Millət vəkili 50-60 manata evə necə sahib olmağın yolunu göstərdi
Oxunub: 6086
20 Jan 2014 | 00:15
Millət vəkili 50-60 manata evə necə sahib olmağın yolunu göstərdi

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az-a geniş və maraqlı müsahibə verib. Onu oxuculara təqdim edirik:

-Azərbaycanın valyuta ehtiyatları nə qədərdir və hansı valyutalarda saxlanılır? 

 -Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollar səviyyəsindədir.Onun 36 milyard dollara yaxını Dövlət Neft Fondunun, 14 milyard dollardan artığı  isə Mərkəzi Bankındır. Azəbaycanın strateji valyuta ehtiyatlarının  57 faizi dollarla, 37 faizi avro ilə, 5 faizə yaxını funt -sterlinqlə saxlanılır. Bu nisbət müəyyən dərəcədə   dünya valyuta ehtiyatlarının saxlanılma strukturuna uyğundur. Belə ki,dünya valyuta ehtiyatlarının 62 faizi dollarla, 24 faizi avro ilə, 4 faizi funt- sterlinqlə, qalanı isə yapon yeni və digər valyutalarda saxlanılır.Eyni zamanda 2012-ci ildən başlanaraq Dövlət Neft Fondunun investisiya portfelinın valyuta səbətinə Rusiya rublu və Türkiyə lirəsi də daxil edilmişdir. Strateji valyuta ehtiyatlarında qızılın payı  hələ çox olmasa da,hər halda  sürətlə  artmaqdadır.DNF-in investisiya siyasətinə əsasən ötən il Fondun vəsaitlərinin 5 faizinın qızıla investisiya edilməsi nəzərdə tutulmuş və alınan qızıl  30 tona çatmaqdadır. Ötən ildən etibarən DNF tərəfindən alınan qızıl külçələrin Azərbaycana gətirilməsi prosesi başlanmışdır. Azərbaycanın valyuta ehtiyatı artan xətlə gedir və məqbul hesab oluna bilən beynəlxalq yetərlilik normasından çoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, büdcəyə iri məbləğlərdə transfertlər həyata keçirilməsinə və digər iri layihələrin maliyyə təminatı qarşılanmasına baxmayaraq, Dövlət Neft Fondunun vəsaiti 2005-ci ildə 1,4 milyard dollar, 2010-cu ildə 23 milyard dollara yaxın idisə, 2013-cü ilin sonlarına 36 milyard dollara yaxınlaşmışdır.

-Bir sıra ölkələr valyuta ehtiyatının artırılmasına elə də ciddi baxmırlar. Valyuta ehtiyatının çoxluğunun iqtisadiyyat üçün faydası nədir?

 - Bu məsələyə münasibətdə həm imkanlar, həm də digər mülahizələrə görə hər ölkənin öz siyasəti ola bilər. Dünyada az ölkələr var ki, həmin ölkələrdə valyuta ehtiyatlarının həcmi məhz ümumi daxili məhsulun həcminə yaxınlaşıb. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizi səviyyəsinə çatmış və yetərlilik üzrə beynəlxalq normaları əhəmiyyətli üstələyir.Bu göstəriciyə görə Azərbaycan dünya ölkələrinin ilk “20-liyində” yer alıb. Azərbaycanda valyuta ehtiyatları ölkənin xarici borcundan təxminən 9 dəfə çoxdur. Azərbaycanın  strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü "makroiqtisadi bufer" formalaşdıran amildir. Proqnozlara görə Azərbaycanın strateji valyuta ehtiyatları bu ilin sonuna 58 milyard dolara çatacaq və ÜDM-n 80 faizini ötəcək.Valyuta ehtiyatlarının çoxluğu Azərbaycanın ödəniş qabiliyyətinin yüksək olması deməkdir, kataklizmli məqamlarda çevik manevrlər etmək, iqtisadiyyatın böhrana həssaslığını aşağı salmaq, problemlərin operativ həllinə imkan verən maliyyə təminatı və həm də iri layihələrin öz gücümüzlə gerçəkləşdirmək imkanlarımızın genişliyi baxımından Azərbaycana üstünlük qazandırır,ölkənin kredit reytinqinin yüksəlməsinə müsbət təsir gözrərir, investisiya üçün cazibədarlığı artırır. Eyni zamanda çox ciddi bir “təhlükəsizilik yastığı” kimi  Azərbaycanın  iqtisadi və xeyli dərəcədə  siyasi təhlükəsizliyinin formalaşmasında üçün strateji əhəmiyyət kəsb edir.

-Azərbaycanın valyuta ehtiyatlarından necə istifadə olunur?

-Neft Fondunun payına düşən hissədən daha çox dövlət büdcəsinə transfertlər edilir.Amma 2014-cü ildən başlanaraq DNF-dən dövlət büdcəsinə transfertlər azaldılmağa başlamış, 11 milyard 350 milyon  manatdan 9 miyard 337 milyon manata endirilmişdir.Bundan əlavə iri infrastruktur layihələrinin reallaşdırılması,məcburi kökçün ailələri üçün mənzil tikintisi, gənclərin xarici ölkələrdə təhsilinin malıyyələşdirilməsi və digər sosial problemlərin həlli üçün də xərclər bu Fondun vəsaiti hesablna həyata keçirilir.Ölkə xaricində isə strateji valyuta ehtiyatlarının konkret limit çərçivəsində qızıl və kommersiya xarakterli daşınmaz əmlakın alınmasına yönəldilir.

-Başqa hansı istiqamətlərə yönəltmək məqsədəuyğun olar?

-Dövlət Neft Fondunun aktivlərinin gəlirləri 400 milyon dolların altındadır.Bu o deməkdir ki, xaicdə saxlanılan strateji valyuta ehtiyatlarımız müxtəlif vaxtlarda bir qədər dəyişmək şərtilə 1 faizin altında olan çox simvolik bir faizlə saxlanılır.Bəlkə də təhlükəsizilik baxımından əlverişli olduğundan ölkələrin əksəriyyəti, o cümlədən Azərbaycan bu üsuldan istifadə edir.Amma nəzərə alsaq ki,bu halda gəlirlilik dərəcəsi minimum olduğundan, həm də 2008-ci il qlobal maliyyə böhranı dünya iqtisadiyyatında və xüsusən də onun maliyyə sektorunda riskləri xeyli artırdığından,bu üsuldan davamlı olaraq sonsuz dərəcədə istifadə edilməsi məqsədəuyğun deyil.Ona görə də Azərbaycan hökuməti konkret limitlər çərçivəsində strateji valyuta ehtiyatlarının bir hissisini qızıl  və kommersiya xarakterli daşınmaz əmlak almağa sərf etməklə yanaşı, yeni üsullardan da istifadə etməlidir.2008-ci il qlobal maliyyə böhranı zamanı bir çox  mühüm şirkətlərin səhmləri çox ucuzlaşmışdı.Həmin vaxt bu sahədə dünyada tanınmış mütəxəssisləri də cəlb etməklə risk dərəcələrini dəqiq öyrənib, həmin qəbildən olan şirkətlərin səhmlərini əhəmiyyətli həcmdə  alıb, 10 pozisiyadan azı 8-də uğuş əldə etməklə böhran zonasında canlanmanın baş verdiyi və səhmlərin bahalaşdığı hazırkı dövrdə 10 mlyardlarla dollar gəlir əldə etmək olardı.Bu sahədə  4- 5 il əvvəlki qədər olmasa da, yenə də müəyyən şanslar qalmaqdadır. Neft Fondunun vəsaitinin bir hissəsi hesabına Azərbaycanda müasir texnika və texnologiyaya əsaslanan rəqabət qabiliyyətli iş yerləri olan və məhsul buraxa bilən sahələri sürətlə inkişaf etdirmək olar.Hesablamar göstərir ki, bilavasitə kənd təsərrüfatına ildə 500 milyon manat və torpaqların erroziya və şoranlaşmasına qarşı 200-250 milyon manat xərcləməklə, 5-6 il ərzində  ildə 8 faiz artmaqla ölkənin ərzaq təhlükəsizliyinə tam təminat yarada bilən və xaricə yetərincə məhsul çıxarılmasına imkan verən güclü aqrar sahə formalaşdırmaq  olar.

 “Şahdəniz-2” layihəsinə ümumilikdə 40 milyard dolara qədər sərmayə qoyulması gözlənilir.Həmin sahədə sifarişlərin önəmli hissəsini götürməkdən ötrü, müvafiq müəssisələrin rekonstruksiyasını həyata keçirmək faydalı olar. Azərbaycanda nanotexnologiyanın geniş tətbiqinə imkan verən sahələri sürətlə inkişaf etdirmək olar.Dünya təcrübəsi göstərir ki, səmərəli qurulduqda elm və təhsilə qoyulan pul batmır, əksinə, başqa sahələrdən daha çox gəlir gətirir. Beynəlxalq təcrübə göstərir ki,iqtisadi qalxınmanın ən etibarlı yolu- xalqın güzəranının davamlı sürətdə yaxşılaşdırılmasıdır.Bu məqsədlə strateji valyuta ehtiyatlarını çox  az bir hissəsi hesabına Azərbaycanda əhalini aztəminatlı təbəqəsi və gənc ailələr üçün ucuz “xalq evləri” tikmək olar.Həmin evləri gücü çatanlara maya dəyərinə yaxın güzəştli qiymətlə möhlətə satmaq və ya ayda 50-60 manata istifadəyə vermək olar ki, evin pulu ödənildikdən sonra həmin ailənin mülkiyyətinə keçər. Deməli, aşkarlıq, şəffaflıq və effektli nəzarət mexanizmi yaratmaq və  həmin valyuta resurslarının  az bir hissəsindən istifadə etməklə iqtisadiyyatımızda və sosial sahədə böyük işlər görmək olar.

- Bəs Azərbaycanın xarici borcları, onun ölkənin ümumi daxili məhsuluna nisbətdə payı və adambaşına düşən məbləğı  nə qədərdir?

-Azərbaycanın xarici dövlət borcunun həcmi haqqında  rəsmi məlumat bir qədər köhnədir. Maliyyə Nazirliyinin sonuncu rəsmi xəbəri 2011-ci il iyulun 1-ə aiddir və orada Azərbaycanın xarici borcunun ümumi məbləği 4,5 milyard dollar, ÜDM-a faiz nisbəti isə 8.1 faiz göstərilir. Eyni zamanda rəsmi çıxışlarda göstərilir ki, Azərbaycanın xarici borcu indi də ölkənin ümumi daxili məhsulunun 8 faizi səviyyəsindədir.Onda belə çıxır ki, bir qədər yuvarlaqlaşdırsaq, 2013-cü ilin sonlarına Azərbaycanın xarici borcu  4,6 milyard manatın altında(təqribən 5,8 milyard dollar), onun adambaşna düşən məbləği,yenə yuvarlaq götürsək, 485 manat və ya 600 dollardır.Bu azdır, yoxsa çox? Bu suala obyektiv şəkildə aydınlq gətirməkdən ötrü, dünyanın orta statisik və başqa ölkələrin borcları ilə müqayisə aparmaq faydalı olar.Dünya ölkələrinin məcmu borcunu dünya əhalisinin sayına böldükdə, dünya əhalisinin hər nəfərinə 10 min dollar xarici borc düşür. Valyuta ehtiyatları 520 milyard dolların civarında olan Rusiyanın 700 milyard dolardan artıq, adambaşına isə 5 min dollara yaxın, valyuta ehtiyatları 100 milyard dolların civarında olan Qzaxıstahın 145  milyard dolardan artıq, adambaşına isə 4min dollardan artıq   xarici borc var. Orta statistik dünya göstəricisi, eləcə də postsovet məkanı ölkələri ilə müqayisədə adambaşına düşən xarici borc da Azərbaycanda ən kiçik göstəricidir Yəni  Azərbaycanda adambaşına düşən xarici borc orta statistik dünya göstəricisindən 17 dəfə,Rusiyanın göstəricisindən 8 dəfə,Qazaxıstanın göstəricisindən isə 7 dəfə aşağıdır. Rusiyada orta əmək haqqı Azərbaycandakından 1,8 dəfə, Qazaxıstanda isə 25 faiz çox olması, yenə də vəzyyətin mənzərəsini həmin ölkələrin xeyrinə dəyişmir.Başqa bir maraqlı müqayisə aparmaq olar: dünyanın ən zəngin neft ölkələrindən olan Səudiyyə Ərəbistanının 2009-cu ilin statistikasına görə, xarici borcu 72 milyard dolar, adambaşına düşən məbləği isə 2800 dollar, ÜDM-ə nisbəti 20 faiz,Küveytin xarici borcu 32 milyard dollar,adambaşına məbləğı 9 min dollar, ÜDM-ə nisbəti 29 faiz olmuşdur.Deməli,həmin neft ölkələri ilə müqayisədə də  Azərbaycanın   göstəricisini məqbul hesab etmək olar. Xarici borcun az olması təhlükəsizlik baxımından çox önəmlidir və xarici donorlardan asılılığın yaranmasına imkan vermir.  Bununla belə Azərbaycanın kifayət qədər strateji valyutası olduğundan və dövlətin gəlirləri yetərincə olduğundan,  hökumət borclamanı azaltmalı, valyuta ehtiyatlarına qənaət etmək məqsədilə borc alanda da,yalnız ən əlverişli şərtlərlə verilən borclamalara getməli, borcların qaytarılmasını isə sürətləndirməlidir.Eyni zamanda alınan kreditlərdən istifadənin səmrəliliyinin artırımması istiqamətində zəruri tədbirlər görülməlidir.

 -Ümumiyyətlə ölkənin xarici borcu hansı həddə çatanda təhlükəli hesab olunur?

 -Beynəlxalq standartlara görə, xarici borc ÜDM-in 25 faiz səviyyəsinə qədər məqbul hesab olunur.Həmin həddi  ötdükdə,iqtisadi təhlükəsizlik baxımından  problemlər başlayır. Bəzən ÜDM-in 40-65 faizindən yuxarı borc  olanda, kritik həddın aşılması kimi dəyərləndirilir.Başqa bir meyar kimi hesab olunur ki, xarici borc ölkənin eksport gostəricisinin iki mislindən yüksəyə qalxanda, kritik olur. Həmin meyarlardan çıxış etsək, Rusiyanın xarici borcu(700 milyard dollar) ÜDM-in 31 faizi, Ukraynada(134 milyard dollar)-80 faizi, Qazaxıstanda(145 milyard dollar) 80 faizi,Belarusda(35 milyard dollar) 45 faizi, Latviyada(40 milyard dollar)-157 faizi, Litvada(30 milyard dollar)- 81 faizi. Estoniyada (21 milyard dollar)-103 faizi,Gürcüstanda( 13 milyard dollar)-96 faizi, Ermənistanda( 8 milyard dollar)-88 faizi səviyyəsindədirsə, onda Azərbaycanın xarici borcu postsovet məkanında ən aşağı göstəricidir.

-Bəs dünyada borclama sahəsində vəziyyət necədir?

-Ümumiyyətlə, adambaşına 10 min dollar götürdükdə,  dünya ölkəlrinin 70 trilyon dollardan çox və ya dünya ümumu daxili məhsulunun  98 faizi səviyyəsində borcları vardır. Bu  xarici borc sahəsində dünya ölkələrinin əksəriyyətində yaranan ciddi situasiyadan xəbər verir. Nə qədər paradoksal olsa da, dünya ölkələri arasında ən çox borcu olan ölkələr yüksək inkişaf səviyyəsinə nail olmuş ölkələrdir.Dünya iqtisadiyyatının 22 faizi səviyyəsndə iqtisadiyyat qurmağa nail olan super dövlət-ABŞ-ın dövlət borcu  16 trilyon dollara yaxınlaşaraq ÜDM-in 95 faizi səviyyəsinə çatmışdır. Dünyada ən çox xarici borcu olan İrlandiyadır. 200 milyard dolların üstündə  ümumu daxili məhsul istehsal edən bu ölkənin xarici borcu 2 trilyon 142  milyard dollar, yəni ölkənin ÜDM-indən 9 dəfə çoxdur.Bu ölkədə adambaşına 500 min dollar yaxın xarici borc düşür. İkinci yerdə İsveçrədir. İldə 320  milyard dollar  ümumu daxili məhsul isthsal edən və dünyanın maliyyə-banklar mərkəzi hesab oluna İsveçrənin  xarici borcu 1 trilyon 530 milyard dollar, yəni ölkənin ÜDM-indən 4 dəfə çoxdur.Bu ölkədə adambaşına 180  min dollardan artıq  xarici borc düşür. Üçüncü yerdə Böyük Britaniyadır. İldə 2,2  trilyon  dollar  ümumu daxili məhsul isthsal edən Böyük Britaniyanın  xarici borcu 9 trilyon 343 milyard dollar, yəni ölkənin ÜDM-indən 4 dəfə çoxdur.Bu ölkədə adambaşına  30 min dollardan artıq  xarici borc düşür.

      

 

 

 

 

 

 

Oxşar xəbərlər
22:00, Bu gün
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
21:59, Bu gün
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
21:56, Bu gün
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
21:34, Bu gün
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
21:31, Bu gün
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
21:29, Bu gün
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
21:24, Bu gün
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
21:22, Bu gün
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
21:22, Bu gün
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
21:16, Bu gün
Kim Çen In lideri kədər içindədir...
21:14, Bu gün
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
21:07, Bu gün
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
20:56, Bu gün
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
20:55, Bu gün
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
20:03, Bu gün
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
GÜNLÜK
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR