“Ayasofyanın yenidən camiyə çevrilməsi Rusiyanın imperialist maraqlarını qıcıqlandırır”
Oxunub: 4161
26 Jul 2020 | 23:18
“Ayasofyanın yenidən camiyə çevrilməsi Rusiyanın imperialist maraqlarını qıcıqlandırır”
Azərbaycan-Ermənistan arasında iyulun 12-də baş verən və təsirləri indiyədək davam edən toqquşmaları Türkiyədə Ayasofiya camisinin yenidən ibadətə açılmasıyla əlaqələndirənlər də var. Bu mülahizəyə görə, Rusiya Ayasofiyanın qisasını Azərbaycandan alır. Bəs, bu mülahizə nə qədər inandırıcıdır? 

Ədalət partiyasının sədr müavini Heydər Oğuzla bu dəfəki söhbətimiz bu sual ətrafında oldu.
Heydər bəy ilk sualımıza belə cavab verdi:

- Azərbaycan-Ermənistan arasındakı son toqquşmaların Dağlıq Qarabağda deyil, Tovuz rayonu ərazisində baş verməsində həqiqətən də Rusiyanın barmağı olması versiyası ağla batandır. Amma mən bunu Rusiyanın enerji siyasətilə əlaqələndirirəm. Ayasofyanın qisasının bizdən alınması versiyası, açığı, mənə inandırıcı gəlmir. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatının can damarları sayılan və Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropaya nəqli üçün inşa edilən boru xətləri Gəncə-Tovuz bölgəsindən keçir. Bu enerji xətləri Rusiyanın eyni məqsədli kəmərlərinin alternativi sayılır və son zamanlar ABŞ rus qazının Avropaya nəqlini dayandırmaq üçün aktiv hərəkətə başlayıb. Rusiya da öz enerji xətlərinə alternativləri sıradan çıxarmaqda maraqlıdır. Tovuz-Gəncə keçidinə yaxın ərazilərdə gərginliklərin artırılması bu mənada onun işinə yarıya bilər. Tovuz döyüşlərindən sonra ABŞ Dövlət Departamentinin və Konqresinin “Türk axını” və “Şimal axını-2” layihələri ilə bağlı konkret addımlar atması da bu ehtimalı gücləndirir. 
Ayasofya camisinin açılmasına gəlincə, bu da, sözsüz ki, ortodoksal xristian ölkəsi kimi Rusiyanı ciddi narahat edir. Rusiya rəsmilərinin bu qərarı qınayan bəyanatlar verməsi də bu narahatlığın ifadəsidir. Amma dediyim kimi, Moskvanın Ayasofyaya görə Azərbaycanı hədəfə alması çox uzaq ehtimaldır.

- Uzaq və ya yaxın, belə bir ehtimaldan söhbət gedirsə, deməli sözügedən versiyanı tam inkar etmirsiniz. Ayasofiyanın Rusiyaya nə dəxli var?

- Sözsüz ki, istənilən məsələdə hansısa ehtimalı tam inkar etmək olmaz. Bu gün sizinlə hansısa ehtimaldan danışırıqsa, müzakirə ediriksə, deməli o var və mövcud olan bütün versiyalar proseslərə bu, yaxud başqa ölçüdə təsir göstərir. Mən ümumiyyətlə, siyasi analizlərdə ən kiçik ehtimalları belə gözardı etməyin tərəfdarı deyiləm. Bu ona bənzəyir ki, qarşısındakı stəkanı çayla doldurursan, amma daşmır. İçərisinə bir parça qənd atanda isə daşma prosesi baş verir. Normal halda o qəndi boş stəkana atsan heç nə olmaz. Amma dolu stəkanda daşar. Siyasi proseslər də belədir. Bəzən səbr kasasını dolduran əsl səbəblər ciddi insidentlərə yol açmaz. Kiçik bir bəhanə isə böyük nəticələrə gətirib çıxarar. Necə ki, I Dünya savaşı kiçik bir bəhanə nəticəsində ortaya çıxmışdı. Bilirsiniz ki, Avstriya vəliəhdi Frans Ferdinand 1914-cü ildə Sarayevoda bir serbiyalı millətçi tərəfindən qətlə yetirilmiş, müttəfiqlərin işə qarışmasıyla müharibə başlamışdı. Fəqət bu qətl hadisəsi tarixçilər tərəfindən səbəb kimi yox, bəhanə kimi qiymətləndirilir. Əsl səbəb on illərlə əvvəl sənayeləşmiş Avropanın dünyanı bölüşmək niyyəti idi. İllərlə toplanmış bu enerji bir vəliəhdin qətliylə çölə fışqırmışdı. Bu baxımdan Ayasofiya camisinin ibadətə açılması ziddiyyətlərin güclənməsində bəhanə kimi mühüm rol oynaya bilər. Əsl səbəb isə yüzillərlə toplanmış enerjinin kritik mərhələyə gəlməsidir. Zənnimcə, bu kritik kütlə bu gün olmasa belə, sabah mütləq ciddi partlayışa yol açacaq. Açığını desəm, biz bir millət olaraq, bu savaşı verməliyik. Zaman artıq bizim xeyrimizə işləmir. Azərbaycan 1994-cü ildə atəşkəs sazişinə imza atmaqla hərbi qüdrətini möhkəmləndirmək üçün zaman qazandı. Neft gəlirlərini hərbi qüdrətinə yönəltməklə Ermənistanı qabaqladı. Bundan sonra isə zəifləmə dövrünə qədəm qoyuruq. Ya bu işi indi çözməliyik, ya da sonra daha ağır itkiləri gözə almalıyıq. 

- Yeri gəlmişkən, bəzi çevrələr dünyanın müxtəlif ölkələrində azərbaycanlı-erməni ziddiyyətlərinin getdikcə gərginləşməsində rəsmi Bakını günahkar bilirlər. Sizcə, diaspor təşkilatlarımızın bu çalışmaları həqiqətənmi bizim zərərimizədir?

- Hesab etmirəm. Azərbaycan özünün haqq savaşını dünyaya tanıtmalıdır. Ermənilərin daha üstün qüvvəylə bizim qarşımıza çıxması, gənclərimizə hücum etməsi xoş görünməyə bilər. Amma ermənilərin qarşısına hansısa güclə çıxmalıyıq. Zəifiksə, bunun səbəbini birgə araşdırmalı və hamılıqla əl-ələ verib problemi çözməliyik. İndikı məqamda ətalətdə qalmaq daha böyük məğlubiyyətimizlə nəticələnə bilər. Bəziləri deyirlər ki, Qarabağ problemi Avropanın paytaxtlarında, böyük şəhərlərində yox, münaqişə zonasında həll olunmalıdır. Mən bu fikirlərlə razılaşmıram. Çünki Qarabağ problemi regional müstəvidən çıxıb dünyəviləşmiş məsələyə çevrilib. Biz də döyüş sahəsindən əvvəl beynəlxalq ictimai rəyi öz xeyrimizə dəyişməliyik. Bu da kütləvi tədbirlərlə, media orqanlarındakı fəaliyyətlərlə mümkündür. O başqa məsələdir ki, biz bu fəaliyyətlə daha əvvəldən başlamalıydıq. İndiyədək yatıb birdən-birə ayılmışıq ki, qatar gedib. Amma bu o demək deyil ki, qatar gedibsə, biz də öz yerimizdə saymalıyıq. Əlimizə hansı minik vasitəsi düşərsə, onunla bu yolu qət etməliyik. Çünki mənzilə çatmaq üçün bu yol mütləq gedilməlidir. Qatar yoxdursa, atla, maşınla, yeri gələndə qaça-qaça... Mən “az saylı insanlarımızla ermənilərin qarşısına çıxmamalıyıq” fikrini də qəbul etmirəm. Haqlı olmağın saya dəxli yoxdur. Adətən haqlı tərəf az sayda olur, amma bu onun qalib gəlməsini əngəlləmir. Haqlısansa, güclüsən. Üstəlik, Qərb ölkələrinin də məsələyə kəmiyyətə görə qiymət verdiyinə inanmıram. Məncə, biz az qüvvəylə də keyfiyyətli iş ortaya qoya bilərik. Sayımızın azlığına ağız büzənlər bu hərəkatın önündə gedə bilmirlərsə, heç olmasa aksiyaçılara qoşulub kəmiyyəti artırmalıdırlar. Ya da susub görülən işlərə pəl vurmamalıdırlar. Mən də çoxları kimi indiki rejimin bir çox addımlarını bəyənmirəm, amma Dağlıq Qarabağ üçün nəsə etmək istəyirlərsə, bunu dəstəkləmək lazımdır. Dağlıq Qarabağ məsələsi siyasi mübarizə mövzusu ola bilməz. Bu, suverenlik, torpaq bütünlüyü uğrunda mübarizədir.

- İstərdim, mövzudan çox kənarlaşmayaq. Mövzumuz Ayasofiya idi. Sizcə, bəzi ekspertlər Ayasofiyanın ibadətə açılmasını hansı məntiqlə Tovuz döyüşləriylə əlaqələndirirlər? 

- Məncə, bunun iki başlıca səbəbi var. Biri tarixi təsadüfdən, digəri isə Ayasofiyanın ortodoks kilsəsi üçün daşıdığı əhəmiyyətdən qaynaqlanır. Bilirsiniz ki, Ayasofiya camisi iyulun 10-da İstanbul Ali Məhkəməsinin çıxardığı qərarla ibadətə açıldı. Ertəsi gün bu qərar Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın imzasıyla təsdiqləndi. Ona ən çox qarşı çıxanlardan biri də Rusiya oldu. Bütün diqqətlər bu polemikaya cəmləşdiyi bir zamanda bir gün sonra Tovuzdan atəş səsləri eşidilməyə başladı. Elə həmin gün Türkiyədən Azərbaycanı dəstəkləyən açıqlamalar gəldi.  Dolayısıyla hər kəs bu iki gərginliyin ətrafında cərəyan edən proseslərdə üzvi əlaqələr axtardı. Bu əlaqələrin var olub-olmadığı hələ də məchuldur. Biz bu ehtimalı sıfıra yaxın hesab etsək belə, hadisələrin zamanlaması, eyni tarixə düşməsi istər-istəməz müəyyən şübhələrə yol açır. 
Digər tərəfdən, Ayasofiya camisi Rusiya üçün də yad məsələ deyil. Rus rəsmilərinin bu qərara kəskin qarşı çıxmasının yüzillərə söykənən ciddi əsasları var. Bilirsiniz ki, Ayasofiya xristian dünyasının ilk böyük məbədgahı olub. 15-ci əsrdə İstanbulu fəth edən Sultan Mehmet tərəfindən camiyə çevrilən Ayasofiya bu tarixdən 1000 il əvvəl kilisə olaraq tikilmişdi. Uzun əsrlər boyu xristian dünyasının ən böyük kilsəsi kimi fəaliyyət göstərmişdi. 1054-cü ildə Roma kilsəsi ilə yollarını ayırandan sonra ortodoksal xristianlığın əsas ibadətgahına çevrilmişdi. Dolayısıyla Vatikan kilsəsi katoliklər üçün nədirsə, Ayasofiya da uzun əsrlər boyu ortdoksal xristianlıq üçün eyni dəyəri daşıyıb. Ruslar da ortodoksal xristianlardır. Onlar üçün də Ayasofiyanın mənəvi dəyəri yüksəkdir. Hətta I Pyotrun vəziyyətlərində İstanbula sahiblənmək tapşırığı da Ayasofiyanın məhz bu şəhərdə yerləşməsindən irəli gəlir. Bəllidir ki, dünyada hazırda 300 milyona yaxın ortodoksal xristian var. Onların böyük əksəriyyəti isə slavyan xalqlardır. Məsələn, ukraynalılar, bolqarlar, serblər, polyakların bir qismi və digər Balkan xalqları kimi. Müxtəlif aralıqlarla 4 yüz ildən artıq davam edən, bu gün də soyuq savaş qismində yürüdülən rus-türk savaşlarının əsasında İstanbulu, dolayısıyla Ayasofiyanı almaq hədəfi dayanırdı, indi də dayanmaqdadır. Pyotrun vəsiyyətləri və təməlini atdığı hərbi-syasi strategiyası əsasında formalaşan rus imperializminin İstanbulu almaqla nail olmaq istədiyi üstünlük ortodoksları öz ətrafında birləşdirmək idi. Rusiya bunu bacarsaydı, hazırda Ukrayna da, Bolqarıstan da, Balkan ölkələri də ondan çətin üz döndərərdilər. Yəni slavyan ölkələr təkcə milli dəyərləri ilə yox, həm də dini inanclarıyla da Rusiya ilə bütünləşərdilər. Bu baxımdan Ayasofiyanın yenidən camiyə çevrilməsi Rusiyanın imperialist maraqlarını qıcıqlandırır, onu istər-istəməz Türkiyəyə qarşı tövr almağa vadar edir.

- Maraqlı yanaşmadır. Açığı, sizin dediyiniz həqiqətdirsə, regionda baş verən proseslərdə Ayasofiya amilinin müstəsna rol oynadığına inanmağa başladım...

- Məncə, inanmağa tələsməyin. Çünki SSRİ qurulduqdan sonra rus imperializimin bu hədəfləri qalmadı. 70 illik ateist rejim Rusiya kimi, digər slavyan xalqları da dindən uzaqlaşdırdı. Rusiya 400 il ərzində Osmanlılarla apardığı döyüşlərdə nə qədər qələbə çalsa da, İstanbulun ona verilməyəcəyini anladı. Sonunda din amilindən tamamilə kənara çəkildi. Ortodoks xristianlarını bir hədəf arxasında birləşdirməsinə ilk növbədə katolik və protestant dünyası razı deyil. I Dünya Müharibəsində Osmanlının məğlubiyyətindən sonra Ayasofiyanın kilsəyə deyil, muzeyə çevrilməsinin iki başlıca səbəbindən biri də Rusiya amili idi. Bilirsiniz ki, bu müharibədən məğlubiyyətlə ayrılan Osmanlı Antanta dövlətlərinin bir çox tələblərini yerinə yetirməli oldu. Bunlar arasında dini tələblər də vardı. Məsələn, xilafətin ləğv olunması kimi. Tarixi sənədlər sübut edir ki, Lozanna müqaviləsindən əvvəl Ayasofiyanın kilsəyə çevrilməsi də nəzərdə tutulurmuş. Qaliblərin bu tələbdən vaz keçməsinin 2 əsas səbəbi olur: biri Hindistan müsəlmanlarının ayaqlanması ehtimalı, digəri isə sosialistləşən Rusiyanın din amilini ümumiyyətlə gündəmdən çıxarması. Dolayısıyla, I Dünya müharibəsindən sonra Ayasofiyanın fəthdən öncəki vəziyyətinə gətirmək üçün restavrasiya çalışmalarına başlanmasına baxmayaraq, 1934-cü ildə caminin muzeyə çevrilməsinə qərar verilir. Halbuki, Türkiyə 1931-ci ildə Amerika Bizans İnstitutunun banisi arxeoloq Tomas Uittemora Ayasofiyada kilsəyə aid mozaikaların yenidən bərpasına icazə vermişdi. Bu istiqamətdə çalışmaların başlanılmasından 3 il sonra Ayasofiya muzeyə çevrildi. Baxmayaraq ki, restavrasiya işləri daha 15 il sürdürüldü. Ayasofiyanı yenidən kilsəyə çevrilməkdən xilas edən ikinci amil isə Almaniyada faşizm meyllərinin artması oldu. Türkiyənin incik salınarsa Hitler Almaniyası ilə ittifaq qurub itirdiklərini geri qaytaracağından çəkinən ortodoks xristianlar Ayasofiyanın kilsəyə çevrilməsi tələblərindən vaz keçdilər. Tərəflər ortaq məxrəcə gələrək bu mədəbin nə cami, nə də kilsə kimi fəaliyyət göstərməsinə yox, muzeyə çevrilməsinə qərar verdilər və 1934-cü ildə Yunanıstan, Rumıniya, Yuqoslaviya və Türkiyə arasında Balkan paktı imzalandı. II Dünya müharibəsindən sonra Balkan ölkələri ateist dəyərləri özünün siyasi ideyasına çevirən SSRİ-nin təsiri altına düşdüyündən Ayasofiya təkcə Yunanıstanın problemi olaraq qaldı. 
Yeri gəlmişkən onu da vurğulayım ki, ortodoks kilsələri dini inanışlarına görə katoliklərdən fərqlənir. Katoliklərdən fərqli olaraq onlarda vahid mərkəzə tabeçilik yoxdur. Rusiya uzun əsrlər boyu buna çalışsa da, öz məqsədini reallaşdıra bilmədi. Bununla belə, SSRİ-nin dağılmasından sonra mədəniyyətlərarası mübarizələrin qızışdığı indiki zamanda Rusiyanın yenidən bu strategiyaya qayıtmaq təşəbbüsü baş qaldıra bilər. 

- Belə çıxır ki, Türkiyə bu təşəbbüsün qarşısını almaq üçün Ayasofiyanı müsəlman məbədi kimi ibadətə açdı?

- Sanmıram. Məncə, burada əsas hədəf Rusiya yox, Yunanıstandır. Bilirsiniz ki, Yunanıstan Kipr ətrafında qaz axtarışları məqsədilə İsraillə müəyyən razılığa gəlib. Ayasofiya da fəthdən əvvəl yunan ortodokslarının kilsəsi idi. Görünür, Ankara öz ərazi sularına iddia edən Yunanıstana hər tərəfli zərbə endirməyə çalışır. Ayasofiyanın müsəlman kilsəsi kimi ibadətə açılması Yunanıstana dini-mənəvi baxımdan vurulmuş ağır zərbədir. Yəqin ki, bunun nəticələri Yunanıstanın daxili siyasətində özünü büruzə verəcək.
Oxşar xəbərlər
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
GÜNLÜK
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”