“Məhəmməd Əsədov Azərbaycanda rus rəhbərlərdən  qorxu sindromunu sındırdı...” 
Oxunub: 3280
27 Nov 2021 | 18:47
“Məhəmməd Əsədov Azərbaycanda rus rəhbərlərdən  qorxu sindromunu sındırdı...” 
“Və bununla ölkədəki digər rəhbər işçilərə örnək oldu ki, insan vəzifəyə, kürsüyə, qazanca görə öz milli qürurunu, namus-qeyrətini, vucdanını, xalqının ləyaqətini tapdatmaz...”
 
“Sovet dövrünün ilk onilliklərində Azərbaycanda Daxili İşlər nazirlərindən birincisi erməni, 1956-cı ilədək isə əksəriyyəti rus və ya digər slavyan millətlərindən olub.  1956-cı ildən bəriki bütün DİN rəhbərlərimiz azərbaycanlı olsa da, SSRİ-nin son illərinədək, ta ki 1990-ci ilin sonunadək isə ömür-billah digər  nazirlərin birinci müavini mütləq Moskva təbəəsi, əsasən rus, ən azı, slavyan olmalı idi”.
Bunları Moderator.az əməkdaşıyla söhbətində sovet imperiyası dövründə Moskvadakı şovinist hakimiyyətin əsasən digər türk-müsəlman respublikaları kimi Azərbaycanda da yaratdığı anti-milli əhvali-ruhiyyədən, ruhi-mənəvi basqılardan bəhs edən Daxili İşlər Nazirliyinin  Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polkovnik Mehman Mehmanov söyləyib.    
 
“Yadımdadır ki, 1970-ci illərin sonunadək nazirin birinci müavini Vasili Andreyeviç Vısoçenko adlı biri olmuşdu. Deyilənə görə, ukrayın idi. O, bir az sakit adam idi, Azərbaycan xalqına qarşı o qədər  sərt siyasət yeritmirdi.  Buna görə də 1980-ci illərin əvvəlində  Vladimir İqonin adlı bir rusu  kadrlarla iş üzrə nazir müavini təyin etdilər.  Ondan bir neçə il sonra da Şevtsov soyadlı birisini eyni vəzifəyə gətirdilər. 1988-1990-cı illərdə isə məşhur Viktor Barannikovu 1-ci müavin qoydular. Təsəvvür edin, mən DİN-də işə daxil olarkən sənədlərimi Azərbaycan SSR DİN kadrlar idarəsinin komplektasiya şöbəsinin müdiri Jmayeva xanım qəbul etmişdi. O, nazirlikdə özünü hədsiz amiranə şəkildə aparırdı. Onun ardınca isə Şirikov familiyalı başqa birisini qoydular həmin şöbəyə rəis. 1980-ci illərin sonunda isə sizə bir dəfə danışdığım kimi, kadrların yerləşdirilməsinə cavabdeh olan eyni şöbəyə erməni Qasparova Qalina Qaykovnanı təyin etmişdilər. Adətən yerlərdə Bakının rayonlarında və əyalətlərdə rəislər, digər rəhbər işçilər azərbaycanlı olsa da, bəzən paytaxtın rayonlarına da qeyri-millətləri rəhbər işlərə təyin edirdilər. Məsələn, Xətayi rayonun daxili işlər şöbəsinin mühafizə idarəsinin rəisi Çexovskoy soyadlı birisi olmuşdu. Əməkdaşlar da etiraz edirdilər ki, biz bunu başa sala bilmirik, yalnız rusca danışır. Ancaq rəhbərlikdə belə etirazlara məhəl qoyan yox idi”- söhbətinin davamında bunları deyən həmsöhbətimiz mövzu ilə bağlı konkret olayları da misal çəkib.
 
“Yadımdadır ki, bir dəfə, səhv etmirəmsə, 1990-cı il idi,  Bakıda doğulub boya-başa çatmış məşhur şahmatçı Harri Kasparov haqda bir məqalə yazaraq onu Azərbaycanın çörəyi yeməyinə rəğmən qatı ermənipərəst mövqe tutmaqda ittiham etmişdim. Nazirlikdəki ruslardan və ruspərəst, ermənipərəstlərdən bir neçəsi az qala, məni məhkəməyə verirdilər ki, sən niyə Kasparovu tənqid edirsən, o, Azərbaycanı sevən adamdır. Az keçmiş, mediada bu şahmatçının Qarabağ məsələsində açıq ermənipərəst mövqeyini ifadə edən bir çıxışı oldu. Yalnız bundan sonra onlar susmağa məcbur oldular... 
 
20 Yanvar qətliamından sonra bir gün DİN-in “Mübariz keşikdə” qəzetinin redaksiyasında rəhmətlik Əlisahib Məmmədovun otağında yığışmışıq, yas içindəyik, radioda matəm musiqisi çalınır,  gözlərimizdən yaş süzür. Bu dəmdə arada bizim otağa gəlib-gedən, səhv etmirəmsə, atası yəhudi, anası rus olan bir əməkdaş içəri daxil olub sanki bizə  acıq verirmiş kimi, yersiz bir söhbət başladı. Dedi ki, bəs atası erməni, anası rus olan bir idmançı var e, ona, bilirsiz, mən necə azarkeşlik edirəm, o, mənim üçün idealdır.. Bunu eşidən kimi, həmin əməkdaşı biabır edib bayıra qovladıq... O məxluq anası erməni olan Eldar Xasməmmədovun rəisi olduğu siyaşi şöbənin təbliğat-təşviqat şöbəsinin əməkdaşı idi... Yəni sözüm ondadır ki, biz sovet dövründə Bakıda – öz vətənimiz Azərbaycanın paytaxtındakı hökumət orqanlarında Moskvanın bu bəzən şovinist, qatı millətçi, bəzən də kosmopolit düşüncəli, milləti bəlli olmayan ünsürlərinin həm fiziki, həm siyasi-ideoloji, həm də belə ağır mənəvi-psixoloji basqılarını daim hiss edirdik. Bəzən üsyan etməyə, bu sistemə qarşı çıxmağa çalışırdıq. Amma təəssüf ki, birlik yox idi. Əsas vəzifə sahiblərinin çoxu  öz kürsüləri, var-dövlətləri xatirinə ruslara, rusbaşlılara, hətta erməni mənşəlilərə nəinki baş əyirdi, yarınırdı. Xalqımıza məxsus “bəy”, “xanım” kimi müraciət formaları da tamamilə itmiş və hamı biri-birinə “oviç”, “ovna” kimi dilimizə uyğun gəlməyən əndrəbadi sonluqlarla müraciət edirdi...  Yadımdadı ki, o vaxtlar Yevlaxda bir milis rəisi vardı SSRİ baş katibi Leonid Brejnevin yeznəsi Çurbanova  hər ay diri, suyun içində osetrin balıq yollayırdı...  Belələri sanki moskvadakıları yemləyirdilər ki, xalqımızı daha çox, daha böyük təzyiqlə əzsinlər. Bu cür hallar xüsusən o vaxt cavan olan bizlərə çox pis təsir edirdi, yanıb-yaxılırdıq, amma əlimizdən bir şey gəlmirdi. Çünki öz azərbaycanlı rəhbərlərimiz ruslar qarşısında susub quzuya dönürdü... 
 
Nəhayət, 1990-cı ilin  20 Yanvar qətliamından bir müddət sonra Azərbaycanın Daxili İşlər naziri rəhmətlik Məhəmməd Əsədov təyin olundu. Onda əvvəlki nazir Aydın Məmmədovun vaxtında meydan sulayan Barannikov hələ də 1-ci müavin idi. Və orada iştirak etmiş həmkarlarımdan birinin söylədiyinə görə, bir gün Məhəmməd Əsədov kabinetindəki iclaslarda həmin Barannikovu iş üslubuna görə, əməkdaşlara qarşı təkəbbürlü, qeyri-təvazökar davranışına, özbaşınılığına, üzərinə düşən vəzifələri düzgün icra etmədiyinə görə sərt tənqid edib və dünən bizlərə meydan oxuyan həmin rus nazir müavini qan-tərə batıb səsini də çıxarmayıb... 
 
Beləcə rəhmətlik Məhəmməd Əsədov hələ Kremlin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda onun buradakı adamını cəsarətlə, qorxmadan çəkinmədən tənqid etməklə sanki həmin günədək nəinki DİN, bütün digər hökumət qurumlarında olan  rus rəislərdən, rəhbərlərdən, katiblərdən və s. qorxu sindromunu sındırdı. Və bununla digər rəhbər işçilərə örnək oldu ki, insan vəzifəyə, kürsüyə, qazanca görə öz milli qürurunu, namus-qeyrətini, vucdanını, xalqının ləyaqətini tapdatmaz.  Rəhmətlik Əsədovun bu cəsarətli addımı  bütün Azərbaycan hüquq-mühafizə orqanları üzərində şimşək kimi çaxdı və bütün əməkdaşlara yeni bir ruh verdi...  General Məhəmməd Əsədov  haqqında Naxçıvanın keçmiş daxili işlər naziri Məmməd müəllim(təəssüf ki, soyadını unutmuşam) də ibrətamiz bir olay danışıb. Deyir, təxminən 1990-cı illərin ortalarında hələ SSRİ dağılmayıb, hələ sovet qoşunları dörd bir yanı kəsib... Bir gün Əsədov Naxçıvana gəlmişdi. Sədərək camaatıyla görüşməli idi.  Əvvəldən dedim ki, cənab nazir, bu camaat açıq, düz danışmağı xoşlayır, ona görə bunlarla danışmaq bir az çətindir. Rəhmətlik deyib ki, problem yoxdur, onların hər sualına lazımınca cavab verərik. Bu minvalla camaata yaxınlaşanda başı papaqlı bir ağsaqqal kişi Əsədova  yaxınlaşdı ki, oğul, bir dayan görüm, bizim söhbətimiz tutacaq. Cavabında rəhmətlik dedi ki, buyur ağsaqqal.  Kişi Məhəmməd müəllimdən soruşdu ki, bir de görüm, bu sovetin başçısı Qorbaçov necə adamdır. Məhəmməd Əsədov üzün camaata sarı tutub ucadan dedi: “Qorbaçov çox yaramaz adamdır”. Bunu eşidən sədərəkli ağsaqqal, dedi ki, hə, oğul, indi bizim söhbətimiz alınar, indi biz sənə ürək qızdıra bilərik. Bundan sonra rəhmətlik nazir Sədərək camaatıyla səmimi, açıq söhbətini davam etdirdi, onların problemlərini, təkliflərini dinlədi... Beləliklə, rəhmətlik Məhəmməd Əsədov kimi rəhbər kişilərin sayəsində Rusiyadan, Moskvadan qorxmaq sindromu qırıldı və nəhayət, 30 il öncə müstəqillik əldə etdik. Və şükür Allaha ki, hazırda hüquq-mühafizə orqanlarımız və digər qurumlarımızda bizi  sovet illərində yandırıb-yaxan, milli hisslərimizi üsyana çağıran problemlər yoxdur” –deyə sabiq nazir müavini vurğulayıb.
 
Sultan Laçın
 
Oxşar xəbərlər
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib