Ey Gözəl Gəncəm Mənim
Əziziyəm Gəncəmə,
Qurban olum Gəncəmə
Günü gündən gözəlləşən,
Cavanlaşan yurduma,
Dahilərin,igidlərin,
Şairlərin yurdusan
Ey Gözəl Gəncəm Mənim,
Nizaminin,Məshətinin
Cavadxanın yurdusan
Ey gözəl Gəncəm Mənim
Neçə neçə mərd, igid,
Qəhrəman ogulların var
Bəxş edibsən onları sən
Ey Gözəl Gəncəm Mənim
Onlar ölməzdi, yaşardı
Qəlblərdə, könüllərdə
Əbədi yaddaşlardadı
Qəhrəman oğulların
Tarixi, dini, qədim
Abidələrin var sənin,
Naxışlı, bəzəkli
Gözləri qamaşdıran
Ey Gözəl Gəncəm Mənim
Saxlayırsan onları
Qürurla qoynunda sən
İnsanların mehriban
Qonaqpərvərdi yaman
Qonaqcanlı yurdumsan
Ey Gözəl Gəncəm Mənim
Səni sevənlər sevir
Sevməyənlər üzülür
Ey Gözəl Gəncəm Mənim
Dadından doymaq olmur
Nemətlərindən sənin
Ey Gözəl Gəncəm mənim.
Dağların, bulağların
Suların, meşələrin,
Adamı valeh edir
Göy Gölün, Hacıkəndin
Onlar sənin şərəfin
Qürurundu, fəxrindi
Ey Gözəl Gəncəm mənim...
Allah gözəl yaradıb,
Məndə sənin şəninə
Qoy yazım,bəstələyim
Bir nəğmə,Gəncəm mənim...
Yaşa, Varol, Uca ol
Ey Doğma Gəncəm Mənim
Ay kimi işıq saçıram
Aykimiişıqsaçıb,
Sevilirəm ,sevirəm,
Sevgi qanadlarında
Uçuram,ruhlanıram,
Sevgi məni yaşadır,
Sevgisiz mən heçnəyəm,
Sevgi olmasa hətta
Boğulub ölərəm mən...,
Mənim sevgim çox böyük,
Əvəzsizdi,təmizdi,
Parlaq, saf hisslərim var ,
Onları anlamağı
Hər bir insan bacarmaz...
O mənə tək ruh verir,
Mənə tək qüvvə verir,
Qüvvə verir ki yaşayım,
Sevilim şirin-şirin”¦
Bu sevginin qoynunda
Yaşayım şirin-şirin”¦
Hələ uşaq bu sevgi,
Hələ şirin yoldadı”¦
Candan,içdən bu sevgi,
Şirinliyi bal dadır”¦
Əsla,əsla bu sevgi”¦