“Əgər Azərbaycan və Pakistan KTMT ilə bu və ya digər proqram çərçivəsində əməkdaşlıq edəcəklərsə..."
Oxunub: 1050
08 Jul 2021 | 10:09
“Əgər Azərbaycan və Pakistan KTMT ilə bu və ya digər proqram çərçivəsində əməkdaşlıq edəcəklərsə...
Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir?; Rəsmi Bakı dəfələrlə Azərbaycanın bloklara qoşulmasını istisna etsə də, Rusiyadakı müxtəlif çevrələrdə bununla bağlı müzakirələr səngimir; növbəti məlumatın pərdəarxası 
 
Rusiya mənbələri vaxtaşırı Azərbaycanın “Rus NATO-su” - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqələri barədə konkret faktlara əsaslanmayan məlumatları tirajlayır. Bugünlərdə isə belə xəbər yayıldı ki, Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir. Məlumata görə, iyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin. Bu haqda Rusiya Dövlət Dumasının mətbuat xidməti bildirib. Bildirilir ki, təklifi iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin irəli sürüb. O deyib ki, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. (Virtualaz.org) Bu da Volodinə görə, “bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə” qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə imkan verəcək. Volodin habelə deyib ki, KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlər maraq göstərirlər. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə deyib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır.
 
Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və dəfələrlə bəyan edib ki, hər hansı hərbi bloka qoşulmaq niyyətində deyil. Türkiyənin timsalında Azərbaycanın NATO ölkələri ilə çox yüksək səviyyədə ikitərəfli əməkdaşlığını davam etdirməsi, həmçinin Ermənistan xaric, KTMT ölkələri ilə də yüksək səviyyədə əlaqələr qurması bir sıra hallarda üzv ölkə Ermənistanı belə bu qurumda aciz duruma salması faktdır. Belə olan təqdirdə “Rus NATO-su" ilə əməkdaşlığın bundan o tərəfə davam etdirilməsi digər cinahdakı müttəfiqlərimizi narazı sala bilər. Bəzən Ermənistan rəsmiləri sərsəm açıqlama verərək bildirirlər ki, Azərbaycanın bu qurumda təmsilçiliyinə veto qoyacaqlar. Bu ilin mayında mövzu yenidən aktuallaşarkən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapıları bütün ölkələr, o cümlədən Azərbaycan üçün açıq olmalıdır”, - deyə bildirmişdi. O, Azərbaycanın üzv olmasına mane ola biləcək məqama toxunaraq demişdi: “Məsələ burasındadır ki, təşkilatın nizamnaməsinə əsasən üzv dövlətlər arasında diplomatik münasibətlər olmalıdır. Hazırda rəsmi Bakı ilə İrəvan arasında belə əlaqə yoxdur”. Rudenkonun Bakıya qəfil səfəri də müzakirələrə səbəb olmuşdu, ancaq bu haqda geniş açıqlama verilmədi. KTMT söhbətinin yenidən ortaya atılması Rusiyanın məsələni kənara qoymadığını deməyə əsas verir. Məsələ burasındadır ki, KTMT-yə tam şəkildə üzvlük mümkün deyil, çünki burada təcavüzkar Ermənistan da təmsil olunur və İrəvan işğal cinayətlərinə görə tam cavab verməyib. Bəs müşahidəçi statusu necə, mümkündürmü? Bu məsələnin perspektivi nə vəd edir. Bu istiqamətdə addım atılarsa, Azərbaycana hansı dividentləri ola bilər? Hər halda, söhbət qardaş Pakistan dövləti ilə birgə atıla biləcək addımdan gedir. Ancaq məsələnin digər tərəfi də var: Türkiyə ilə hazırkı hərbi-siyasi müttəfiqliyimiz fonunda Azərbaycanın KTMT-yə meyl etməsi problem yaratmaz ki?
 
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında məsələnin gündəmdə olduğunu təsdiqləyən bəzi fikirlər söylədi: “Azərbaycan və Pakistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusu ilə təmsilçilikləri barədə mülahizələr artıq uzun müddətdir ki, Rusiyanın ən müxtəlif dairələri, xüsusilə də şimal qonşumuzun hərbi ekspertləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilir. Amma məlum olduğu kimi, nə Azərbaycan, nə də Pakistan bu barədə rəsmi mövqeyini açıqlamayıb. Hazırda KTMT-də müşahidəçilik institutu tətbiq olunmur. Doğrusu, bu hərbi-siyasi blok anlayışı ilə ziddiyyət təşkil edən bir məsələdir. KTMT-yə üzv olmayan ölkələr bu təşkilatla hansısa xüsusi proqramlar çərçivəsində tərəfdaşlıq edə bilərlər. Məlum olduğu kimi, NATO-da belə proqramların tətbiqi ilə bağlı mexanizmlər var və Azərbaycan da ”Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində bir çox ölkələr kimi alyansla əməkdaşlıq edir. Bu baxımdan ölkəmizin və qardaş Pakistanın KTMT ilə hansısa proqramlar çərçivəsində əməkdaşlıq etməsi mümkündür, amma bunun “müşahidəçi” statusu ilə baş tuta biləcəyini düşünmürəm. Hazırda KTMT üzvü olan bir sıra ölkələri və Azərbaycanla Pakistanı narahat edən ortaq təhdidlər və çağırışlar var. Talibanın fəallaşması və Əfqanıstanın əhəmiyyətli hissəsini ələ keçirməsi bütün Mərkəzi Asiya regionunu və daha geniş bir ərazini ciddi çağırışlar qarşısında qoyub. Yaxın perspektivdə biz beynəlxalq terror şəbəkələrinin də sözügedən bölgədə fəallaşmalarının şahidi ola bilərik. Bu aspektdən, Azərbaycan və Pakistan KTMT ilə beynəlxalq terrorizmə və ekstrimizmə qarşı mübarizədə hansısa ortaq platforma üzərindən hərəkət edə bilərlər".
 
“Əgər Azərbaycan və Pakistan KTMT ilə bu və ya digər proqram çərçivəsində əməkdaşlıq edəcəklərsə, bu həm də Türkiyənin dolayısı ilə həmin proqramda iştirakı deməkdir”
 
Qardaş Türkiyənin Azərbaycan və Pakistanın KTMT ilə bu və ya digər proqram çərçivəsində əməkdaşlığına gəldikdə isə E.Mirzəbəyli bildirdi ki, rəsmi Ankaranın belə bir perspektivə neqativ münasibət göstərə biləcəyinə əmin deyil: “Digər tərəfdən, nə Azərbaycanın, nə də Pakistanın Türkiyənin maraqlarına, hətta əhəmiyyətsiz dərəcədə uyğun gəlməyən hansısa addımlar atacağı inandırıcı deyil. Əgər Azərbaycan və Pakistan KTMT ilə bu və ya digər proqram çərçivəsində əməkdaşlıq edəcəklərsə, bu həm də Türkiyənin dolayısıyla həmin proqramda iştirakı deməkdir. Hər 3 dövlət bir-birilərinin maraqlarını təmsil olunduqları bütün platformalarda müdafiə edəcəklər. Buna zərrə qədər də şübhə etmirəm”.
 
Hərbi ekspert Ədalət Verdiyev isə bildirdi ki, Azərbaycanın Pakistanla birlikdə müxtəlif çoxtərəfli formatlarda, o cümlədən İrəvanın iştirak etdiyi platformalarda iştirakı etməsi mümkündür: “Burada əsas məqsəd Ermənistanın gələcək fəaliyyətlərinin məhdudlaşdırılmasından ibarət olacaq. Ermənistanla istənilən dialoq, İrəvanın qonşularına qarşı ərazi iddialarından əl çəkməsindən və Azərbaycanla sülh müqaviləsini imzaladıqdan sonra baş verməli olduğuna inanıram. Əslində Azərbaycan və Pakistanın KTMT-yə müşahidəçi statusu ilə qatılması normal bir hal olar. Ancaq mən bu addımın Ermənistanın yaratdığı problemlər tam aradan qalxdıqdan, delimitasiya və demarkasiya prosesinin yekunlaşmasından, sülh müqaviləsinin imzalanmasından sonra atılmasının daha məqsədəuyğun olduğunu düşünürəm. Burada üzvlük məsələsindən yox, müşahidəçi kimi iştirakdan söhbət gedir. Bu da Ermənistanın Azərbaycana qarşı gələcək addımlarını məhdudlaşdırmaq məqsədi daşıya bilər. Azərbaycan heç bir halda Ermənistanla vahid təşkilatın içərisində yer ala bilməz, bu, real deyil. Ancaq KTMT çərçivəsində Ermənistanın hansısa addımlarını bloklamaqdan ötrü bu addım faydalı ola bilər. Həmçinin Pakistanla birgə qoşulmağımız da onu deməyə əsas verir ki, bəlkə də ortada bizim bilmədiyimiz hansısa razılaşmalar var”. Ə.Verdiyev Azərbaycan və Pakistanın hərbi sahədə hansısa addımları atarkən bunu Türkiyə ilə müzakirə etməməsini mümkün saymır: “Amma bu, Rusiya tərəfindən səslənmiş iddiadır. Azərbaycan tərəfdən bununla bağlı rəsmi açıqlama mövcud deyil. Odur ki, hadisələrin gedişini gözləyək, tələsməyək. Azərbaycanın KTMT ilə əməkdaşlığa o qədər də böyük ehtiyac duymadığı qənaətindəyəm”.
 
Politoloq Məhəmməd Əsədullazadə bu fikirdədir ki, Rusiya Azərbaycanın KTMT üzv olması üçün bir neçə ildir danışıqlar aparır: “Hətta İkinci Qarabağ müharibəsindən əvvəl Tovuz istiqamətində baş verən döyüşlərdə KTMT neytral qaldı. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bu təşkilat öz susqunluğunu qorudu. Həmçinin Qarabağ müharibəsində Azərbaycan Ermənistan ərazisində raket sistemlərinə zərbə endirəndə də eyni analoji halı KTMT nümayiş etdirdi. Ötən həftə Ermənistanla sərhədlərin demarkasiyasıda yaranmış təxribatlar fonunda bu təşkilatın baş katibi Zas bunun sərhəd insdenti olduğunu qeyd etdi. Bununla da növbəti dəfə neytral qaldı”. Ekspertə görə, KTMT Rusiyanın nəzarətində olduğu üçün Moskva Azərbaycan və Ermənistan arasında münaqişədə bu təşkilatı kənar tutaraq Azərbaycanın quruma üzvlüyü üçün əlindən gələni edir: “Məhz Azərbaycan rəsmi şəkildə KTMT üzv olmayacağını qeyd edib. Ona görə də Moskva yalnız müşahidəçi institutu təsis etmək qərarına gəlib”.
 
Politoloq bildirdi ki, Azərbaycan bununla Qərblə əlaqələri qoruyub saxlayacaq: “Həmçinin NATO ilə əməkdaşlığı davam etdirəcək. Qeyd edim ki, KTMT-də müşahidəçilik statusu əldə etməsi, taktiki baxımından heç də Azərbaycanın əleyhinə olmayacaq. KTMT-də müşahidəçiliklə Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinin ləğvini və Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq. Hətta Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirərsə, KTMT Azərbaycana qarşı mövqe ortaya qoya bilməyəcək”. Ancaq M.Əsədullazadə bu qənaətdədir ki, KTMT-yə tam üzv olmaq Azərbaycanın əleyhinədir: “Ermənistan hakimiyyəti bir müddətdən sonra KTMT-dən çıxmağa çalışacaq. Azərbaycanın bu təşkilata üzvlüyü isə NATO və Qərblə əlaqələrlə zərbə vura bilər”.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə özünün feysbuk səhifəsində məsələyə reaksiya verib: “Erməni separatçıları Rusiya hərbçilərinin nəzarət etdiyi bölgəmizdə azərbaycanlı hərbçini yaralayıblar və izahat da vermirlər. Bu xəbərlə paralel mediada Azərbaycanın Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi statusunda qatılacağı xəbəri də yayılıb.  Deməli, iyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. Volodinin növbəti cümləsi də maraqlıdır: ”Bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi təmin ediləcək". Volodin bundan sonra keçib əsas məsələyə və KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlərin maraq göstərdiyini bildirib. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə konkret iki ölkənin adını çəkib: “Azərbaycan və Pakistan”. Leonid Kalaşnikovun sözlərinə görə, Azərbaycan və Pakistan KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər". E.Şahinoğlu bildirib ki, Azərbaycan rəsmilərinin məsələyə aydınlıq gətirməsinə ehtiyac var: “Həqiqətənmi rəsmi Bakı Azərbaycanın KTMT-də müşahidəçi statusu almasını istəyir və bununla əlaqədar olaraq təşkilata müraciət edib? Əgər belə bir müraciət olubsa, bunun hansı zərurətdən yarandığı izah edilməlidir. Şəxsən mən Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının əleyhinəyəm. KTMT Rusiyanın yaratdığı amorf bir qurumdur. Bəli, KTMT Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmadı, qarışa da bilməzdi, çünki müharibə Azərbaycan ərazisində gedirdi, təşkilatın Ermənistanı müdafiə etməsi üçün heç bir əsası yox idi. Digər tərəfdən, Rusiyanı və Ermənistanı çıxmaq şərtilə təşkilatın digər üzvləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verirlər. Rusiyadan son illər silah və hərbi texnika da almırıq ki, KTMT-nin üstünlüklərindən istifadə edək. Rusiya ərazimizə atılan ”İsgəndər - M" raketlərinin izahını da vermədi. Bütün bunlar varkən, təşkilata müşahidəçi statusu ilə niyə qatılaq ki? Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi də Azərbaycanın KTMT-dən məsafə saxlamasını diqtə edir. Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılması, sadəcə, Rusiyaya lazımdır ki, bizi öz orbiti ətrafında saxlaya bilsin. Bizə bu lazımdırmı?" Buna baxmayaraq, politoloq bildirib ki, Azərbaycan hakimiyyəti içərisində KTMT-yə yaxınlaşmaq siyasətini dəstəkləyənlərin olduğunu istisna etmir: “Həmin şəxslərdən biri ilə iki il əvvəl həftələrlə qiyabi polemika apardım. O dayanmadan deyirdi ki, ”Azərbaycan KTMT-yə üzv ola bilər", mən isə əksini əsaslandırırdım. Bundan bir neçə ay sonra aramızdakı polemikaya Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdən birində rusiyalı jurnalistin mövzu ilə bağlı sualına cavab verərkən nöqtə qoydu: “Azərbaycanın hərbi bloklara qoşulmaq planı yoxdur”. İnanmaq istərdim ki, bu plan dəyişməyib".
Oxşar xəbərlər
18:51, Bu gün
Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə dəhşətli partlayış
18:40, Bu gün
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
18:34, Bu gün
Zahid Oruc: ”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti..”
18:27, Bu gün
Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
18:18, Bu gün
“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
18:16, Bu gün
Nigar Camalın qızı çempion oldu
18:14, Bu gün
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
18:12, Bu gün
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
18:08, Bu gün
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi
18:04, Bu gün
Hacıqabulda məktəbli qız qızılcadan öldü
17:59, Bu gün
Bakıda narkokuryer tutuldu - VİDEO
17:56, Bu gün
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
17:54, Bu gün
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
17:50, Bu gün
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
17:47, Bu gün
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
17:45, Bu gün
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
17:38, Bu gün
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
17:35, Bu gün
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
17:30, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
17:25, Bu gün
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
17:22, Bu gün
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
17:20, Bu gün
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
17:15, Bu gün
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
17:13, Bu gün
“Evdə bir yerdə olanda dava düşür”
17:05, Bu gün
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
17:00, Bu gün
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
16:56, Bu gün
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
16:54, Bu gün
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
16:46, Bu gün
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
16:44, Bu gün
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
16:42, Bu gün
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
16:40, Bu gün
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
16:37, Bu gün
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
16:35, Bu gün
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
16:28, Bu gün
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
16:22, Bu gün
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
16:16, Bu gün
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
16:09, Bu gün
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
16:04, Bu gün
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
16:02, Bu gün
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
15:58, Bu gün
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
15:52, Bu gün
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
15:46, Bu gün
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:41, Bu gün
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
15:35, Bu gün
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
15:30, Bu gün
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
15:25, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
15:20, Bu gün
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
15:15, Bu gün
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
15:10, Bu gün
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
15:05, Bu gün
Əziz Orucovun həbs müddəti uzadıldı
15:00, Bu gün
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
14:56, Bu gün
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
14:52, Bu gün
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
14:48, Bu gün
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
14:44, Bu gün
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
14:40, Bu gün
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
14:36, Bu gün
"International Policy Digest": Sülhməramlıların Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər
14:30, Bu gün
Bakıda 62 illik körpüdən geriyə qalanlar - FOTO/VİDEO
14:26, Bu gün
Məşhur aktrisa Skarlett Yohansson süni intellekti oğurluqda günahlandırdı
14:25, Bu gün
Samir Ağabalayev aparat rəhbəri TƏYİN OLUNDU
14:20, Bu gün
”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti...” - Zahid Orucdan SENSASİON AÇIQLAMA
14:14, Bu gün
Dini cərəyana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... – TƏFƏRRÜAT
14:09, Bu gün
Vətən müharibəsi şəhidinin 29 ildən sonra bacısı dünyaya gəldi
14:08, Bu gün
Zaqatalada məktəb və bağça birgünlük bağlandı
14:06, Bu gün
Oğlu Karlo Ançelottini yarı yolda qoyacaq?
14:05, Bu gün
"Rusiya Xarkova hücum etməklə açıq-aşkar müharibəni kəskinləşdirib" - Viktoriya Nuland
14:03, Bu gün
76 yaşındakı kainat gözəlinin HEKAYƏSİ: 30 yaşında görünür...
14:01, Bu gün
Çay diabet riskini azalda bilər: Belə içsəniz...
14:00, Bu gün
“Polis üçün kolleclər yaradılmalı və orada iki illik tədris keçirilməlidir” - Qüdrət Həsənquliyev
13:58, Bu gün
Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşdi
13:53, Bu gün
Nasist Almaniyasının qaçılmaz məğlubiyyəti – Hitler Vermaxt generallarının peşəkarlığına güvənməyib
13:48, Bu gün
Prezident İlham Əliyev Rəisi ilə son görüşündən DANIŞDI
13:47, Bu gün
Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB
13:46, Bu gün
Suriya prezidentinin həyat yoldaşında ölümcül xəstəlik aşkarlandı
13:40, Bu gün
Prezident İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - YENİLƏNİB + FOTO
13:37, Bu gün
Rusiyanın agenti sayılan keşiş Qarabağ separatçılarını da qızışdırmağa başladı...-VİDEO
13:36, Bu gün
Milli Məclisdə İranda baş verən helikopter qəzası ilə bağlı bir dəqiqəlik sükut...
13:32, Bu gün
COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqləndi
13:28, Bu gün
Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldı, narkotik qəbul etdiyi məlum oldu
13:24, Bu gün
Şuşada daha bir beynəlxalq festival keçiriləcək
13:21, Bu gün
Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub - FOTOLAR
13:17, Bu gün
“Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm” – VİDEO
13:15, Bu gün
Türkiyə bu ölkə üçün viza rejimini asanlaşdırdı - Yeni qayda
13:12, Bu gün
Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun
13:10, Bu gün
Bu məşhur istirahət mərkəzində turistlərə SƏRT QAYDALAR
13:09, Bu gün
Ötən il Türkiyədə evlənən azərbaycanlıların sayı açıqlandı
13:06, Bu gün
Gələn ay Bakı Enerji Forumu keçiriləcək
13:03, Bu gün
Xanım tanışını motosikletə oturdub avtoxuliqanlıq etdi, həbs olundu
12:57, Bu gün
Stolüstü tennisçilərimiz Avropa birinciliyinə yollanıblar
12:55, Bu gün
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB
12:54, Bu gün
Bu ölkələrdən Azərbaycana turist axını artıb
12:52, Bu gün
İstanbul İnkişaf Dialoqunda COP29 sədrliyinə baxış təqdim edilib - FOTO
12:50, Bu gün
Mikayıl Cabbarov: "Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib"
12:47, Bu gün
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
12:45, Bu gün
Nazir müavini: İqlim dəyişmələri səbəbindən Eldar şamı və digər ağaclarda xəstəliklərin yaranması müşahidə edilir
12:44, Bu gün
Azərbaycanlı dünya çempionu: Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik
12:39, Bu gün
“Bu gün sənin, sabah o birisinin yanındadır"
12:34, Bu gün
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
12:29, Bu gün
“İnformasiya məkanı fasiləsiz izlənilir və...” - Zahid Orucdan SENSASİON ÇIXIŞ
GÜNLÜK
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
12:19, Bu gün
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
20 May 2024 | 19:11
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
20 May 2024 | 19:19
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
AYLIQ
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
12:19, Bu gün
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
20 May 2024 | 19:11
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
20 May 2024 | 19:19
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA