"Hayatımızın güzgüsünə baxmağa üz qoymaq üçün üzdəkilər özünü toparlamalıdır..."
Oxunub: 4232
29 Oct 2020 | 11:27
Bir zamanlar AzTV-nin efirində məlahətli səsi, aydın nitqi, qüsursuz tələffüzü və peşəkarlığı ilə çoxlarını özünə sevdirə bilmişdi. AzTV-nin "Səhər" proqramına məhz ona görə baxılır, "Xəbərlər"i məhz onun dilindən eşitmək istənilirdi.  Söhbət Azərbaycan efirində özünəməxsus iz buraxmış teleaparıcı Esmira Çərkəzqızından gedir.

Esmira Çərkəzqızı Moderator.az-a müsahibəsində  televiziya sahəsindəki boşluqlardan, bu sahədə ölkələr arasındakı rəqabətdən və aparıcıların nöqsanlardan danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Siz uzun müddət ölkənin əsas kanalının – AzTV-nin simalarından biri olmusunuz. İllərlə çəkdiyiniz zəhmət, qazandığınız tamaşaçı sevgisi sizi bu sahədə  professional edib. Esmira xanım tamaşaçının rəğbətini qazanmaq üçün televiziya aparıcısı necə olmalı, hansı xüsusiyyətlərə sahib olmalıdır?

- Etibarlı, səmimi, nəzakətli, təmkinli  və ustalıqla bir obraza sahib olmalıdır. İddiasız ve həç bir şəkildə qütbləşməyən, balanslı biri müasir televiziyanın siması olmağa namized olmalıdır. Həqiqətin yanında olmaq da öz yerində. Bilirsiniz, indiki  tamaşaçını aldatmaq çox çətindir. Efir ünsiyyətini hamı yarada bilər, amma heç də hər kəs  tamaşaçının rəğbətini  ve sevgisini qazana bilməz. Bunun üçün hər şey mütənasib olmalıdır. Efirdə tənəzzül o zaman başlayır ki, aparıcılar tamaşaçını görmür, düşünmür, yalnız özünü görürlər. Oysa önəmli olan mikrafondan o üzdəkini görməkdir.


- Xüsusi ilə də indiki zamanda  haqq davamızı, Vətən müharibəmizi hansı nöqsanlara yol vermədən xalqa çatdırmalıdırlar? 

- İndi həqiqətən də çox həssas dönəmdəyik. Ölkə ərazisində müharibə gedir və bu gün ekran qarşısında dünənkindən daha çox tamaşaçı var və  hər biri də çox həssas, həssas olduğu qədər də çox gərgin. Onlara auditoriyayla oynayan aparıcı lazım deyil.  Əslində xəbər aparıcısı çox təmkinli, hisslərini cilovlamağı bacaran bir tipə sahib olmalıdır, amma bugünkü Azərbaycan gerçəkliyində xəbəri, xüsusilə də cəbhə xəbərlərini həyəcanla ve gözüyaşlı təqdim etmek qebul edilir. Hatta təbiilik effekti yaradır. Biz aparıcılar illərdir zəfər xəbərlərini çatdırmağa o qədər teşnəydik ki...İndi bu xəbərləri heyəcanla, göz yaşları içində söyləyənlərə tam səmimi deyirəm qibtə etməmək olmur. 
Dediyim kimi əslində aparıcılar, xüsusilə də xəbər aparıcıları emosiyalardan uzaq və tam tərəfsiz olmalıdır. Danılmaz gerçəkdir ki, çağdaş dövrdə ana xəbər hər bir media qurumunun onurğa sütunu və gəlir mənbeyidir. Bu, kanal siyasətinin arxa pərdəsidir, bunu tamaşaçı bilməz. Amma dinləyici üçün önəmli aldığı  xəbərlərin sağlam, onu təqdim edənin isə tamaşaçı etibarını, sevgisini və səmimiyyətini qazanan biri olmasıdır ki, sonrakı primetime da daha çox tamaşaçı toplasın və bu, o kanal və ya medya qurumu üçün çox önəmlidir. Söhbət həm də rəqabətdən gedir.

- Bu sahədə Türkiyə və Azərbaycan arasındakı fərqi siz necə dəyərləndirirsiz?

- Bu gün televiziya leksikonuna daxil olan yeni bir termin var: anchorman, əsas xəbər aparıcısına  deyirlər. Ona tamaşaçı tələbatı olduğu kimi, kanal rəhbərliyinin də tələbləri çoxdur. Anchorman ən azı bir və ya bir nəçə  xarici dildə mükəmməl danışmağı bilməli, auditoriyaya xitab etməyi bacarmalı, hiss ve emosiyalarını cilovlamalı və bir az öncə də söylədiyim kimi səmimi, etibarlı ve həqiqətin yanında olmağı bacarmalıdır. Onlar ekrana çox uzun bir təcrübədən keçərək gəlirlər. Sadə dildə desək, bu sektor dost-tanış anlayışını qəbul etmir. Norma budur. Məsələn, Türkiyənin "Showxəbər" aparıcısı Ece Ünerin atası Dinc Üner bir zamanlar "CNN Türk"-də genəl müdir olduğu zaman bu kanalda staj keçən, üstün nitq qabiliyyəti,düzgün diksiyaya sahib olmasına, Fransada təhsil almasına baxmayaraq Ece Üner uzun iller efirə çıxa bilməyib. Çünki Türkiyədə kanallar üçün aparıcı o kanalın siması, üzü olduğu üçün bu məsələdə seçimə çox, həm də çox önəm verirlər. Bunun da özünə görə əsaslı səbəbləri var. 
Qəbul edilməyən bir norma daha var. İçtimai-analitik proqramların və ya xəbərlərin aparıcıları kəsinliklə reklama çəkilməməlidir. Bu yaxınlarda "CNN Türk"ün aparıcısı Gözdə Atasoy uşaq bezi reklamında çəkildiyi üçün media ombudsmanı Faruk Notici, "Gözde Atasoy  jurnalistikadan istifadə edir, bu etik deyil" deyərək aparıcını ağır şəkildə tənqid etmişdi ve aparıcı xanım bu tənqidden sonra kanaldan istefa etmişdi. Bizdə durum necədir? Analitik proqramı təqdim eden biri musiqili-əyləncəli proqramlarına da aparıcılıq edir ve ya sosial mediada reklam tipli paylaşımlarıyla tanınmasının ona verdiyi imkanlardan öz maddi mənafeyinə görə yararlanır ve ya reklamlara çəkilir. Bu durumda tamaşaçı nə onun pafoslu xəbərinə, nə də saxta göz yaşlarına inanmaz. Bir məşhur deyim var : Teatr asılqandan başlayır. O demek deyil ki, asılqanda neçə palto var. Səhnəni başa düşən olmayanda teatr olmur. Ekranda da elədir. Tamaşaçı səviyyəsi gərək elə olsun ki, sənin sözünlə psevdo jurnalistin sözünü ayırd edə bilsin.

- Hazırda  televiziyada çalışan aparıcıların efir mədəniyyəti, danışıq tərzi sizi qane edirmi? Gah ləhcə ilə danışırlar, gah da jarqon ifadələr səsləndirirlər. Bir teleaparıcı olaraq bunları necə qiymətləndirirsiz?

- Müasir tamaşaçı ve dinləyici bu gün yetərincə ayıq, ağıllı ve məntiqlidir. Hayatımızın güzgüsü olan televiziyaya baxmağa üz qoymaq üçün üzdəkiler bir az özünü toparlamalı, tamaşaçı isteyini nəzərə almalıdırlar.  Bir məqama da toxunmaq istəyirəm. Dünyanın xəbər aparıcılarının yaşlarına diqqət yetirin : 35-50 yaş aralığı olan, yetərincə peşəkar, uzun bir həyat və əmək təcrübəsindən keçən jurnalistlər bu sırada yer alır. Azerbaycan telemekanında vəziyyət qismən fərqlidir. Doğrudur, gənclərin arasında da bacarıqlı, savadlı aparıcı jurnalistlər var, amma yeterli deyil. İllerdir müharibə şəraitində yaşayan bir ölkənin cəbhə jurnalistləri yetişmişmi? Əlinə mikrafon alıb, kamera önünə keçmək hər şey deyil. Mən xüsusilə də son aylarda-müharibı başlandığı gündən ilkin və operativ xəbərləri, hadisə yerindən qaynar reportajları məhz Türkiyə kanallarından aldım. Elbəttə, yerli kanallarımızın az qisminin əməyini də heçə saymaq olmaz. Amma Gəncədəki son olaylar ferqli görüntü sərgilədi. CNN Türkün müxbiri Fulya Öztürk hadisə yerindən ilk reportajı verən media mensubu oldu. Türkiyə kanalları savaş bölgesinə bir neçə müxbir ezam etməklə hadisələri birbaşa ve operativ  işıqlandırmaqla  reytinqlərdə önə çıxdı. Esil xəbərçilik budur məncə. Son hadisələr bir daha göstərdi ki, bu gün biz Türk medyasına ayaq uydura bilmirik. Bu, təəssüf doğurur. Mən də uzun illər Azərbaycan Televiziyasında 2 fərqli janrda proqramın aparıcısı olmuşam. İdeal aparıcımıydım, əlbəttə yox. Amma biz o dövrün tələblərinə, informasiya-kommunikasiya texnologiyalarının o dövrkü imkanlarına görə hərəkət etmək məcburiyyətində idik. Amma bu gün dünyaya ve dünya medyasına nəinki pəncərələr, qapılar elə açıqdır ki, bu imkanlardan qeyri-peşəkarların yararlanmağına  haqqı yoxdur. Tamaşaçını itirmək o qədər asandır ki, nəinki xəbər, eləcə də digər proqramların aparıcılarının pafos qarışıq qışqırtıları, bir-birinə bənzəyən estetik biçimli üzlər, səviyyəsiz müsahibələr, mövzuya qeyri-peşəkar yanaşma daha nələr-nələr. Çox danışmaq istəmirəm danışırsan yanlış anlaşılır. Kanallara baxıram, prodakşnların hazırladıqları tanıtım çarxları o qədər gözəl təqdim edilir ki, proqramı izləyirsən içi bomboş. Sadəcə görüntü, bəzənib-düzənmiş manken müqəvvadan  başqa bir şey yox ortada. Yenə də təkrar edirəm. Bu, bütün kanallara və bütün aparıcılara şamil olunmaz. Bu gün onların arasında peşəkar, yetənəkli, düzgün nitqə və əhatəli dünyagörüşə sahib aparıcılarımız da var, barmaqla sayılacaq qədər az olsa da var. Amma bu, yetərli deyil məncə. Vətəndaş jurnalistikası peşəkar jurnalistikadan öndədir sanki. Medianın  yeni qiyafətdə auditoriya qarşısına çıxması günün tələbidir. Yəni, yeni media mənsubu olmaq düşüncə tərzini dəyişmək, həyata və baş verənlərə, bütünlükdə dünyaya baxış bucağını genişləndirmək deməkdir.

Güney YAZ
Oxşar xəbərlər
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:22, Bu gün
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
GÜNLÜK
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI