"Heç kim düşünmür ki, uşağı dünyaya gətirən təkcə ana deyil, bu qadını mayalandıran bir kişi də var"
Oxunub: 5181
23 Feb 2021 | 11:38
İllər dəyişsə də reallıqlar, yaşanan hadisələr dəyişmir. Yenə də intiharlar və bu intiharların başında dayanan ailə təzyiqi, cəmiyyətin düşüncə tərzi və qərəzli yanaşma. Daha bir intihar, daha bir can və həyata keçməyən, yarımçıq qalan arzular...
 
Mövzu ilə bağlı uzun müddətdir ki, qadınların, uşaqların hüquqlarını müdafiə edən və bəzən də buna görə təzyiqlərə məruz qalan, əsərlərində ailədə şiddət, qadın problemləri geniş yer tutan feminist yazıçı Aysel Əlizadə ilə söhbət edirik.
 
Təəssüratlarını Moderator.az-a bölüşən yazıçı ölkədə hər mövsüm gündəm halını alan intiharların yaranma səbəblərindən danışdı.  
 
- Sizcə, gənc, yeniyetmə qızların intiharı ailə basqılarından, yoxsa tərbiyə modelindənmi qaynaqlanır?   
 
- Cəmiyyət öz-özünə yürüyüb gedəcəksə, bunca dövlət qurumu nəyə gərəkdi? Ona görə bu mənada ailədən daha çox dövlət strukturlarını günahlandırıram. İnciməsinlər. Ölkədə Gənclər və İdman Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Vəzifələri nədən ibarətdir? Qollarını çırmalayıb işə girişməlidirlər. Gənclər və İdman Nazirliyi olmaq təkcə gəncləri idman yarışlarına göndərmək deyil, onda “gənclər” sözünü ataq təkcə İdman Nazirliyi qalsın. Gəncləri məşğuliyyətə, hobbiyə, stimula kökləmək, onları intiharlardan qorumaq üçün mexanizmlər işləmək gərəkdi. Onlarla əməkdaşlıq etmək, iş birliyində olmaq lazımdır. Sivil, inkişaf etmiş ölkələrdəki təcrübələrdən yararlana bilərlər. Orada Gənclər Nazirliyi hansı işə, necə baxır, gənclərdə necə yaşamaq eşqi, stimul yaradır, hara  yönəldir və s. kimi örnəkləri tətbiq etmək olar. 
 
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də eynilə uşaq-valideyn münasibətində, qadınların yaşadıqları çətinliklərdə onların yanında olmaq məcburiyyətindədir. Komitənin vəzifəsi birbaşa budu. Biz isə dövlət büdcəsindən vəsait ayrılan, saysız-hesabsız əməkdaşları, işçiləri departamentləri, yekə-yekə binaları olan, böyük xərclər aparan bu strukturların aktivliyini görmürük. Bilmirəm, bəlkə kimsə görür, şəxsən mən görmürəm. Bilirsiniz ki, illərdir bu sahədə külüng vuran, çalışan adamlardan biriyəm. Bütün yaradıclığımı da ailə, qadın, uşaq mövzusuna həsr etmişəm. “Qadın peyğəmbər” romanımda ailədə fiziki və psixoloji şiddət mövzusunu işləmişəm. Ədəbiyyatımızda bu mövzuya heç toxunulmamışdı. Cəmiyyət belə fərqində deyildi ki, öyrəşib yaşadığı bu zorbalıq cinayətdi, norma deyil. Bu barədə çox çıxışım olur, bugün cəmiyyətdə eyni problemlərlə bağlı müəyyən diqqət varsa, orada mənim də qatqım yəqin ki, var. Amma danışmaq azdı, məsul tərəf təcili tədbirlərə başlamaqda çox-çox gecikir. 
 
 
Baxmayaraq ki, biz bu mövzulardan danışdıqda böyük reaksiyalarla qarşılaşırıq, mentalitet, dəmirləşmiş düşüncə, yaşam ənənəsi üstümüzə gəlir. İllərdir deyirik ki, bütün bunlar cəmiyyəti uçuruma aparan məsələlər, yaralardır. Yara varsa, onu sağaltmaq haqqında düşünmək gərəkdi. Dünya təcrübəsi də göstərir ki, bu cür problemləri cəmiyyətin və ailənin üzərinə buraxsan, məsələ heç bir halda həll olunmayacaq. Bunun üçün yaranan strukturların missiyası problemləri üzərlərinə götürməkdir. Onlar deyirlər ki, monitorinqlər aparırıq. Ortada isə bir nəticə yoxdur. Elinanın intiharından sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi söz vermişdi monitorinq aparıb nəticəni payalaşacaq. Hələ də o nəticəni gözləyirəm. Hələ də ortada ciddi iş, fəaliyyət, hesabat görünmür. Komitənin saytına baxırsan, heç nə yoxdur, standart, tipik xəbərlərdir. Bu, çox narahatedicidi. Cəmiyyət özü özünü idarə edən mexanizmdirsə, deməli, dövləti ləğv etməliyik? Bu nə deməkdi? Cəmiyyəti dövlət idarə edirsə, o zaman dövlətin ayrı-ayrı cavabdeh qurumları gərək məsuliyyətdən boyun qaçırmasınlar. Məsələn, Almaniyada valideyn uşağa şiddət göstərirsə, uşaq müdafiə komitəsi gəlib ailə ilə maraqlanır, araşdırır. Uşağın böyüdüyü şəraitə baxıb qərar verir ki, bu uşaq həmin ailədə qalmalıdır, ya yox. Bizi isə mentalitet idarə edir, qanunlar yox. Azərbaycan Konstitusiyasında uşaq hüququları da qorunur, ailənin üzvləri də bərabərhüquqludur. Kimsə kiminsə üzərində hökmran deyil. Biz nə görürük? Evdə bir diktator olur. Hamı ondan qorxur. Bir neçə belə ailə araşdırılsa,  həqiqət üzə çıxsa, ailədə şiddət görən uşaqlara, ailə üzvlərinə, psixoloji təzyiqlərə məruz qalanlara sahib çıxılsa, vəhşi valideynlər  hüququndan məhrum edilsə, cəza mexanizmi işlək olsa, o zaman  müəyyən nəticələr əldə edərik. Bizim cəmiyyətdə dövlət strukturlarına inamsızlıq var.
 
Balaca bir ölkədə bu qədər intihar, qadın ölümləri, zorakılıq olmalı deyil. Bilirsiniz nə qədər Sevil, Elina var? Zorakılığa məruz qalan təkcə qızlar deyil, oğlan uşaqları ilə bağlı da belə hallara rast gəlirik. Onlar başlarına gələnləri valideynlərnlərinə açıb deyə bilmirlər, ailə qəzəblidir, aqressivdir, anlayışsızdı. Həmin uşaqların gedəcəkləri, dərdlərini deyəcəkləri yer olmalıdı. Məhz bu situasiya üçün qurumların qaynar xətti olsa və dayanmadan təbliğ edilsə ki, belə bir xidmət var, mütləq yiyə durur, kömək edir onda xeyli dərdə dərman tapmaq olar. Bu qaynar xətlər uşaqlara əlçatan olsa, xəbərdar olsalar zəng vurub dərdlərini deyərlər. Hətta Daxili İşlər Nazirliyinin də burada iştirakı vacibdir. Bu problem üzrə bir neçə strukturun daimi əməkdaşlıqda olaraq çalışması gərəkdi. İşləməlidirlər, başqa çarəsi yoxdur. 
 
- Ötən günlərdə 11 yaşında qızın nişanlanması xəbəri də böyük müzakirələrə səbəb oldu. 11 yaşlı qızın üzündəki sevincdən onun nə qədər bu məsələdə istəkli olması da az müzakirə edilmədi.
 
- Uşaq  göz açdığı ailənin qaydaları, ənənəsi, yaşam tərzi ilə böyüyür. Cəmiyyətdə bir mentalitet, milli ənənələr,  vərdişlər var. O uşağı ailə qurduğuna sevindiyi üçün günahlandırmaq özü günahdı. Hazır qaydalara göz açmış bir uşaqdan bu qaydalara qarşı çıxmağı gözləmək necə doğru ola bilər? Ondan bu duruşu, təfəkkürü, bacarığı gözləyə bilməzsən. O bilmir, sadəcə bilmir. Yaşadıqlarını norma kimi görüb. Eşidib ki, qızın tək missiyası ərə getməkdir və bu istənilən yaşda mümkündür, öyrəşib. Anlamadan sevinir. Bu nişan prosesi  onun üçün bir əyləncədir, insanlar onu alqışlayır, tort kəsirlər. Biz insanlardan doğulandan sivil, modern kimlik olmasını istəyiriksə, o zaman ali təhsil ocaqları nəyə lazımdır, məktəblər nə üçün var? Kitablar niyə yazılır? Bunların hamısı ona  görədir ki, insan yetişdirsin, cəmiyyətə sivil vətəndaş qazandırsın. Qazandıra bilmirsə, işinə yenidən nəzər salsın. Hər şeyi özümüz doğuşdan biləcəkdiksə, mədəniyyət sahəsi niyə yaranırdı? Problemli sahələrə cavabdeh tərəflərdən hesab istəmək şərtdi. Niyə sənin sahəndə bu qədər problem var, niyə intiharlar artıb? Deməli, özünü doğrulda bilmirsən. Özünü doğrulda bilməyən strukturlarda islahat aparılsın. Adamlar bacarmadıqları işin altına girməli deyil. Bərbad edirlər hər şeyi. İş, vəzifə xətrinə ölkəni iflic etmək olmaz. Bu sahədə çalışanlar dizlərini yerə atıb, bölgə- bölgə gəzib, insanlarla görüşüb, layihələr edib onları maarifləndirsin gərək, gecə-gündüz toplumla işləsin, çarə tapmaq yerinə problem çıxarmasın. Bilirəm, çox çətindir, amma işin budursa, etməyə borclusan. Necə ki, bir musiqiçidən yaxşı əsərlər yaratmasını gözləyirsən, hər sahənin adamı da yaxşı əsərlər yaratsın gərək. Yaratmırsa, demək, işləmir, bacarmır. Ailə elə bir sahədir ki, biz o sahəyə institut deyirik. Ortada konkret bir binası yoxdur, amma ailə institutudur. Çünki onun hər sahədə nümayəndəliyi olur. Ədəbiyyatda da, Vətəndaş Cəmiyyətində də, dövlət strukturlarında da, elmdə də, hər yerdə.
 
 
- Son bir neçə ildə nəinki gənclər, ümumilikdə qadın intiharlarının sayı çoxalıb. Siz burada əsas səbəb olaraq nəyi görürsünüz?
 
-Cəmiyyətimizdə psixoloji böhran yaşanır, belə olduğu halda intiharların sayı əlbəttə, artacaq. İnsan o zaman intihar edir ki, həyatının mənası itir. Bunu  mən demirəm, Viktor Frankl deyib. Həyatın mənası itəndə insan intiharı seçir, çünki yaşamaq üçün tutunacağı heç nə yoxdur.  Həyatın mənasını itirən bir çox səbəb var. Şiddət görəndə çarəsiz vəziyyətdə qalır, çıxış yolu tapa bilmir. Maddi çətinliyi olur, çarə tapmır. İşsiz qalır, yolsuz qalır, şəxsi həyatı ağır olur, dözmür. Kimsəni qınamaq olmur. Bir də  ideoloji boşluğu olan cəmiyyətdə intiharlar çoxalır. Ölkədə bütünlükdə bir mənasızlıq sindromu yaşanır və adamlar necə və niyə yaşadıqlarını bilmirlər. Bir kişi qadını döyürsə, bunun günah, cinayət olduğunu bilmir. Qanmadan edir. Nəvaziş görməyib, öz ailəsində qadın adam yerinə qoyulmayıb. Qadın fiziki olaraq kişidən zəifdi. Gücü çatır döyür. Həmin kişi özündən güclüyə əl qaldırmaz. Bir ölkədə çoxluq özündən zəifi alçaldırsa, bu zəncirvari prosesə çevrilir. Evdə də, çöldə də baş verir. Öyrətmək, qınamaq, məsuliyyətə çəkmək gərəkdi ki, etməsin. Bir məhəllədə kişi qadınını döymüşdü, uşaqlıq dostu da onu döydü, həyətdə kimsə həmin adama salam vermədi. O da anladı ki, nəsə pis iş görüb. Demirəm əvəzində biz də basıb döyək. Deyirəm qınayaq, üz çevirək, görsün ki, arvadını döyən kişinin hörməti olmur. İllərdir Azərbaycan televiziyalarında tok-şoularda qadınlarımız günahlandırılır. Döyülüb evdən qaçan qadını tapıb gətirirlər studiyaya, deyirlər sən qadınsan, necə ailəni atıb getmisən? Qadın meyitini zorla o kişinin əlindən çölə atıb qaça bilib. Siz bircə dəfə o verilişlərdə yoldaşını döyən, incidən kişinin ekspertlər və aparıcı tərəfindən şiddətlə qınandığını görmüsüz? Mən görməmişəm. Bəzən kimsəsiz uşağı göstərirlər, hamı ananı söyməyə başlayır, “bu necə anadır, uşağını atıb gedib?”.  Düşünmürlər ki, bu uşağı dünyaya gətirən təkcə ana deyil. Bu qadını mayalandıran bir kişi də var. Necə olub ki, qadın bu qədər çarəsiz qalıb?  Bundan danışanda bəzi kişilər əsəbləşirlər. Bu obrazda özünü görmürsənsə, əsəbləşmə, əksinə dəstək ol. Çünki sənin cəmiyyətində bu bir problemdir. Sən də gələcəkdə bir ata olacaqsan, bəkə də atasan, sabah sənin qızın da qarşılaşa bilər. Gəlin, əl-ələ verək bu məsələni həll edək. Hər halda problemin bir ucundan yapışıb çıxış yolu axtaraq.
 
Xəyalə Rəis
Oxşar xəbərlər
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:35, Bu gün
Bakıda hoteldə vəzifəli şəxslər zəhərləndi - 2 nəfər öldü
13:33, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO