ixrac və daxili istehlak) keçir. Eyni zamanda ixrac yüksək keyfiyyətli olmalıdır: Çin istehsalçıları şübhəli dərzilərin əyri gözlü oyuncaqları əvəzinə “Tesla” ilə rəqabət apara biləcək elektromobilləri Avropaya göndərməlidirlər.

Həmçinin xarici sərmayələri cəlb etməli və öz texnologiyalarını yaratmalıdırlar, xüsusən də yarımkeçiricilər və proqram təminatı sahəsində. Nəzarət olunan təchizat zəncirlərinin yaradılması isə milli təhlükəsizlik məsələsi adlandırılıb.

 

Koronavirus Çin hakimiyyəti üçün manevr imkanı yaratdı: iqtisadi tənəzzülü böhran nəticələri ilə əlaqələndirmək olar və hətta orta artım belə yüksək görünə bilər.

 

2020-ci ilin nəticələrinə görə Çinin ÜDM artımı 2,3%-dir. Bu, böyük iqtisadiyyatlar arasında ən yaxşı göstərici idi. Bununla belə, ÜDM-in artım göstəriciləri artıq Çin hakimiyyəti üçün prioritet deyil, onlar hətta yeni, 14-cü beşillik plana (2021-2025) daxil edilməyib. Plana görə, inkişaf daha balanslı və keyfiyyətli olmalıdır. Demoqrafik siyasət sonuncu yerdə deyil. 1,5 milyardlıq əhali qocalmazdan əvvəl varlanmalıdır.

 

Koronavirus böhranı artıq dünyaya ÇXR-in iqtisadi problemlərin həllinə dair bəzi yeni yanaşmalarını üzə çıxarıb: 2008-ci illə müqayisədə 2020-ci ildə yardım kiçik miqyaslı, lakin ünvanlı olub. Tədbirlər mərhələli şəkildə həyata keçirilib ki, vəziyyəti qiymətləndirmək və lazım gəldikdə yanaşmanı düzəltmək üçün vaxt olsun, dəstək əsasən kiçik və orta sahibkarlığa və daxili istehlaka yönəldilib, prioritetdə körpülər və yollar deyil, texnoloji infrastruktur olub. Monopoliyalara qarşı davamlı mübarizə yeni başlayanları və daha kiçik oyunçuları dəstəkləmək üçün bir cəhddir. Aprel ayında səlahiyyətlilər Alibaba şirkətini ədalətli rəqabət qaydalarını pozduğuna görə 18,22 milyard yuan (2,78 milyard dollar) cərimələyib.

Honq Konqda etiraz edənlər

 

Ölkə rəhbərliyinin gəlirsiz və borc içində olan müəssisələri xilas etmək istəyi getdikcə azalır. Əgər əvvəllər “böyük olduğu üçün çökə bilməz” adlandırılan şirkətlər problem yarandıqda dövlət hesabına xilasa ümid edə bilirdilərsə, son illərin təcrübəsi göstərdi ki, bu “xidmət” bağlanır. Çinin ən böyük tərtibatçısı “Evergrande”nin defoltu buna sübutdur.

 

Yeni məqsədlərə nail olmaq üçün Pekin əvvəllər qeyri-mümkün görünən daha qətiyyətli tədbirlərə əl ata bilər. Məsələn, əmlak vergisinin tətbiqi. Bu təşəbbüsə uzun illərdir ki, bəyannamədə göstərdiyindən artıq mülkü olan məmurlar müqavimət göstərirlər. Bununla belə, hakimiyyət qeyri-bərabərlik problemini həqiqətən həll etməyə kömək edəcək çoxdan gecikmiş vergi islahatları əvəzinə könüllü və ya məcburi surətdə iri biznesmenləri xeyriyyəçiliyə çağırır. Belə ki, oktyabr ayında texnologiya nəhəngləri “Alibaba”, “Tencent” və başqaları Mərkəzi Çində daşqınların nəticələri ilə mübarizə üçün ümumilikdə 46,6 milyon dollar ianə ediblər. Bundan əvvəl “Alibaba” “ümumi  rifah” təşəbbüslərinə - texnoloji innovasiyaların inkişafı, kiçik biznesin dəstəklənməsi və regionlarda yoxsulluğa qarşı mübarizə üçün 15,5 milyard dollar ayıracağını açıqlamışdı.

 

“Ümumi rifah” mahiyyətcə ölkənin iqtisadi artımının yeni konsepsiyasıdır: qısamüddətli çətinliklər kiçik iqtisadi artım şəklində uzunmüddətli faydalarla kompensasiya edilir - daxili istehlaka yönəlmiş daha davamlı inkişaf, müdrik investisiyalar və borc yükünün azaldılması. Bütün bunlar milli sərvətin daha balanslı və bərabər paylanmasına töhfə verməlidir.

 

Gələcəkdə hakimiyyətin iqtisadiyyatı pulla doldurmağı planlaşdırmadığını bu yaxınlarda iqtisadiyyatda növbəti il ​​üçün iş planının müəyyənləşdiyi Mərkəzi İqtisadi Konfransın nəticələri sübut edir. 2022-ci il üçün əsas məqsəd iqtisadi sabitlikdir ki, bunu kommünikedə 25 dəfə qeyd ediblər. Eyni zamanda sosialist sisteminin inkişafına töhfə verməli olan kapital bundan sonra da möhkəm əllərdə saxlanılacaq: sosial layihələrdə iştirak tələb etmək və sərt antiinhisar siyasəti aparmaq. Sosializmə kömək etmək üçün kapital özlüyündə oksümorondur, lakin Çin hakimiyyəti ziddiyyət görmür, çünki pişiyin hansı rəngdə olması hələ də vacib deyil.

 

Karl Marksın ideyalarının əhalisinin 80 faizi özəl şirkətlərdə işləyən bir ölkənin reallıqlarına necə uyğun gəldiyini anlamaq həqiqətən də çətindir. Bununla belə, alman filosofunun ideyaları ÇXR-də yenidən şərh olunur. Marksist ideologiyanı populyarlaşdırmaq üçün nəzərdə tutulmuş Çin televiziya şouları göstərir ki, marksizm ilk növbədə bir partiyanın gücüdür; İdeyalar dəyərini və Sovet İttifaqı Kommunist Partiyası isə liderlik mövqeyini itirdiyi üçün SSRİ dağıldı. Bu gün ÇKP-nin bərabərsizliklə mübarizəsi marksizmin daha bir göstəricisidir.

Si Tszinpin Çin Kommunist Partiyasının yaradılmasının 100-cü ildönümünə həsr edilmiş tədbirdə ekranda çıxış edir

 

2021-ci ildə Çin artıq beş min illik Çin tarixində heç bir başqa hökumətin edə bilmədiyi kəndlərdə ifrat yoxsulluğun aradan qaldırılmasını elan etdi.

 

Mədəniyyət sahəsində son zamanlar meydana çıxan hər cür qadağalar və qaydalar da gənclərə yeni dövr üçün “düzgün” dəyərləri aşılamaq üçün nəzərdə tutulub. Bu, "mənəvi cəhətdən çürümüş" məşhurlara, döymələri olan idmançılara, fan-klublara və hətta qadınabənzər oğlanlara aiddir - onların sosial şəbəkələrdəki hesabları bağlanır və televiziya şirkətlərinə onları efirdə göstərməmək tövsiyə olunur.

 

Qarşısıalınmaz liderlik

 

Çin təkcə daxildə deyil, xaricdə də köklü və sürətlə dəyişir. Den Syaopin dövründə Pekin daha çox özünü düşünməyə, "öz imkanlarını gizlətməyə, kölgədə qalmağa " və beynəlxalq arenada çox gözə girməməyə çalışırdı. İndi ABŞ-ın ardınca daban-dabana gedən dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çin artıq sülhsevər pandanın dərisi altında əjdaha buynuzlarını gizlədə bilmir.

 

Lakin ambisiya və imkanlarla yanaşı, məsuliyyət də artır. Və bu xüsusən iqlim dəyişikliyi məsələlərinə aiddir. Çin dünyanın əsas çirkləndiricisidir və dünyanın istixana qazı tullantılarının təxminən dörddə biri onun payına düşür. Mütləq mənada bu, dünyanın hər yerindəkindən çoxdur, lakin adambaşına hesablasaq, Çinin tullantıları Amerikadakından iki dəfə azdır. Bu və ya digər şəkildə Çindən çox şey tələb olunur, xüsusən də qalıq yanacaqların aradan qaldırılmasına gəldikdə: Çinin elektrik enerjisinin 60 faizi hələ də kömürlə işləyən elektrik stansiyaları tərəfindən təmin edilir. Eyni zamanda belə asılılıqdan qurtulmaq asan deyil, çünki istehsal və iqtisadi artım dayanıqlı enerji təchizatından asılıdır.

Dunfan şəhərində külək elektrik stansiyaları

 

Eyni zamanda Çində problemə göz yumulmur. Əvvəlki 2015-2020-ci illər ərzində ölkə karbon tullantılarının azaldılması planını artıqlaması ilə yerinə yetirdi və 2021-ci ildə bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə dünya lideri oldu. Bir il əvvəl BMT Baş Assambleyasında Si Tszinpin ümidverici bir açıqlama verdi: Çin 2030-cu ilə qədər karbon tullantılarının pik həddinə çatacaq və 2060-cı ilə qədər karbon neytrallığına nail olacaq. Bir il sonra BMT-də o, ÇXR-in artıq xaricdəki kömür layihələrində iştirak etməyəcəyini və Qərb ölkələri bunun öhdəsindən gələ bilmədiyi üçün inkişaf etməkdə olan ölkələrə enerji keçidində kömək edəcəyini açıqladı.

 

Anlamaq üçün sətirlər arasında oxumağa ehtiyac yoxdur: Si Tszinpin ölkəni istər iqtisadiyyat, istər siyasət, istərsə də texnologiya sahəsində “bəşəriyyətin ortaq taleyi birliyində” dünya liderliyinə hazırlayır. Buna müvəffəq olub-olmayacağı getdikcə daha az xarici amillərdən və getdikcə daha çox Çin rəhbərliyinin daxili çətinliklərin öhdəsindən necə gələcəyindən asılıdır.

 

Miraslan

Oxşar xəbərlər
21:07, Bu gün
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş
20:53, Bu gün
Qazaxda təbii fəlakət fəsadlar törədib
20:39, Bu gün
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi
20:36, Bu gün
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
20:31, Bu gün
Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO
20:13, Bu gün
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
20:12, Bu gün
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
20:11, Bu gün
Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
20:09, Bu gün
Turistlər regionlara maraq göstərmir - Əsas səbəb... / AÇIQLAMA
20:07, Bu gün
Putin Mişustini Baş nazir təyin edib
19:52, Bu gün
Fransa Ukraynaya utilizasiya edilməli olan uzaqmənzilli raketləri təhvil verib
19:51, Bu gün
Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO
19:50, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB+ FOTO
19:47, Bu gün
Rusiya mayın ortalarında Xarkova hücum etməyə hazırlaşır
19:40, Bu gün
Putin Mişustini Baş nazir təyin edib
19:39, Bu gün
"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
19:12, Bu gün
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
19:06, Bu gün
Azay Quliyev seçicilərilə görüş keçirib - FOTO
19:06, Bu gün
Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq
19:03, Bu gün
Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik
18:56, Bu gün
"Zelenski ilə söhbətdən sonra məndə belə təəssürat yaranıb ki, o, səmimi-qəlbdən sülhə can atır..."
18:40, Bu gün
Pakistan Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
18:39, Bu gün
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB
18:35, Bu gün
Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"
18:32, Bu gün
Prezident: “Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar”
18:31, Bu gün
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
18:30, Bu gün
Azərbaycan Prezidenti: “Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”
18:29, Bu gün
İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
18:26, Bu gün
Azərbaycan Prezidenti: "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır"
18:25, Bu gün
Prezident: "Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq"
18:23, Bu gün
İlham Əliyev: "İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
18:05, Bu gün
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
18:00, Bu gün
ADU-da “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı olub - FOTO
17:55, Bu gün
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
17:50, Bu gün
Mişustin yenidən Rusiyanın baş naziri oldu
17:45, Bu gün
Fransa həqiqəti təhrif edir: riyakar siyasət bumeranq effekti verə bilər - TƏHLİL + FOTO
17:40, Bu gün
“O, dünyanın ən böyük dövlət xadimlərindən, ən məşhur sərkərdələrindən olub..."- Tariximizə fərqli baxış
17:40, Bu gün
Heydər Əliyevin anadan olmasının 101 illik ildönümü ilə əlaqədar tarixi-sosial çarx çəkilib- VİDEO 
17:37, Bu gün
Putin “İ” üzərində nöqtələri qoydumu?
17:35, Bu gün
İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşdü
17:30, Bu gün
İranda bir bəy iki xanımla evlənib - VİDEO
17:25, Bu gün
Orduda andiçmə mərasimləri keçirildi - VİDEO
17:22, Bu gün
İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək
17:20, Bu gün
Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
17:15, Bu gün
Bərdədə Heydər Əliyevin anadan olmasının 101 illiyi  münasibətilə  tədbir keçirilib - FOTOLAR
17:12, Bu gün
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
17:10, Bu gün
Real Madrid prezidenti Arda Güləri öpməkdən doya bilmədi - VİDEO
17:05, Bu gün
Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO
17:00, Bu gün
“Heydər Əliyev tozlu alnımdan, neftli əllərimdən öpüb dedi ki, sənin çörəyini yeyirik, niyə utanırsan?” - ÖZƏL + FOTO
16:56, Bu gün
Azərbaycan samboçuları Avropa çempionatını 3 medalla başa vurublar
16:52, Bu gün
İlham Əliyev Şuşanın Turşsu qəsəbəsinin təməlini qoydu
16:50, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:48, Bu gün
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
16:45, Bu gün
ADNSU-nun kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
16:42, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:40, Bu gün
Əhməd Rəcəbli küçəsində təmir işləri aparılır - VİDEO
16:36, Bu gün
Qusarda meşəlik ərazidə aparılan tikinti işləri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:32, Bu gün
İranda toy mərasimi yasa çevrildi - VİDEO
16:27, Bu gün
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO
16:24, Bu gün
Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO
16:20, Bu gün
İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü
16:16, Bu gün
İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
16:12, Bu gün
Azərbaycan badmintonçularının Paris-2024-ə hazırlıq planı müəyyənləşib
16:08, Bu gün
Paşinyanın Moskva ziyarətinin formallığı: “Buzlar” yenə ərimədi – ŞƏRH + FOTO
16:02, Bu gün
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
15:59, Bu gün
Vüsalə efirə elə geyimdə çıxdı ki… - FOTOLAR
15:55, Bu gün
“Heydər xalqım deyəcək…” - VİDEO
15:53, Bu gün
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində olub
15:50, Bu gün
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO
15:45, Bu gün
Şuşaya qayıdış belə başladı - VİDEO
15:43, Bu gün
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq
15:38, Bu gün
Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək
15:34, Bu gün
Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA
15:30, Bu gün
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub
15:27, Bu gün
"Magura V5" dronları Rusiya donanmasına 500 milyon dollarlıq zərər vurub" - Ukrayna BKİ
15:25, Bu gün
Bakıda avtomobil gənc qızı vurub
15:20, Bu gün
COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşdü - FOTO
15:15, Bu gün
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR + VİDEO
15:13, Bu gün
Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR
15:10, Bu gün
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
15:08, Bu gün
Bərdədə küçədə qadını öldürməyə cəhd etməkdə şübhəli bilinən qohumu saxlanılıb
15:04, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar
14:58, Bu gün
Sabunçuda narkoplantasiya aşkarlandı - FOTO/VİDEO
14:56, Bu gün
“Keşiş aksiyası” rəsmi İrəvanın siyasi iradəsinə təsir göstərə bilərmi?
14:53, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
14:48, Bu gün
Musa Qurbanlının qiyməti açıqlandı - 10 milyon?
14:43, Bu gün
"Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır"
14:41, Bu gün
Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:36, Bu gün
Tbilisiyə uçan təyyarədə qadın hamının gözü önündə can verdi - ANBAAN VİDEO
14:33, Bu gün
İran hökuməti Nizami Gəncəvini farslaşdırmaq üçün saxtakarlığa əl atır - FOTO
14:29, Bu gün
Səbaildə 15 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb
14:28, Bu gün
"Moskvada qələbə paradı qar altında, tanklarsız keçib" - BBC
14:24, Bu gün
Saşa Boey “Qalatasaray”a qayıdır
14:23, Bu gün
Qubada gənc oğlan qonşu qadınla münasibət qurmaq istədi, əri ilə tövlədə... – Şok təfərrüat
14:18, Bu gün
Mehriban Əliyevadan Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı paylaşım - FOTO
14:12, Bu gün
Jukovu özünə həmkar sayan nasist generalı – o, sonda Göbbelsə özünü güllələməyi məsləhət görüb  
14:07, Bu gün
Paşinyanın impiçmenti mümkündür? - ŞƏRH + FOTO
14:02, Bu gün
“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi keçiriləcək
13:58, Bu gün
Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Fərid Məmmədzadə BELƏ ÖLDÜRÜLDÜ - TƏFƏRRÜAT
13:52, Bu gün
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü - YENİLƏNİB + FOTO
GÜNLÜK
09 May 2024 | 21:18
Manafın səsi batdı: Toy sahibi PULUNU TƏLƏB ETDİ – GÖRÜN NƏ OLDU
09 May 2024 | 21:34
"Ukrayna məğlub olmaq təhlükəsi ilə üz-üzə qalıb" - "Politico"
09 May 2024 | 21:26
Talıb Talenin toyudur
09 May 2024 | 21:53
“Eurovision”da çıxış edən israilli iştirakçı belə fitə basıldı - VİDEO
09 May 2024 | 21:30
Arda Gülər ÇL medalı almaya bilər - SƏBƏB
09 May 2024 | 21:16
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin vaxtı uzadıldı
12:55, Bu gün
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
09 May 2024 | 23:34
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
09 May 2024 | 22:17
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
09 May 2024 | 22:32
Sumqayıtda 74 yaşlı qadının meyiti tapılıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
AYLIQ
09 May 2024 | 21:18
Manafın səsi batdı: Toy sahibi PULUNU TƏLƏB ETDİ – GÖRÜN NƏ OLDU
09 May 2024 | 21:34
"Ukrayna məğlub olmaq təhlükəsi ilə üz-üzə qalıb" - "Politico"
09 May 2024 | 21:26
Talıb Talenin toyudur
09 May 2024 | 21:53
“Eurovision”da çıxış edən israilli iştirakçı belə fitə basıldı - VİDEO
09 May 2024 | 21:30
Arda Gülər ÇL medalı almaya bilər - SƏBƏB
09 May 2024 | 21:16
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin vaxtı uzadıldı
12:55, Bu gün
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
09 May 2024 | 23:34
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
09 May 2024 | 22:17
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
09 May 2024 | 22:32
Sumqayıtda 74 yaşlı qadının meyiti tapılıb