Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Milli Mətbuatımızın 145 illiyinə dair bir sıra layihəyə start verib. Bunların arasında milli mətbuat tariximizin öyrənilməsi və təbliğinə aid “Azərbaycan milli mətbuat tarixinin inciləri - virtual sərgi”si, həmçinin, bununla bağlı hazırladığı sənədli film də yer alır.
Maraqlıdır, milli mətbuat
tariximizin öyrənilməsi və təbliği baxımından bu kimi layihələrin gerçəkləşdirilməsi
nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama
verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri,
media eksperti Müşfiq Ələsgərli milli mətbuat tarixinin öyrənilməsi
və təbliğinin vacib olduğunu vurğuladı:
“Jurnalistikanın nəzəriyyəti,
texnoloji imkanları, jurnalistikada istifadə edilən vasitələr dünyanın hər
yerində jurnalistikanın tədrisində var. Jurnalistikanı texniololi baxımdan öyrənmək
məsələnin bir tərəfidir. Jurnalistikada sosial məsuliyyəti dərk etmək, olduğun
ölkənin problemlərinə həssas yanaşmaq, təmsil etdiyin millətin sözünü demək və
s. kimi vacib nüanslar da var ki, bunlar başqa məsələlərdir. Təbii ki, bu baxımdan
jurnalistlər jurnalistikanın texnoloji tərəfini, lazımi vasitələrdən istifadəni
bilməklə yanaşı, həmd ə öz millətlərinin tarixini, milli mətbuatın tarixini də bilməli, bunun məsuliyyətini
dərk etməlidirlər. Bu, ən vacib məsələlərdir.
Bu gün bu məsələyə daha
çox ehtiyac var. Bir çox jurnalistlər var ki, onlar xarici ölkələrdə msəkunlaşıblar.
Jurnalistikanın texniki imkanlarından istifadə edirlər. Amma fəaliyyətləri
anti-Azərbaycandır. Onlar jurnalistika peşəsinin imkanlarından istifadə edib
xalqımıza, dövlətimizə fayda vermək əvəzinə, onun qarşı çıxırlar.
Deməli, bunlar ideoloji baxımdan
hazırlanmış insanlardılar və yad ideologiyaların təsiri altına düşürlər. Öz
imkanlarını öz dövlətlərinə və xalqlarına qarşı yönəldirlər. Bu baxımdan
jurnalistlərin öz tarixləri, ədəbiyyatları, mənsub olduqları xalqın milli-mənəvi
dəyərləri bilməldirlər. Bunu bilməldirlər ki, jurnalist kimi öz imkanlarından
xalq və dövlət üçün istifadə edə bilsinlər. Bu baxımdan bizim mətbuat tarixinin
də öyrənilməsinə ehtiyac var.
Mətbuat tarixmizə nəzər
salsanız görərsiniz ki, milli mətbuatınmızın əsasını qoyanlar, bu sahədə böyük
xidmətləri olan şəxslər jurnalist olmaqla yanaşı, həm də siyasətçi və ideoloq
idilər. Onlar öz imkanlarından xalqlarının, dövlətlərinin maraqlarını müdafiə etmək
üçün istifadə edirdilər. Bu baxımdan milli mətbuat tariximizin öyrənilməsində
böyük fayda var və bu kimi addımlar təqdirəlayiqdir”.
Seymur ƏLİYEV