"Lider kimi tarixdə qalmaq iddiam yoxdur, sadəcə oxucular bilsin ki..."
Oxunub: 4981
12 Sep 2020 | 20:15

Bu gün tanınmış şair Rüstəm Behrudinin doğum günüdür. 

Şairi təbriik edir və Şərif Ağayarın onunla 60 illik yubileyində etdiyi söhbəti oxucuların diqqətinə çatdırırıq.

- 60 yaş vermək olmur sizə. Bu, kompliment deyil, ciddi sözümdür.

- Son vaxtlar iki ağır əməliyyat keçirmişəm, yoxsa lap cavan qalmışdım.

- Nədir səhhətinizdəki problem?

- Bir kəlmə deyə bilərəm ki, ürəyimdə və boynumda əməliyyat oldu. Başqa heç nə. İnsan özünə aid olan şeyləri hamı ilə bölüşməsin gərək.

- Arada arzuolunmaz bir diaqnoz da qoyublar sizə, mən bilən...

- Hə, ağciyər xərçəngi. Sonra məlum oldu ki, yalandı.

- Türkiyədə yoxlandınız?

- Diaqnoz orda qoyulmuşdu, elə orda da məlum oldu ki, yanlış diaqnoz qoyulub.

- Qorxdunuz?

- Heç vecimə almadım. Adamın bir əbədiləşmək istəyi var. Şairlərin də xüsusilə. İstəyirlər bütün zamanlarda onlardan yazsınlar, onlar haqqında düşünsünlər. Ona görə, bəzi şair və yazıçılar yalandan danışırlar ki, mən ölümdən qorxmuram-filan. Ancaq mən bir neçə dəfə ölümü yaxından gördüyümdən buna öyrəşmişəm.

- Adətən belə xəbərləri xəstəyə demirlər...

- İstanbulda yoxlandım, dedilər, ciddi heç nə yoxdur. Yağışlı hava idi. Küçəyə çıxmadım. Otelə gəldim. Özümlə kitab götürməmişdim. Darıxdığımdan başladım müayinə kağızlarını oxumağa, birdən rastıma çıxdı: ağciyər xərçəngi! Gecəni yatmadım. Yuxum qaçdı. Təbii ki, ağır xəbərdir. O an Nazim Hikmətin bir şeiri yadıma düşdü:

Gecə gələn teleqraf dörd hecadan ibarətdi:

“Vəfat etdi”

Sən göz yaşlarını göstərmədən ağlayacaqsan

Gecə gələn teleqraf xəbərlərinə.

Həkimimə zəng vurdum. Dedim, məni niyə aldatdınız? Dedi, şəhərdə deyiləm, sabah gələrsən yanıma. Həmin gecə bir tilov aldım, getdim balıq tutmağa. Səhərəcən balıq tutdum. Sabah səhər yalan çıxdı. Dedilər, ağciyərdə balaca bir ləkə var. O da yəqin çox siqaret çəkməkdəndi. Çox çəkirdim. Günə üç-dörd qutu. İndi demək olar, çəkmirəm.

- Mən içməyə gedərdim...

- Ağlıma gəldi, sabah müayinəyə getməli idim, içə bilməzdim. Balıq tutmaq içkidən artıq zövq verir mənə. Həm də ovudur. Əgər cəhənnəmdə balıq tutmağa icazə varsa, ora getmək istəyərəm. Dünyanın dörd bir yanını gəzmişəm və bütün getdiyim yerlərə özümlə tilov aparmışam. Uşaqlıqdan balıq tutmağa inanılmaz sevgim olub.

- Okeanda balıq tutmusunuz?

- Tutmuşam.

- Əvvəl öz çayında balıq tutursan, sonra dənizdə, sonra okeanda. Şeir də belədir. Məncə, siz kəndinizin və ölkənizin şeirini yazdınız. Bəs dünyaya çıxacaq şeiri necə, yaza bildiniz?

- Yaxşı bənzətmədir (gülür). Doğrudan belədir. Təbii ki, oldu. Əsl şeir elə dünya şeiridir. Mənim belə şeirlərim var. Misal üçün, “Azadlıq, Torino kəfəni və zəvvarlar” şeiri. Bəlkə də iyirmi dilə tərcümə olunub. Bu, artıq dünyanın şeiridir. Burda Lui Araqonun, Qarsia Lorkanın, Pablo Nerudanın üçünün ayrı-ayrı yazdığını mən bir şeirdə birləşdirmişəm.

- Ədəbiyyat mütəxəssisləri düşünür ki, ədəbiyyatdan, sənətdən yuxarı heç bir ideologiya olmamalıdır. Amma baxıram, iş otağınızda, başınızın üstündə Atatürkün, Elçibəyin və Boz qurdun rəsmləri asılıb. Sizcə, bir şair üçün bu, nə deməkdir?

- Tamamilə razıyam! Ədəbiyyatı fərqli ideyalarla çox yükləmək olmur. Böyük mənada belədir. Ancaq bütün millətlərin taleyində bir keçid var, mən də həmin keçid dövrünə düşmüşəm. Bir missiyam var ki, böyük şeirlərlə yanaşı o şeirləri də yazım. Bunları heç kim yazmır, mən məcburam. Bir kitabım var, indi sənə bağışlayacam - “Şaman duasından dar ağacına” – orda həmin siz deyən ideoloji şeirləri ayırmışam.

- Və sizi daha çox bu şeirlərdən tanıyırlar...

- Elədir. Amma bəşəri mövzularda da uğur qazanan, tanınan şeirlərim var.

- Əslində, vətən-millət şeirlərini çoxu yazır, amma alınmır.

- Doğrudur. Yadımdadır, 80-ci illərdə mən “Boz qurd” adlı şeirimi yazmışdım. Ən tanınmış şairlərimiz dedilər ki, adam heyvana şeir yazmaz (gülür). Aradan beş-on il keçdi, onlar özləri Boz qurda şeirlər yazdılar.

- Totem olduğunu bilmirdilər?

- Məncə, o qədər ağılsız deyildilər. Bilirdilər. Elə bəlkə bildikləri üçün belə deyirdilər.

- Sizin boynunuz sarıqlı bir fotonuzu gördüm. Mənə elə gəldi dar ağacının ip yerləri sızıldayır, ona görə sarımısınız... Bəlkə, boynunuz o ilgəkdən ötrü darıxır?

- Bayaq da dedim, inan səmimiyyətimə, ölümdən qorxmuram. Ölümü o qədər görmüşəm ki, mənim üçün adiləşib. Hətta bir dəfə də intihar eləmək istəmişəm. “Şıxov”da özümü dənizə atmışam, məni son anda çıxarıblar. Bir dəfə də hündür mərtəbədən sementin içinə yıxılmışam. Bir dəfə isə qır qazanına düşmüşəm. Ordubadda. İpək fabrikində. Gecədən möhkəm qar yağıb lyukun ağzını örtmüşdü, ayağımı atdım, düşdüm boşluğa. Amma özümü itirmədim, lyukun ağzından yapışıb neçə saat qaldım. Yaxın çayxananı açan oğlan məni təsadüfən görüb, xilas elədi. Yəni bu hadisələrlə, belə deyək, ölümə öyrəşmişəm. O sən deyən, məcazi dar ağacına dəfələrlə çəkilmişəm.

- Qır qazanını bu dünyada görmüsünüz...

- Bəli. Elə buna görə də islama inanmıram.

- Niyə? Əyani görmüsünüz ki, qır qazanını.

- O söhbəti bütün ordubadlılar bilir.

- Günah yaşınız da olmayıb, deyək, ona görəymiş. Bəlkə gələcək günahlarınızın cəzası imiş?

- Yox. Mənim inandığım Tanrı ərəblərin Allahı deyil. Bizdə qır qazanı yoxdur. Heç Adəm və Həvva hekayəti də yoxdur. Türkün inanclar sistemi tamam fərqlidir. Bizim Tanrı deyir ki, mən sizi işıq selinin içində yer üzünə göndərdim. Otuz il əvvəl “Göy adamları” adlı şeir yazmışdım. Niyə yazmışdım, bilmirəm. İllər keçəndən sonra türk dastanlarını və mifologiyasını oxuyanda gördüm ki, doğrudan da insan yer üzündə yaranmayıb, bura göndərilib. Burda insanın yaradılması üçün şərait yoxdur. İnsan niyə dua oxuyanda yerə yox, göy üzünə baxır? Gəldiyi yerə etiqad edir, ona görə. Bizim tanrı ərəblərinki kimi hesabat istəmir.

Ahmet

- Dar ağacı da yoxdu.

- Yoxdu. Dar ağacı burdadı. Yer üzündə. Bax, deyirsən e, günahların-filan, məhz günahım olmadığı üçün boynumdan dəfələrlə o dar ağacının kəndiri qırılıb, son anda xilas olmuşam. Sənə bir şey də deyim. İndi dəb halını alıb, çıxıb deyirlər ki, mən milli azadlıq hərəkatının liderlərindən olmuşam. Bunu ilk dəfə sənə deyirəm və xahiş edirəm açıq şəkildə yazasan. Mənim inqilabçı kimi tarixdə qalmağa nə şansım var, nə həvəsim. Mən şairəm. Amma hamı iddia edəndə ki, hərəkatın lideri olmuşam, məcburam danışam. Yalandır! Onların heç biri ilk dəfə o meydana getməyə ürək eləmədilər. Bircə Sabir Rüstəmxanlının şansı vardı getməyə, işlədiyimiz “Yazıçı” nəşriyyatının direktoru onu qorumaq üçün otağa salıb ağzını bağladı. Camaatın qabağına mən düşdüm. Dedilər, biz sənin şeirlərinlə hərəkata qoşulmuşuq, indi özün gəl düş qabağımıza. Bu, 1988-ci il fevralın 19-da olub. Əslində, Meydan hərəkatının gerçək tarixi budur. Yenə deyirəm, mənim lider kimi tarixdə qalmaq iddiam yoxdur, sadəcə həqiqət naminə deyirəm ki, oxucular bilsin. İlk dəfə meydana getdim və bilirdim ki, bu yolda ölüm var. Getdim və təkbaşına meydanı idarə etdim.

Milli ədavəti qızışdırmaq adı ilə məni həbs də elədilər, qışın günü su buxarıyla dolu bir zirzəmiyə atdılar. Orda da ölə bilərdim. Deməyim nədir? Dar ağacını çox gördüm. O şeir elə-belə yazılmayıb. Amma onu da deyim ki, “Salam, dar ağacı” mənim ən zəif şeirimdir.

- Xərçəng xəbərini eşidəndə təəssüflənmədiniz ki, ey dadi-bidad, kaş elə o hərəkatda qəhrəman kimi öləydim?

- Səmimi etiraf edim ki, ağlıma gəldi. İstər-istəməz. Başqa bir ölümü Naxçıvanın Kərki kəndi mühasirəyə alınanda gördüm. Orda 17 nəfər qalmışdı, son ana qədər döyüşmüşdülər və patronları qurtarmışdı. Biz onlara silah və patron apardıq. Özü də erməni postundan keçdik. O kənd Ermənistanın içərisində idi. Qəfil atışma düşdü, güllələr arxamdakı daşa dəyirdi, amma heç gizlənmək ağlıma gəlmirdi. Ölüm o qədər adi gəlirdi mənə. İnsanın həyatında belə anlar olur. Qəhrəmanlıq da an məsələsidir. Rəhmətlik Ziya Bünyadov deyirdi, qəhrəmanlar ya dəlilərdən olur, ya qorxaqlardan. Normal adam qəhrəmanlıq edə bilməz. Bir məqam var ki, onu adlayandan sonra ölüm adiləşir. Son qırx ildə mən bu məqamı bir neçə dəfə adladım.

- Elçibəylə dost olmusunuz. Şair taleyinizdə onun rolu oldumu?

- Məncə, yox.

- Bilirsiniz, nə mənada deyirəm? Adınızı çəkirdi, ona görə sizi çoxlu adamlar oxuyurdu...

- Hə, bunlar olub. Bu sualınız bir xatirəni yadıma saldı. 1979-cu ildə Elçibəyin toyu oldu. O vaxt mən təyinatla Kələki kəndinə gedib müəllim işləyirdim. Toy gedən gün kirayə qaldığım evdə idim. Birdən qapı döyüldü, Elçibəylə Vaqif Cəbrayılzadə içəri girdilər. Bizi tanışı elədi. Dedi, Rüstəm mənim dostumdu, onun şerilərinə bax, mümkünsə “Ulduz” jurnalında çap edərsən. O vaxt, üç ədəbiyyat orqanı vardı – “Ulduz”, “Azərbaycan”, “Ədəbiyyat qəzeti”... Burda çap olunmaq çox çətin idi, çap olunandan sonra bütün Azərbaycan səni tanıyırdı. Vaqif “Ulduz”da şeir şöbəsinin müdiri idi. Orda toy gedir, burda bunlar mənim evimdə oturub çay içirlər. Vaqif şeirlərimi götürdü və o vaxt üçün inanılmaz bir hadisə oldu: növbəti nömrədə şeirlərim çıxdı. Bir qəribə fakt da deyim. İllər sonra Bakıya gəldim, “Yazıçı” nəşriyyatında şöbə müdiri oldum və Vaqifin ilk kitabını mən çap elədim. Redaktoru da özüm idim. Kitabın adını da mən qoydum: “Unudulacaq bütün sevdalar”.

- Bir səmimi cavab istəyirəm: Elçibəy prezident olanda ondan nəsə istədiniz?

- Heç vaxt! Hətta məni nazir postuna dəvət elədi, getmədim. Dedim, mən öz işimlə məşğul olmaq istəyirəm.

- Nazirliyi demirəm, gərək Yazıçılar ittifaqına sədr gələydiniz. Əgər orda olsaydınız indi AYB-dən siz yox, Anar çıxardı...

(Gülür) Kəramət Böyükçöl yazmışdı ki, Rüstəm Behrudi Heydər Əliyevlə danışırdı, Rüstəmin əvəzinə Anar qorxurdu (yenə gülür). Əla məqamı tutub.

- Yeri gəlmişkən, AYB-dən niyə çıxdınız? Ad gününü təbrik etməməyə görə təşkilatdan çıxırlar?

- Elə deyil. Gördünüz “26-lar” kafesi ilə bağlı söz-söhbəti? Onların belə işləri çoxdur. Bax bu məsuliyyəti bölüşməmək üçün ordan çıxdım. Yazıçılar Birliyini o qədər söyürlər, mən niyə o söyüşə şərik olmalıyam? Və son hadisələr göstərdi ki, haqlı söyürlər. Ordan çıxmağıma sevinirəm. O çirkablar mənim üstümə düşmür.

- Çoxlu dostlarınız var orda. Bir az onlara dəymir ki, sözünüz?

- Onların şəxsi işidir. Mən öz adımdan danışıram.

- Yubileyinizlə bağlı nəsə təklif etmədilər?

- Keçirmək istəyirdilər, özüm razılaşmadım. İstəmirəm.

- Elçibəydən daha bir sual vermək istəyirəm.

- Buyur.

- Onun məşhur sözü var: “Tankın qabağında dayanan dostlarım, pulun qabağında dayana bilmədilər.” Siz də dostu olmusunuz...

- Anladım səni. Tanıyan adamlardan soruşa bilərsən, mən heç vaxt dəyişmədim. Nə idimsə yenə oyam. Dünyada ən zəhləm gedən şey təslim olmaqdır. Təslim olmadım. Günah işlətmədim. Əmin ola bilərsiniz.

- Sizi varlı hesab edir çoxu.

- Hə (gülür). Bir dəfə AYB-dən kimsə yazmışdı ki, Rüstəm istəsə qardaşlarıyla birləşib vertolyot alar, bura vertolyotla gəlib-gedər.

- Doğrudan vertolyot ala bilərsiniz?

- Nə bilim? Gərək soruşam qardaşlarımdan. Vertolyot neçəyədir ki? Qardaşlarım 20-30 ildir bizneslə məşğuldurlar, bəlkə də ala bilərlər. Mən ömrüm boyu alverlə məşğul olmamışam. Uşaq vaxtı kasıb idik, qardaşlarımla gilas yığırdıq satmaq üçün, amma mən bazara getmirdim. Bacarmırdım. Mənlik deyil. İndi də beləyəm. Bir dəfə Aqşin Yenisey yazmışdı ki, Rüstəm Behrudi taxta-şalban satır. Olmayan şeyi niyə yazırlar? Satmaq eyib deyil, ancaq satmıram axı. Artur Rembo kimi şair silah alveri ilə məşğul olub. Olub-olub də, nə edək? Mən alverlə məşğul olsam deyərəm. Bir jurnalist gəlmişdi yanıma, hörmət əlaməti olaraq maşınla aparıb metrodan yola saldım. Gedib, yazıb ki, Rüstəm Behrudi Allahdan, ölümdən, əbədiyyətdən yazır, üstəlik son model maşın sürür (gülür). Oğlum, indi at vaxtı deyil axı. Mən də hamı kimi maşın minirəm də. 150-200 min tirajla çap olunmuş şairəm e mən.

- Bizim oxucu şairə varlı olmağı niyə bağışlamır? Bəlkə şair üçün pul qazanmağın yolları şəffaf deyil, ona görə?

- Təbii ki, şəffaf deyil. Burda bir az həqiqət var. Doğrudan belədir. Amma bunu mənə demək olmaz. Mənim tirajım olub. Bizim oxucuya görə şair ya həbsxanada olmalıdı, ya dar ağacında. Normal şair olmaq olmaz bəyəm?

- Məsələni sadələşdirək: sizə qardaşlarınız kömək edir, adamlara isə elə gəlir ki, özünüz alverlə qazanırsınız.

- Elədir. Onların işi mənim adıma çıxır. Hətta təkcə onların yox. Bu yaxınlarda uşaq bağçası tikirdilər, yazmışdılar ki, Rüstəm Behrudi uşaq bağçası salır.

- Cəmiyyətimizdə Marks-Elgels-Lenin sıralamasından qalma bir üçlük yaratma şakəri var. Ədəbiyyatda da var bu: Anar-Elçin-Əkrəm... Şeirdə Vaqif Səmədoğlu-Ramiz Rövşən-Vaqif Cəbrayılzadə... Stalin yuxarıdakı üçlüyə sonradan əlavə olunan kimi Anar-Elçin-Əkrəm üçlüyünə Mövlud Süleymanlını, Vaqif Səmədoğlu-Ramiz Rövşən-Vaqif Cəbrayılzadə üçlüyünə sizi əlavə etdilər. Bəlkə, etmək istədilər... Bəlkə özünüz istədiniz... Bilmirəm və soruşuram: ora əlavə olunmaq rahatdırmı?

- Əvvəla deyim ki, Stalin analogiyası heç ürəyimcə omadı (gülür). İkincisi, ədəbiyyat yalquzaqların işidir. Kimin adının harda çəkilməsi önəmli deyil. Üçüncüsü, mən adını çəkdiyiniz şairlərə qoşulmadım.

- Məncə, məmnun idiniz...

- Əlbəttə, dünən kənddən gələn cavan bir oğlan adının bu imzalarla bir çəkilməsindən məmnun idi. Müflis olmuş neftxudalardan biri Hacı Zeynalabdinin yanına gəlir və borc istəyir, deyir, heç kim mənə kömək etmir, bəlkə sən edəsən. Hacı ona borc vermir. Sonra necə olursa dost-tanış Hacını yola gətirir ki, adama kömək etsin. Hacı onu axşam evinə çağırır, yenə heç nə vermədən yola salır, ancaq öz faytonu ilə aparıb evinə qoyur. Sabah bütün borc istədiyi milyonçular adama borc və müştərək iş təklif edirlər. Bilirsən, niyə?

- Niyə?

- Bakının ən zəngin adamıyla oturub-durur! Borcunu qaytarar, hələ pul da qazandırar! Bu mənada adını çəkdiyiniz imzalar mənim üçün böyük divident idi. Ancaq mən bundan arxayın düşmədim. Öz yazımı yazdım. Onlardan çox Sabir Rüstəmxanlının əməyi olub üstümdə. Məni ilk dəfə “Yazıçı” nəşriyyatına qarovulçu götürüb. Gündüzlər də fəhləlik edirdim, kitab daşıyırdım.

- Bu məşhur üçlüyün içində ən çox sevdiyiniz hansıdır?

- Ramiz Rövşən. Ramizlə münasibətim bir başqadır.

- Yeni ədəbiyyatı oxuyursunuzmu?

- Oxuyuram. Mən adamlara yox, yazılara baxıram. O gün gənc bir müəllifin şeirini oxudum. Çox bəyəndim və paylaşdım.

- Adı yadınızda deyil?

- İntiqam Yaşar. Balaca bir şeiri vardı, “Evdə yoxam”, gözəl şeir idi. Sonra, sizdə Mirmehdi Ağaoğlu var, bir neçə hekayəsini oxumuşam, potensialı var. Təəssüf ki, o da, elə hamınız hərdən ədəbiyyatdan kənar işlərlə məşğul olursunuz.

- Biz həm də jurnalistik axı.

- Anlayıram. Markes də jurnalist olub, Hemenquey də. İstərdim daha çox yaradıcılıqla məşğul olasınız.

- Nə yazırsınız?

- Bildiyiniz kimi, mən islamı qəbul etmirəm. Bir alim dostum dedi, etmirsən, bildik, bəs özünün alternativ fikrin varmı? Düşündüm, gördüm, yoxdur. Ya da var, pərakəndədir. Ona görə, qərara gəldim ki, türk dastanlarına və mifologiyasına dayanan bir kitab yazım. Kitabı demək olar ki, yazmışam. Adı “Göy tanrı”dır.

- Janrı nədir?

- Şeir də var, nəsr də var, esse də var. İmza qoymayacam o kitaba. Mənim kitabım deyil bu. Bildiklərimi, oxuduqlarımı ümumiləşdirib yazmışam. Belə deyək, türkün dini kitabını yazıram. Yazmaqdan daha çox hazırlayıram. Mənbələri də göstərirəm. Bu kitabı oxuyanda görəcəklər ki, bizim inanclarımız islamdan daha ilahidir. (kulis.az)

Oxşar xəbərlər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
GÜNLÜK
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb