"Bu kimyəvi silahdan istifadə 1400-dən çox insanı öldürdü, kimyəvi maddələrin təsirinə məruz qalmış 5 min zərərçəkmiş var və müfəttişlər qrupumuzun buna dair hesabatı tezliklə işıq üçü görəcək. Mən ümid edirəm ki, bu, kimyəvi silahdan istifadə edildiyinə dair tutarlı hesabat olacaq. Hələ ki, hesabat əlimdə olmadığı üçün nəticələr barədə ictimaiyyətə açıqlama verə bilmirəm. Əsəd bəşəriyyətə qarşı çoxlu cinayətlər törədib, əminəm ki, hər şey bitəndən sonra bunun hesabı sorulacaq, amma indi ən vacib olan şey döyüşləri dayandırmaq və dialoqa, danışıqlara başlamaqdır" - deyə, BMT-nin baş katibi bildirib.
Pan Gi Mun daha əvvəl dəfələrlə bəyan etmişdi ki, Suriya prezidenti Bəşər Əsəd bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət daşıyır. BMT müfəttişlərinin hesabatının sentyabrın 16-da dərc ediləcəyi gözlənilir.
BMT avqustun 21-də Dəməşqdə kimyəvi silahdan istifadə nəticəsində 1429 nəfərin öldüyünü iddia edir.
BMT-nin hesablamalarına görə, Suriyada 2011-ci ilin martından bəri vətəndaş müharibəsində 100 mindən çox adam həyatını itirib.
Moderator.az