Bir şəklin tarixçəsi - Erməni qadının çiyninə çıxan məşhur azərbaycanlı XANƏNDƏ
Oxunub: 7768
14 Sep 2021 | 12:43
Bir şəklin tarixçəsi - Erməni qadının çiyninə çıxan məşhur azərbaycanlı XANƏNDƏ
İsa bulağı da Cıdır düzü kimi Şuşa şəhərinin əsas simvollarından sayılır. Suyu buz kimi soyuq, göz yaşı kimi duru və şəfalı olan İsa bulağı hələ uzun illər öncə istirahət məkanı kimi ad-san qazanıb. Vaxtilə Azərbaycanın hər yerindən İsa bulağını məxsusi görmək üçün Şuşaya gələnlər olardı.
 
Şuşa şəhərindən təxminən iki kilometr aralıda - meşədə yerləşən bulaq, bəzi məlumatlara görə, XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.
 
İsa bulağı bu günlərdə tam bərpa edilib. Bulağın su təminatı qaydaya salınıb,ətrafına mərmər daşlar döşənib.
 
30 il erməni tapdağı altında qalmış bulaq yenidən azərbaycanlıları qarşılamağa başlayıb.
 
Yəqin ki, Şuşa şəhəri tam abadlaşandan və burada yaşayış bərqərar olandan sonra İsa bulağı ən çox üz tutulan məkanlardan birinə
çevriləcək.
 
Vaxtilə İsa bulağında məclis təşkil edən yaşlı nəslin nümayəndələri bu istirahət məkanından söz düşəndə xanəndə Mürsəl Hacıyevi də mütləq ehtiramla xatırlayırlar. İsa bulağının daimi xanəndəsi Mürsəl kişini deyirik…
 
O, uzun illər İsa bulağına dincəlməyə gələnləri öz ifaları ilə əyləndirib…  Hətta o zamanlar – 80-ci illərdə belə bir deyim varmış: İsa bulağına gəlib Mürsəl kişinin səsinə qulaq asmamaq günah sayılar...
 
Görüb-xatırlayanlar deyirlər ki, arıq, çəlimsiz, ortaboylu, başında həmişə günlüyü uzun kepkası  olan Mürsəl Hacıyev qavalı elə şövqlə çalır, elə şirin səslə oxuyurmuş ki, dinləyənlər eyni mahnını ona bir neçə dəfə sifariş edirmişlər. Yaşı 100-ü haqlasa da, çevik hərəkətləri qocalığına, zəif vücuduna əsla uyğun gəlmirmiş. Qocaman xanəndənin səsində dünyaya göz açıb böyüdüyü Şuşaya, Şuşanın dağlarına sonsuz məhəbbət, vurğunluq duyulurmuş.
 
Deyirlər onun ifa etdiyi “Şuşanın dağları” mahnısı bir başqa aləmmiş…
 
Mürsəl kişi həm də baməzə adam kimi tanınırmış…
 
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto Mürsəl kişi ilə bağlıdır.
 
Zaman 1986-cı il… Məkan İsa bulağı… Anahit adlı erməni qadın Mürsəl kişini çiyninə alıb…
 
Yaşlıların dediyinə görə, erməni qadın Anahit də o vaxtlar Mürsəl kişi ilə birgə İsa bulağına dincəlməyə gələnlər üçün Azərbaycan mahnıları ifa edir, çörəkpulu qazanırmış… Bir gözü görməyən Anahit Mürsəl kişini özünə ustad hesab edib, onun vasitəsilə əli çörəyə çatıb.
 
Amma Anahitin mənsub olduğu nankor millətin nümayəndələri 80-ci illərin sonlarında Qarabağda qarışıqlıq salanda azərbaycanlılara qarşı min bir xain planlar gerçəkləşdirdilər.
 
Bəzi məlumatlara görə, 1988-ci ildə törədilən belə hadisələrin birində 110 yaşlı Mürsəl kişi də vəhşicəsinə qətlə yetirilmişdi.
 
Deyilənə görə, Mürsəl kişinin yoxluğundan sonra İsa bulağı yetim görsənirmiş…
 
 
Vaxtilə “Yazıçı” nəşriyyatında Həmkarlar İttifaqının sədri olmuş Mustafa Çəmənli Mürsəl Hacıyevlə bağlı xatirələrində yazır:
 
“…1984-cü ilin iyun ayı idi… Bir səhər 30 nəfər yığışıb Şuşaya yol aldıq… Günün batabat çağında Şuşaya çatdıq. Şuşanın saf havası, yaşıllığa bürünmüş uca dağların görüntüsü, quşların cəh-cəhi gərilmiş sinirlərimizi oxşayırdı...
…Şəhərin hər nöqtəsi bir tarix söyləyirdi: İbrahim xan kahası, Məlik Şahnəzər kahası, Şahnişin, Cıdır düzü, Dovtələb, Divanxana qabağı, Topxana...
 
…İsa bulağında kəsmək üçün toğlu alacaqdıq. Bir az üzüaşağı düşüb sürüsünü yamaca yaymış çobana  yaxınlaşdıq. Münasib bir toğlunu  sövdələşib aldıq…
 
…Elə həmin gün İsa bulağı başında məclis qurduq. İsa bulağı bizim şəxsimizdə bəlkə neçə mininci, milyonuncu qonaqlarını qəbul edirdi. İsa bulağında diqqətimizi cəlb eləyən qəribə adamlardan biri 100 yaşlı xanəndə Mürsəl Məşədi Süleyman oğlu idi. 1885-ci ildə anadan olmuş Mürsəl kişi Nikolayı taxtda, Lenin babanı qundaqda görmüşdü. Haqqında danışırdılar ki, hər gün şəhərdən 7-8 km məsafəni piyada İsa bulağına gəlir, gün batıb, İsa bulağının  başından əl-ayaq yığışandan sonra yenə piyada Şuşaya – mənzilinə qayıdır. Mürsəl kişinin 100 yaşı olmasına baxmayaraq səsi yerindəydi və nəmərə  oxuyurdu. Arada Mürsəl kişiyə yaxınlaşıb “hörmət” etdim və ondan köhnə bir el havası oxumasını xahiş etdim. Mürsəl kişi kamançaçı Şirinə “başla” işarəsi verib “Nar-nar” mahnısını yaşına yaraşmayan bir səslə oxumağa başladı:
 
 
 
Gəlin gedək bizim bağa,
 
Hərə çıxaq bir budağa,
 
Ləb-ləbə, dodaq-dodağa,
 
Ax nanı-nanı, narı-narı.
 
Ax nanı-nanı, narı-narı.
 
 
 
Doğrudan da, Mürsəl kişinin oxuduğu bu mahnını ancaq Xan Şuşinskinin ifasında radiodan eşitmişdim.
 
Mürsəl kişi mahnısını bitirdikdən sonra qavalının pərdəsi boşalmasın deyə plaşının altından kürəyinə yerləşdirdi. Mürsəl kişinin açıq havada gəzməkdən tunclaşmış qarayanız sifəti, uzun günlüklü şapkası, uzun çubuq qəlyanı, uzunboğaz çəkməsi dərhal diqqəti cəlb edirdi. Onun duruşu, baxışı, çubuq çəkməyi tabloya köçürüləsi mənzərəsiydi. O, keçmişinin şələsini hələ də kürəyindən yerə qoymamışdı... Bu qeyri-adi insan mənzərəsi  rəssam Əliağa Məmmədovun nəzərindən yayınmadı, kürəyində günə verdiyi qavala görə əyri qəddini bir az da əymiş qoca xanəndənin eskizini çəkdi.
 
Nəhayət, biz də İsa bulağıyla “xudahafizləşib” şəhərə qayıtdıq…
 
Səhəri gün Vaqifin məqbərəsini, Nəvvabın və b. görkəmli şəxsiyyətlərin məzarlarını ziyarət etdik. Sonra bir neçə yoldaşla Cıdır düzünə getdik. Yamyaşıl çəmənliyə ayaq basmağa qıymırdıq, rəngbərəng xırda, yabanı çiçəklər göz oxşayırdı. Məşhur Xarıbülbül çiçəkləri də çəmənlikdə öz yerini tutmuşdu. Təbiətin bu Xarıbülbül möcüzəsi, öz quruluşu, görünüşü ilə doğrudan da adamı heyrətləndirirdi.
 
Cıdır düzündə dolaşdıqca adları bizə tanış olan və olmayan insanların bıçaqla  daşa, qayaya, cızdıqları adlara rast gəlirdik. Belə  görünürdü ki, Cıdır düzündə olmaq hər kəs üçün fəxrdir.
 
Cıdır düzünün ayağından axıb gedən Daşaltı çayından uşaqların oxumaq səsi gəlirdi:
 
Gəlin gedək Daşaltına gəzməyə,
Ördək olub o göllərdə üzməyə... 
 
Nə bəxtəvər günlər idi.
 
O bəxtəvər, o Şuşalı günlərdən bizə bir şəkil qaldı. Axtarsan Cıdır düzündə  çəkilşmiş bu cür şəkillər hər bir azərbaycanlının evində var. Axı Cıdır düzü xalqımızın igidlik, comərdlik simvoludur.
 
Biz Şuşadan ayrılanda ağlımıza da gəlməzdi ki, bir daha oranı görməyəcəyik. Cəmi dörd ildən sonra Qorbaçovun “Yenidənqurma”sı  bizi azğınlaşmış daşnaklarla üz-üzə qoydu. Respublikanın hər bölgəsində al qumaşa bələnmiş şəhid məzarlıqları salındı. Torpağımızda mülk tikən gəlmələr üzümüzə ağ oldu. Şuşaya gedən yollar üzümüzə qapadıldı. Mənim ilkin yadıma düşən İsa bulağında “Nar-nar” mahnısını oxuyan yüz yaşlı xanəndə Mürsəl Məşədi Süleyman oğlu oldu. Dost-tanışdan eşitmişdim ki, daha İsa bulağı üstündə məclis qurulmasa da, o, hər gün İsa bulağına gedib-gəlirmiş. Axırda Mürsəl kişinin ürəyi qübar bağlayır. Bir axşam yenə İsa bulağından qayıdanda elə yoldaca canını tapşırır (1989). Bu müharibə dalğası illərlə bir yerdə çalışan, bir-birinin dərdinə-sərinə yarayan insanları, kollektivləri də pərəm-pərəm saldı. Zamanın irəli şütüyən qatarını saxlamağa kimsənin qüdrəti çatmadı”.
 
P.S. 1992-ci ilin 8 mayda işğal olunan Şuşa 2020-ci ilin 8 noyabrında azad olundu… Şübhəsiz ki, bu azadlıqla Mürsəl kişinin də ruhu dincilk tapdı…
Yəqin ki, hələ bundan sonra uzun müddət İsa bulağında uxumuş xanəndə Mürsəlin zəngulələri onu eşidib-görənlərin xatirindən silinməyəcək.
Oxşar xəbərlər
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir