Cəmiyyət
56202
30 Aug 2020 | 12:25

"Məndən xahiş etdiniz ki, prezident Elçibəyə çatdırım ki, onun tərəfindəsiniz və sizi qəbul etsin"

"Hörmətli akademik Ramiz Mehdiyev" ,xa0 sizə bu cavabıxa0 xa0"Keçmişdən gələcəyə nə daşıyırıq"xa0 kitabımın "Tarix milli kimliyimizin meyarıdır" bölməsini yazanda hazırlamalı oldum. Telefonumaxa0 saytların birindən bildirişxa0 gəldi. Açdım baxdım və sizin "Ermənistanın hibrid müharibəsi və dövlətimizin maraqları hər şeydən üstündür" başlıqlı məqalənizlə tanış oldum.

Öncədən deyim ki,xa0 bu məqaləniz məni çox ciddi tarixi-fəlsəfi fikirlərimdən uzaqlaşdırdı. Təəssüflər... Çünkixa0 xa0yazdığınız bu məqaləxa0 siyasi fəlsəfəyəxa0 aiddirsə (əgər siz bunu belə qəbul edirsinizsə)yanılırsız...buxa0 sxolastikadan başqa bir şey deyildir. Çünki bundan önçə yazdığınızxa0 bölümlərdəxa0 daha sərt idiniz və indi sxolastikanın imkan verdiyi məntiqlə özünüzü "süddən çıxmış ağ qaşığa" bənzətmək istəyirsiniz. Yazınızdan belə çıxır ki, sizin bu dövlətdə baş verən hadisələrə heç bir dəxliniz yoxdur vəxa0 bir ziyalı kimi öz fikirlərinizi bildirirsiniz.

Qabaqcadan deyim ki, mən sizinlə ömrümdə cəmi iki dəfə görüşmüşəm, baxmayaraq mən də Fəlsəfə -Hüquq İnstitutunda beş il işləmişəm. Adınız orada olsa da heç zaman sizi görmədim. Bu əsas deyil.

Birinci dəfə sizinlə görüşüm dəyərli alimimiz, Arxeologiya İnstitutunun direktoru rəhmətlik Arif Abbasovun təşəbbüsü ilə oldu. O zaman yeni bir partiya elan etmişdiniz. Yeni Azərbaycan Partiyasının rəhmətlik H.Əliyev tərəfindən elan edilməsinə baxmayaraqxa0 deyirdinizxa0 ki,xa0 "Qoçadan nə isə gözləmək axmaqlıq olardı".

Böyük Britaniyaya birlikdəxa0 xa0səfərimizdən sonra 1992-ci ilin dekabr ayında Arif müəllim mənə zəng etdi ki, "akademiyaya gələ bilərsən? Sabah saat ikidə səni gözləyirəm"xa0 Heç bir şey fikirləşmədən, dostumum mənimlə söhbət edəcəyini düşünüb sabahısı gün saat ikidə Arif müəllimin altıncı mərtəbədəkixa0 qərb tərəfdə kabinetinə daxil oldum. İçəridə mənim tanımadığım bir kişi də oturmuşdu. Qabaqcadan deyim ki, mən Rusiyada təhsil aldığım üçün demək olar ki, Azərbaycanda heç kimi tanımırdım. Bəlkə də bu mənim üstünlüyüm idi. Arif müəllim bizi tanış etdi. Tanış ol, Ramiz Mehdiyev. O zamanlar özümdən o qədər razı idim ki, dünya vecimə deyildi, çünki mənim üçün dövlətə xidmət etmə prinsipləri vardı. Kim bu prinsiplərdən kənarda idisə mənim üçün yox dərəcəsində idi.

Nə isə, Arif müəllim tərif dolu müqəddimədən sonra dedi ki, bəs Ramiz müəllim yeni partiya yaradıb və istəyir ki, iqtidar partiyası tərəfindən olsun. Uzun-uzadı söhbətdən sonraxa0 məndən xahiş etdiniz ki,xa0 prezident Elçibəyə çatdırım ki, onun tərəfindəsinizxa0 və imkan varsaxa0 sizixa0 qəbul etsin...

Razılıqxa0 verdim vəxa0 dediklərinizixa0 Elçibəyə çatdırdım. Elcibəy qətiyyətlə dedi: "O Heydər Əliyevin...

Yunus Oğuz

ARDIxa0 VAR...
Link kopyalandı!
Son xəbərlər