İslandiya seçki komissiyası şənbə günü keçirilən parlament seçkilərində səslərin yenidən sayılmasının üç qadının parlamentdə yerlərini itirməsi ilə nəticələndiyini bildirir. Moderator.az bu barədə Almaniyanın “Der Spiegel” qəzetinə istinadla xəbər verir. Beləliklə, İslandiya qadın deputatların çoxluğuna malik ilk Avropa ölkəsi olmayacaq: qadın deputatların sayı 33-dən 30-a enib və onların parlamentdəki sayı cəmi 47,6% təşkil edəcək.
Qəzet yazır ki, Avropa ölkələrinin heç birində parlamentdəki qadınların nisbəti 50%-i keçmir. İsveç bu göstəriciyə ən yaxındır: qadın deputatların sayı 47% təşkil edir. Eyni zamanda İslandiya uzun illərdir ki, bərabərlik və qadın hüquqları sahəsində dünya reytinqlərində liderdir. 1980-ci ildə İslandiya prezident seçkilərində qadının qalib gəldiyi ilk ölkə olub.
İslandiyada siyasi qüvvələrin bölgüsünə gəlincə, Mühafizəkarlar Partiyası seçkidə 24% səslə qalib gəlib. İkinci yeri Mütərəqqi Partiya, üçüncü yeri isə Solçu-Yaşıllar Hərəkatı tutub.
Miraslan