"Hamımızı xəcalətli edən "Qarabağ hələ də işgal altındadır" deyib, məni susdura bilirlər..."
Oxunub: 4853
01 Sep 2020 | 12:29
İbad Hüseynli: ”50 yaş az  yaş deyil. Çalışıram ki, sağlamlığımı qoruyum. Mənim üçün 50 illiyimlə bağlı ən böyük hədiyyə Qarabağın işgaldan azad  olunması olacaq”  
   
Yaradanın şah əsəri,  yeganə şüurlu varlıq İnsandır. Ağıl sahibi, düşünən,  iradə sahibi və məsul bir varlıq. Həyat hər bir insana özünün razılığı olmadan, xəbərsiz bir şəkildə Allah tərəfindən verilən lütfdür. Hər kəs dünyaya öz istəyi olmadan gələrək həyat adlı bir məfhumun necə də şirin nemət olmasının dərkinə varır. Hər bir insan istəyindən asılı olmadan yaşamının uşaqlıq, gənclik və qocalıq mərhələrinin iştirakçısı olur. Eyni zamanda həmin mərhələlərə aid olan prinsip və qaydalara da tabe olmaq məcburiyyətində qalır. Uşaqlıq və yeniyetməlik dönəminin yalnız bir görüntüsü olan məktəb həyatı, gəncliyin tərkib hissəsi olan tələbəlik, daha sonra irəlidə insanı gözləyən iş həyatı, evlilik, qocalıq çağının təzahürləri və s. Bu dünyada hərəmiz Tanrı tərəfindən qismətimizə düşən bir ömür payı yaşayırıq. Kimi az yaşayır, kimi çox yaşayır, kimi ona verilən ömür payına az baxır, kimi çox. İnsan ömrünün uzunluğunu isə yaşanmış illərin sayı ilə deyil, onun mənası ilə, əməlləri ilə ölçmək lazımdır.İnsanın hamı tərəfindən eyni məhəbbətlə sevilməsi, bu dünyanı tərk etdikdən sonra da hər zaman minnətdarlıq hissi ilə xatırlanması hər kəsə qismət olan xoşbəxtlik deyil.İnsan müəyyən zamanda və məkanda dünyaya gəlir.Bu, onun qismətidir.
 
Bu insanlardan biri də ömrünün ən  gözəl,  gənclik  çaglarını  vətənin  müdafiəsinə   həsr  edərək  fiziki  saglamlıgını itirən,  qənimət  ömür  yaşayan,  taleyinə  minlərin, milyonların  sevgisi   yazılan ,  Aszərbaycanda  vətənpərvər,igidlik  simvolu kimi  tanınan   Türk Dünyasının  qəhrəmanı  İbad  Hüseynovdur.  Bu yaxınlarda Tanrının ona bəxş  etdiyi keşməkeşli,  agrılı,  acılı ömrünün demək olar ki,  50 illini tam  edir. Biz də hər kəsin həssas dönəmi  olan yubiley yaşı ərəfəsində   qəhrəmanımızla   müsahibə  etdik. Həmin müsahibəni qəhrəmansevərlərə təqdim edirik.

- İbad müəllim, 50 illik yubileyi ərəfəsində özünüzü necə hiss edirsiniz? 

- Özümü qocalmış hiss eləmirəm  hələ (gülür) Mənim Qarabağ arzum, döyüşmək istəyim, Qarabagın işgaldan  azad olunmasını, qələbə  sevincini görmək arzum, istəyim var. 

- Bu gün Qarabağ məsələsi bildiyiniz kimi beynəlxalq aləmdə əsas məsələlərdən biridir. Bu konfliktin ədalətli həllində qardaş Türkiyənin iştirakını necə görürsünüz? 

- Mən Qarabağda qanımı tökmüş bir adamam.Qarabağı hər an, hər dəqiqə düşünürəm.  Bunu sözlə ifadə etmək mümkün deyil.Türkiyənin fəal şəkildə Qarabağ məsələsinin həllinə girişməsi çoxdan arzulanan bir şeydir.  Çünki bu məsələ elə bir səviyyəyə gəlib çıxıb ki, bu, artıq Azərbaycan çərçivəsində   həll   ediləcək məsələ  deyil.  Cənab Prezidentimiz bir  müddət  əvvəl bildirdi ki, Ermənistan özünə güvənirsə,  təkbətək danışaq. Qarabağ bir çox iri dövlətlərin maraqlarının toqquşduğu yerdir. Ermənilərin arxasında   məlum  güclü dövlətlər  dayanır. Yəni,bu,  tək  iki  dövlətə  aid məsələ olsaydı,  bu  qədər mürəkkəbləşməzdi.  Bu gün dünyaya sözünü deyən, çox güclü bir  bir orduya  sahib   qardaş Türkiyə dövləti axır ki,öz iradəsini açıq çəkildə ortaya qoydu. İnsafən,Türkiyə həmişə bizimlə olub. Bu,  90-cı illərin Türkiyəsi  deyil. İnanıram ki, yaxın  zamanda   hər  şey  öz ədalətli  həllini tapacaq.

- Bütün həyatınızı Qarabağa həsr etmisiniz: Həm döyüşdə, həm ictimai fəaliyyətinizdə. Ümumiyyətlə Türkiyədən gözlənilən gözləntilər nə dərəcədədir? 

- Mən həmişə deyirəm ki, erməni bizimlə türkük deyə döyüşüb. Biz türklüyümüzü unutsaq da, onlar bizə hər zaman xatırladıb.  Ermənistan aydın məsələdir ki, Türkiyəylə bu oyunları oynaya bilməz.  Türkiyənin   Qarabağ məsələsində lazımi addımlarin atmasının  zamanı yetişib.  Bu yaxınlarda  Türkiyə  dövlət  adamları   öz  sözünü,  fikirlərini  , mesajlarınl  dünya  ictimaiyyətini  çatdırdı. Tovuz döyüşlərindən  dərhal sonra böyük bir qoşun kontingentinin iştirakı ilə Azərbaycanda irimiqyaslı hərbi  təlimlərin keçirilməsi və Türkiyənin heç zaman Azərbaycanı yalqız buraxmayacağı barədə verilən açıq bəyanatlar Qarabağ məsələsinin artıq həll ediləcəyi anlamına gəlir.Türkiyə   hər  zaman  Azərbaycanın yanında  olub,  bundan  sonra  da  olacaq.

- Hal- hazırda sizi ən çox nə narahat edir? 

- Təbii  ki, hamı kimi məni də narahat  edən  işğal edilmiış torpaqlarımızın tezliklə azad edilməsidir. Mən həmişə bu  fikirdə olmuşam ki, biz yalnız torpaqlarımızı azad etmək naminə döyüşməli deyilik. Biz qisasımızı almalıyıq. Cəngavər oğullarımız, igidlərimiz  döyüşərək şəhid olublar. Onların qanını almalıyıq.Biz o zaman rahat nəfəs ala bilərik, şəhidlərimizin  ruhu ,ana-bacılarımızın təhqir edilmiş  namusu   bizdən  razı olsun. 

- Ümumiyyətlə, xaraktercə  narahat və  narazı insansınız. Sizi nə sevindirə bilər, nə  xoşbəxt  edər?

- Blirsiniz  niyə narahatam, narazıyam. Gəncliyim, xoşbəxtliyim , ruhum Qarabağdadır.  Gözümün   qarşısında  neçə-neçə əsgərlərim, yaxınlarım, dostlarım  şəhid oldu. Mən  dildə  deyil,  ürəkdə Qarabag  deyənlərdən  oldugum  üçün rahatçılıqdan,  xoşbəxtçilikdən danışa bilmərəm.
Ruhumda, canımda, qanımda,  hər sözümdə Qarabağ var mənim. Saglamlıgımı verdim Vətən yolunda.
Mənim və bizim xoşbəxliyimiz ondadır ki, biz müstəqil dövlətdə yaşayırıq. Bu müstəqilliyimizi   də,azadlıgımızı da   qurbansız  əldə  etmədik. 20  Yanvar  hadisələri    müstəqillik   tariximizin yaddaşıdır. Bizim gənclərimiz Vətən üçün canlarını qoydular. Onlar bunu müstəqilliyimiz üçün etdilər. Biz müstəqil dövlətdə yaşayırıqsa,  bu, özü hər şeydir. Biz Vətəni yaşatdıq ki, Vətəndə yaşayaq. 
- Ən son nə zaman ürəkdən gülmüsünüz?

- Yadıma düşmür. Nə qədər ürəkdən gülsəm də, o gülüşümün sonunda bir kədər olub həmişə. Hələ elə ürəkdən gülmək kimi bir haqqımız yoxdur deyə düşünürəm. Biz yaralıyıq. Bütün millətimiz əlildir. Bizim yaramız var. Bu millətin yarasını Qarabağın işgalı sağaldacaq. 

- Xarakter olaraq özünüzü nə zaman güclü, nə zaman zəif sayırsınız?

- Mənim zəif nöqtəm Qarabağdır. Qarabağ hələ də işgal altındadır deyib, məni susdura bilirlər. Qarabağın adı çəkiləndə özümü zəif hiss edirəm. Hamımızı xəcalətli  edən  işğal edilmiş torpaqlarımızın hələ də  azad  edilməməsidir.

- Sizi fikrinizdən daşındıra bilən, düşüncələrinizi dəyişdirə bilən nə  olar?

- Gəncliyimdən bu günə kimi heç kimin düşüncəsiylə addım atmamışam. 

- Özünüzü şanslı hesab edirsiniz?

- Mən şanslıyam ki,  Vətənə böyük fayda vermişəm. Mənim addımlarımla torpaq saxlamışıq. Düşmənin Kür çayına çıxmaq cəhdinin qarşısını almışam. Bunun mənimlə addımlayan kəşfiyyatçılar da yaxşı bilir. Zaman gələcək bunun nə demək olduğunu hamı başa düşəcək. 

-Cəmiyyət tərəfindən  sevilməyinizin səbəbi nədir?

- Cəmiyyət hər şeyi yaxşı görür. Mənim nələr etdiyimi xalq yaxşı  bilir,görür. Əsgərlikdə mən nələr etmişəm, bunu ordakılar yaxşı bilir. 1990-cı ildən Hərbi   xidmətdən  hazır döyüşçü olaraq  gəldim. Bütün sahələrdə birinci idm. Avtomatda, idmanda, silahda, qaçışda, hər bir şeydə. Bütün  şərəf lövhələrində şəkillərim  var  idi. Qarabağa, gələn gündən də döyüşlərdə hər şey göz qabağında idi. Hərbi xidmətimi müharibəyə hazırlıq  kursu  sayırdım.
1993-cü ildə yaralanmasaydım,  Qarabağın bir hissəsi yox, çox hissəsi bizdə ola bilərdi bəlkə də. 

-  Müharibədən   sonra  da , “müharibə” yaşamısınız, həm də kompyuter arxasında.  Özünüzü Vətəndə təhlükədə hesab etmisiniz?

- Mən özümü  təhlükədə hesab etməmişəm. Mənə dostlarım deyir ki, özünü qoru. Amma mən bilirəm ki,  məni qoruyan qüvvə var. Mənə zərər gəlməyəcək. Heç nəyə baxmadan addımlayıram.Türkiyədə  və oldugum bir  çox  ölkələrdə  də. Rusiyada erməni deputatlarının gözünün içinə baxa-baxa Qarabağdan, işğal edilmiş  torpaqlardan danışırdım. 

- Sizi nə sarsıda  bilər?

- Məni heç bir zərbə qıra bilmədi. Bunu eləyə də bilməzlər. Amma cəhd etdilər, hələ də edirlər. Bunu edənlərə deyirəm ki, daha çox çalışsınlar. Onlar məni gücləndirirlər. Onlar özləri də bilmədən mənə yaxşılıq edirlər. Onlar düşünmürlər ki,dəmiri döyə-döyə poladlaşdırırsan. 

- “Kaş ki” dediyiniz zamanlar çox olub?

- Bəli. Kaşki mənim o enerjili gənc vaxtımda bugünkü düşüncələrimin heç olmasa yarısı olardı. Belə olsaydı, çox şey qazana bilərdim. Gənc idim, fiziki baxımdan güclü idim, amma siyası baxımdan  uzaqgörən deyildim. Mənim gücüm elədiklərimdən daha çox idi. Daha böyük şeylər edə bilərdim. 

- İbad Hüseynov o gücü hardan alırdı?

- Bu gücü mənə verən mənə elə gəlir ki, Vətənə daha çox bağlılığım idi. Elə bil ki, hansısa qüvvə qoymurdu ki, mən dincəlim, yatım. Mənə elə bil deyirdilər ki, səndə bu potensial, bu güc var. Ətrafıma baxırdım, qabağa gedən  az idi. Hər kəs öz xeyri üçün qaçırdı. Mənim isə bir düşüncəm var idi. Maksimum dərəcədə Vətənə xeyir vermək.

- O zaman bəziləri vəzifə dalınca gedirdi, bəziləri pul, bəziləri silah. İbad Hüseynov  düşünmürdü  mən də nəsə edim deyə?

- Bizim  hərbi hissədə  ilk böyük təqdimat mənim üçün yazıldı. Mən dedim ki, mən vəzifə, ad üçün döyüşmürəm. Deyiləndə ki, sabah müharibə qurtarır, mən onda çıxıb gedərəm. Zaman gəldi, mənim komandamda olan döyüşçülərin hamısına  rütbə verildi, mən bunun dalınca düşmədim.Mənim düşüncələrimdə Vətənə xidmətdən başqa  heç nə olmayıb olmayıb. 

- İbad Hüseynov həmişə güvəndiyi insanların ətrafında olub yoxsa özünü çox zaman tənha hiss edib?

- Mənim güvəndiyim insanlar, dostlar çoxu şəhid olub. Bu mənim yaralı yerimdir. İndi  güvən,  etibar  azalıb. Çox  insanlar  tanıdım,  hər sifətdə    insan  gördüm.

- Çətinə düşəndə hər insanın üz tutduğu biri olmalıdır. Sizdə necə?

- Mən  özümə üz  tuturam, gəncliyimə   boylanıram,  gəncliyim məni  ayaqda   tutur. Allaha  baglı  bir insanam . Bütün çətinliklərdən  Allah məni qoruyur. Mən müharibədən  sonra   uzun müddət  müalicələr  aldıım.  1997- ci ildə Bakıya gəldim.  Vəziyyətimiz  maddi  baxımdam çətin idi. Dönər alıb yeməyə pulum yox idi. Allahım mənə elə fürsət  verdi , şərait yaratdı ki, mən iş qurdum. Mən həmişə Allahdan istəmişəm mənə ruzu versin mən  də başqalarına  verim.  Allahım  mənim dualarımı  eşidib.Bu günə   qədər   də o  ruzu ilə yüzlərlə  ailə  dolanır.

- İbad müəllim, 2020-ci ildəyik. Sizin  50 illik yubileyiniz, beynəlxalq aləmdə qloballaşan korona virusu ilə eyni  zamana təsadüf   etdi.Bu haqda nə deyə bilərsiniz?

- Atalar məsəli var   “elnən gələn  dərd  toy-bayram olar”. Bu da bir   sınaqdı.  Dünya  imtahana  çəkilir  deyək. Bizim  də xalq olaraq  koronadan daha böyük virusumuz var. Bizim virusumuz ermənilərdir. Qarabağımız  işgaldan  azad  etsək  dərdimiz, yaramız, ruhumuz, gücümüz, nəfəsimiz, enerjimiz qayıdacaq.  

- 50 illik  yubileyiniz  ərəfəsində demək istədiyiniz, ürəyinizdən keçən nəsə varmı?

- 50 yaş az  yaş deyil. Çalışıram ki, sağlamlığımı qoruyum. Mənim üçün 50 illiyimlə bağlı ən böyük hədiyyə Qarabağn işgaldan  azadlıgı  olardı.   Qaldı  demək istədiyim  sözə , mən  son  sözümü hələ deməmişəm.

- Dost dediklərimiz düşmən, dogma dediklərimiz  ögeyləşdilər.İnsanlar nədən dəyişirlər?

- İnsan  xislətində  paxıllıq   hissi güclüdür . O paxıllıq da insanları dəyişdirir. Müharibə vaxtıda,   sonra da çox adam dost, qardaş deyirdi.  Amma əksəriyyət  üzdə ,öz mənafeləri   üçün  deyirlər.  Hansısa  işləri  düşəndə, nəsə lazım  olanda   yadlarına düşürəm.  Mən çox  insanları tanıdım. Çox  yanlışların   şahidi oldum. Dostluq  başqadır.  Dost  qardaşdan   da irəli olmalıdır.

- Özünüz necə, dəyişmisiniz?

- Dəyişən insan deyiləm.Dəyişən insanlara qarşı da dəyişmirəm. Münasibətim əvvəldən necədirsə, olduğu kimi də qalır. Onlar dəyişə bilər. Mən dəyişmirəm... 

RezonansPress.az
Oxşar xəbərlər
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO