"O, dünyasını dəyişəndən nişan üzüyümü bir dəfə də olsun barmağımdan çıxarmamışam"
Oxunub: 9149
18 Jan 2021 | 23:36
Xalq artisti Ənvər Həsənov Moderator.az-ın suallarını cavablandırıb.

- Ənvər müəllim, səhv etmirəmsə siz ilk dəfə rejissor Arif Babayevin yanında onun köməkçisi kimi fəaliyyətə başlamısız. Necə oldu ki, filmlərə çəkilməyə başladız?
- Çox insan elə bilir ki, mənim ilk filmim “Uşağlığın son gecəsi”-dir. Xeyr, bu ilk böyük obrazımdır. Amma ilk rolum Əlisattar Atakişiyevin “İstintaq davam edir” filmində olub.  Düzdü bu filmdə epizoda çəkilmişdim. 2-ci ekran işim Şamil Mahmudbəyovun “Torpaq, dəniz, od, səma” filmində olub. Arif Babayevin “İnsan məskən salır” filmində rejissor köməkçisi kimi çalışırdım. Arif müəllim mənə nəzər yetirirdi, hərəkətlərimi izləyirdi. Bəzən də mənə deyirdi ki, “hazırlaş səni kinoya çəkəcəyəm”.. Mən onun bu sözünü ciddi qəbul etmirdim, gülürdüm. Bu filmi təhvil verdik və 6 ay sonra məni “Uşağlığın son gecəsi”-nə dəvət etdi. Sən demə, o ssenarini mənə baxıb yazmışdı.

- O vaxt filmə təsdiqlənmək asan idi yoxsa indi?

- Əlbəttə ki, indi. O vaxt bizi “Postsovet” məkanında təsdiqləyirdilər. Əvvəlcə “fotoprob” olurdu, sonra aktyor rolu məşq edirdi, sonra isə lentə çəkirdilər. Münsiflər heyyəti baxırdı və qərar verirdi. İndi aktyoru tapan kimi o dəqiqə də filmə çəkirlər. 
- Sonuncu dəfə nə vaxt filmə çəkilmisiz?

- Son 7 ildə 5 filmə çəkilmişəm. Onları da ona görə qəbul etmişəm ki, hər şey mənim istədiyim kimi olub. Yəni rejissor mənimlə razılaşıb, istəklərimi nəzərə alıb. Pandemiyadan əvvəl bir filmə də çəkildim, amma narazı qaldım. 5 günlük çəkilişim var idi, onun hamısını bir günə çəkdilər. Belə film olmur axı..Heç o filmin aqibətindən də xəbərim olmadı. 

- Bu gün çəkilən filmlərdə sizi nə qane etmir?
- Kino dinamikadır, hərəkətdir. İndi filmlərin hamısını bir məkanda, daha dəqiq desək evdə çəkirlər. Mövzu da məişət söhbətidir, mətbəxdə gedir. Çəkiliş məkanları da yaddaqalan deyil. “Uşağlığın son gecəsi” filmi efirdə göstəriləndə mənim telefonlarım susmur. Kino bizim millətimizin gözüdür, aynasıdır. Mənim çəkildiyim filmlər bir çox ölkələrdə göstərilib və mükafatlar qazanıb. İstəyim odur ki, bizdən sonra gələn sənətçilər çəkildiyimiz o filmlərə baxıb, nələrsə öyrənsinlər. 
- Film çəkilişlərində yaddaqalan səhnələr olub?

- Bəli, çox olub. Birini sizə danışım.. “Yeddi oğul istərəm” filminin qəbirstanlıq səhnəsini Qobustanda çəkirdik. Bizə yarım saat istirahət vaxtı verdilər. Bir də gördük ki, düzənlik tərəfdən iki nəfər gəlir. Yaxınlaşdılar bizə, dedilər ki, biz ilan tutanlarıq. Sözün düzü, bu bizə təəccüblü gəldi.. Tutduqları ilanları açıb, yerə buraxdılar. Rəhmətlik Elçin (aktyor Elçin Məmmədov) yavaş-yavaş gəlib yerə əyildi və Hamlet Xanızadənin ayağından yapışıb, ilan səsi çıxardı. Bu hadisədən sonra Hamletin ürəyi getdi. Rejissor Tofiq Tağızadə hirsləndi, ilantutanlara dedi ki, götürün ilanlarınızı da, rədd olun buradan (gülür).

- “Uşağlığın son gecəsi” filmində aktyor Məmmədsadıq Nuriyevlə olan səhnələriniz də çox sevilir..
- Mən Məmmədsadıq müəllimin oğlu Yaşar Nuriyevlə çox yaxın dost idim. Bir iki dəfə də onların evinə getmişdim. Ağlıma gəlməzdi ki, nə vaxtsa onunla birgə filmə çəkiləcəyəm. O çox gözəl və ürəyiaçıq insan idi. Çəkilişlərdə ondan valideyn qayğısı görürdüm. Bilmədiyimi məşq etdirirdi, başa salırdı. Biz  onlardan bir növ həm də kinonun sirlərini öyrənirdik. Arif Babayevin böyüklüyü ondan ibarət idi ki, o filmə xarakterik obrazları yığmışdı. Bir növ filmə yenilik gətirmişdi desəm yanılmaram.

- Sizin həm də bir çox əcnəbi aktyorlarla tanışlığınız var. İstərdim bunlardan da danışaq...
- Bəli, mən Fatma Girik, Türkan Şoray, Kadir İnanırla film festivalında tanış olmuşdum. O vaxt Azərbaycanda Sovet filmləri həftəsi keçirilirdi. Bizim bir çox tanınmış sənətçilərimizlə bərabər, Türkiyənin məşhur sənətkarları Türkan Şoray və Kadir İnanır da bu festivalda iştirak edirdi. Onlarla dostluq edirdim, Bakıda onları gəzdirirdim. Mən Türkanla Kadiri bağ evimdə qonaq etmək istəyirdim, amma təəssüflər olsun ki, bu istəyim baş tutmadı. Çünki o vaxtın öz qayda-qanunları var idi, mənim onları evimə aparmağım böyük səs-küy doğura bilərdi. Hətta onlar imzalı şəkillərini də mənə hədiyyə etmişdilər. Amma məşhur Fransız aktyoru Jerar Depardyeni bağımda qonaq etmişəm.

- Çəkildiyiniz filmlərin içərisində ən sevdiyiniz hansıdır?

- Böyük rejissor Adil İskəndərov mənə deyirdi ki, yadında saxla ki, rolun böyüyü-kiçiyi yoxdur. İkincisi də, hansı obrazı yaradırsansa ürəyinin yarısını ona qoymalısan. Bu sözlər mənim yadımda qalıb və hər zaman da onun dediklərinə əməl etmişəm. Yaratdığım bütün obrazlar tamaşaçıların rəğbətini qazanıb. İnsanlar məni küçədə görəndə ya Murad deyə çağırır, ya Sirac, ya da Cəlal. Ona görə də bütün obrazlarım mənim üçün sevimlidir, onların arasında fərq qoymuram. 70-filmdə əməyim keçib, 50-nə çəkilmişəm, 20-də isə rejissor kimi özümü sınamışam.
- İstərdinizmi nəvələriniz də sizin sənətinizi davam etdirsinlər?

- Xeyr, istəməzdim ki, onlar mənim yolumu davam etdirsinlər. Kino çox ağır bir sənətdir, 55 il ərzində mən nələrə şahid olmamışam ki.. Hər insan bu əzab-əziyyətə dözə bilmir. Nə gecəsi var, nə də gündüzü.. Nəvəm Muradın kinoya həvəsi var, o Ülviyyə Könülün “Vəkil hanı?” filmində çəkilib. Texnikaya, kameraya çox həvəslidir, özü üçün çəkilişlər də edir.

- Həyat yoldaşınız Mömünat Qurbanova da sizinlə birgə bir neçə filmdə çəkilib. Səhv etmirəmsə onun da filmdə çəkilməsinə çətinliklə razılıq vermisiz..
- Kinonun əzab-əziyyətini görmüşdüm deyə onun aktrisa olmağını, filmlərə çəkilməyini istəmirdim. Həsənağa Turabovla Şeyx Əbdül “Atları yəhərləyin” filmini çəkməyə başlamışdı.. Həsən Turabov mənə dedi ki, bütün rolları seçmişəm, amma Həcər obrazına hələ ki, aktrisa tapmamışam, Həcəri aparıb otuzdurmusan evdə, mən də aktrisa tapa bilmirəm. Məndən xahiş etdi ki, Mömünata filmdə çəkilməyə icazə verim. Dedim ki, bizim uşağımız var, o bəs necə olacaq? Dedi ki, filmdə sən də çəkiləcəksən, o da, uşaq da bizim yanımızda olacaq. Çox təəssüf ki, bir müddət sonra həyat yoldaşım qəzada dünyasını dəyişdi.. Onu heç vaxt yadımdan çıxarmıram. O hər zaman bizimlədir.. Yaxşı ki, o filmlərə çəkilib və yadigar qalıb. Onun filmləri ilə təskinlik tapıram. Mömünat dünyasını dəyişəndən mən hələ də nişan üzüyümü bir dəfə də olsun barmağımdan çıxarmamışam.
Oxşar xəbərlər
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO