"Elə bildim ki, Şirin Mirzəyev də qalib ordunun zabiti kimi Bursadakı parkda çıxış edir...”  
Oxunub: 6300
29 Sep 2021 | 17:51
Bu dəfə biz qardaş ölkədə artıq qalib bir xalqın nümayəndələri kimi daha qürurlu, daha ruhverici, daha isti bir qarşılanma yaşadıq...”
 
Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımova bu günlərdə  Türkiyənin Bursa vilayətindəki möhtəşəm parklardan birinin şəhid ömür-gün yoldaşının adına verilməsi mərasimində iştirak edib. 
Moderator.az əməkdaşıyla geniş söhbətində keçmiş parlament üzvü həyatının bu tarixi məqamıyla bağlı təəssüratlarını bölüşüb, qardaş ölkədəki tədbirin təfərrüatlarından  bəhs edib. 
 
-Flora xanım, bu günlərdə  şəhid Milli Qəhrəmanımız olan həyat yoldaşınızın adına yeni park açılışıyla bağlı Türkiyədə növbəti səfərdə olmusuz. Səhv etmirəmsə, bu, Azərbaycanın 44 günlük savaşdakı zəfərindən sonra qardaş ölkəyə ilk işgüzar səfəriniz idi. Düzdü, Türkiyədə Azərbaycan xalqının hər hansı rəsmi və ya qeyri-rəsmi nümayəndəsi daim səmimilik və mehribanlıqla qarşılanıb. Amma yəqin ki, bu dəfə artıq torpaqlarının əksər hissəsini işğaldan azad etmiş bir xalqın nümayəndəsi kimi qarşılanmanın fərqini hiss etdiniz?..
 
-Öncə onu qeyd edim ki, qardaş ölkəyə səfərimizin təşkilindəki dəstəyə  görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımızı bildiririk. Komitənin rəhbəri Fuad Muradov məsələnin bilavasitə şəhid Milli Qəhrəmanımızın xatirəsi ilə bağlı olduğunu vurğulayaraq özü şəxsən bütün problemlərlə maraqlanıb. Həmin qurumun mətbuat xidmətinin rəhbəri, tanınmış tele-aparıcı Vəsilə Vahidqızı isə səfər boyu və tədbirdə daim yol yoldaşı kimi yanımızda oldu... 
Bəli, dediyiniz kimi, Türkiyə nəinki Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 30 ildə, ondan əvvəlki dönəmlərdə də, hətta sovet imperiyası dövründə belə, bizlərə isti qucağını açmağa hazır olan qardaşımız olub. Bu fikir artıq dəfələrlə deyilib... Amma yenə də, təkrar-təkrar deməliyik. Əgər 1918-ci ilin yayında Osmanlı Türkiyəsi Ənvər paşanın göstərişi, Nuru paşanın başçılığıyla yaradılmış Qafqaz İslam ordusunu Azərbaycana göndərməsəydi, bəlkə də indi biz sizinlə Bakıda belə rahat oturub söhbət edə bilməzdik. Və bizim yerimizə nəinki Bakıda,  Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Qarabağda, Şuşada, Laçında, Gəncədə, Qazaxda, Naxçıvanda da yalnız ermənilər, ruslar və s. yaşayardı. Bildiyiniz kimi, 1918-ci ilin martından və ondan əvvəldən başlayaraq daşnak-bolşevik birləşmələri bəzi yerlərdə ingilislərin də köməyi ilə Azərbaycanın adını çəkdiyimiz və çəkmədiyimiz bir sıra məntəqələrində, hətta Güney Azərbaycanda da soydaşlarımıza qarşı amansız qırğınlar həyata keçiriblər... Odur ki, 1918-ci ilin sentyabrında Türkiyənin böyük dəstəyi ilə  Azərbaycanın yeni yaranmış demokratik cümhuriyyəti  nəinki Bakını, əslində  bütövlükdə Azərbaycanı erməni-bolşevik işğalından azad etdi... Və düz 102 il sonra, yenə də sentyabr ayında sanki tarix yenidən təkrarlandı. Ali Baş Komandanın sentyabrın 27-də başlatdığı ordumuzun  Qarabağa 44 günlük  müzəffər yürüşündə də Türkiyə rəhbərliyi, ordusu və xalqı həm mənəvi, həm siyasi-ideoloji, həm də maddi-texniki baxımdan yanımızda, arxamızda oldu... 
Və düz deyirsiz, bu dəfə biz Türkiyədə, Bursanın Karacabey rayonunda həmişəki kimi səmimi,  mehriban, amma  qalib bir xalqın nümayəndələri olaraq daha qürurlu, daha ruhverici, daha isti bir qarşılanma yaşadıq.  Açılış tədbirinin keçirildiyi məkanda bizi Osmanlı Türkiyəsinin məşhur “Mehtər” marşı ilə qarşıladılar. Bilirsiz ki, bu möhtəşəm musiqi əzəməti, ehtişamı və görkəmliliyi, dövlətin, xalqın böyüklüyünü, ucalığını  əks etdirən bir əsərdir... 
 
- Şəhid Milli Qəhrəmanımızın adına Bursa vilayətində park açılması ilk olaraq kimin təşəbbüsü olub?
 
-Bu təşəbbüsü öncə Şəmkir rayonundan olan Hüseyn Vəliyev ad-soyadlı çox sadə, təvazökar, səmimi, eyni zamanda vətənpərvər, millətsevər bir soydaşımız irəli sürüb. Hüseyn bəy çox kövrək və duyğusal insan olmaqla şair təbiətlidir. Sovet dövründə Bakıda İnşaat Mühəndisləri institutunu bitirib, sonra isə Moskvada təhsilini davam etdirib. İxtisasca texniki elmlərə yiyələnməsinə rəğmən ədəbiyyatı çox sevir, özü şeirlər yazır.  Bir müddət Moskvada yaşadıqdan sonra Bakıya qayıdıb. Lakin Azərbaycanda işləri alınmadığından Türkiyəyə köçüb. Burada bir müddət inşaatla məşğul olduqdan sonra təqaüdə çıxıb və Bursada  “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyini yaradıb. Bəhs edilən parka Şirin Mirzəyevin adının verilməsini Hüseyn bəy məhz bu dərnəyin başqanı olaraq irəli sürüb.  Bundan əvvəl isə onun təşəbbüsü ilə Milli Qəhrəmanımız Polad Həşimovun adına da park açılıb. Biz səfərimiz zamanı həmin parkı da ziyarət etdik. Eyni zamanda xeyirxah həmyerlimiz, Əhməd Cavad adına da park açdırmağa çalışır. Azərbaycanın görkəmli şəxsiyyətlərinin və xüsusən Qarabağ şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün gördüyü belə işlərə görə Hüseyn bəy xüsusi təşəkkürlərə layiqdir...
 
Şirin Mirzəyev adına parkın meydana gəlməsində Azərbaycanda Hüseyn Vəliyevin əlaqə saxladığı  Milli Qəhrəman Raquf Orucovun xanımı, “YAŞAT” fondunun üzvü Sevinc Orucova,  Milli Qəhrəman Asif Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov və Qarabağ Qaziləri ictimai birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlunun da zəhməti olub. Onlara da minnətdarlığımızı yetiririk... 
-Parkın açılışı günü hansı təsirli məqamlarıyla yaddaşınıza həkk olundu?
 
-Sentyabrın 21-də - açılış günü Karacabey rayon bələdiyyəsinin sədri Əli Özkan və digərləri bizi çox səmimi qəbul etdi. Bundan sonra bələdiyyə sədri, bələdiyyə üzvləri, eyni zamanda  Bursa bələdiyyə sədrinn vəkili, Karacabey rayonunun prokuroru, AKP-nin Bursa vilayəti üzrə başqan yardımçısı Ferhat Erol, rayonda fəaliyyət göstərən bir sıra digər dərnəklərin üzvləri, Türkiyədə yaşayan bir neçə azərbaycanlı və vaxtilə Azərbaycanda yaşamış məhsəti türklərinin nümayəndələri və s.  rayonun Qurşunlu məhəlləsində salınmış gözəl parka toplandıq.  Açılışda bələdiyyə sədri Əli bəy Özkan  çox təsirli çıxış etdi.  Rəhmətlik Bəxtiyar Vahabzadənin şeirlərindən söylədi, onun hələ sovet dövründə ilk dəfə Türkiyəyə gələrkən keçirdiyi hisslərdən bəhs etdi... 
 
Hüseyn Vəliyev çıxışı zamanı sevincindən az qalırdı ağlasın. O, şəhidlərimizə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana həsr edilmiş şeirlər  səsləndirdi...  
Bir sözlə, açılışdakı çıxışlar məni çox təsirləndirdi. Öz çıxışımda bəhs edilən parka şəhid Milli Qəhrəmanımızın adının verilməsinə görə Türkiyə və Azərbaycandakı bütün təşkilatçılara, xidməti olanlara minnətdarlığımı çatdırdım. Ali Baş Komandan  başda olmaqla  müzəffər ordumuzun 44 günlük savaşı sayəsində torpaqlarımızın əksər hissəsinin azad edilməsini vurğulayaraq bu müqəddəs işdə bizə dəstəyini əsirgəməmiş qardaş Türkiyə rəhbərliyinə də təşəkkürümü ifadə etdim... Çıxış edərkən çox həyəcan keçirdim və bir anlıq mənə elə gəldi ki, Şirin də 44 günlük savaşımızda bir komandir kimi iştirak edib, işğalına  hədsiz ağrıdığı Şuşanın azadlığı üçün də döyüşüb və hazırda qalib ordunun zabiti kimi burada çıxış edir...  Eyni zamanda Şirinin adının  Türkiyədə də əbədiləşdirilməsi mənə böyük ruh və mənəvi güc verdi...
 
Tədbir zamanı Şuşa Rayon İcra Hakimiyyəti mədəniyyət şöbəsinin müdiri Zahid Abbasovun hazırlatdığı Şuşadakı Natəvan bulağının təsviri olan tablo və üzərində xarı bülbül şəkli olan miniatür boşqabı  Karacabey bələdiyyə sədrinə hədiyyə etdim. Əli bəylə söhbətimizdə ona çatdırdım ki, Azərbaycan və Türkiyə liderləri arasında Şuşa Bəyannaməsi məhz Natəvan bulağı yanında imzalanıb. Həmçinin tədbirdə iştirak edən Bursa Böyükşəhər bələdiyyəsinin nümayəndələrinə də Azərbaycanın Qələbəsini əks etdirən xatirə hədiyyələri təqdim etdik.  
 
Tədbirdən sonra Əli bəy Özkanla birgə Karacabeydə Türkiyənin “PKK” terrorçularıyla savaşlarında həlak olmuş bir şəhid ailəsini ziyarət etdik. Şəhid anası bizi çox ehtiramla qarşıladı. Bələdiyyə sədri şəhid anasının əlini öpdü...  
 
Onu da xatırladım ki, bizimlə bir yerdə Türkiyədə səfərdə olan tanınmış tele-aparıcı Vəsilə  Vahidqızının aparıcısı olduğu Diasporla İş Üzrə  Dövlət Komitəsinin “Vətən uzaqda deyil” verilişinin İctimai TV-də yayımlanacaq növbəti buraxılışı  bəhs edilən parka Milli Qəhrəmanımızın adının verilməsi mərasiminə həsr olunacaq... 
 
-Flora xanım, şəhid ömür-gün yoldaşınızın adını daşıyacaq parkın yeri, məkanı ürəyinizə yatdımı?
-Bəli... Park doğrudan da çox  cazibəli bir məkanda - Mərmərə dənizinin sahilində, eyni zamanda dağ ətəyində yaşıllıqlara qərq olmuş bir mənzərəli yerdə salınıb.  Parkda uşaqlar, gənclərlə yanaşı, böyüklər də həvəslə istirahət edirlər.  Uşaq əyləncə qurğularıyla bərabər, kafelər, çayxanalar da fəaliyyət göstərir. Parkın girişinə Azərbaycan və Türkiyə bayraqları sancılıb, Karacabey bələdiyyəsinin hazırlatdığı, üzərinə “Azerbaycanın Milli Kahramanı Şirin Mizayev  parkı” yazılmış löhvə,  bir az irəlidə isə şəhid  Milli Qəhrəmanımızın təsvirləri və barəsində geniş məlumat əks olunmuş digər löhvə vurulub... 
-Bildiyimizə görə, parkın açılışından sonra Bursa xəstəxanalarından  birindən müalicə alan  Tovuz döyüşləri və 44 günlük müzəffər savaşımızın qazilərini də ziyarət etmisiz...
 
-Bəli, tədbirdən sonra biz bu müqəddəs işin təşəbbüskarı olan soydaşımız, “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin rəhbəri Hüseyn Vəliyevlə və Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, tanınmış tele-aparıcı Vəsilə Vahidqızı ilə birgə Bursa şəhərindəki xəstəxanalardan birində müalicə olunan 44 günlük müzəffər savaşımızın 12 qazisini ziyarət etdik.  Canlarını xalqımız, Vətənimiz, hər birimiz uğrunda fəda etmiş bu igidlərimizə maddi və mənəvi yardım etməyi özümüzə borc bildik... 
Qəhrəman qazilərimizin hamısı əlil arabasında idi... Bizi görəndə çox təsirləndilər... Onlar əsasən 2020-ci ilin iyulundakı Tovuz döyüşlərində, eləcə də 44 günlük savaş zamanı  Füzuli və Cəbrayıl ərazilərində vuruşub sağlamlıqlarını itirmiş döyüşçülərimizdır. Qazilərimiz Türkiyədə onlarla əsas maraqlanan azərbaycanlının Hüseyn Vəliyev olduğunu söylədilər. Onlar Bursa xəstəxanasında Türkiyə həkimlərinin müalicəsindən də razıdırlar.  
 
-Yəqin ki, qazilərimizin problemləri ilə də maraqlanmısınız?..
 
-Əlbəttə, onların hər biri ilə yaxından tanış olmağa, söhbət etməyə çalışdıq. Təəssüf ki, bəziləri danışmaqda da çox çətinlik çəkir. Qazilərimizin çoxu “YAŞAT” fondundan da razılıq edirlər. Lakin sakinləri olduqları rayonların icra hakimiyyətlərindən, yerli məmurlardan, qeyri-hökumət təşkilatlarından şikayətləndilər. Onların rayonlardakı ailələləri ilə, demək olar ki, heç kəsin maraqlanmadığını bildirdilər. Hətta qazilərdən biri bildirdi ki,  sakini olduğu rayonun  icra hakimiyyətindən onun evinə  zəng edib 27 sentyabr – Şəhidlərimizin Anım gününə dəvət ediblər. Deməli, yerlərdəki bir çox məmurların məsul olduqları  rayonlarda, şəhərlərdəki qazilərin durumundan, harada, xəstə və ya sağlam olduqlarından məlumatı yoxdur. Biri deyir ki, məni uşaqlıqdan babam saxlayıb, 80-dən yuxarı yaşı var, cəmi 200 manat pensiya alır. Heç kəs də maraqlanmır onunla, telefonda danışanda ağlayır...  
Kürdəmir rayonunun sakini Əhmədzadə Turanın atası hazırda qarğıdan tilkilmiş evdə yaşayır... O, bildirib ki, yalnız bu yaxınlarda Milli Məclisin 7 saylı Kürdəmir seçki dairəsindən deputat  Əminə Ağazadə ailəsinin problemləri ilə maraqlanıb, onlara maddi yardım göstərib.
Yevlax rayonundan olan Yusif Ağaməmmədovun sözlərinə görə, Bakıdan ona göndərilmiş əlil arabası mühərriksiz, pultsuz olub. Üstəlik, uşaq üçündür. Xeyli keçəndən sonra mühərrikini yollayıblar. Indi də pultu yoxdur.  Qazimizin boyu 1 m 80 sm olduğu halda ona kiçik ölçülü araba yollayıblar. Ona görə də hərəkət zamanı çox böyük çətinlik çəkir.  Anası deyir ki, aylardı  müalicə olunsa da, Yusifin səhhətində heç bir irəliləyiş yoxdur.  Xahiş edir ki, dövlətimiz, yaxud xeyriyyə fondları qazi oğlunu müalicə üçün Almaniyaya göndərsin.
Hesab edirəm ki, Bursada müalicə alan qazilərimizin siyahısını da qəzetiniz və saytınız   vasitəsilə ictimaiyyətin, xüsusən rəsmi qurumların diqqətinə çatdırmağımız da vacibdir (Qeyd edək ki, yəqin ki, əzalarını və ya bədənlərinin  müxtəlif vacib funksiyalarını itirmiş qazilərimizdən bəzilərinin yanında heç kəsi olmadığından sakini olduqları rayonların adları, valideynləri və ya yaxınlarının telefon nömrələri qeydə alınmayıb): 
 
Yusif Ağaməmmədov, Yevlax rayonu, tel:051 889 61 30, 
                                      atası Füzuli, tel: 055 600 68 74
Samir Əliyev  - tel: 050 332 85 03   Astara
Elşən Xanəliyev  -  tel: 050 711 24 42
Ram İsmayılov,  Göygöl, tel: 055 241 6355, Sənan – qohumu, tel: 055 898 25 32, qardaşı Mahalın ürəyi xəstədir, babası təkdir.
Kənan Nəsirov, Tovuz  rayonu, tel: 050 373 07 98
Emil Qocayev,   Tovuz rayonu
Bəxtiyar İsmayılov, Ağdam
Turan Əhmədzadə, Kürdəmir rayonu, tel:  051 683 56 08. Atası qarğıdan tikilmiş evdə yaşayır.
Valeh İsayev, atası Mehrac, tel: 050 383 09 70 
Əzim Qafarov
Ehtiram Musayev, atası  Nağı, tel: 055 741 42 71
 
Bir daha təkrar edirəm ki, uğrumuzda canlarını fəda etmiş qazilərimizin bu siyahısıyla da ən azı maraqlanmaq hər birimizin vətəndaşlıq borcudur...
 
-Çox sağ olun, Flora xanım. Ətraflı müsahibəyə görə təşəkkürümüzü bildiririk. Allahdan Milli Qəhrəmanımız Şirin Mirzəyev də daxil olmaqla bütün şəhidlərimizə rəhmət, xəstə qazilərimizə isə şəfa və cansağlığı diləyirik.
 
Sultan Laçın
 
 
 
 
Oxşar xəbərlər
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO