Cəmil Həsənli Milli Şura sədri olaraq xalqa çağırış etdi
Oxunub: 3788
16 Dec 2013 | 10:33
Cəmil Həsənli Milli Şura sədri olaraq xalqa çağırış etdi
Dekabrın 15-də  Milli Şuranın günlərdir anonsunu etdiyi “Qiymət artımına yox deyək!” kütləvi mitinqi nəhayət ki, baş tutdu. Yasamal rayonunda yerləşən keçmiş “Məhsul” stadionuna yığışan Milli Şura tərəfdarları aksiyada “Qiymətlər endirilsin!”, “Bahalaşmaya son!”şüarlarının səsləndirərək stadiona daxil oldular. İcazəli mitinqlə bağlı stadion və onun ətrafında polis postları qurulmuşdu. Polis əməkdaşları təhlükəsizliyi təmin etmək məqsədi ilə stadiona daxil olan hər bir mitinq iştirakçısını yoxlayırdı. Eyni zamanda azyaşlıların mitinqdə iştirakına qadağa qoyulmuşdu. 
 
Mitinq başlamamışdan güclü yağış yağdı. Soyuq hava və yağan yağışa baxmayaraq Milli Şura tərəfdarları stadiona gəlməkdə davam edirdilər.  Mitinqinin aparıcısı isə jurnalist Şahvələd Çobanoğlu idi. O, mitinqin məram və məqsədi barədə məlumat verdikdən  sonra, sözü AXCP sədri Əli Kərimliyə verdi. 

AXCP sədri Əli Kərimli çıxışında dedi ki,  əgər xalq ayağa qalxmasa, o zaman bu acgözlər öz büdcələrini doldurmaq üçün hər şeyin qiymətini qaldırmaq istəyəcəklər: “Onlar sizin son qəpiklərinizə göz dikiblər. Biz ona görə buradayıq ki, bu soyğunçu siyasətə dur deyək (meydandakılar “istefa” qışqırır ).  Biz fərqindəyik ki, bu qiymətlərin düşməsi, insanların firavan yaşanması üçün Azərbaycanda haqq-ədalət, azadlıq qalib gəlməlidir. Əlamətdardır ki, hazırda bizimlə paralel olaraq Ukrayna xalqı da meydanlarda azadlıqları uğrunda günlərdir ki, mübarizə aparırlar. Biz buradan onları da dəstəkləyirik, həmrəyliyimizi ifadə edirik. Biz ölkəmizin seçimini müəyyənləşdirməliyik. Problemlərimizin əsas səbəbini bilirik. Nə qədər ki, ölkədə legitim iqtidar olmayacaq, xalqla belə rəftar olunacaq. Necə hesab edirsiniz, Ukraynadan sonra Avromeydan Azərbaycanda olsunmu?”.

Əli Kərimlinin bu sualına meydandakılar təsdiq uğultusu ilə cavab verdilər. AXCP sədri çıxışına davam etdi. O, bildirdi ki, millət ona görə yağışlı gündə bu meydandadır ki, bu iqtidarın soyğunçu siyasətinə yox desin: “Azərbaycan xalqı bilir ki, qiymət artımı soyğunçuluğun nəticəsidir. Azərbaycan  hökuməti özünə havayı başa gələn qazı xaricə ucuz, xalqa isə fantastik dərəcə də baha qiymətə satır. Görün sizlə necə soyğunçu rəftar edirlər. Fərqindəyik ki, bu qiymətlərin düşməsi üçün, Azərbaycanda ədalət qalib gəlməlidir”.

“Bütün dünya Azərbaycan xalqına meydanlarda dəstək verəcək”

Növbəti çıxışçı Müsavatın İcra Aparatının rəhbəri  Arif Hacılı qeyd etdi ki,  Azərbaycan xalqı öz ulu öndərlərinin bir əsrdir başlatdığı savaşı davam etdirir: “Azərbaycanda yaradılan bu xaos, qorxu mühiti meydanlarda insanların sayının az olmasına təsir edir. Lakin bütün dünyanın azadlıqsevər insan və dövlətlərinin Azərbaycan xalqına dəstək verəcəyi gün uzaqda deyil. Bu gün Azərbaycan müxalifətinin Ukrayna xalqına dəstəyini ifadə etmək üçün Müsavat başqanı İsa Qəmbər Kiyevdə, Maydandadır. Mən onun da salamlarını sizə çatdırıram. Əminəm ki, az zaman sonra bütün dünya Azərbaycan xalqına meydanlarda dəstək verəcək”.

 A. Hacılı mövcud hakimiyyətin siyasətini kəskin tənqid edərək, bildirdi ki, ölkənin bütün sərvətləri bir ailənin əlində cəmləşib: “Xalqın 90 faizinin ürəyi bizimlədir, burdadır. Ölkəmizdə yaranmış bu acınacaqlı vəziyyət, bu xaos, insanların qorxudulması, mitinqdə iştiraka görə, insanlardan qisas alınması faktları onların bu meydana gəlməsinə mane olur. Bütün bunlara baxmayaraq xalq öz ulu öndərlərinə sadiq qalaraq Azərbaycanın avrointeqrasiya mücadiləsini davam etdirir. Xalqımız onun malını talan edən bu hakimiyyətin əməllərini sakitcə seyr etməməlidir. Xalqın səbr kasasının dolub-daşacağı gün çox da uzaqda deyil. Bu mübarizədə biz arxanızda yox, önünüzdə olacağıq. Bu hakimiyyətin xalqa zidd siyasətinə qarşı sizlə birgə mübarizə aparacağıq”.

Çıxış üçün söz alan Mirmahmud Mirəlioğlu dedi ki, xalqın apardığı bu dirəniş hərəkatının, demokratiya yolunun əsasını Məmməd Əmin Rəsulzadə, Elçibəy qoyub. M. Mirəlioğlu hakimiyyəti kəskin bir dillə və detallı olaraq tənqid etdi. O, bu iqtidarı milli kimliyimizə, inanclarımız təzyiq etməkdə suçladı. İcra strukturlarını, nazirlikləri amansız bir dillə tənqid edən KXCP sədri mövcud iqtidarın dinc və demokratik yolla dəyişməsi zərurətindən danışdı, qiymətlərin qaldırılmasını xalqa qarşı sui-qəsd kimi dəyərləndirdi.

Mitinqin gedişində Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Səhlab Bağırov Müsavat Partiyasının Divan üzvü Tural Abbaslıya xəbərdarlıq etdi. Səbəb isə mitinqdə səsləndirilən “istefa” şüarları ilə bağlı idi. 

“Bu hakimiyyətin bu millətə rəhbərlik  etməyə haqqı yoxdur”

Sonuncu çıxışçı isə  Milli Şuranın sədri Cəmil Həsənli oldu. O dedi ki, soyuq, çiskinli hava insanların ruhunu qıra bilmədi: “Mən Milli Şura adından bu meydandakıları, ürəyi burada olanları salamlayıram, sizə eşq olsun deyirəm. Siz yenə meydanlardasınız, azadlıq mücadiləsinin önündəsiniz”.

 İqtidarı və onun siyasətini kəskin tənqid edən Milli Şura sədri dedi ki, bu iqtidar 9 oktyabrda Azərbaycanda hakimiyyəti qəsb edib: “Azərbaycan xalqı özünümüdafiə haqqına sahibdir. Ona görə bu meydanlarda mübarizəsini davam etdirməlidir. İmkan vermək olmaz ki, bunlar bizim cibimizə girsinlər. Sevgili xalqım, uca millət! Öz haqqın uğrunda meydanlarda olmalısan, öz haqqını özün təmin etməlisən... ”.

Cəmil Həsənli hazırda məhkəməsi gedən siyasi fəalların, jurnalistlərin, NİDA-çıların, günahsız vətəndaşların  üzərində gedən məhkəmələri məzhəkə adlandırdı və dedi ki, rejim onların iradəsini qıra bilməyib. Milli Şura sədri dünyada gedən prosesləri təhlil əsasında dedi ki, Azərbaycan iqtidarı da bu demokratiya dalğasına tab gətirə bilməyəcək və gedəcək. Azərbaycan iqtidarı öz mahiyyətini dəyişə bilmir və dəyişməyəcək. Ona görə də gərək xalq onu dəyişsin: “Tarix sübut etdi ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə apardığı kimi, azadlıq uğrunda da mübarizə aparmalı, güc üzərində bərqərar olan bu iqtidarı yola salmalıdır. Mən inanıram ki, biz buna nail olacağıq”.

Cəmil Həsənli son qiymət artımını da kəskin bir dillə tənqid etdi: “Soruşmaq lazımdır ki, sən millətə nə vermisən ki, indi onun üzərinə artım qoyursan”. 

Milli Şura sədri dedi ki, ölkənin bütün sahələri bərbad vəziyyətdədir. Xalq bu durumdan və qiymət artımından ancaq dirəniş göstərməklə, mübarizə aparmaqla çıxa bilər. Cəmil Həsənli açıq şəkildə xalqı iqtidara qarşı açıq çıxışlara, müqavimət hərəkatına “pozulan konstitusiyanın bərpasına”, bir sözlə, mövcud iqtidarı iş başından düşürməyə  çağırdı: “Bilirsiniz ki, Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə, Azərbaycanda hakimiyyətin mənimsənilməsi ən böyük cinayətdir. Oktyabrın 9-da bu hakimiyyət Azərbaycan xalqına qarşı ən böyük cinayəti törədib. İndi Konstitusiyanın 107-ci maddəsi işə düşməlidir. Bu cinayəti törədənlər, törətdikləri cinayətə görə, cavab verməlidir. Bu hakimiyyətin bu millətə rəhbərlik  etməyə haqqı yoxdur. Çünki, onun vəziyyəti ilə bu millətinki arasında çox böyük fərq var”.

C.Həsənli Ukraynada baş verənlər barədə də danışdı: “Ukrayna bu gün öz inkişaf yolunu müəyyən etmək üçün iradəsini ortaya qoyub. Mən əminliklə sizə deyirəm ki, Ukrayna xalqının seçimi qələbə ilə nəticələnəcək. Bu seçimə qarşı duran hakimiyyət getməlidir”. 
 
Milli Şura sədri bildirdi ki, müstəqil olmaq hələ azad olmaq deyil: “Xalq müstəqillik uğrunda mübarizə apardığı kimi, azadlıq uğrunda da mübarizə aparacaq. Sizlərin gücü ilə bu millət bunu bacaracaq. Vətəndaş öz dəyərini özü müəyyən etməlidir. Meydanlarda olmalı, ədalət uğrunda mübarizə aparmalıdır. Milli Şuranın da hədəfləri millətimizin haqqı və hüququna nail olmaqdır”.

Daha sonra Müsavat başqanının müşaviri Yeganə Hacıyeva Milli Şuranın tələbləri əks olunan sənədi oxudu. Mitinq sulu qar yağışının müşayiəti ilə başa çatdı.

"Mitinqdə 700 nəfər iştirak edib"

Günün sonunda Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın keçirdiyi aksiya ilə bağlı məlumat açıqladı.

İdarədən APA-ya verilən məlumata görə, Milli Şuranın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşaraq keçirdiyi mitinqi  saat 14.00-dən 15.00-dək davam edib: “Toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700  nəfərədək olan üzvü və təəssübkeşi iştirak ediblər”.

BŞBPİ-nin bildirdiyinə görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

İqtidar partiyasının təmsilçisi Səyavuş Novruzov Milli Şuranın bu aksiyasını fiasko kimi qiymətləndirib.

Oxşar xəbərlər
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
GÜNLÜK
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA