Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
Cəmiyyət
Oxunub: 12328
18 Sep 2020 | 10:12
Ermənistana Gəncə mesajı:  “Başınıza od yağdıracağıq!”
Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət gərgin olaraq qalır. İşğalçı ölkənin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində gizirimizin yaralanmasına cavab olaraq bir gün sonra düşmənin bu istiqamətdə müqaviləli hərbçisi məhv edilib.

Məlumata görə, erməni çavuş Azərbaycan mövqelərinə minaatandan atəş açmaq istərkən snayperimizin hədəfinə tuş gəlib. Bunun qarşılığında işğalçı ölkənin müdafiə naziri David Tonoyanın həyasızcasına Azərbaycanı hədələməsi və “adekvat cavab veriləcəyini” deməsi Ermənistanın ötənlərdən dərs çıxartmadığını nümayiş etdirir. Azərbaycan ərazilərini işğalda saxlayan İrəvan üstəlik, ölkəmizdən beynəlxalq təşkilatlara və həmsədr ölkələrə də şikayət edib. Ermənistanın Qarabağın hüdudarından kənar istiqamətdən aylardır davam etdirdiyi təxribatlara biganə yanaşan Minsk Qrupunuun həmsədrlərinin isə deyəsən “donu” açılıb. Vasitəçilərin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşkin bir araya gələrək bölgədəki vəziyyəti müzakirə etməsi və danışıqlarla bağlı növbəti təşəbbüs səsləndirmələri də heç şübhəsiz, Azərbaycanın işğalçıya hər an sarsıdıcı zərbələr endirməyə hazır olması ilə bağlı ortaya qoyduğu qəti mövqedən yaranan narahatlığın məntiqi nəticəsidir.

Sentyabrın 16-da cəbhədəki son vəziyyətə toxunan müdafiə naziri Zakir Həsənov şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Sentyabrın 15-də, Bakının işğaldan azad edilməsi münasibətilə Gəncədə keçirilən mərasimdə Türkiyə və Azərbaycan şahinlərinin birlik nümayişi də təsadüfi deyildi. Qeyd edək ki, 21 avqust 2001-ci il tarixində Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” akrobatik qrupu Bakı səmasında ilk dəfə möhtəşəm uçuşları ilə təkcə milyonları heyrətləndirən şou göstərməmişdi. Əslində “Türk şahinləri” Bakı üzərində uçuşlar edəndə mesajın hansı ölkəyə yönəldiyi məlum idi. Elə iki il öncə, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaradılmasının 100 illiyi şərəfinə, Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə keçirilən hərbi parad zamanı nümayiş olunan uçuşlarda da əsas məqsəd dost-düşmənə ali mesajın verilməsi idi. Növbəti uçuşlara iyul-avqust aylarında birgə hərbi təlimlər zamanı şahidlik etdik. Amma 15 sentyabrda Azərbaycanın birinci paytaxt şəhəri - Gəncə üzərində iki qardaş ölkənin pilotlarının birgə uçuşlarında hədəf daha konkret idi.  Bu mesaj birbaşa “Gəncəni də vuraraq” kimi sərsəmləyən erməni hakimiyyətinə yönəlmişdi. Tovuz döyüşlərindən sonra Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycanın Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edirdi. Əslində bu, Araik Arutyunyanın “başının və ağlının məhsulu” deyildi, bunu ona dedirdən qüvvələr var idi. Ermənistanı Tovuz istiqamətində hücuma keçməyə sövq edənlər ardınca da “Gəncəni vurmaq” kimi avantürist hədələrin yayılmasına stimul verdilər.

Hətta “Gəncə qədim erməni şəhəridir” kimi sərsəm iddialar da erməni mediasında tirajlanmağa başladı. Elə bu səbəbdən də Türkiyə və Azərbaycanın qırıcı və döyüş helikopterləri R.T.Ərdoğanın sözləri ilə desək, Ermənistanın və Qarabağ separatçılarının “boyunu aşan” iddiaya məhz bu sayaq cavab verdilər.  Heç şübhəsiz ki, 15 sentyabrdan bir gün sonra ermənilərin yenidən Gəncəyə yaxın cəbhə zonası olan Tovuzda vəziyyəti gərginləşdirmək istəyi də bu uçuşlara verilən qıcıqlı reaksiyadır. Lakin düşmən ilk itkisini verdi və azğınlığını davam etdirdikcə, itkiləri artacaq. Rəsmi Bakı hələ avqust ayında erməni terrorçularının Gəncəni təhdid etməsinə cavab olaraq bəyanat verərək, beynəlxalq  təşkilatların diqqətini bu məsələyə yönəltməyə çalışmışdı. Lakin “ağaları” başda olmaqla, heç bir qurum və ya vasitəçi Ermənistana “ağlını başına yığ” demədi. Ancaq bu xəbərdarlığı  yalnız iki dövlət edir: Azərbaycan və Türkiyə. Elə iki gün qabaq Türkiyənin Bakıdakı səfirinin İrəvana xəbərdarlığı da təsadüfi deyildi.

Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki,  Gəncə həmişə ermənilərin hədəfi altında olub: “Gəncə cəbhə zonasına nisbətən yaxın ərazidir, istər Azərbaycan-Ermənistan sərhədi, istər Kəlbəcər, istərsə də Qarabağ istiqamətindən. Ermənlər həmişə iddia edirdilər ki, biz Gəncəyə qədər gedə bilərik, hətta Gəncəni ”erməni şəhəri" hesab edirlər. Bu mənada Gəncə daim təhlükə altında olub. Biz nümayiş etdirməliyik ki, Gəncə təhlükəsiz bir yerdir. Odur ki, raket zərbəsi, tank və ya quru qoşunlarının hücumlarını dəf etmək üçün hazırlığımızı nümayiş etdirməliyik. Sabah irimiqyaslı döyüşlər başlasa, biz düşməni Gəncəyə yaxın buraxmamalıyıq". Türkiyənin bu prosesdə iştirakına, Türk təyyarə və helikopterlərinin Gəncə üzərindəki uçuşlarına gəldikdə, ekspert dedi ki, söhbət təkcə Gəncənin müdafiəsindən getmir: “Türkiyə bununla demək istəyir ki, biz bütün Azərbaycanı müdafiə etməyə hazırıq! İstəyir Gəncə, istər Naxçıvan olsun, istərsə də Qarabağın azadlığı olsun. Bu, ermənilərə ciddi xəbərdarlıqdır”.

Ehtiyatda olan zabit, hərbi ekspert Şair Ramaldanov, mütəmadi şəkildə təxribatlara əl atan düşmənə qarşı bundan sonra da layiqli cavab veriləcəyini vurğulayıb: “Təmas xəttində əməliyyat şəraitinə Azərbaycan bölmələri nəzarət edir. Bu gün ordumuzun arsenalında olan müasir müşahidə vasitələri hərbçilərimizə düşmənin istənilən hərəkətini müşahidə etmək imkanı verir. Təbii ki, düşmənin hərəkəti müşahidə edilən zaman qabaqlayıcı tədbirlər də görülür. Məhz bu yolla mümkün təxribatların qarşısı alınır. Hansı ki, düşmən hər an təxribat törətməyə fürsət axtarır”.

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu iki ildən artıq dönəmdə müxtəlif oyunbazlıqlarla ictimaiyyətin diqqətini özündən yayındırmağa çalışıb. Elə cəbhədə vəziyyətin gərginləşməsi də Paşinyan hakimiyyətinin ömrünün uzanmasına xidmət edir. Əvvəlcə sülh nağılları danışan Nikolun daha sonra oğlunu Qarabağa əsgər göndərməsi, bu günlərdə isə onun arvadının avtomat götürüb işğal zonasındakı təlimlərə qatılması heç şübhəsiz erməni xalqı üçün düşünülmüş şounun tərkib hissəsiydi. Ancaq belə görünür ki, bütün bu oyunbazlıqlar Paşinyanı xilas etməyəcək.

Hər halda, Ermənistanın iri oliqarxlarından biri, “Çiçəklənən Ermənistan” Partiyasının lideri, N.Paşinyan tərəfindən mandatı əlindən alınan Qagik Tsarukyan baş nazirə güzəştə getmək fikrində deyil. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, müxalifət lideri N.Paşinyana qarşı daha sərt şəkildə mübarizə aparacağını nümayiş etdirməkdədir. Müxalifət liderini 1979-cu ildə təcavüz etməkdə suçlayan baş nazirə cavabında Tsarukyan deyib ki, ciddi psixi problemləri olan adamlar yüksək dövlət postlarını tutmalı deyillər. Tsarukyanın nəzərincə, belələri ölkənin və vətəndaşların təhlükəsizliyini təhdid edir.

Göründüyü kimi, nə Qarabağ klanının liderlərinə qarşı açdığı məhkəmə davası, nə diqqətin xarici düşmənə - Azərbaycana yönəldilməsi cəhdləri, nə də koronavirus N.Paşinyana qarşı etirazları arxa plana keçirmir. Belə davam edərsə, N.Paşinyan hakimiyyəti rüşvayçı şəkildə tərk etməli olacaq... 
Oxşar xəbərlər
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?