Qüdrət Həsənquliyev parlamentdə Qurban Məmmədova azadlıq istəyəcək
Oxunub: 6575
10 Dec 2013 | 16:18
Qüdrət Həsənquliyev parlamentdə Qurban Məmmədova azadlıq istəyəcək

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az saytının suallarını cavablandırıb, onu oxuculara təqdim edirik:

-Qüdrət bəy, Hərəkat yoldaşınız Qurban Məmmədov Azərbaycan məhkəmə tarixində ehtiyatsızlıqdan maşınla adam vurduğuna görə 3 il həbs cəzası alan ilk şəxs kimi də tarixə düşdü...

-Quban Məmmədov Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən biri olub. Qurban bəy Azərbaycanın dövlət müstəqilliyinin qazanmasında, xalqın və dövlətin qarşısında çoxsaylı xidmətləri olan şəxslərdən biridir. Ona görə də bu cəzanın sərtliyi başa düşülən deyil. Həm də nəzərə alınmalıydı ki, onun övladları, nəvələri var, artıq kifayət qədər yaşa dolmuş bir insandır. Ortada ölüm yox, şikəst olma faktı yox, ehtiyatsızlıqdan törədilən bir cinayətə görə belə cəza verilməsi qəbuledilən deyil. Ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza da vermək olardı. Yaxud doğrudan da istintaq o qənaətdə idisə ki, onun günahı var, məhkəmə də istintaqın bu qənaətini təsdiq etmişdisə, yenə də ona şərti azadlıqdan məhrumetmə cəzası verilə bilərdi. Təbii ki, hüquqi prosedurlar öz yerində və düşünürəm ki, vəkilləri Apellyasiya şikayəti verəcək, sadəcə olaraq iqtidara səslənirəm ki, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik və böyük öndər Rəsulzadənin 130 illik yubileyi günü gəlir, bununla bağlı prezident də tədbirlər planının hazırlanması üçün sərəncam imzalayıb. Ona görə də xüsusi bir əfv sərəncamı olsaydı çox yerinə düşərdi. Özü də bu əfv təkcə Qurban Məmmədova deyil, beynəlxalq təşkilatlar və insan hüquqlarının müdafiə qurumları tərəfindən həbslərində siyasi motivlərin olduğu iddia olunan bütün məhkum olunmuş jurnalistlər, eyni zamanda barələrində ibtidai istintaqın aparıldığı şəxslər barəsində də həbs qətimkan tədbirinin dəyişdirilməsi və məhkum olunmuş şəxslərin əfv olunması ölkədə milli birliyə və barışığa aparan bir yol olardı. Həm də Rəsulzadənin yubileyi ərəfəsində cəmiyyətə, millətimizə böyük bir töhfə olardı. Ona görə də mən iqtidarı bu məsələ üzərində ciddi düşünməyə çağırıram. Parlamentdə də bu məsələni qaldrımağı düşünürəm.

-Deputat həmkarınız Fazil Mustafa ilə parlamentin ötən iclasında bir məsələ qaldrımışdınız ki, Cinayət Prosessual Məcəlləsindən 154 və 164-cü maddələri “ölü”, yəni tətbiq olunmayan maddələr olduğu üçün çıxarılsın. Həbs qətimkan tədbiri əvəzinə girov müqabilində zaminə buraxılma maddəsini tətbiq etməyəcəkdilərsə o məcəlləyə nəyə salıblar? Elə həmin iclasda Əli Hüseynli çox əcaib bir cavab vermişdi ki, bu maraqlı təklifdir, Məhkəmə Hüquq Şurasının (MHŞ) növbəti iclasında bu məsələni rəhbərliyin diqqətinə çatdırcam. Guya onlar bunu indiyədək bilmirdilərmi?

-Təəssüf ki, belədir. Amma dünyanın inkişaf etmiş ölkələrinin hamısında təqsirləndirilən şəxslər barəsində hal-hazırda elektronik nəzarət mexanizmləri təbiq olunur. Xüsusi qolbağlar ayağa geyindirilir, həmin şəxs öz mənzilindən müəyyən məsafəyədək aralandıqda dərhal yaxınlıqdakı polis bölməsinə informasiya ötürülür və bundan sonra artıq qaydanı pozmuş təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi zərurəti yarana bilər. Amma bizdə hər şey başqa cürdür. Xalqın büdcə vəsaitlərinə diqqətlə yanaşmaq lazımdır. Ola bilsin ki, sonda məhkəmə heç həmin şəxsi təqsirli bilməyəcək, amma birincisi, niyə həmin şəxsin özü və ailəsi bu qədər məhrumiyyətlər çəkməlidir, ikincisi də niyə həmin şəxsin saxlanmasına dövlət bu qədər vəsait xərcləsin? Dünyanın inkişaf etmiş xalqlarının keçdiyi yol var, biz də bu istiqamətdə həmin addımları atmalıyıq. Əgər doğrudan da cəmiyyətimizi inkişaf etdirmək, sivil bir cəmiyyət qurmaq istəyiriksə, bu addımlar atılmalıdır. Şəxsiyyət əleyhinə ağır cinayətlər-ağır bədən xəsarəti yetirmə, qətlə yetirmə və zorlama-və xüsusi təhlükəli dövləti cinayətlər ”“casusluq, təxribat , dövlətin təhlükəsizliyinə xələl gətirə bilən cinayətlər-istisna olunmaqla  yerdə qalan digər bütün cinayətlər üzrə bu normalar tətbiq oluna bilər.

-Maraqlı və bəlkə də acınacaqlısı odur ki, az qala hər tədbirdə Ali Məhkəmənin sədri və Məhkəmə Hüquq Şurasının sədr müavini olan Ramiz Rzayev gileylənir ki, məhkəmələr bir qayda olaraq ucdantutma həbs qətimkan tədbiri seçirlər. Əslində bu sistemin başında dayanan elə Ramiz Rzayev deyilmi? Əgər istəsələr, məhkəmlərə göstəriş verərlər ki, həbs qətimkan tədbirindənsə giov müqabilində zaminə buraxılmanı eninə-boyuna tətbiq etsinlər. Əgər Ramiz Rzayev də bu məsələdə acizdirsə, bunu kim etməlidir?

-Bilirsiniz, bizdə Məhkəmə Hüquq Şurası var və faktiki surətdə məhkəmələrin fəaliyyətinə onlar nəzarət edir. Düzdür, bu, hakimlərin özünüidarə orqanı olsa da başında hökumətin bir üzvü dayanır. Özünüz də şahidsiniz ki, mən hər zaman bunu tənqid etmişəm və bildirmişəm ki, bu biabırçı vəziyyət dərhal dəyişdirilməlidir. Mən hesab edirəm ki, hakimlərin içərisində bir daxili senzura var və hakimlər prokurorluq orqanlarından gələn sanksiyaları ləğv etməyə qorxurlar. Əlbəttə, bütün hakimləri də qaralamaq düzgün deyil. Bunların içində müəyyən hakimlər var ki, prinsipiallıq nümayiş etdirməyə cəsarətləri çatır. Bu yaxınlarda bir qohumun restoranını bir qadın yandırmışdı. Prokurorluq həmin qadın barəsində həbs qətimkan tədbiri seçsə də Nərimanov Rayon Məhkəməsinin hakimi həbs qəti imkan tədbiri seçmədi. Baxmayaraq ki, müşahidə kamerlarında həmin qadının kibritlə qəsdən restoranı yandırdığı və 100 min manat dəyərində maddi ziyan vurduğu öz əksini tapmışdı və qadın da cinayətini etiraf etmişdi, amma məhkəmə həbs qətimkan tədbiri seçmədi. Mən bunu normal qarşıladım ki, məhkəməyə qədər hakimin qəbul etdiyi qərara hörmətlə yanaşılmalıdır.

-Nərimanov Məhkəmisinin qərarını, yəni bu presedenti necə kütləviləşdirmək olar?

-Bu, dövlətin siyasətindən asılıdır.

-Dövlətin bu sahədəki siyasətini Ramiz Rzayev aparmır?

-Yox, mən belə hesab etmirəm. Hakimlər kifayət qədər müstəqildirlər və onlar yalnız qanunsuz, ədalətsiz hökmlər verdikdə MHŞ tərəfindən araşdırılma aparıla, həmin hakim cəzalandırıla bilər. Yaxud da yuxarı instansiya məhkəməsi görsə ki, hakim açıqdan-açığa ədalətsiz qərar qəbul edib, bu qərarı ləğv edə bilər. Hakimin bir neçə belə ədalətsiz qərar qəbul etməsi aşkarlananda isə MHŞ tərəfindən həmin hakim barəsində intizam icraatı qaydasında araşdırma başlana və həmin hakim cəzalandırıla bilər. Bu istiqamətdə iqtidarın bir siyasəti olmalıdır. Yoxsa konkret fərdlərin üzərinə getməklə, onları tənqid etməklə, hətta fərdi qaydada hansısa hakimin cəzalandırılmasına nail olmaqla bu vəziyyəti köklü şəkildə dəyişmək mümkün olmayacaq.

-Bu gün Azərbaycanın məhkəmə hakimiyyəti müstəqildirmi?

-Mən məhkəmə hakimiyyətinin müstəqilliyi uğrunda mübarizə aparan şəxslərdən biriyəm və hesab edirəm ki, bu istiqamətdə ciddi nöqsanlar var. Sonuncu parlament seçkilərində də seçki kampaniyam onun üzərində qurulmuşdu ki, parlamnetli respublika ölkədə real hakimiyyət bölgüsünə gətirib çıxara bilər. Cəmiyyətimizdəki bir çox nöqsanlar real hakimiyyət bölgüsünün olmamasından qaynaqlanır. Təkcə məhkəmə hakimiyyəti deyil ki. Qanunverici hakimiyyətin də icra hakimiyyətindən müəyyən asılılığı var. Bu da ölkənin sürətli inkişafına mane olur.

-Bu gün Beynəlxalq İnsan Haqları günüdür. Azərbaycanda insan haqlarının mövcud durumu necədir?  

-Hesab edirəm ki, bu istiqamətdə də ciddi problemlər var. Azərbaycanda köklü dəyişikliklərə nail olmaq üçün əvvəlcə real hakimiyyət bölgüsünə nail olmaq lazımdır. Buna da o zaman nail olmaq mümkün olacaq  ki, ölkədə çoxpartiyalı sistem olsun. Güclü çoxpartiyalı sistem olmayana qədər mətbuat azadlığı da şərti xarakter daşıyacaq, vətəndaş cəmiyyəti institutları da zəif olaraq qalacaq. Bütün bunların hamısı güclü çoxpartiyalı sistemə bağlanır. Dövlətin siyasəti ona yönəlməlidir ki, ölkədə güclü müxalifət partiyaları formalaşsın. Cari siyasi maraqlardan baxanda istənilən partiya özünün daha uzunmüddətli hakimiyyətdə qalması baxımından bu vəziyyət ona sərf edir, amma həm ölkənin, həm də elə hakimiyyətdəkilərin öz gələcəyinə strateji baxımdan yanaşanda bunun yanlış siyasət olduğu görünür. Güclü çoxpartiyalı sistem hər hansı bir partiyanın uzunömürlülüyü deməkdir. Amma Kommunist Partiyası faktiki surətdə təkpartiyalı sistemdə idi və ölkədə vəziyyət dəyişəndə siyasi səhnədən silinib getdi. Ona görə də YAP-ın strateji baxımdan uzun illər yaşaması üçün ölkədə güclü çoxpartiyalı sistem olmalıdır, partiyalarası normal əməkdaşlıq da olmalıdır ki, onlar hakimiyyətdə biri-birini əvəz edəndə biri digərini təqib eləməsin.

-Deputat həmkarınız Fəzail Ağamalı bu günlərdə saytımıza müsahibəsində demişdi ki, prezident mətbuatı başına yığıb problemlərini dinləyib müzakirə apardığı kimi müxalifətlə də eyni cür əməkdaşlığa hazır olduğunu ortaya qoyub, amma bu müzakirələrin baş tutması üçün gərək radikal müxalifət əvvəlcə onun legitimliyini tanısın.

-Hesab etmirəm ki, bu, obyektiv yanaşmadır. Fəzail Ağamalının özü də daxil olmaqla parlamentdə prezidentin legitimliyini tanıyan çoxlu sayda patiyalar var. Bunların bəziləri radikallıqdan uzaq müxalifət patiyalarıdır və mən də özümü bu kateqoriyaya aid edirəm, eyni zamanda birbaşa prezidenti dəstəkləyən elə Ana Vətən Partiyası da var. Amma baxın görün parlament kollegial olsa da parlament idarəetməsində heç bir partiya hətta komitə sədrinin müavini səviyyəsində təmsil olunmur, yəni idarəetməyə buraxılmır. Bunun özü bir göstəiricidir. Mən nəinki özümüzü, hətta AXCP və Müsavatı da bir qırğa qoyuram, heç Ana Vətən partiyasının özüylə də hansısa səviyyədə bir dialoq yoxdur. Söhbət ondan gedir ki, bu gün iqtidar dialoqa getməyə hazır görsənmir.

Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat