Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Gəncə şəhər İcra Hakimiyyəti, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Ətraf mühit və Mən” adlı yeni, faydalı layihənin icrası uğurla yekunlaşdı. Ətraf mühitin mühafizəsi mövzusuna xüsusi önəm verən, bu mövzuda daha çox gəncin maariflənməsinin vacibliyini əsas tutan “Odlar Yurdu” GİB təbiət qoynunda Hacıkənd qəsəbəsində “Qış məktəbi” həyata keçirdi. Layihənin əsas məqsədi gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması və onların ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarət idi.
15-19 Dekabr
2013-cü il tarixini əhatə edən layihədə Bakı, Gəncə, Bərdə, Sumqayıt və s.
regionlardan olan 31 gənc iştirak edirdi. 4 gün davam edən layihə çox faydalı
oldu və layihə çərçivəsində gənclər tərəfindən 5 yeni layihə təqdim olundu.
Maarifləndirici video çarx hazırlandı.
Layihənin
bağlanış mərasimi rəsmi qonaqların iştirakı ilə Avropanın 2016-cı ildə Gənclər
Paytaxtı Gəncə şəhərində, Birliyin ofisində baş tutdu. İştirakçılar sonda şəhadətnamələr
ilə təltif olundular.
Moderator.az