4 dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi
Oxunub: 6825
23 Sep 2021 | 12:23
4 dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi
Moderator.az Kulis.az-a istinadla bir dövr Azərbaycan kinolarının ulduz aktrisası hesab olunan Leyla Sıxlinskaya haqqında maraqlı məlumatları təqdim edir.
 
Leyla Fərrux qızı Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Atası Fərrux Sadıxov metallurq kimi fəaliyyət göstərib. Daşkəsəndəki mədən müəssisələrinin birində müdir işləyib. Daha sonra nazirlikdə çalışıb. Anası Aza Şıxlinskaya kosmetoloq olub. Leylanın beş yaşı olanda valideynləri ayrılıb. Anası ikinci dəfə kinorejissor Tofiq Tağızadə ilə ailə qurub. Atası da ikinci dəfə evlənib. Bu evlilikdən onun üç övladı doğulub.
 
***
 
Gənclik illərində baletlə məşğul olan aktrisa sonradan onurğasından çox ciddi zədə alaraq bu sahədən uzaqlaşır. Kino sahəsinə istiqamətlənən Şıxlinskaya Moskvaya gedərək GITIS-in Teatrşünaslıq fakültəsinə daxil olur. Davamlı balet haqqında məqalələr yazır. Azərbaycan baleti mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edir. O, Azərbaycan baleti haqqında iki kitabın müəllifidir. Bunlardan biri isə azərbaycanlı balerina Leyla Vəkilova haqqındadır.
 
 
Leyla Şıxlinskaya "Arşın mal alan" filmində Gülçöhrə obrazında
 
Leyla xanım 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1993-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına, daha sonra isə Xalq artisti fəxri adına layiq görülüb.
 
***
 
Aktrisa “Arşın mal alan”, “Bağ mövsümü”, “Cazibə qüvvəsi”, “Dantenin yubileyi”, “Dədə Qorqud”, “Gün keçdi”, “Qəm pəncərəsi”, “Qızıl qaz” filmlərinə çəkilib. Ona ən böyük məşhurluğu isə “Arşın mal alan” filmindəki Gülçöhrə və “Gün keçdi” filmindəki Əsmər obrazları gətirib.
 
 
"Gün keçdi" filmindən
 
“Gün keçdi” 1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın (Həsən Məmmədov) öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.
 
 
Xalq artisti Leyla Şıxlinski
 
Deyilənə görə Leyla Şıxlinskayanın filmlərdə daha çox parlamasına səbəb atalığı rejissor Tofiq Tağızadənin əməyi olub. Aktrisa Zemfira Sadıqova müsahibələrindən birində qeyd edir ki, Tağızadə onu “Bağ mövsümü” filminə çəkmək istəmirmiş:
“Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu ayrıca Leyla üçün yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir sözlə, film həm çox kəsilib, eyni zamanda çox da əlavə kadrlar var. Tağızadə filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu”.
 
***
 
Leyla Şıxlinskaya Azərbaycan Xalq Cümhuriyyətinin Hərb nazirinin müavini general Əzizağa Şıxlinski ilə qohumluq əlaqələrinin olduğu da deyilir. Aktrisa özü bu barədə açıqlama verərkən bildirib ki, müəyyən qohumluq əlaqələri olması barədə məlumat doğrudur. Və o, həm də Məşədi Əzizbəyov adına doğum evinin qurucusu Mustafa bəy Hacıqasımovun nəvəsidir.
 
 
"Qırmızı və qara" filmindən kadr
 
Valideynlərinin hər ikisi ilə yaxşı münasibətləri olan aktrisa onların mühafizəkarlığı barədə müsahibələrinin birində deyir:
 
“Anam uşaqlara qarşı sərt idi. O, ədəb, gözəl davranış qaydaları kimi anlayışlara çox diqqət yetirirdi. Atam çox mühafizəkar idi və bəzən onunla mübahisə edirdik. Belə mübahisələrin nəticəsi olaraq mən anamın soyadını daşımalı oldum. Atam qəti şəkildə mənim xoreoqrafiya məktəbində oxumağıma qarşı çıxırdı. O, həmişə deyirdi:
 
"İdmana həvəs göstərsən, yaxşı olar".
 
Kolleci bitirib rəqqasə ixtisası alanda atamla dalaşdıq. Atam deyirdi ki, mənə rəqqasə qız lazım deyil. Bu peşə onun soyadını rüsvay edəcək. Anam atamın mənə dediyi bu sözləri öyrənəndən sonra mənim soyadımı dəyişdirdi və mənə öz soyadını verməli oldu”.
 
Xalq artisti Leyla Şıxlinskaya və Röya
 
Bir müddət Azərbaycan kinosunda ən tələb olunan aktrisa Leyla Şıxlinskaya kino yaradıcılığı haqqında belə deyir:
“Sonralar kinolara çəkilməməyim mənim ixtiyarımda olan məsələ deyildi. Bu məsələ rejissorların və ssenaristlərin istəyinə bağlı idi. Mənə rollar təklif etdilər, amma bir çox hallarda mənim prinsiplərimə və inanclarıma uyğun gəlmirdi. Və yaxud da bəyəndiyim rollar digər aktrisalara təklif olunurdu. O vaxtlar Bakıda da az olurdum, Moskvada yaşayırdım. Olimpiya komandasında bədii gimnastika üzrə xoreoqraf kimi, həmçinin Bolşoy Teatr Məktəbində xoreoqrafiyadan dərs deyirdim”.
 
***
 
Aktrisa 1988-ci ildə Bakıda Rusiya Dövlət Dumasında fəaliyyət göstərən Andrey Loginov ilə tanış olub ailə qurur. Aktrisanın əvvəlki evliliyindən iki övladı var. Qızı Jaila və oğlu Filip.
 
***
 
Leyla Şıxlinskaya Azərbaycanın ilk özəl klinikalarından birinə rəhbərlik edib. 2002-ci ildə "Humay" mükafatına layiq görülüb. Hazırda Qubadakı otellərin birinin rəhbəri kimi fəaliyyət göstərir.
 
 
Xalq artisti Leyla Şıxlinskya
 
Aktrisa dörd dəfə evli olub. O, həyat yoldaşları haqqında ona verilən suala verilişlərin birində belə cavab verib:
“Bəli. Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz həyat ağ-qara filmə bənzəyir”.
 
Xalq artisti müəyyən dövrlərdə Azərbaycan aktrisaları Amaliya Pənahova və Həmidə Ömərova ilə qalmaqal da yaşayıb. Müsahibələrinin birində "Həmidə Ömərovanı tanımıram. Şəfiqə Məmmədovanı isə ən yaxşı aktrisa hesab edirəm" fikrini səsləndirib. Daha sonra isə Amaliya Pənahovanın “Gün keçdi” filmində onun Əsmər obrazını səsləndirməsini bəyənmədiyini vurğulayıb:
“Amaliya xanım başqa aktrisalar kimi Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib. Məsələ yaşda deyil, kim kimdən böyükdür, kiçikdir... Filmdə səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi”.
 
 
Aktrisa hazırda 74 yaşındadır. Kifayət qədər baxımlı qadın olan Leyla xanım ona cavan qalması ilə bağlı verilən suallara belə cavab verib:
 
"Çox rəfiqəm olmayıb. Vaxtım olmayıb oturum, qeybət edim. Hər zaman çalışmışam. Mən də plastik əməliyyat etdirmişəm, bunu deməkdən çəkinmirəm də. Bir vaxt isə ağır əməliyyat keçirdim və çox çəki itirdim. Gözaltında sallanmalar yarandı, aradan qaldırdım. Nə olsun? Lazım gələcək, yenə əməliyyat edəcəm. Niyə çəkinirsiniz? Plastik əməliyyat etmisiz, yaxşı etmisiz!".
Oxşar xəbərlər
17:05, Bu gün
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
17:00, Bu gün
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
16:56, Bu gün
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
16:54, Bu gün
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
16:46, Bu gün
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
16:44, Bu gün
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
16:42, Bu gün
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
16:35, Bu gün
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
16:28, Bu gün
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
16:22, Bu gün
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
16:16, Bu gün
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
16:10, Bu gün
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı
16:09, Bu gün
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
16:04, Bu gün
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
16:02, Bu gün
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
15:58, Bu gün
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
15:52, Bu gün
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
15:46, Bu gün
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:41, Bu gün
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
15:35, Bu gün
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
15:30, Bu gün
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
15:25, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
15:20, Bu gün
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
15:15, Bu gün
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
15:10, Bu gün
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
15:05, Bu gün
Əziz Orucovun həbs müddəti uzadıldı
15:00, Bu gün
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
14:56, Bu gün
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
14:52, Bu gün
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
14:48, Bu gün
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
14:44, Bu gün
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
14:40, Bu gün
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
14:36, Bu gün
"International Policy Digest": Sülhməramlıların Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər
14:30, Bu gün
Bakıda 62 illik körpüdən geriyə qalanlar - FOTO/VİDEO
14:26, Bu gün
Məşhur aktrisa Skarlett Yohansson süni intellekti oğurluqda günahlandırdı
14:25, Bu gün
Samir Ağabalayev aparat rəhbəri TƏYİN OLUNDU
14:20, Bu gün
”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti...” - Zahid Orucdan SENSASİON AÇIQLAMA
14:14, Bu gün
Dini cərəyana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... – TƏFƏRRÜAT
14:09, Bu gün
Vətən müharibəsi şəhidinin 29 ildən sonra bacısı dünyaya gəldi
14:08, Bu gün
Zaqatalada məktəb və bağça birgünlük bağlandı
14:06, Bu gün
Oğlu Karlo Ançelottini yarı yolda qoyacaq?
14:05, Bu gün
"Rusiya Xarkova hücum etməklə açıq-aşkar müharibəni kəskinləşdirib" - Viktoriya Nuland
14:03, Bu gün
76 yaşındakı kainat gözəlinin HEKAYƏSİ: 30 yaşında görünür...
14:01, Bu gün
Çay diabet riskini azalda bilər: Belə içsəniz...
14:00, Bu gün
“Polis üçün kolleclər yaradılmalı və orada iki illik tədris keçirilməlidir” - Qüdrət Həsənquliyev
13:58, Bu gün
Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşdi
13:53, Bu gün
Nasist Almaniyasının qaçılmaz məğlubiyyəti – Hitler Vermaxt generallarının peşəkarlığına güvənməyib
13:48, Bu gün
Prezident İlham Əliyev Rəisi ilə son görüşündən DANIŞDI
13:47, Bu gün
Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB
13:46, Bu gün
Suriya prezidentinin həyat yoldaşında ölümcül xəstəlik aşkarlandı
13:40, Bu gün
Prezident İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - YENİLƏNİB + FOTO
13:37, Bu gün
Rusiyanın agenti sayılan keşiş Qarabağ separatçılarını da qızışdırmağa başladı...-VİDEO
13:36, Bu gün
Milli Məclisdə İranda baş verən helikopter qəzası ilə bağlı bir dəqiqəlik sükut...
13:32, Bu gün
COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqləndi
13:28, Bu gün
Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldı, narkotik qəbul etdiyi məlum oldu
13:24, Bu gün
Şuşada daha bir beynəlxalq festival keçiriləcək
13:21, Bu gün
Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub - FOTOLAR
13:17, Bu gün
“Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm” – VİDEO
13:15, Bu gün
Türkiyə bu ölkə üçün viza rejimini asanlaşdırdı - Yeni qayda
13:12, Bu gün
Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun
13:10, Bu gün
Bu məşhur istirahət mərkəzində turistlərə SƏRT QAYDALAR
13:09, Bu gün
Ötən il Türkiyədə evlənən azərbaycanlıların sayı açıqlandı
13:06, Bu gün
Gələn ay Bakı Enerji Forumu keçiriləcək
13:03, Bu gün
Xanım tanışını motosikletə oturdub avtoxuliqanlıq etdi, həbs olundu
12:57, Bu gün
Stolüstü tennisçilərimiz Avropa birinciliyinə yollanıblar
12:55, Bu gün
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB
12:54, Bu gün
Bu ölkələrdən Azərbaycana turist axını artıb
12:52, Bu gün
İstanbul İnkişaf Dialoqunda COP29 sədrliyinə baxış təqdim edilib - FOTO
12:50, Bu gün
Mikayıl Cabbarov: "Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib"
12:47, Bu gün
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
12:45, Bu gün
Nazir müavini: İqlim dəyişmələri səbəbindən Eldar şamı və digər ağaclarda xəstəliklərin yaranması müşahidə edilir
12:44, Bu gün
Azərbaycanlı dünya çempionu: Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik
12:39, Bu gün
“Bu gün sənin, sabah o birisinin yanındadır"
12:34, Bu gün
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
12:29, Bu gün
“İnformasiya məkanı fasiləsiz izlənilir və...” - Zahid Orucdan SENSASİON ÇIXIŞ
12:29, Bu gün
Deputat: "Azərbaycanda polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır"
12:24, Bu gün
Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi - FOTO
12:19, Bu gün
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
12:17, Bu gün
Sabah hava buludlu olacaq, yağış yağacaq
12:15, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyev dəfn edildi - YENİLƏNİB + FOTO
12:12, Bu gün
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb - FOTO
12:10, Bu gün
Mayın 21-nin ən xoşbəxt BÜRCÜ: Sizi xoş sürprizlərlə dolu gün gözləyir
12:09, Bu gün
BDU tələbələrinin çöl-tədris təcrübələri başlayıb
12:06, Bu gün
DGK-da altqrupun iclası keçirilib - FOTO
12:06, Bu gün
Ançelotti qərarında qətidir: ÇL-nin finalında qapını qoruyacaq şəxsin adı açıqlanıb
12:03, Bu gün
Bakıda kişi sirkə turşusu içib özünü öldürdü
12:02, Bu gün
Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!
11:58, Bu gün
Qadın futbolçu tədbirə şəffaf libasda gəldi
11:56, Bu gün
DİN əhaliyə xəbərdarlıq etdi: virtual soyğunçuluq pik həddə çatıb
11:54, Bu gün
Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir
11:52, Bu gün
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı
11:43, Bu gün
“Ermənistanın nicatı sülh müqaviləsinin imzalanmasından keçir”
11:42, Bu gün
Azərbaycanda zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
11:38, Bu gün
“Siyasi partiyalarla görüş mili birlik və həmrəylik adına böyük uğurdur”
11:26, Bu gün
"Bandotdel"dən Bakı və rayonlarda ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO/VİDEO
11:22, Bu gün
Son 90 ildə dünya liderlərinin düşdüyü təyyarə qəzaları: Ölənlər və bəxti gətirənlər - FOTOLAR
11:20, Bu gün
ABŞ-dan Çinə casusluq ittihamı: Görün suyun altında nə oyun çıxarır
11:20, Bu gün
"Bayern" Tuxeldən qurtula bilməyəcək: Getsə də, maaş alacaq
11:15, Bu gün
Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək
11:10, Bu gün
Bakıda 150 min manatlıq dələduzluq edilib, 2 nəfər saxlanılıb
GÜNLÜK
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 17:48
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 17:37
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
20 May 2024 | 17:20
"Azər Axşam mənim üçün heç kimdir"
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 17:45
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
AYLIQ
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 17:48
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 17:37
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
20 May 2024 | 17:20
"Azər Axşam mənim üçün heç kimdir"
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 17:45
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"