Sərdar Cəlaloğlu: “Iqtidarda da “koalisyon hökumət” ideyasının xeyli tərəfdarı var”
Oxunub: 2129
15 Nov 2013 | 10:41
Sərdar Cəlaloğlu: “Iqtidarda da “koalisyon hökumət” ideyasının xeyli tərəfdarı var”

Artıq bir neçə həftədir ki, ADP sədri, prezidentliyə sabiq namizəd Sərdar Cəlaloğlunun demokratiyaya təcridi keçidi özündə ehtiva edən “koalisyon hökumət” ideyası ictimai-siyasi çevrələrdə ciddi müzakirə mövzusuna çevrilib. Ölkə siyasilərinin bəlli bir qismi “koalisyon hökumət” ideyasına keçidi Azərbaycanı böhrandan çıxartmağın yeganə yolu kimi qəbul edərək bu ideyanın ən qısa zamanda reallaşdırılmasını zəruri hesab edir. Onların fikrincə, S.Cəlaloğlunun bu ideyası istər beynəlxalq, istərsə də daxili böhranla üzləşən Azərbaycanı labüd fəlakətdən xilas etməyin ideal variantı kimi qəbul edilməldir. Lakin iqtidar və müxalifət arasındakı münasibətlərin hazırkı durumuna nəzər salan bəzi müxalif siyasilər isə bu ideyanın əhəmiyyətini vurğulamaqla yanaşı, onun reallaşacağına o qədər də böyük ümid bəsləmədiklərini bildirir. Onların qənaətincə, illər uzunudur ki, öz mövcudluğunu zor gücünə qoruyub saxlayan hakimiyyət “koalisyon hökumət” ideyasını qəbul etməyəcək ki, bu da gələcək inqilabi proseslərin sürətlənməsinə səbəb olacaq. Odur ki, S.Cəlaloğlu ilə söhbətimizdə “koalisyon hökumət” ideyasına olan bu ikili münasibətə, habelə bu ideya ilə bağlı digər məqamlara aydınlıq gətirməyə çalışdıq.

 

- Sərdar bəy, təklif etdiyiniz “koalisyon hökumət” ideyası ilə bağlı artıq bir çox müxalif siyasi liderlərin mövqeyi bəllidir və onların bir çoxu bu təklifin mövcud reallıqlara cavab vermədiyini düşünür. Sizcə doğrudanmı hakimiyyətin bu təklifə razılıq verməsi mümkünsüzdür və “koalisyon hökumət” ideyası hər zaman təklif olaraq qalacaq?

 

- Öncə onu vurğulayım ki, bu yanaşmada qeyri-adi heç nə yoxdur. Uzun müddətdir ki, Azərbaycanda aparılan yanlış siyasət nəticəsində cəmiyyətdə, habelə iqtidar və müxalifət arasında qarşılıqlı inamsızlıq mövcuddur. Iqtidar kiminsə ona həqiqətən də səmimi şəkildə bir ideya verdiyinə inanmır. Vaxtilə İctimai Palata “yol xəritəsi” təqdim etmişdi. ADP siyasi dialoq təklif etdi və s. Bu gün də “koalisyon hökumət” ideyasını təklif edirik. Görünən odur ki, müxalifət iqtidarın ona məxsus hər hansı bir pozitiv ideyanı qəbul edəcəyinə inanmır. Xalq isə öz növbəsində nə iqtidara, nə də müxalifətə inanmır. Xalq inanmır ki, bu iki qüvvə qarşıdakı problemlərin həlli üçün nə zamansa eyni nöqtəyə vura bilər və ya hər hansı formada əməkdaşlıq edə bilər. Təbii ki, biz bu ideyanı verən zaman bütün bu məsələləri nəzərə almışdıq. Biz bilirdik ki, qarşılıqlı inamsızlıq mühitində bu ideyanın gerçəkləşməsi ehtimalı azdır. Amma bununla yanaşı belə bir təklif verməyi zəruri hesab edirik. Bizim bu təklif indiki məqamda xialsedici kəmər rolunda çıxış edir. 0,01% belə ehtimal varsa ki, Azərbaycan iqtidarı hansısa pozitiv ideyaları qəbul edə bilər, prosesləri inqilabi deyil, dinc demokratik inkişafa doğru yönəldə bilər, ciddi islahatlar apara bilər, o zaman bu ideya iqtidarın özü üçün göydəndüşmə bir ideya ola bilər.

 

- Sizcə iqtidar daxilində bu ideyaya tərəfdar olan şəxslər varmı?

 

- Əlbəttə ki, var. Mən bu ideyanın həm də iqtidara yaxın olan qüvvələr tərəfindən müsbət mənada dəyərləndirlməsinə şahid oldum. Məsələn, Qüdrət Həsənquliyev öz açıqlamasında bizim qaldırdığımız məsələlərin demək olar ki, hamısını təkrar etdi. Bu, təkpartiyalı siyasi sistemdə islahatların mümkünsüzlüyü, dekabrdan başlayaraq islahatlar aparmaq, hakimiyyətə müxalif qüvvələrin cəlb edilməsi və s. təkliflərdən ibarətdir. Vahid Əhmədov da bu məsələdə eyni mövqedən çıxış edir. Bu gün meydana yalnız bu ideyaya inamsızlıq nümayiş etdirən deyil, həm də bunu dəstəkləyən qüvvələr meydana çıxıb. Mən həm Qüdrət Həsənquliyevə, həm də Vahid Əhmədova kifayət qədər hörmət edirəm. Mənim qənaətimcə, onların hər ikisi öz millətini və xalqını düşünən adamlardır. Biz bu ideyanın əleyhinə olan qüvvələri yox, lehinə olan qüvvələrin sırasını genişləndirməliyik. Daha çox insan bu platformaya keçməlidir ki, bu ideya reallaşsın. Biz bu ideyanı verməmişdən öncə də bilirdik ki, təklif etdiyimiz bu ideya cəmiyyət tərəfindən müsbət qarşılanacaq. Bu gün də insanlarla ünsiyyətimiz zamanı bəlli olur ki, vətəndaşlar bu ideyanı mövcud vəziyyətdən yeganə doğru çıxış yolu kimi dəyərləndirir. Bu baxımdan mən bəzi müxalif liderlərin pessimist fikirlərini bölüşmürəm. Əgər bu gün iqtidarda Vahid Əhmədov, Qüdrət Həsənquliyev kimi insanalar bu ideyanı müsbət qiymətləndirirsə, bu ideyanın tərəfdarı kimi çıxış edirsə, deməli bu ideya heç də göydən asılı vəziyyətdə qalan bir ideya olmayacaq.

 

- Bundan öncəki açıqlamalarınızda hakimiyyətin yalnız ADP ilə deyil, istənilən müxalif partiya ilə koalisiyaya getməsini alqışlayacağınızı qeyd etmisiniz. Lakin sizə elə gəlmirmi ki, ideya müəllifi olaraq belə bir koalisiyanın ilk növbədə ADP-nin iştirakı ilə reallaşması daha ədalətli olar?

 

- Bilirsiniz, bu bir həqiqətdir ki, ideyanı onu verənlər daha düzgün həyata keçirə bilir. Mən prezident seçkilərində çoxlu məsələlər qaldırdım. Kasıb ailələrə ucuz evlərin verilməsi, uşaq pullarının verilməsi və s. bu məsələlər sırasına daxil idi. İndi hökumət bu ideyaları həyata keçirir. Uşaqların hüquqlarının qorunması, onların dövlət tərəfindən himayə edilməsi ilə bağlı səsləndirdiyim ideyalar yarımçıq, deforma olunmuş vəziyyətdə gerçəkləşdirilir. Yoxsul ailələrə evlərin verilməsi ilə bağlı təklifim yarılmçıq şəkildə reallaşdırılır. Ona görə ki, bu ideya onlara məxsus deyil. Bir ideya hər hansı bir beyində meydana gələndə onun bütün kompleks tərəfləri də ideya ilə birlikdə formalaşır. Lakin kimsə bu ideyanı eşidəndə o yalnız təzahürlə tanış olur, kompleks tərəflərlə yox. Yalnız hər hansı bir ideyanı verən şəxs bu ideyanı elə reallaşdıra bilər ki, cəmiyyət üçün faydalı olan hədəfə yetişsin. Bizim koalisyon hökumətlıə bağlı da konsepsiyamız mövcuddur. Əgər hökumət bu məsələdə maraqlı olarsa, bununla bağlı məsələ qaldırarsa, o zaman bu məsələni hökumətlə ən azından müzakirə edə bilərik.

 

- Necə hesab edirsiniz, sizcə doğrudanmı iqtidar-müxalifət münasibətlərinin indiki vəziyyətində hakimiyyət “koalisyon hökumət” ideyasına razılıq verəcək və hər fürsətdə zərbə endirdiyi müxalifətlə eyni cəbhədə qərarlaşacaq?

 

- Məsələ bundadır ki, müxalif siyasilərin bir çox bu ideyanın baş tutmamasının günahını iqtidarın üzərinə qoyurlar. Amma həqiqət bundan ibarətdir ki, qarşılıqlı inamsızlıq mühitinin formalaşmasında son 20 ildə müxalifətin də öz payı olub. Vaxtilə Azərbaycan müxaliftindən müəyyən qruplar hakimiyyətin rizası əsasında parlamentdə oturmamışdılarmı? Bu əməkdaşlıq müsbət istiqamətdə inkişaf etdirilsəydi, indiki bu inamsızlıq mühiti də olmazdı. Lakin belə olmadı. Sonradan iqtidarla münasibətdə qarşı tərəfi bəzi məsələlərdə aldatmaq kimi hallar baş verdiyinə görə, müxalifətə qarşı bir inamsızlıq formalaşmağa başladı. Biz siyasi dialoq ideyasını verərkən İlham Əliyev Almaniyada və Qubada bildirdi ki, biz bu ideyanı alqışlayırıq və bu təklifi verən qüvvə ilə dialoqa gedəcəyik. Lakin bundna sonra siyasi dialoqla bağlı qərarın ləğv edilməsi, Pənah Hüseynin bunu guya bizim hakimiyyətə kələk gəlməyimiz kimi xarakterizə etməsi və s. hökumət daxilindəki bəzi qüvvələri ehtiyatlanmağa vadar etdi. Onlar düşündülər ki, ola bilsin ki, bu ideyanın arxasında hakimiyyəti zərbə altına qoyacaq hansısa bir niyyət var. Indi də iqtidarın koalisyon hökumət ideyasına şübhə ilə baxmasını məntiqli hesab edirəm. Məni yaxından tanımırlar və hökumətdəki insanlarla yaxından ünsiyyətim olmayıb. Buna görə də onlar düşünürlər ki, bugünə qədər radikal mövqedən çıxış edən bir qüvvənin koalisyon hökumət tərəfdarı kimi çıxış etməsi hakimiyyətə müəyyən sürprizlər gətirə bilər. Mən bütün bunları anlayır və təbii qarşılayıram.

 

- Maraqlıdır, koalisiyada təmsil olunacağınız təqdirdə hadisə və proseslərə yanaşmanızda hansısa dəyişikliklər olacaqmı?

 

- Bugünə qədər iqtidar və müxalifət arasında yaşananları nəzərə alsaq, əlbəttə, hakimiyyətin indiki mövqeyini anlamaq olar. Lakin bir şeyi də anlamaq lazımdır ki, müxalifətdə olmaq bir şey, iqtidarda olmaq başqa şey, iqtidarla koalisiyaya getmək isə tamam başqa şeydir. Bunlar ayrı-ayrı davranış, psixologiya, şüur, düşüncə, fəlsəfə və yanaşma tələb edir. Mən bu gün müxalifətdəyəm. Bu gün müxalifətdə göstərdiyim davranışları sabah koalisyon hökumətdə göstərə bilmərəm. Çünki belə bir davranış hər şeydən öncə koalisiya fəlsəfəsinə zidd olar. Sirr deyil ki, bu baş verərsə, müxalifət tərəfi koalisiyada müəyyən keyfiyyət dəyişikliklərinə məruz qalacaq. Eyni zamanda iqtidarın özü də müxalifətlə əməkdaşlığa getdiyi üçün onun özündə də bəlli bir keyfiyyət dəyişikliyi baş verəcək. Əslində tərəflərin ikisinin də keyfiyyət etibarilə dəyişikliyə məruz qalması demokratiyaya təcridi keçidin özü deməkdir. Çünki sadaladığım tərəflərin dəyişilməsi nəticəsində cəmiyyətdə münasibətlər sistemi dəyişilir və tədricən demokratiyaya yol açılır.

 

- “Koalisyon hökumət” ideyasına hansısa alternativ görürsünüzmü? Sizcə bu ideya gerçəkləşməyəcəyi təqdirdə, o zaman proseslər hansı varian üzərində fokuslaşacaq?

 

- Bu ideya həyata keçməyəcəyi təqdirdə bunun alternativi kimi hakimiyyətin total dəyişdirilməsi  məsələsi gündəmə gələcək. Çünki ya hakimiyyəti, ya da hakimiyyətin siyasətini dəyişmək lazımdır. Azərbaycan iqtidarı 20 ildir ki, iqtisadi inkişafdan danışır. Amma etiraf edim ki, İlham Əliyev, eləcə də hakimiyyətin heç bir təmsilçisi heç vaxt siyasi inkişafdan danışmayıblar. Onların belə bir inkişafdan danışması mümkün də deyil. Çünki heç bir siyasi inkişafdan söz salmağa əsas yoxdur. Siyasi inkişaf o deməkdi ki, ya hakimiyyətdəki siyasi qüvvələr yerini dəyişir, tutaq ki, YAP gedir və onun yerinə ADP gəlir. Ya da hakimiyyət öz siyasətini dəyişir. Çünki siyasi dəyişikliyin digər bir forması iqtidarın öz siyasətini dəyişməsidir. Siyasi dəyişilmənin digər bir forması isə hər hansı bir koalisiyanın yaradılmasıdır. Əgər bunlardan heç bir yoxursa, o zaman siyasi dəyişilmədən danışmaq mümkünsüzdür.

 

- Ancaq iqtidar təmsilçiləri iddia edir ki, siyasi dəyişikliyə heç bir ehtiyac yoxdur və ölkə iqtisadiyyatının sürətli inkişafı Azərbaycanın bütün çətinliklərdən üzüağ çıxması üçün yetərlidir. Bu qənaəti bölüşürsünüzmü?

 

- Xeyr, bölüşmürəm. Elm sübut edir ki, hər hansı bir ölkədə hansısa sahənin birtərəfli inkişafı dövləti məhvə aparır. Bu baxımdan əgər Azərbaycanda iqtisadi inkişaf gedirsə və buna paralel siyasi inkişaf yoxdursa, bu inkişaf Azərbaycan dövlətçiliyi və xalqının əleyhinə işləyir. Bəzi ölkələrdə iqtisadi inkişafın düşünülmüş şəkildə ləngidilməsi siyasəti aparılır. İlham Əliyev özü bir neçə dəfə bəyan edib ki, xarici dövlətlərin təmsilçiləri ondan Azərbaycandakı iqtisadi inkişafı ləngitməyi xahiş edib. Bu, yuxarıda qeyd etdiyimiz səbəblə bağlıdır. Bəzi dövlətlərdə iqtisadi və siyasi inkişafın paralelliyini təmin etmək üçün onları nəzarətdə saxlayır, lazım gəldikdə  onlardan birini tormazlayırlar. Azərbaycanda isə hakimiyyətin dediyinə inansaq, yalnız iqtisadiyyat inkişaf edir ki, bu da ölkəni məhvə aparır. Bu gün baş qaldıran sosial eybəcərliklər, beynəlxalq qınaqlar, büdcənin boş qalması və s-nin səbəbi birtərəfli iqtisadi inkişafdır. Birtərəfli iqtisadi inkişaf xalqa xəyanətin bir formasıdır. Seçkilərlə siyasi dəyişikliyə nail olmaq mümkün olmadı. Keçirilən seçkilərin nəticəsini bu seçkiləri tanımalı olan beynəlxalq təşkilatlaırn heç biri tanımadı. Biz siyasi dəyişikliyin inqilabi yolla olmasını da istəmirik. Azərbaycan cəmiyyəti də bu gün inqilaba hazır deyil. Doğrudur, bu inqilaba təhtəlşüurda müəyyən hazırlıq var. Lakin kimsə əminliklə deyə bilməz ki, sabah belə bir inqilab baş verəcək. Çünki onun bəzi əlamətləri hələ özünü göstərmir. Siyasi dəyişikliyin digər bir yolu qalır ki, bu da seçkilərdən yan keçməklə siyasi dəyişikliyə nail olmaqdır ki, buna da koalisyon hökumət ideyasını reallaşdırmaqla gerçəkləşdirmək olar.

 

- Belə davam edəcəyi təqdirdə Azərbaycanda inqilabi proseslərlərin  qaçılmaz olacağını iddia edirsiniz. Bəs bu inqilabın vaxtı, tarixi ilə bağlı konkret bir fikri söyləyə bilərsiniz?

 

- Inqilabın vaxtı ilə bağlı verilən proqnozlar axmaqlıqdan başqa bir şey deyil. Lenin sosial inqilab nəzəriyyəsinin banisi idi. 1917-ci ildə, inqilabdan üç ay qabaq ondan inqilabın nə vaxt baş verəcəyini soruşublar. Lenin isə cavabında deyib ki, hər halda bizim nəsil bu inqilabı görməyəcək. Təsəvvür edin ki, Lenin üç aydan sonra baş verəcək inqilabı proqnozlaşdıra bilmir. İnqilab təhtəlşüur işi olduğuna görə onun nə vaxt, necə başlayacağını heç kim təyin edə bilmir. Inqilabı təhlükəli və qorxulu edən başlıca cəhət də məhz budur. Inqilab proqnozlaşdırılmayan bir hadisədir. Mən Azərbaycanda inqilabi şərtlərin tam formalaşmadığını iddia etsəm də, günü sabah da ölkədə inqilab baş verə bilər. Müasir burjua nəzəriyyələrində inqilabın əmələ gəlməsinin daha çox totalistik bir yanaşma var. Bu nəzəriyyələrdə inqilab daha çox təhtəlşüur, ilahi qüvvə və güclə izah olunur. Ismayllı və Quba hadisələrinə nəzər salın. Bu hadisələr provokasiya olunmuş hadisələr idi. Əgər bu hadisələr təbii şəkildə başlasaydı, hökumət bu hadisələri önləyə bilməyəcəkdi. Sadəcə, bu hadisələr bəzi qüvvələr tərəfindən provokasiya edildiyi üçün hökumət bunu öz nəzarəti altına ala bildi.

 

- Bəsi siyasilər iddia edir ki, indiki məqmda Azərbaycanda baş nazir postuna neytral bir şəxsin gətirilməsi də cəmiyyətdə barış mühitinin yaranmasına, demokratik islahatların həyata keçirilməsinə yardımçı ola bilər. Sizcə doğrudanmı belə bir dəyişiklik proseslərin ümumi məcrasını dəyişə bilər?

 

- Bir çox xalqların tarixində böyük böhranlar zamanı bütün qüvvələrin qəbul etdiyi ortaq bir liderin hakimiyyətə gəlməsi və  həmin şəxsin ölkəni böhrandan qurtarması hallarına rast gəlmək mümkündür. Tarixdə bununla bağlı çoxlu nümunələr mövcuddur. Türkiyədə Sezərin hakimiyyətə gətirilməsi buna misaldır. Konstitusiya ali təhsili olmayan şəxsin prezident olmasını əngəllədiyi üçün Ecevit bu posta gələ bilmirdi. Hansı ki, parlament çoxluğu Ecevitin əlində idi. Azlığın nümyaəndəsini isə prezident kimi dəstəkləmək istəmədilər. O zaman Ecevit Sezəri gətirdi. Sezər həm çoxluq, həm də azlıq tərəfindən qəbul edilirdi. Sezər hakimiyyətə gələndən sonra həm iqtidar, həm də müxalifətə bərabər məsafədə mövqe tutdu və çox gözəl siyasət yürütdü. Sezərin dövründə Türkiyədə ciddi kataklizmlər olmadı. Bəzən ölkəni təhlükələrdən qorumaq üçün bu cür addımlar atılır. Monarxlar belə bəzən xalqın qəbul etdiyi bir adamı ”“ öz oğlunu və ya qardaşını hakimiyyətə gətirir ki, labüd böhrandan qurtula bilsinlər. Türkiyə sultanlarının tarixində də bu cür misallar var. Bəzən sultanı devirib onun oğlunu və ya qardaşını hakimiyyətə gətirirlər və bununla da dövlət təhlükədən qurtarır. Bir-birinə zidd olan qüvvələrlə eyni məsafədə dayanan və ya hər kəsin qəbul etdiyi şəxsin hakimiyyətə gəlməsi hakimiyyətin özünün keyfiyyət dəyişikliyinə gətirib çıxardır. Belə bir addım müxalifətin hakimiyyətə dözümlülüyünü də təmin edə bilər. Iqtidarla müxalifətə eyni məsafədə dayanan şəxs xalqa xidmət edəcək. Belə şəxslərin hakimiyyətə gətirməklə hakimiyyət özü-özünü daxildən reforma edir. Bu, çox ciddi bir məsəldəir. 20 ildir ki, eyni kadrlar hakimiyyətdədir. Azərbaycanın baş naziri olan Artur Rəsizadənin bir icra başçısı qədər xidməti və rolu varmı? Azərbaycanda belə bir adamın mövcudluğundan belə çoxlarının xəbəri yoxdur.

 

- Sizcə “koalisyon hökumət” ideyası reallaşandan sonra daha hansı addımlar atılmalıdır ki, demokratiyaya təcridi keçid müvəffəqiyyətlə davam etdirilsin?

 

- Özünü  reforma etmənin digər bir şərti də hakimiyyətin öz monopolist, korrupsioner məmurlarını ata bilməsi ilə bağlıdır. Rassional və loyal insanları hakimiyyətə gətirmək, təkmilləşmək hakimiyyət dəyişikliyinin bir yoludur. Bu yolla getmək vacibdir. Koalisiya yetərli deyil. Koalisiyanın ruhuna uyğun, uzlaşmaya meyilli insanların cəbhəsini genişləndirmək zəruridir. Bununla inqilabdan qaçmaq mümkündür. Bu təklifə müsbət yanaşan şəxslər iqtidarın özündə də çoxluq təşkil edir. Sadəcə məşhur kəlamda deyildiyi kimi, yaxşılar çoxdur, lakin pislər yaxşı təşkilatlandığı üçün yaxşılara qalib gəlirlər. Düşdüyümüz böhranlı vəziyyyətdən çıxmaq üçün istək və məqsəd olmlıdır. Önəmli olan budur. Belə olarsa bu vəziyyətdən çıxmaq, problemlərdən qurtulmaq mümkündür.

 

Seymur Əliyev

Oxşar xəbərlər
16:00, Bu gün
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO