“Ölkə başçısının ətrafında olan məmurlar onu çətin vəziyyətə alır”-Heydər Oğuz
Müsahibə
Oxunub: 6932
27 Nov 2013 | 17:17
“Ölkə başçısının ətrafında olan məmurlar onu çətin vəziyyətə alır”-Heydər Oğuz


Ədalət Partiyasının sədr müavini Prezidentin jurnalistlərlə görüşünü Moderator.az saytına müsahibəsində şərh edib.

 

-Heydər bəy, həm jurnalist, həm də siyasətçisiniz. Ölkə rəhbərinin mətbuat nümayəndələriylə görüşündə səsləndirdiyi fikirlər həm siyasi, həm media nümayəndələrini maraqlandıran məqamlarla yadda qaldı. Bu görüş haqqında jurnalist-siyasətçi kimi nə deyə bilərsiniz?

 -Ölkə başçısının media nümayəndələriylə görüşməsini təbii sayıram. Digər ölkələrin siyasi həyatına nəzər salanda Prezidentlərin zaman-zaman media nümayəndələrinə brifinqlər verdiyini, onlarla ölkə problemlərini müzakirə etdiyini görürük. Media siyasilərin fikirlərini vətəndaşlara, vətəndaşların mövqeyini siyasilərə çatdıran əsas orqandır. Məcazi mənada desək, onlar həm cəmiyyətin elçisi, həm də hakimiyyətin danışan dili, eşidən qulağıdır. Könül istərdi ki, ölkə rəhbərləriylə media nümayəndələri arasında bu cür görüşlər tez-tez olsun. Bu görüşlər ölkə idarəçiləriylə ölkə vətəndaşları arasındakı əlaqələri möhkəmləndirər, həqiqi dialoqa çevrilər, demokratik ənənələrin yaranmasına yol açar.

 -Ölkə baçşısının görüşdə səsləndirdiyi fikirləri necə qiymətləndirirsiniz?

 -Tək kəlməylə desək, bu çıxışı bütün məsələlərdə nəzəri cəhətdən haqlı, bir sıra məsələlərdə isə pratikada isə heç  də həmişə təsdiqini tapmayan çıxış kimi qiymətləndirmək mümkündür. Cənab İlham Əliyevin dediyi bütün məsələlər demokratik dövlətçiliyin təməl şərtləridir. Bütün sivil ölkələrdə mövcud olan reallıqlardır. Amma onların bir çoxu bizdə müşahidə olunmur. Məsələn, ölkə başçısının fikrinə görə, Azərbaycanda söz və vicdan azadlığı var, siyasi partiyaların azad fəaliyyət göstərməsi üçün hər cür münbit şərait mövcuddur, vətəndaşlar sərbəst toplaşmaq hüququndan maksimum istifadə edə bilirlər, insanlar öz idarəçilərini və təmsilçilərini demokratik seçkilər vasitəsilə seçirlər. Bir sözlə, ölkədə qurd quzuyla otlayır. Həqiqətdə isə həbsxanalarda Əvəz Zeynallı, Pərviz Həşimli  kimi jurnalistlər, Qurban Məmmədov kimi siyasilər azad olunacağı günü gözləyirlər, siyasi partiyaların üzünə bütün telekanalların qapıları bağlıdır, seçkilər saxtalaşdırılır, vətəndaşların mitinq keçirmək azadlığı Bakı merinin icazəsindən asılıdır. Hansı ki, bu merin hər kəlməsi belə ictimaiyyətdə ironiya doğurur. Düzdür, Azərbaycan tam  Şimali Koreya da deyil. Bizdə istədiyin fikri ifadə edə, siyasi hakimiyyəti sərt tənqid atəşinə tuta bilərsən. Fəqət ölkədə azad mətbuatın qarşısında yaradılan süni problemlər onların geniş oxucu kütləsinə xitab etməsinin qarşısını kəsir, nəticədə özün yaşıb özün oxumuş vəziyyətinə düşürsən. Bu isə sözün təsir gücünü azaldır.

 -Hansı problemlərdən danışırsınız?

 -Hansını deyim? Mətbuatın əl-qolunu bağlayan problemlərin sayı-hesabı yoxdur. Hakimiyyət bu istiqamətdə sistemli işlər aparır. Qəzetlərin satışına əngəllər yaradır, şirkətlərin onlara reklam vermələrini əngəlləyir. Halbuki demokratik quruluşlarda iş adamları mətbuata reklam verməyə təşviq olunurlar. Başlıca problemlərdən biri jurnalistlərin bir sıra məmurlardan informasiya almaq hüquqlarının pozulmasıdır. Əslində isə o məmurlar informasiya verməkdən imtina etməklə öz vəzifələrini yerinə yetirmirlər və bu mütləq hüquqi məsuliyyət yaratmalıdır. Azərbaycanda hansısa məmuru kəskin tənqid etdiyinə görə bir jurnalistə 9 il iş kəsildiyi halda, indiyə qədər jurnalistin sorğusuna cavab vermədiyinə görə hər hansı məmura gözün üstə qaşın var deyən olmayıb. Sözsüz ki, bu fikirləri deyərkən mən bütün günahları hakimiyyətin üstünə də atmaq istəmirəm. Etiraf etməliyik ki, mətbuat işçiləri kimi bizim də məmurlara qarşı az günahımız olmayıb. Bəzən etibarlı mənbə hesab etdiyimiz qeyri-müəyyən ünvanın arxasında gizlənərək müxtəlif  insanlar haqqında dezinformasiyalar yaymışıq. Fəqət bütün bunlar yalnız bizim mətbuata xas xüsusiyyət də deyil. Vaxtilə Mark Tven deyirdi ki, bizdə mətbuat azadlığı haqqında qanunlar var. Yaxşı olardı ki, vətəndaşları azad mətbuatın hücumlarından qoruyan qanunlar da yaradılsın. Bununla belə hakimiyyətin mətbuat orqanlarının fikirlərinə, xəbərlərinə etinasızlığı sözün qüdrətini aşağı salır. Bəzən bu cavabdehsizlik nəinki jurnalistlərə, hətta ölkənin qanunverici orqanlarının nümayəndələrinə qarşı həyata keçirilir. Baxın, Ədalət Partiyasının sədri İlyas İsmayılov ölkəmizin yetişdirdiyi ən savadlı hüquqşunaslardandır, müxtəlif zamanlarda hüquq sahəsinin ən yüksək orqanlarında çalışıb, onlara rəhbərlik edib. Hal-hazırda isə deputatdır. Bir deputat kimi ölkə rəhbərindən tutmuş MSK-ya, Konstitusiya Məhkəməsinə qədər rəsmi məktublar göndərir, ölkədə çox ciddi qanun pozuntusunun mövcudluğu haqqında onlara xəbərdarlıq edir. Amma onun məktublarına və şifahi müraciətlərinə cavab verən tapılmır. Bir ölkədə hətta millət vəkilinin qaldırdığı məsələ qulaq ardına vurulursa, hansı söz azadlığından, demokratiyadan, hüquqi dövlətçilikdən danışmaq olar? Eşidilməyən sözün nə qiyməti var? Ölkə başçısı dilə gətirdiyi bu fikirlər özü-özlüyündə çox gözəldir, ancaq istərdim ki, bu fikirlərin həyata keçirilməsində məmurlar şəxsi nümunə göstərsinlər.

 -Sizcə ölkə başçısının mətbuat nümayəndələriylə görüşü hansı zərurətdən doğdu?

 -Prezidentin çıxışa başlarkən dediyi ilk cümlələrdən biri bu cür olub: “...müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin.”  Mənə elə gəlir ki, o görüşün bütün mahiyyəti bu cümlədə ifadə olunur. Hər bir ölkə demokratik cəmiyyət quruculuğunu özü həyata keçirsə daha effektli nəticələr ortaya çıxa bilər, daha anlamlı və qalıcı olar. Nə yazıq ki, bizdə öz xeyrimizə olan siyasi dəyişikliklər belə başqaları tərəfindən sifariş edilir və bunun hüquqi əsasları var. Beynəlxalq hüquqa görə demokratiya insanın fundamental hüququ olduğundan başqa ölkələr bu işə qarışa bilirlər.

 -Yəni demək istəyirsiniz ki, beynəlxalq təzyiqlər qarşısında qalan hakimiyyət bu görüşlə xarici güc mərkəzlərinə demoratikləşmə siqnalı verdi?

 -İlham Əliyevin çıxışının bəzi aspektlərinə nəzər salanda belə bir ehtimal da yarana bilər. Məsələn o, jurnalistlərə müraciət edərək bildirir ki, biz artıq beynəlxalq təzyiqlərə məruz qalmaq mərhələsinə qədəm qoyuruq. Siz də bu ölkənin vətəndaşlarısınız. Gəlin, bu ölkənin ümdə problemlərini bərabər həll edək. Ölkəmizə olan beynəlxalq təzyiqlərə birgə sinə gərək. Xüsusilə Qarabağ məsələsində Azərbaycan mediasının hakimiyyətlə eyni mövqedən çıxış etməsi vacibdir. Mən bu fikirləri səmimi qəbul edirəm. Azərbaycan həqiqətən də beynəlxalq təzyiqlər qarşısında çox şey itirə bilər.

 -Prezident Qarabağ məsələsinin həllində mediaya birgə fəaliyyət göstərməyi təklif etdi. Sizcə, Azərbaycan mediası bu məsələdə hansı rol oynaya bilər?

 -Ölkə başçısı görüşdə haqlı olaraq zamanəmizin informasiya dövrü olduğunu vurğuladı. Bu məsələdə mən tamamilə onun fikrinə qatılıram. Məlum olduğu kimi, Qarabağ problemi böyük ölçüdə qloballaşıb. Onun həllində qlobal ictimai rəyin mühüm rolunun olacağı danışmazdır. Qlobal ictimai rəyə təsir etmək üçün isə qlobal miqyaslı media orqanına ehtiyac var. Bu elə bir orqan olmalıdır ki, dünyanın hər yerində insanlar onu izləməyə ehtiyac hiss etsinlər. İndiyə qədər bu sahədə bütün imkanlar yalnız ABŞ, İngiltərə, Fransa kimi dövlətlərin əlində idi. Xüsusiləərəb baharı”nda Qətərin “Əlcəzirə” tele-kanalı sübur etdi ki, bu monopoliyanı yarmaq olar. Fəqət bunun üçün tele-kanallarda obyektiv xəbərçilik, aydınladıcı analitik araşdırmaçılığa ehtiyac var. Azərbaycanda olduğu kimi yalnız Prezidenti mədh edən proqramlarla dünya arenasına çıxmaq olmaz. Əks halda səni heç öz ölkəndə belə izləməzlər. Təəssüf ki, bizim hakimiyyətin siyasi xarakteri indiyə qədər bu cür azad və qlobal səviyyəli media orqanlarının yaranmasına imkan verməyib. Nəticədə erməni separatçıları bizi bütün beynəlxalq arenalarda üstələyirlər. Ən azı erməni yalanını ifşa etmək üçün biz mediamızın qlobalmiqyaslı təsir gücünə çevrilməsi önündəki bütün əngəlləri ortadan mütləq qaldırmalıyıq.

 -İlham Əliyevin çıxışında ən maraq doğuran məsələlərdən biri də müxalifət haqqında dediyi sözlərdi. Bunu mesaj kimi qiymətləndirmək olarmı?

 -Təbii. Onun müxalifəti iki yerə ayırması, bir qisim müxalifətə milli qüvvələr kimi baxdığını elan etməsi bütün hallarda müsbət hadisədir. Biz indiyə qədər İlham Əliyevi müxalifətə “anti-milli ünsür” kimi baxan insan kimi tanıyırdıq. İndi isə onu tamamən yeni keyfiyyətilə kəşf edirik. Çox təəssüf ki, nəinki müxalifətdə, həm də iqtidarda öz şəxsi maraqlarını milli maraqlardan üstün tutan insanlar var. Azərbaycanda xarici təsir altına düşən müxalifət bir zamanlar sovet imperializminə qarşı mübarizə meydanında yetişiblər. Onlar həmişə milli dövlətçiliyimizin və müstəqilliyimizin tərəfdarları kimi çıxış ediblər. İndi onların birdən-birə xarici qüvvələrə meyllənməsinin səbəbləri araşdırılmalıdır. Üstəlik, Azərbaycanın adını dünyada biabır edənlər heç də həmişə bu müxalifət qüvvələri olmurlar. Onlardan daha çox ölkə baçşısının ətrafında yer alan məmurların səbatsızlığı ölkəmizi də, onun rəhbəri kimi İlham Əliyevi də beynəlxalq aləmdə çətin vəziyyətə qoyur. Heç uzağa getməyək, son prezident seçkilərində İlham Əliyevin normal seçilmək imkanları var idi. Bu imkandan yararlanaraq Azərbaycan öz beynəlxalq imicini xeyli yaxşılaşdıra bilərdi. Nə yazıq ki, bəzi məmurlar onu beynəlxalq təzyiqlərə məruz qoymaq və özlərindən asılı vəziyyətə gətirmək üçün seçkiləri saxtalaşdırdılar. Həm də müxalif düşərgəni yox kimi göstərərək ən taleyüklü məsələlərdə İlham Əliyevi arqumentsiz buraxdılar. Axı müxalifəti zəif olan və ya ümumiyyətlə olmayan dövlət heç vaxt qüdrətli ola bilməz. Faktiki olaraq hakimiyyətdəki bəzi məmurların məkrli siyasətləri ölkə rəhbərini beynəlxalq danışıqlarda manevr imkanlarından da məhrum etmişdir. Halbuki son zamanlar Ukraynanın bu manevrlərdən yararlanaraq geopolitik təzyiqlərdən məharətlə yayındığını müşahidə edirik. Kim bilir, bəlkəseçki saxtakarlığının da məqsədi öz sahibinə 85% səs yazaraq onun gözünə girmək yox, düşmən dəyirmanına su tökmək idi. Prezident seçki saxtakarlığında iştirak edən həmin məmurların bu hərəkətinin əsl motivini araşdırmalı və araşdırmanın nəticəsinə görə onları cəzalandırmalıdır.

Oxşar xəbərlər
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
GÜNLÜK
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB