\"Türkiyənin Azərbaycanda hərbi baza yaratması hər birimizin istəyidir\"
Oxunub: 4443
03 Aug 2020 | 13:48
\
Son bir neçə ildə Azərbaycanla Türkiyə arasında strateji və hərbi əməkdaşılığın yüksələn xətlə inkişafı və Ermənistanın 12 iyulda Tovuz istiqamətindəki təxribatına qarşı qardaş Türkiyənin qəti mövqeyi, ardınca  iki ölkə ordularının birgə təlimləri cəmiyyətdə xoş həyəcan yaratdı. Azərbaycan insanı Türk ordusunun 1918-ci ildə ölkəni xilas edərək,  millətimizi real soyqırımdan qoruyub, milli dövlətimizin yaranmasındakı tarixi rolunu minnətlə xatırlamaqda.  Bu baxımdan cəmiyyətin əhəmiyyətli hissəsi, ağır durumlarda tərəddüdsüz onun yanında olan Türkiyə ilə əlaqələrin bu günkü yüksək səviyyəsindən məmnunluq duyaraq, təlimlərə qatılan Türk ordusunun Azərbaycanda bazasının yaradılmasını arzuladığını gizlətmir. Bu istəyə və iki ölkə arasında dərin iş birliyinə qarşı çıxanların mütləq əksəriyəti isə Azərbaycanın müstəqilliyini özünə təhdid hesab edib,onun zəif durumda olmasını istəyən dövlətlərin tərəfdarları, 5-ci  kalonun təmsilçiləridir. Türkiyənin  Azərbaycanla  hərbi əməkdaşlıq və Milli ordunun formalaşmasındakı rolunu qısa şəkildə 3 mərhələyə ayırmaq olar:

1.1918-ci ildə Osmanlı dövləti ilə Azərbayca Xalq Cumhuriyəti arasındakı anlaşma əsasında Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycana gəlib ölkənin işğal altında olan böyük hissəsini və Bakını azad edərək müstəqil dövlətin qurulmasında müstəsna rol oynadı. Bu günkü müstəqil Azərbaycanın var olmasında müstəsna xidməti olan 2-3 şəxsdən biri məhz Nuru paşadır.  1918-ci il birinci dünya savaşının qalib dövlətləri ilə imzalanan Mondros anlaşması və  Almaniya Rusiya arasındakı Brest Litovsk müqaviləsinin şərtlərindən biri də Osmanlı ordusunun Azərbaycanı tərk etməsi idi. Geri qayıtmalı olan ordunun çoxsaylı əsgər və zabitləri burada qalaraq Azərbaycan ordusunun qurulmasında önəmli rol oynadılar. Məhz bu ordu 1920-ci ilin martında erməni ordusunu məğlub edərək Qarabağı işğaldan azad etdi. 1920-ci ilin aprelində XI Qırmızı Ordunun Azərbaycanı işğalından sonra Türkiyə ilə əlaqələr 70 illik kəsintiyə uğradı. 

2.1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa edəndə Türkiyə Pakistanla bərabər  onu ilk tanıyan ölkə oldu. Eyni kök, qan bağı olasına baxmayaraq, gözü Moskvada olan Mütəllibovun Türkiyə səfərində müzakirə edilən məsələlər arasında hərbi əməkdaşlıq məsələləri yox idi. Türkiyə ilə bütün sahələrdə işbirliyinin genişlənməsi 1992-ci ildə Ə.Elçibəyin prezidentliyi dönəmində başlandı. İyun ayından başlayaraq iki ölkə arasında əməkdaşlığın vacib sahələrindən biri Türkiyənin Azərbaycan ordusunun qurulması istiqamətində atdığı addımlar oldu. Azərbaycan Ordusunun gələcək zabitlərinin hazırlanması məqsədilə ilk olaraq imtahanları qazanaraq seçilmiş 60 nəfər gənc Türkiyə hərbi məktəblərində oxumağa, bundan əlavə 86 nəfərdən ibarət daha iki qrup Türkiyədə 3 aylıq hərbi təlimlərə göndərildi. Bu qrupun tərkibində 4 iyun 1993-cü ildə Gəncədə qiyamçıların qətlə yetirdiyi Prezident qvardiyasının komandanı Tahir Məmmədov da vardı. 
    
Prezident Elçibəy 1992-ci ilin oktyabrında Türkiyə səfərində orada təhsil alan hərbi müdavimlərlə görüşüb, onların təlimlərini müşahidə etmişdi. Prezidenti müşayət edən Türkiyə Silahlı Qüvvələrinin  Baş Qərargah rəisi Doğan Güreş müdavimlərimizin hazırlığından  razılıq edərək  “Sayın Cumhurbaşkanım, cocuklarınız pırıl-pırıl, cox yetənəklidir. Anadolu cocuklarının 3 aya mənimsədiyi proqramı onlar 2 aya mənimsəyir. Onların çox iyi yetişib, ölkələrinə xidmət edəcəklərinə güvənim tamdır” dedi.  Təssüf ki, sonradan təhsilini bitirib ölkəyə qayıdan bu zabitlərin qarşısına xeyli əngəllər çıxarıldı. 
    
Ölkəmizə gəlib Azərbaycan ordusunun qurulmasına ciddi kömək etməyə çalışanları  minnətdarlıqla xatırlayır və hazırda həyatda olmayanların ruhları qarşısında baş əyirəm. İlk gələnlərdən Türkiyə Silahlı Qüvvələrinin generalları Yaşar Dəmirbulakla Osman İlqaz Prezidentin Müdafiə və Hərbi məsələlər üzrə müşavirləri oldular. Dərhal  ciddi şəkildə işə başlayan paşalarla  Müdafiə Nazirliyi rəhbərliyi arasında ordu quruculuğu və hərbi əməliyyatların aparılması məsələlərinə münasibətdə fərqlər nəzərdə tutulan işlərin vaxtında həyata keçirilməsinə imkan vermirdi. Bu da paşaların, xüsusilə Azərbaycan əsilli Yaşar paşanın (bir neçə il əvvəl dünyasını dəyişib) nazir Rəhim Qazıyevlə münasibətlərində ciddi gərginliyə səbəb olmuşdu. 1993-cü ilin fevralında R.Qazıyevin istefasından sonra Türkiyəli generallar MN-nin yeni rəhbərliyi ilə anlaşma şəraitində işləməyə başladılar. Həm bu məsələ, həm də Türkiyə Prezidenti Turgut Özalın Kəlbəcərin işğalı bağlı sərt mövqeyi, Rusiya ilə münasibətdə çəkingən davranıb “Kızıl Ordunu karşıma alamam” deyərək ehtiyatlı siyasət izləyən Baş Nazir S.Dəmirəlin hərbi təlimatçıların Azərbaycana göndərilməsi  qərarını sürətləndirdi. Atılan addımlar  aprelin sonlarında nəticəsini verməyə başladı. Belə ki, orduya çağırış sistemi dəyişdirilib ildə 4 dəfəyə çıxarılaraq, çağırış planı 100 % yerinə yetirildi. Ruslar tərəfindən dağıdılmış Təlim Mərkəzləri qısa zamanda hazır vəziyyətə gətirildi. Türkiyədən Azərbaycana göndərilməli olan 312 hərbi təlimatçıdan 187 nəfəri aprelin sonunda Bakıya gəldi. İlk olaraq may ayında başlayan 5500 nəfərdən ibarət 10 batalyonun təlimləri avqustda bitməli idi. Qəbul edilmiş plana görə bir il ərzində Azərbaycan Ordusunun Türkiyə- NATO standartlarında 20 minlik özəyinin yaradılması nəzərdə tutulurdu. Təssüf ki, 4 iyun Gəncə qiyamı digər məsələlər kimi  bu prosesin də qarşısını aldı. 
    
Türkiyəyə göndərilən 86 nəfərlik iki qrupun təlimləri bitəndən sonra onların Türkiyədəki komutanı Kaşif Kozanoğlu (2008-ci ildə MİT  Dairə Başkanı olaraq, Ergenekon kod adı altında aparılan FETÖ həbsləri zamanı böhtana dözməyib intihar etdi)  Azərbaycan ordusunun qurulmasında yaxından iştirak etmək üçün 1992-ci ilin sonunda könüllü olaraq ölkəmizə gəldi. Prezidentin xüsusi nəzarətində təşkil olunan batolyonun təlimi  Kaşıf komutana tapşırıldı. MN-nin maneçiliyinin qarşısını almaq, təlimlərin nəzərdə tutulduğu vaxta qədər aparılması  üçün  tədbirlər görüldü. Kaşifin batalyonu adlanan hərbi hissə üç aylıq təlimdən sonra 1993-cü ilin aprelində döyüş bölgəsinə göndərilərək, Tərtər ətrafında girdiyi ilk döyüşdə böyük uğur qazanıb, 106 düşmən əsgərini məhv etdi. Batalyonun itkisi sadəcə 1 şəhid, 6 yaralı olmuşdu. Onların döyüşünü müşahidə edən Əfqanıstanda olmuş zabitlərdən biri heyranlıqla “hətta Əfqanıstanda belə peşəkar döyüşçülərlə rastlaşmadığını” bildirmişdi. Batalyon sonralar  girdiyi bir neçə döyüşdə də fərqlənmişdi. 
 
3. Təəssüf ki, 4 iyun qiyamından sonra bütün sahələrdə olduğu kimi,  Türkiyə ilə hərbi əməkdaşlıq sahəsində də durğunluq yarandı və hərbi təlimatçılar geri qayıtdılar. Yalnız 1997-ci ilin sonunda əldə olunan razılaşma əsasında Türkiyəli hərbçilər məhdud sayda yenidən ordunun təlimlərinə cəlb olundu. 2001-ci ilin yayında İranın hava sərhəddimizi pozmasına cavab olaraq Türk şahinlərinin Bakı səmasındakı uçuşları hələ də xatırələrdədir. 
    
Lakin bu proses də bir neçə il sonra dayandı. Diqqətli oxucular MN sistemində NATO və Rusiya sistemləri tərəfdarları arasındakı mübarizə barədə mətbuatda gedən məlumatları da yəqin xatırlayırlar. Ortada yaranan təxminən 10 illik fasilədən sonra 2015-ci ildən başlayaraq Türkiyə-Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daha sürətlə inkişaf etməkdədir. Əvvəlki dövrdən fərqli olaraq indi hər iki tərəf əməkdaşlığın inkişafında daha istəkli görünür. Bu ilin fevralında prezident Erdoğanın Bakı səfərində əlaqələrin daha da dərinləşdirilməsi razılaşdırıldı. Məsələyə münasibətdə xüsusilə Türkiyənin hazırkı rəhbərliyi ilə 90-cı illərdəki rəhbərliyi baxışları arasında ciddi fərq var. Bu da son Tovuz hadisələrində Türkiyənin qətiyyətli mövqeyi ilə bir daha təstiq olundu. 
   
Qeyd etdiyimiz kimi, Azərbaycan cəmiyyətinin əhəmiyyətli hissəsi Türkiyə ilə hərbi əməkdaşlığın dərinləşməsini və Türk ordusunun bazasının yaradılmasını arzulayır. Hərbi bazaların yaradılması kifayət qədər ciddi və zaman alan məsələ olduğundan, digər şərtləri nəzərə alaraq hazırkı durumda ən optimal variantın operativ şəkildə Müasir döyüş əməliyyatlarını yüksək səviyyədə aparmaq təcrübəsinə malik Türkiyəli hərbçilərin müşavir, təlimçi qismində iştirakı ilə Azərbaycan ordusunun effektiv idarə etmə və koordinasiyaya malik, istənilən an və şəraitdə savaşa hazır vəziyyətə gətirilməsidir. Buna nail olunsa, Doğan Gürəşin dediyi kimi “çox qabiliyyətli” Azərbaycan əsgəri qarşısına qoyulan vəzifə gərəyi istənilən təhlükəni dəf edərək düşmənə zərbə endirib yerində oturda bilər. Necə ki, 1920-ci ilin martında, 1992-1993-cü illərdə və sonrakı dövrlərdəki  bəzi əməliyyatlarda  bunu göstərdi. 

P.S. Yazı 1992-93-cü illərdə Azərbaycan Ordusunun qurulması üçün bütün bilik və bacarıqlarını əsirgəməyən, şəxsən tanış olduğum şərəfli Türk zabitləri  Yaşar Paşa, Osman Paşa, Kaşif komutan  və b. minnətdarlıqla xatırlayaraq onları Azərbaycan cəmiyyətinə tanıtmaq məqsədilə ilə yazılıb.  
Oxşar xəbərlər
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
GÜNLÜK
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 18:52
“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”
29 Apr 2024 | 19:50
Azərbaycanda məktəbdən sonra yoxa çıxan azyaşlı tapıldı - YENİLƏNİB
29 Apr 2024 | 18:51
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
29 Apr 2024 | 18:53
“Evdar xanımlar estetik etdirməsin”
29 Apr 2024 | 18:59
İran əlaqələri normallaşdırmaq istəyirsə, bu addımlardan əl çəkməlidir - Fazil Mustafa
29 Apr 2024 | 18:45
Azərbaycan dünyada qızılcaya ən çox yoluxma olan ölkələr  sırasındadır - RƏSMİ
29 Apr 2024 | 19:12
AK-nın qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Cənubi Qafqaza gəlir
29 Apr 2024 | 19:20
Pakistanda kömür mədənində partlayış baş verib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 18:52
“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”
29 Apr 2024 | 19:50
Azərbaycanda məktəbdən sonra yoxa çıxan azyaşlı tapıldı - YENİLƏNİB
29 Apr 2024 | 18:51
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
29 Apr 2024 | 18:53
“Evdar xanımlar estetik etdirməsin”
29 Apr 2024 | 18:59
İran əlaqələri normallaşdırmaq istəyirsə, bu addımlardan əl çəkməlidir - Fazil Mustafa
29 Apr 2024 | 18:45
Azərbaycan dünyada qızılcaya ən çox yoluxma olan ölkələr  sırasındadır - RƏSMİ
29 Apr 2024 | 19:12
AK-nın qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Cənubi Qafqaza gəlir
29 Apr 2024 | 19:20
Pakistanda kömür mədənində partlayış baş verib