Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxış edib
Cəmiyyət
Oxunub: 999
22 Sep 2021 | 18:23
Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxış edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxış edib.
 
Bu barədə XİN-dən məlumat verilib.
 
Nazir bildirib ki, bu, GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 2020-ci ildə COVID-19 pandemiyası ilə bağlı qapanmadan sonra ilk canlı toplantısıdır: "Bu tədbirə qoşulmaqdan çox məmnunam. Bu mühüm görüşün təşkilinə görə Gürcüstan sədrliyinə minnətdarlığımı bildirirəm. Bizim olduğumuz qədər yaxın ölkələr bir araya gəldikdə, birgə fəaliyyətin artırılması üçün hər zaman imkanları nəzərdən keçiririk və bu gün də istisna deyil. Regional bir təşkilat olaraq GUAM dayanıqlı sülhün və inkişafın təmin edilməsi üçün əhəmiyyətli bir platformadır. Əməkdaşlığımız paylaşılan öhdəliyə və beynəlxalq hüququn hamılıqla tanınmış qaydalarına və prinsiplərinə, qarşılıqlı etimada və bir birinin maraqlarına hörmətə əsaslanır. Bunlar ticarət və iqtisadi əməkdaşlıq, həmçinin insanlar arasında mübadilə də daxil olmaqla geniş sahələrdə əhəmiyyətli nailiyyətləri qeyd etməyə imkan verir.
 
"2021-ci ildə Gürcüstanın sədrliyi dövründə əməkdaşlığımızın əlaqələndirilmiş, fəaliyyət yönümlü və irəli baxan bir şəkildə daha da inkişaf etdirilməsi üçün ciddi səylər həyata keçirdik. Düşünürəm ki, əməkdaşlığımız fəaliyyətlərin layihə yönümlü istiqamətini gücləndirməklə daha da inkişaf edə bilər. Ticarət, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları (İKT) və turizm kimi sahələrdə birgə iqtisadi layihələrə ilk növbədə diqqət ayırmağa davam etmək lazımdır, çünki onlar pandemiyadan sonrakı dövrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaqlar. Sahəvi əməkdaşlığa gəldikdə isə, "Malların mənşə ölkəsini təyin edən qaydalar haqqında Protokol"un və GUAM Konsulluq Konvensiyasının imzalanması üçün lazım olan daxili proseduraları tamamlanmaqda olduğumuzu bildirməkdən məmnunam", - o qeyd edib.
 
C.Bayramov vurğulayıb ki, Azərbaycan həm regional, həm də bölgələrarası səviyyədə sülhün, təhlükəsizliyin, sabitliyin və rifahın təmin edilməsinə yönəlmiş “GUAM+” formatı çərçivəsində genişləndirilmiş əməkdaşlığın güclü tərəfdarı olaraq qalır: "Azərbaycan bu gün imzalanması planlaşdırılan, lakin təəssüf ki, Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına təxirə salınan GUAM-İsrail Birgə Bəyannaməsini alqışlayır. Tərəfdaşlarımızla güclü əlaqələrimiz var, lakin digər tərəfdaşlarla əməkdaşlıq gündəmlərini yenidən nəzərdən keçirmək və işimizi ümumi prioritetlər əsasında tərtib etmək baxımından bütün tərəfdaşlarımızla əməkdaşlığı gücləndirmək üçün əlavə səylərə ehtiyac var. GUAM Parlament Assambleyasının 13-cü sessiyasının kommünikesi beynəlxalq və regional parlamentlərarası assosiasiyaları ilə əməkdaşlığı davam etdirmək niyyətini bir daha təsdiq edir. Bu xüsusda, GUAM PA, digər dövlətlərlə ikitərəfli və çoxtərəfli səviyyədə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsini milli parlamentlər arasında dialoqu gücləndirmək, onların şəbəkələrini dərinləşdirmək və etimad mühiti yaratmaq vasitəsi olaraq nəzərdən keçirə bilər. Ümumi maraq kəsb edən sahələrdə BMT təşkilatları ilə sıx əməkdaşlığın qurulması dayanıqlılığı təmin etmək üçün milli səyləri gücləndirəcək və ölkələrimizin çağırışlara daha yaxşı cavab verməyə hazırlığını təmin edəcək. Bu baxımından layihələrin müvafiq beynəlxalq və regional təşkilatlarla birgə həyata keçirilməsinə daha çox diqqət yetirilməlidir. Beynəlxalq təşkilatlar çərçivəsində maraqlarımızın irəlilədilməsində fəal əməkdaşlıq və qarşılıqlı dəstək vacib olaraq qalır. Əldə etdiyimiz müsbət təcrübəyə əsaslanmalıyıq. Bu baxımdan, GUAM üzv dövlətlərini Azərbaycanın irəli sürdüyü minaların insan hüquqlarına təsiri ilə bağlı bəyanata qoşulmağa və bununla bağlı Cenevrədəki daimi nümayəndəliklərinə təlimat verməyə dəvət edirik. Birgə bəyanat, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 48-ci sessiyasının gündəliyinin 4-cü bəndi çərçivəsində 24 sentyabr tarixində həmfikir ölkələr adından veriləcək".
 
Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açır. 10 Noyabr 2020-ci il tarixli birgə bəyanat, xüsusilə bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı.
 
Azərbaycan, Ermənistan və Rusiya bölgədə nəqliyyat kommunikasiyalarının açılması üçün konkret istiqamətlər üzərində işləməyə başladılar. Əlaqələrin yenidən canlandırılması Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə sürətləndirəcək və bu həm bu ölkələrə, həm də tərəfdaşlarımıza fayda verəcək. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq.
 
Kommunikasiyaların açılışı məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu bölgədə konkret istiqamətlər üzərində işə başladı. Kommunikasiyaların açılmasının mühüm və mümkün bir irəliləyiş ola biləcəyinə baxmayaraq, Ermənistan danışıqları əngəlləmək və gecikdirmə taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir. Biz konstruktiv olaraq prosesdə iştirak edirik və məsələ ilə məşğul olmaqda davam edirik. Aydındır ki, kommunikasiyaların yenidən canlandırılması həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracaqdır. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq.
 
Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir. Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır. Məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərimizdəndir. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir.
 
Azad edilmiş ərazilərin mina ilə kütləvi çirklənməsi Azərbaycan Hökumətinin başladığı genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur. Ən əsası, bu, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri dönmək hüququnun həyata keçirilməsinə təsir göstərir.
 
Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərməlidir ki, Ermənistan bunun əvəzinə davamlı sülh və inkişaf üçün unikal imkandan istifadə etsin. Üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin, müharibənin bütün nəticələrini aradan qaldırmaq və bölgədəki bütün ölkələr və onların xalqları üçün firavan bir gələcək qurmaq yolunda alternativi yoxdur.
 
Beynəlxalq hüququn tətbiqi sülh, təhlükəsizlik və inkişaf üçün bir şərtdir. Təəssüf ki, GUAM-a üzv dövlətlərin ərazilərində həlli uzanmış münaqişələr sülh və təhlükəsizliyə təhdid yaratmağa davam edir və bu münaqişələr suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir.
 
Sonda qarşılıqlı fayda və rifah naminə tərəfdaşlığımızın irəli aparılmasında marağımızı bir daha ifadə edirəm. İnanıram ki, biz mövcud və yaranacaq imkanlardan istifadə etməli və təşkilatımızı daha uğurlu etməliyik. Bugünkü görüş üçün bir daha Gürcüstan sədrliyinə və hörmətli Baş katib Altay Əfəndiyevin rəhbərlik etdiyi GUAM Katibliyinə təşəkkür edirəm və hamımıza Nyu-Yorkda çox məhsuldar bir həftə diləyirəm".
Oxşar xəbərlər
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:00
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
26 Apr 2024 | 09:55
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:00
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
26 Apr 2024 | 09:55
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər