“Azərbaycanın rəqəmsal biznes klasterinə ehtiyacı var”
Oxunub: 1571
11 Aug 2020 | 12:26
“Azərbaycanın rəqəmsal biznes klasterinə ehtiyacı var”
Hal-hazırda dünyanı ağuşuna almış pandemiya ilə mübarizə məhdudlaşdırıcı tədbirlər tələb etdiyindən, bu hal insan əməyindən istifadəni də minimallaşdırmaqla istehsal prossesinə, bütövlükdə isə iqtisadi fəaliyyətin intensivliyinə ciddir təsir edir. 

Koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün təqribən 120-150 milyon manat itirir. Karantin rejiminin 6 aydır davam etdiyini nəzərə alsaq, bu müddət ərzində ölkə iqtisadiyyatı bir neçə milyard manat gəlirlərdən məhrum olub və bu proses hələ də davam etməkdədir. İqtisadi fəaliyyət dayansa da, öhdəliklər dayanmır və bu faktor, rəqəmsallaşma anlayışının pandemiya dövründə geniş vüsət alaraq, bəşər övladının yaşam tərzinə çevrilməklə, alternativlik fazasından məcburiyyət fazasına keçid etməsini labüdləşdirdi. Rəqəmsal əməliyyatların heç bir halda sərhəd tanımadan istənilən şəraitdə fəaliyyət göstərə bilməsi, ənənəvi biznes proseslərini təkmilləşdirərək səmərəliliyi ciddi şəkildə artırması və əməliyyat xərclərini minimallaşdıraraq qənaətcilliyi şərtləndirməsi gələcəyin dünyasında, onun bizim həyatımızın mərkəzində olacağını demək üçün ciddi əsaslar yaradır. Rəqəmsallaşmanın milli iqtisadiyyatımıza sirayət etməsi bütövlükdə onun ekzogen risklərə qarşı immunitetinin möhkəmlənməsinə şərait yaradacaqdır.
 
Pandemiya səbəbindən artan xətt üzrə inkişaf edən lokallaşma meyllərinin fonunda dünyada yaranmış yeni situasiya, iqtisadiyyatlar üçün mənfəət nöqteyi-nəzərindən rəqəmsallaşmanın əhəmiyyətlilik dərəcəsini olduqca yüksəldir. Müqəddimə hissəsində də qeyd etdiyim kimi rəqəmsal məhsulların sərhəd tanımaması mövcud vəziyyətdə onu istehsal edən texnologiya tutumlu iqtisadiyyatlar üçün əlverişli vəziyyətin yaranmasına imkan verir. Bu kontekstdə, respublikamızda da son illərdə məqsədyönlü addımlar atılaraq, milli iqtisadiyyatımızın rəqəmsallaşması istiqamətində olduqca innovativ layihələr reallaşdırılıb. Buna misal olaraq, dünya tarixində ilk dəfə 2018-ci ilin oktyabrında “Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi"də, bir qeyri-rezidentə mobil imza – ASAN imza təqdim edilməsi, eyni zamanda Azərbaycanın Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olması göstərilə bilər. Bütün bu müsbət məqamların dünyada yaranmış mövcud iqtisadi-siyasi vəziyyətdə dinamik formada konseptuallaşaraq, sistemli xarakter alması üçün çox ciddi zərurət meydana gəlib.
 
Dünya təcrübəsinə əsasən, bu qəbildən olan təşəbbüslər üçün metodoloji yanaşmanın ayrı-ayrı ölkələr üzrə sosyo-iqtisadi vəziyyətə görə səciyyələndiyini və çeşidləndiyini demək mümkündür. Məsələn, Azərbaycanla ortaq SSRİ keçmişinə malik və təşəbbüskarlara informasiya texnologiyaları sahəsində təklif etdiyi əlverişli biznes mühitinə görə Avropanın “Silikon Vadisi” adlanan Estoniyada, informasiya kommunikasiya texnologiyaları sektorunun 4 milyard 200 milyon ABŞ dollarından bir qədər çox dövriyyəsi vardır. Sözügedən sferada əhalinin işqabiliyyətli seqmentinin 6%-i, sayı 5000-ə yaxın olan özəl sahibkarlıq subyektlərində təmərküzləşərək, fəaliyyət göstərir. Estoniyada, 1996-cı ildən “Tiigrihüpe” proqramı çərçivəsində informasiya kommunikasiya infrastrukturunun genişləndirilməsi o cümlədən, onun texnoloji cəhətlərinin məişət və cəmiyyət həyatına inteqrasiyası istiqamətində atılan addımlar ötən 24 ildə ölkə ÜDM-ni 6,5 dəfə artıraraq, 4 milyard 780 milyondan 31 milyard 390 milyona yüksəlməsinə rəvac verdi. Uzunmüddətli və intizamlı fəaliyyət, həmçinin qanunvericilik səviyyəsində təmin olunan ən müxtəlif  təşviq vasitələri nəticə etibarilə, 1,3 milyon əhalisi olan Estoniyanın, 23,524$ (2019, nominal) adambaşına düşən ÜDM göstəricisi ilə dünya sıralamasında qabaqcıl mövqedə yerləşməsinə şərait yaratdı. Yeri gəlmişkən qeyd etməliyəm ki, hazırda aylıq 300 milyon aktiv istifadəçisi olan “Skype” platformasının 5 qurucusundan 3-ü estoniyalıdır.
 
Rəqəmsallaşmanın stimullaşdırılmasında Estoniyanın total təşviq metodu ilə yanaşı biznes klasterləri vasitəsi ilə spesifik regionlar üzrə prosesi inkişaf etdirən ölkələr də vardır. Buna ən yaxşı nümunə ABŞ-ın Kaliforniya ştatında yerləşən, “Apple”, “Facebook”, “Google”, “Netflix”, “Tesla”, “Twitter”, “Yahoo!”, “eBay”, “Cisco” və “Oracle” kimi dünyaca məhşur nəhəng şirkətlərə ev sahibliyi edən “Silikon Vadisi” rəqəmsal klasteridir. Əsasən müdafiə sənayesi üzrə tədqiqatlar üçün nəzərdə tutulmuş sonradan Stanford Universitetinin təşəbbüsü ilə mülki tədqiqatlara da açılmış ərazi, ötən əsrin 70-ci illərindən etibarən informasiya kommunikasiya texnologiyaları üzrə ixtisaslaşan şirkətlərin qərargahına çevrildi. ABŞ Ticarət Departamentinin İqtisadi Təhlil Bürosunun 2017-ci ildə Kaliforniya ştatı üzrə dərc etdiyi hesabata görə ştatın 3,2 trilyon dollar olan Ümum Daxili Məhsulunda 400-450 milyard dollarlıq İKT sektorunun payının əhəmiyyətli bir hissəsi, təkcə 2018-ci ildə 60 milyard dollardan bir qədər çox investisiya cəlb edən xüsusi zonanın hesabına formalaşır. Göstəricilər bir daha sübut edir ki, bu qəbildən olan zonaların xarici investisiya və təşəbbüskar cəlb etmə qabiliyyəti olduqca yüksəkdir.
 
Sözügedən metodunun digər uğurlu örnəyi Hindistanın Karnataka ştatının paytaxtı Banqalor şəhəri hesab olunur. Həcm baxımından dünyanın 4-cü texnoloji kalsteri olan şəhər, 200 ali və orta mühəndislik məktəbi o cümlədən, 400-ə yaxın tədqiqat mərkəzi ilə araşdırma və inkişaf nöqteyi-nəzərindən regionun qabaqcıllarındandır. Nəzərə alsaq ki, ölkə Ümum Daxili Məhsulunun %10-i təşkil edən rəqəmsal sektoru əksərən Banqalor özünün rəqəmsal məhsulları ilə təmin edir, o zaman bir metodoloji yanaşma kimi onun müvəffəqiyyəti inkaredilməzdir. Banqalor təcrübəsinin bənzəri qardaş Türkiyə Respublikasında “Bilişim Vadisi” adı ilə formalaşıb. Belə ki, hər iki ölkə, biznes inkubatoru adlanan mexanizmi proseslərə inteqrasiya etməklə, uğuru davamlılaşdırmağa hesablanmış addımlar atır. Türkiyənin İstanbul şəhərinin yaxınlığında yerləşən Qebze sənaye ərazisində qurulmuş “Bilişim Vadisi”ndə ən müxtəlif stimullaşdırıcı vasitələrlə informasiya kommunikasiya texnologiyaları sektorunun şirkətləri təmərküzləşdirilməyə çalışılır. Bu cəhd özünün ilkin nəticəsini yerli elektrik avtomobil layihəsi olan “TOGG” markasının istehsalının məhz “Bilişim Vadisi”ndə start götürməsi ilə göstərdi. Orta dövr üçün xüsusi zonanın rezident sayının 5000 şirkətə çatacağı, 50 milyard dollarlıq dövriyyə və 100 min nəfərlik məşğulluq sahəsi yaradacağı qardaş ölkənin müvafiq orqanlarının dərc etdiyi hesabatlara əsasən gözləniləndir.
 
Azərbaycanda dövlət tərəfindən qeyri-neft sektorunun inkişafı çərçivəsində rəqəmsal sferada son dövrdə atılan addımlara əsasən demək mümkündür ki, dünya təcrübəsinin mütərəqqi cəhətlərinin respublikamızda tətbiqi üçün sağlam fundament formalaşdırılıb. Həmçinin keçmişdə reallaşdırılan layihələr onu göstərir ki, Azərbaycan doğru zamanda, doğru məhsulu satışa çıxarmaqla iqtisadi cəhətdən olduqca rasional hərəkət edir. Bu baxımdan, düşünülmüş neft strategiyaları sayəsində karbohidgrogen ehtiyatlarını kommersiyalaşdıraraq “Azərbaycan Möcüzəsi” adlanan iqtisadi tərəqqiyə nail olundu. Məhz iqtisadi vəziyyətə adekvat atılan addımların fonunda, 2006-ci ilin artım statistikasına görə məmləkətimiz 34.6%-lə dünya birincisi oldu. Bu gün isə kommersiyalaşdırmaq üçün ən məqsədəuyğun olanlar, rəqəmsal və texnologiya tutumlu məhsullardır. Abşeron yarımadasında yaradılacaq “Rəqəmsal Körfəz” adlı rəqəmsal biznes kalsteri ölkəmizin əlavə dəyər yaratma potensialını maksimallaşdıraraq, iki kateqoriyada; həm daxili, həm də xarici aspektdən xeyli dividendlər gətirəcəkdir. Daxili cəhətdən “Rəqəmsal Körfəz”, milli intellektual kapitalın ən məhsuldar seqmentinin ölkə sərhədləri daxilində məşğulluğunun tam təminatına şərait yaradacaq, o cümlədən əcnəbi insan resursunun buraya axınına (beyin axını) rəvac verəcək. Həmçinin sahənin spesifik ərazidə inkişafı üçün endemik şərait yaradıldığı halda (rezidentlərə vergi güzəştləri, alternativ maliyyə mənbələrinə çıxış imkanları və s.), natural yolla çoxsaylı iri vergi ödəyiciləri meydana çıxacaqdır. O cümlədən, informatika sfreasında fəaliyyət göstərən yerli şirkətlərin məhsulları bəzi sahibkarlıq sahələri üzrə zəruri olan proqram təminatının xaricdən idxalını məhdudlaşdıraraq, həm Azərbaycan vətəndaşlarının bu və ya digər datasının xaricə ötürülməsinin və onun emal edilərək 3-cü tərəfə satılmasının qarşısını almaqla milli informasiya təhlükəsizliyimizə qarantiya verəcək, həm də satış sonrası rəqəmsal təmir-bərpa xidməti üçün xarici valyuta qismində ölkədən kənara olan ardıcıl ödənişləri minimallaşdıracaq. Bütövlükdə, yerli proqramlaşma daha az xərc tələb etdiyindən yerli sahibkarlar milli məhsulları satın alaraq, onları biznes proseslərinə inteqrasiya etməyə meyllənəcəklər və şübhəsiz ki, bu hal isə Azərbaycandakı biznes ekosisteminin təkmilləşməsinə və ölkəmizin özəl sektorunun dünya miqyasında rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcəkdir. Ölkə daxilində fəaliyyət göstərən ali təhsil qurumları ilə koordinasiya nəticəsində sözügedən ərazi sözün həqiqi mənasında elmi-tədqiqat mərkəzinə çevrilərək, unikal bir institut kimi fəaliyyət göstərəcəkdir. Ən əsası, respublikamızın müdafiə qabiliyyətinin artırılmasında müstəsna rola malik olan yerli müdafiə sənayesinin rəqəmsal hissəsinin inkişaf ettirilməsi üçün yeni imkanlar yarana bilər.  Rəqəmsallaşmanın sərhədlərinin olmadığını nəzərə alsaq, o zaman onun ölkə üzrə bütün sektorlarda tamamilə yeni ab-hava bərqərar edəcəyi aşkardır.
 
Məsələyə böyük prizmadan baxdıqda, Orta Asiya ölkələrinə də sirayət edən rəqəmsallaşma tendensiyasının ortaya çıxardığı tələbatı qarşılayacaq tək regional mərkəz Azərbaycan olacağından məhz bu amilin investisiya axınını sürətləndirəcəyi və respublikamızın MDB-nin “Silikon Vadisi” olmaq imkanını əldə etməklə, qlobal miqyasda qeyd edilən sahə üzrə olduqca üstün vəziyyətdə olacağı görünür. Rəqəmsal iqtsadi siyasətdə müstəqilləşməyimiz TAP və TANAP kimi meqalayihələrlə artıq beynəlxalq oyunçuya çevrilmiş Azərbaycanın mövqelərini möhkəmlənməsinə xidmət edəcəkdir. Həmçinin ölkəmizə xüsusi zona səbəbindən texnologiya tutumlu xarici investisiyaların artan xətt üzrə inkişafı milli iqtisadiyyatımız üçün strateji əhəmiyyət daşıyan diversifikasiya amilinin asanlıqla reallaşması üçün zəmin hazırlayacaq. Bundan əlavə, MDB məkanında regional bir rəqəmsal mərkəz kimi Bakıda sözügedən sahə üzrə keçiriləcək beynəlxalq konfrans və tədbirlər, ölkəmiz üçün biznes turizmi baxımından da yeni perspektivlər vəd edir.
 
Nəticə etibarilə, xüsusi klaster vasitəsi ilə səlahiyyətlilərlə biznes subyektlərinin münasibətlərinin qeyri-bürokratik çərçivədə qurulması davamlı tərəqqini stimullaşdıraraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişafına əvəzolunmaz töhfə verəcəkdir. Digər ölkələrin təcrübəsinə nəzər salındıqda, qısa dövr ərzində çoxminlik məşğulluq sahələrinin və yüzlərlə şirkətin yaranmasının mümkünlüyü açıq-aşkar görünür. Bütün bu qeyd edilən faktorların vəhdəti sayəsində rəqəmsal sektor üzrə çoxmilyardlı dövriyyə yaratmaqla qeyri-neft sektorunun inkişafında çox ciddi irəliləyişə nail olmaq mümkündür. Belə olan halda, bir çox sahədə olduğu kimi rəqəmsal sferada da qabaqcıl ölkə olmaq üçün Azərbaycanın rəqəmsal biznes klasterinə ehtiyacı vardır.
 
Nicat Muradzadə
Oxşar xəbərlər
21:16, Bu gün
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
21:08, Bu gün
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
20:57, Bu gün
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
20:53, Bu gün
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
20:36, Bu gün
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
20:34, Bu gün
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
20:22, Bu gün
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
20:21, Bu gün
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
GÜNLÜK
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür