“Bəsdir Bakıya yük olduq...”
Oxunub: 4467
20 Nov 2020 | 17:45
“Bəsdir Bakıya yük olduq...”
“Ürəyimiz 28 ildir o torpaqlar üçün yanıb, kül olub”


28 ildir ki, gözləri yol çəkir. Ağdamda doğulub, oradan çıxanda 5 yaşı  olsa da orada yaşadıqlarını bu günkü kimi xatırlayır. Müsahibimiz həmkarımız Günel Musadır.  Ağdamın işağaldan azad olunduğu gündə ən böyük söz haqqı isə ona düşür. 

Atası Ağdamın müdafiəsində 4 ilə yaxın döyüşərək qazi olub. Deyir ki, ən ümdə arzusu atasının məzarını Ağdama köçürməkdir. 

- Ağdamı necə xatırlayırsınız?

- Mən Ağdamdan çıxanda cəmi 5 yaşım vardı. 5 yaşlı uşağın xatirələrindəki qədər xatırlayıram. Göz yaddaşımda Ağdamdakı evimiz, yaşıl rəngli darvazamız, İmarət və atamın göyərçinləri daha diri qalıb. Mən Ağdamı daha çox atamın, anamın, nənəmin, babamın xatirələrində gəzmişəm. Vətən, torpaq sevgisi mənə onlardan qalan ən dəyərli mirasdır. 28 il bundan əvvəl 5 yaşlı balaca qız olaraq çıxıdğım torpaqlara 5 yaşında qız övladı olan 33 yaşlı qadın kimi qayıdıram. 

- Ağdamı doğru-düzgün xatırlaya bilməyən bir insanın bu qədər o torpağa bağlı olmasının sirri nədir?

- Bu sirr deyil əslində. İçimdəki vətən sevgisinin izahını verə bilməyəcəm. Amma bircə onu bilirəm ki, 28 il boyunca evimizdə, yaxın çevrəmdə ancaq Ağdma adı zikr olunub. Xudu Məmmədovun bir sözü vardı. O deyirdi ki, “Uşaqlarınıza vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, onlar özləri sevəcək”. Mənə evdə vətəni tanıtdılar. Mən vətəni əvvəlcə tanıdım, sonra sevdim. Hər zaman bu fikirdəyəm ki, insanın doğulduğu torpaqla arasında mütləq bir könül bağı olmalıdır. Həm də heç bir zaman qopmayacaq güclü bir bağ. 
 
- 28 ildir burdasınız, özünüzə bir düzən, bir həyat qurmusunuz. Bundan sonra Ağdama gedib, orda yaşamağı düşünürsünüzmü?

- Əlbəttə. Bundan böyük arzumu var? Mən indidən qapının ağzındayam. O torpaqlarda yaşamaq, kök salmaq lazımdır. Mən Bakıda böyüdüm. Amma necə böyüdüm onu bir allah, bir də özüm bilirəm. Bu gün sosial şəbəkələrdə məcburi köçkünlərin o torpaqlara qayıtmayacaqları ilə bağlı fikirlər səsləndirilir. Bu mövzuda düşüncəsizcəsinə şərhlər verənlər də var. Ancaq mən bir neçə yataqxanada, müəssiəsələrdə məskunlaşan məcburi köçkünlərlə həmsöhbət oldum. İnsanlar öz torpaqlarına qayıtmaq üçün ağlayırlar. Bu göz yaşları saxta ola bilməz. Deyirlər ki, ürək yanmasa gözdən yaş çıxmaz. Bizim ürəyimiz 28 ildir o torpaqlar üçün yanıb kül olub. İndi kim istəməz o torpaqlara qayıdıb yaşamaq. Məncə bəsdi Bakıya yük olduq(gülür).

- Adətən yaşlı nəslin nümayəndələri doğulduğu torpaqlara qayıtmağı, orda yaşlanıb dünyasını dəyişməyi arzulayır. Gənc nəsil paytaxta daha çox can atır. Siz necə?

- Qarabağdan olan yaşlı nəsil demək olar ki, qalmayıb. Nənələr babalar dünyadan Qarabağ nisgili ilə köçüb. Anam Təsəvvür edirsiniz Ağdamdan çıxanda məndən kiçik olub? Gənc nəsil o torpaqlara qayıtmağa daha maraqlı olmalıdır. Çünki gənclik enerji, yeni düşüncə deməkdir. Biz o torpaqlara qurub-yaratmalıyıq. Ağdam bilirsiniz ki, Şuşadan sonra ikinci simvolik mənası olan şəhərdir. Ermənilərin ağdamlılara olan hiddətini, nifrətini orda törətdikləri dağıntılarının miqyasından hiss etmək çətin deyil. Bir dəfə məclislərin birində Ramiz Rövşən dedi ki, ermənilər Qarabağın  digər rayonlarını işğal ediblər, amma Ağdamdan qisas alıblar. Biz gənc nəslə isə daha çox iş düşür. Tikmək qurmaq yaratmaq. Mən Azərbaycan vətəndaşıyam deyə bilmək üçün doğulduğun torpağa cani dildən bağlanmaq, dörd əlli yapışmaq lazımdır. Şəhidlərimizin qanı ilə sulanıb vətən etdikləri o torpaqlara sahib çıxmaq ürəkdən sevmək şərtdir. Torpaq tək topla-tüfənglə, qan tökülüərək alındığı zaman Vətən olmur. Torpaq ürəyinizdə yoğrula-yoğrula sevdalısı olduğunuz zaman, tər töküb, əmək sərf etdiyiniz zaman Vətən olur. Kim bunu idrak etmirsə bir əksiyi var deməkdir. 

- Sizə bəzən "mədəniyyət yazarlarının xalq artisti" deyirlər. Səsinizin yaxşı olmasının doğulduğunuz torpaqla bir əlaqəsi varmı?

- Ağdam bilirsiniz ki, Azərbaycanın mədəniyyət, incəsənət beşiyidir. Ağdamda elə bi yev yox idi ki, ordan musiqi səsi eşidilməsin. Hər evdə mütləq bir istedadlı uşaq olurdu. Mən gözümü açandan musiqinin içində olmuşam. Anam qarmon müəlliməsi olub. Bacım bilirsiniz ki, xanəndədir. Səs bizdə genetikdir. Təbii ki, burda Ağdam faktoru da var. Biz tərəflərdə səsi olmayan adamlara Söylü demiş belə bir təhər baxırlar(gülür).

- Hər bir qarabağlının öz yurduna qayıtması ilə bağlı bir əhdi var. Siz nə əhd etmişdiniz?

- Əhdimi bu günlərdə Feysbukda yazmışdım. Üçüncü övlad dünyaya gətirəcəm demişdim. Bu çox adama zarafat kimi gəldi, bəlkə də çoxuna bayağı göründü. Amma burda bir əhəmiyyətli mesaj var. 28 ildir o torpaqlarda azərbaycanlı dünyaya gəlmir. 28 ildir anası, atası qarabağlı olan uşaqların doğum haqqında şəhadətnaməsində Bakı, Gəncə, Şəki və s. bölgələrin adları yazılır. Biz bu gün o torpaqlarda yeni nəsil qarabağlılar dünyaya gətirməliyik. Mənim Ağdamla bağlı o qədər çox əhdim, arzularım var ki… Qorxuram yaşamağa ömrüm çatmaz. Atamın məzarını Ağdama köçürtmək istəyirəm. Atam Ağdamın müdafiəsində 4 ilə yaxın döyüşdü, qazi oldu. Öz doğulduğu torpaqda yatmaq onun haqqıdır. 

- Ən çox nə haqqında düşünürsünüz?

- İmarətin həyətindəki qoz ağacları haqqında. Mən uzun illər yuxularımda o qoz ağaclarını insan kimi görürdüm. Hər zaman məni düşündürürdü o ağaclar. Görəsən o ağaclara nə etdilər?  Bilirdim ki, erməni orda ağac qoymaz. Bəlkə də qəribə gələcək sizə. Mən taxtadan olan hər əşyaya İmarətin həyətindəki qoz ağacı kimi baxırdım. Xüsusilə də xarici ölkələrə məxsus əşyalara. Xəyalımda o ağacların ermənilər tərəfindən kəsilib sonra xammal kimi xarici ölkələrə satdığını canlandırırdım. Bəlkə də oturduğumuz stul, yatdığımız çarpayılar elə o qoz ağaclardı. Nə bilim mənim üçün o qoz ağaclarının taleyi insane həyatı qədər əhəmiyyətli idi. Çünki ağaclar da insanlar kimidir. 


- Ağdamdan çıxanda beş yaşınız vardı. Hər dəfə yazılarınızda da köçkünlük həyatının ağrı-acısından yazırsınız. Bu gün Ağdam artıq bizdədi. Hansı hissləri keçirirsiniz?

- Bircə onu deyə bilərəm ki, 33 illik həyatımda bundan xoşbəxt bir anım olmayıb. Bunu tam səmimiyyətimlə söylədiyimdən əmin ola bilərsiniz. Nə qədər xoş günlər yaşasam da burda həmişə özümü yarımçıq hesab edirdim. Tam deyildim. Bu gün tam olmağın xoşbəxtliyini yaşayıram.  Köçkünülük illəri həyatımızın ən ağrılı illəridir. Mən o illərimi heç vaxt unutmaq istəmirəm. O çətinliklərimizi unutsaq biz yenidən qəflətə düşə bilərik. Necə ki, əsrin əvvəlində başımıza gətirilən oyunları unudub yenidən ermənilərlə yaxınlaşdıq. Onlar da əsrin sonlarında bizə bu vəhşəti yaşatdı. Amma bir çaşqınlıq var. Hələ də inanamama duyğusu var. Baş verənlərə yuxu kimi yanaşıram. Ağdam işğal olunanada biz qaçıqn düşəndə də bu belə idi. Məsələn o illərdə mənə həmişə elə gəlirdi ki, bu yaşadıqlarımız yuxudur. Mən yuxudayam. Gözlərimi bərk-bərk yumub, kipriklərimi möhkəm sıxırdım. Elə bilirdim belə edəndə oyanacam, gözlərimi açıb özümü yaşıl darvazalı həyətimizdə görəcəm. Atam yenə göyərçinləri yemləyəcək. İmarətin həyətində rəngli oturacaqlarda yuxarı-aşağı qaçışıb oynayacağıq. Bu gündə mənə elə gəlir yuxudayam. Bu qələbə yuxu kimi gəlir mənə. 
 
Xəyalə Rəis
Oxşar xəbərlər
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 09:31
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 09:31
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO